№-li palata I



Yüklə 452,2 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix26.03.2018
ölçüsü452,2 Kb.
#34621
1   2   3   4   5   6   7   8   9   10   ...   18

kəsilmədən verdiyi eyni suallar tezliklə onu darıxdırırdı. Buna görə beş- 

altı xəstə qəbul etdikdən sonra çıxıb gedirdi. Qalan xəstələri feldşer özü 

qəbul edirdi.    

      Andrey Yefimıç çoxdan bəri xüsusi praktika ilə məşğul olmadığını 

və  buna  görə  ona  heç  kəsin  mane  olmayacağını  düşünərək  xoşhallıqla 

evə gəlir, tez kabinetində stol başında oturur və mütaliəyə başlayırdı. O, 

çox  oxuyur  və  bundan  ayrıca  bir  zövq  alırdı.  Maaşının  yarısını  kitab 

almağa sərf edirdi, altı otaqdan ibarət olan mənzilinin üç otağı kitab və 

köhnə jurnallarla dolu idi. Tarixə və fəlsəfəyə dair əsərləri hamısından 

çox  sevirdi;  təbabət  elmindən  isə  yalnız  “Vraç”  jurnalını  alırdı,  bu 

jurnalı  da  həmişə  axırından  oxumağa  başlardı.  Mütaliəsi  hər  dəfə  bir 

neçə  saat  çəkdiyi  halda  heç  də  onu  yormurdu.  Kitabları  İvan  Dmitriç 

kimi tez- tez və dəlicəsinə oxumayıb, ağır- ağır və mənasına fikir verə-

verə  oxuyardı,  çox  zaman  bəyəndiyi  və  ya  anlaşılmayan  yerlərdə 

dayanıb  fikirləşərdi.  Kitabın  yanında  həmişə  kiçik  araq  qrafini  və 

boşqabsız- zadsız mahudun üstündə duzlu xiyar, ya da alma olardı. Hər 

yarım saatdan bir gözlərini kitabdan ayırmayaraq, bir qədəh araq töküb 

içirdi, sonra yenə baxmadan əli ilə xiyarı tapar və dişlərdi. 

      Saat üçdə üsulluca mətbəx qapısına yanaşıb öskürər və deyərdi:  

  - Daryuşka, xörək yesəydim pis olmazdı... 

      Pis  və  xoşa  gəlməyən  nahardan  sonra  Andrey  Yefimıç  əllərini 

qoynuna qoyub otaqları gəzir və düşünürdü. Saat dördü, dalınca da beşi 

vurur,  o  isə  hey  gəzib  düşünməsində  davam  edirdi.  Hərdənbir  mətbəx 

qapısının cırıltısı eşidilir və Daryuşkanın qırmızı, yuxulu üzü görünürdü. 

      Daryuşka: 

  -  Andrey  Yefimıç,  pivə  içmək  vactınız  deyilmi?  –  deyə  qayğılı  bir 

tərzdə xatırladırdı. 

      Andrey Yefimıç: 

  - Yox, hələ vaxt deyil, - deyə cavab verirdi.- Mən gözlərəm... Bir az 

gözlərəm.  

      Axşamüstü  adətən  poçt  müdiri  Mixail  Averyanıç  onun  yanına 

gəlirdi, Andrey Yefimıç yalnız bu adama ünsiyyət bağlayır və məclisinə 

dözürdü.  Mixail  Averyanıç  vaxtilə  xeyli  dövlətli  bir  mülkədar  olub, 

kavaleriyada qulluq etmişdi, lakin sonradan müflis olub, qoca vaxtında 

poçt idarəsinə qulluğa girmişdi. Bu, sağlam, gümrah görünüşlü, qəşəng 

ağ bakenli, nəzakətli, xoş və uca səsli bir adamdı. Mərhəmətli və həssas 

idisə  də,  xeyli  ötkəmdi.  Poçt  idarəsinə  gələnlərdən  biri  etiraz  edəndə, 

razı  olmayanda  və  ya  mühakimə  yeritməyə  başlayanda,  Mixail 

Averyanıç  hirsindən  pul  kimi  qızarır,  bütün  vücudu  ilə  titrəyir  və 



gurultulu  səslə:  “Sus!”  deyə  bağırırdı,  buna  görə  də  poçt  artıq  çoxdan 

bəri qorxulu bir idarə kimi məşhur olmuşdu. Mixail Averyanıç Andrey 

Yefimıçı,  mərifətli  və  alicənab  olduğuna  görə  sevir  və  ona  hörmət 

edirdi,  başqa  adamlara  isə  öz  tabeliyindəkilər  baxan  kimi  lovğalıqla 

baxırdı. 

      O, Andrey Yefimıçın kabinetinə girərkən: 

       - Bu da mən! – deyirdi. – Xoş gördük, əzizim! Deyəsən, zəhlənizi 

tökmüşəm, hə? 

      Doktor: 

      - Əksinə, çox şadam, - deyə cavab verirdi. – Sizin gəlişiniz həmişə 

mənə xoşdur. 

      Dostlar  kabinetdə  divan  üstə  oturub,  bir  qədər  dinməz-  söyləməz 

papiros çəkirdilər. 

      Andrey Yefimıç: 

  - Daryuşka, pivə olsa, pis olmaz ha! – deyirdi. 

      Birinci butulkanı da dinməz – söyləməz içirdilər, doktor düşüncəyə 

dalır, Mixail Averyanıç isə çox maraqlı bir şey nağıl edəcək adam kimi 

nəşələnir və dirçəlirdi. Söhbəti həmişə doktor başlayırdı. 

      O,  başını  yırğalayaraq  müsahibinin  gözlərinə  baxmadan  yavaş- 

yavaş danışırdı (o, heç vaxt adamın gözlərinə baxmazdı ).  

      - Çox təəssüf ki, Mixail Averyanıç, şəhərimizdə bir nəfər də olsun 

ağıllı və  maraqlı söhbət eləyən adam yoxdur. Bu bizdən ötrü böyük bir 

məhrumiyyətdir. Hətta ziyalılarımız da bayağılığa üstün gələ bilmirlər, 

inandırıram sizi ki, onların inkişaf dərəcəsi aşağı silkdən heç də yüksək 

deyil.  

      - Lap doğru deyirsiniz. Sözlərinizə tamamilə şərikəm. 

      Doktor sakitcə və kəlmə- kəlmə sözünə davam etdi: 

      -  Siz  özünüz  də  gözəlcə  bilirsiniz  ki,  bu  dünyada  insan  zəkasının 

ülvi  mənəvi  təzahürlərindən  savayı,  hər  şey  əhəmiyyətsiz  və 

maraqsızdır.  Ağıl  heyvanla  insan  arasına  möhkəm  bir  sədd  çəkir, 

insanın ilahi bir vücud olmasına dəlalət edir və bir dərəcəyə qədər hətta 

onun üçün ölməzliyi, yəni olmayan bir şeyi əvəz edir. Buradan belə bir 

nəticə çıxır ki, insanın ağlı yeganə mümkün olan bir zövq mənbəyidir. 

Biz isə yan- yörəmizdə ağlı nə görürük, nə də eşidirik, demək, zövqdən 

məhrumuq.  Əlbəttə,  bizim  kitablarımız  vardır,  lakin  bu  heç  də  canlı 

müsahibəni  və  ünsiyyəti  əvəz  etmir.  Əgər  belə  bir  müvəffəqiyyətsiz 

müqayisəyə  icazə  versəniz,  cəsarətlə  deyərəm  ki,  kitablar  notdur, 

müsahibə isə mahnıdır. 

      - Lap doğru deyirsiniz.  



      Aralığa sükut çökdü. Daryuşka üzündə küt bir qüssə əlaməti olaraq 

mətbəxdən çıxdı və  yumruğunu yanağına dayayaraq, söhbəti dinləmək 

üçün qapı ağzında durdu. 

      Mixail Averyanıç köksünü ötürərək dedi: 

      - Eh, siz də indiki adamlardan ağıl umursunuz! 

      Sonra o, keçmişdəki həyatdan danışmağa başladı: 

      - O zamanlar adamın günü xoş və maraqlı keçirdi. Rus ziyalıları nə 

qədər  ağıllı,  nə  qədər  zəkalı  idilər,  namus  və  dostluq  məfhumlarını 

onlar nə qədər əziz tuturdular! O vaxtlar vekselsiz nə qədər istəsən borc 

pul  ala  bilərdin,  ehtiyacı  olan  bir  yoldaşına  yardım  əlini  uzatmamaq 

əskiklik hesab olunurdu. Necə hərbi səfərlər, sərgüzəştlər, vuruşmalar, 

necə  yoldaşlar,  necə  qadınlar  vardı!  Hələ  Qafqaz-  nə  gözəl  bir  diyar! 

Bir  batalyon  komandirinin  arvadı  zabit  paltarı  geyib  axşamlar  dağlara 

gəzməyə  gedərdi,  bu  qəribə  qadın  özü  ilə  bələdçi  də  götürməzdi. 

Deyirdilər ki, aulda onun bir knyazla romantik əhvalatı varmış. 

      Daryuşka:  

      - Ah pərvərdigara... – deyə ah çəkdi.  

      -  Hələ  necə  içirdilər!  Necə  yeyirdilər!  Necə  də  diribaş  liberallar 

vardı! 

      Andrey  Yefimıç  dinləyir,  amma  eşitmirdi;  o  nə  isə  düşünür  və 



pivəni  ağır-  ağır  qurtuldadırdı.  O,  Mixail  Averyanıçın  sözünü  kəsərək, 

birdən- birə danışmağa başladı.  

      -  Çox  zaman  mənim  yuxuma  ağıllı  adamlar  girir  və  onlarla  söhbət 

eləyirəm.  Mən  atamın  sayəsində  gözəl  təhsil  almışam,  lakin  altmışıncı 

illərin  ideyalarının  təsiri  altında  atam  məni  həkimlik  oxumağa  məcbur 

etdi.  Mənə  elə  gəlir  ki,  o  zaman  atama  qulaq  asmasaydım,  indi  zehni 

hərəkatın  tam  mərkəzində  olardım.  Ehtimal  ki,  bir  fakültənin  üzvü 

olardım. Əlbəttə, ağıl da daima deyil, keçib gedən müvəqqəti bir şeydir, 

lakin  mənim  ağla  nə üçün  meyl göstərdiyimi siz artıq  bilirsiniz. Həyat 

insana  qüssə  verən  bir  tələdir.  Mütəffəkir  bir  adam  yaşa  dolub  kamala 

çatdıqda özünü ixtiyarsız olaraq çıxılmaz bir tələdə hiss edir. Doğrudan 

da,  o  öz  iradəsinə  zidd  olaraq,hər  hansı  bir  təsadüf  nəticəsində 

heçlikdən  həyata  keçirilmişdir...  Nə  üçün?  Mütəfəkkir  adam  öz 

həyatının mənasını və məqsədini bilmək istəyəndə, ona demirlər, ya da 

sarsaq  şeylər  söyləyirlər,  o,  qapını  döyür,  amma  açan  olmur;  ölüm  də 

onun  iradəsinə  zidd  olaraq  onu  yaxalayır.  Həbsxanada  ümumi 

bədbəxtliklə bir- birinə bağlı olan adamlar bir yerə toplanarkən özlərini 

yüngül hiss etdikləri kimi, həyatda da analizə və ümumiləşdirməyə nail 

olan  adamlar  bir  yerə  topanıb,  vaxtlarını  məğrur  və  azad  ideya 



Yüklə 452,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə