“ buxari VƏ MÜSLÜMÜn səHİHLƏRİNƏ Bİr baxiş “


“HƏDİSLƏRDƏN İSTİFADƏ OLUNAN MƏTLƏBLƏR “



Yüklə 1,57 Mb.
səhifə24/38
tarix26.09.2017
ölçüsü1,57 Mb.
#2148
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

“HƏDİSLƏRDƏN İSTİFADƏ OLUNAN MƏTLƏBLƏR “

Bu hədislərin hamısından belə başa düşülür ki:

1. – Allah tə`ala qiyamət günündə, həmin zahiri gözün və cismin vasitəsilə görünər və insanın gözünün şuasından Allahın vucuduna birləşər və Allahın cismi həmin şuanı gözdə öz əksini tapar.

انكم سترون ربكم كماترون هذاالقمر

2. - Allahı ancaq seçilmiş bəndələr görməz, bəlkə munafiq bəndələr də Allahı görməyə nail olacaqlar.

وتبقي هذه الامةفيهامنافقوهافياتيهم الله.. “

3. – Allah tə`ala surətə və cismə malikdir. Hadisələr, dəyişmək, əvəz olmaq və hərəkət onun vücuduna ariz olmuşdur.

4. – Allah, bəndələrinin qarşısında dayanır və məxsus məkana və məhəllə malikdir.

5.- Allahın cürbə-cür qiyafələri və müxtəlif surətləri vardır. Bə`zi qiyafələrində bəndələri üçün tanınılası deyil. Lakin Bə`zi qiyafələrdə onu tanıyırlar və onun arxasiyca gedirlər.



فياتيهم الله في غيرالصورةالتي يعرفون فيقول: اناربكم فيقولون نعوذبالله منك...فياتيهم الله في الصورةالتي يعرفون...

6.- Bə`zən də Allahın məxsus əlaməti olan baldırının vasıtəsilə onu taniyacaqlar. Nəqədər ki, baldırını göstərməyib Allahın tanınması qeyri mümkündür.



فيقول هل بينكم و بينه علامة فتعرفونه بها فيقولون: الساق فيكشف عن ساق...

7.- Nəhayət bu hədislərdə ələ gələn və çox gülməli olan axırıncı nöqtə, Allahın Adəm övladı və günahkar bəndəsi tərəfindən aldadılmasıdır.

Bunlar Səhihi Buxari və Səhihi Müslümdə nəql olunmuş Allahın görünməsi barədə olan hədislərin xülasəsi idi. Bundan əlavə, bir çox mətləblər də istifadə olunur ki onların Bə`zilərinə də işarə olundu.

Allahın görünməsi bəhsi əhəmiyyət kəsb etdiyinə görə , əhli sünnə və onların hədis əhlinin arasında bu məsələnin sabit və baş verəcəyi bir iş olduğu və həmçının əksinə, şi`ələr və onların rəhbərləri arasında bu məsələnin heç cür qə`bul olunmadığı və bu məsələni onlardan heç bir kəs qə`bul etmədiyi üçün, bu mövzuda əhli sünnə və əhli şi`ə alimlərinin nəzərlərini araşdırırıq.



“ ƏHLİ SÜNNƏ ALİMLƏRİNİN NƏZƏRİNDƏ ALLAHIN GÖRÜNMƏSİ “

ƏHLİ SÜNNƏ ALİMLƏRİ NƏ DEYİRLƏR?!


Əhli sünnə alimlərinin və onların dörd məzhəb rəhbərlərinin, bəlkə onların bütün alimlərinin və hədisçilərinin Allahı görmək barədə olan nəzərləri , hədislərin söylədiyi nəzərlərdir. Onlar Allahı nəinki görünməsinə bəlkə də bu məsələni öz əqidələrinin əsli kimi qə`bul etmiş və bu məsələni inkar edənləri isə İslamdan xaric olmuşlardan və kafirlərdən hesab edirlər.

İmam Əhməd ibn Hənbəl sünnə məzhəbinin imamlarından biridir. O, Allahın barəsində bu əqidədə olmuş və müxalifləri İslam dinindən xaric olmuş bilir.1

Malik və Şafei də hər ikisi əhli sünnənin dörd rəhbərlərindən biri sayılırlar. Onlar da Allah tə`alanın qiyamət günü görünməsində həmin əqidədədirlər:

Əşhəb deyir:- İmam Malikə dedim: - Ya Əba Əbdillah ! (onun kunyəsidir)



وجوه يومئذناضرةالي ربهاناظرة " “ ayəsinin mənası budur ki camaat bu iki gözlə Allaha tamaşa edəcəklər? Dedi:-Bəli! həmin iki gözlə. Dedim:- bir çoxu deyirlər ki:

الي ربهاناظرة –cmləsinin mə`nası budur ki, Allahın savab və əzabını gözləyərlər. Mənim cavabımda dedi:- onlar yalan deyirlər. Bəlkə camaat Allahın özünə tamaşa edəcəklər.1

Mozni ibn Horəmdən nəql edir ki: - İmam Şafeidən eşitdim ki;

كلا انهم عن ربهم يومئذلمحجوبون ayəsinin təfsirində belə dedi:- Bu ayə buna dəlildir ki, Allahın övliyaları onu axirətdə görəcəklər. Həmçinin Rəbi` nəql edir ki; Günlərin bir günü İmam Şafeinin yanında idim. Ona Səiddən bir məktub gəldi.

O məktubda يومئذلمحجوبون كلا انهم عن ربهم ayəsi barədə sual soruşulmuşdur. Şafei məkubun cavabında belə yazdı: - Allah qəzəb üzünü camaatdan gizlədəcək buna dəlildir ki, başqa camaat Allahın sevindiyi anda onun üzünü görəcəklər. Rəbi` deyir:- Şafeidən sual etdim. Sən özün bu məsələyə e`tiqad bəsləyirsən? Cavabımda dedi:- And olsun Allaha əgər Muhəmməd ibn İdris (Şafei) –ın qiyamət günündə Allahı görməyinə yəqini olmasa bu dünyada ona pərəstiş etməz.2

İsfiraini (vəfatı-429 h.q tarixində) deyir ki:- Rə`y və hədis səhabələrindən fiqh imamları Malikin, Şafeinin, Əbu Hənifənin, Əhməd ibn Hənbəlin, Sovərinin, İbn Əbi Leylanın səhabələri hamısı Allahın gözlə görünməsini sübut etmişlər.

Yenə də əlavə edir ki;- Əhli sünnənin hamısı Allahın axirət günündə özünü mö`minlərə göstərməsini qə`bul edirlər və biz bu barədə ayrılıqda geniş şəkildə bəhslər cəm etmişik3.



Əhməd Muhəmməd Şakir Əhməd ibn Hənbəlin musnədinə yazdığı öz şərhində deyir:

Allahın görünməsi barəsində olan hədislər təvatir1 həddinə və sübut mərhələsinə çatmışdır.!!

Əgər bir kəs Allahın görünməsini inkar etsə, məzhəbin zəruri məsələlərindən birini inkar etmişdir. Allahın görünməsini təkcə cəhmiyyə2, mö`təzilə, imamiyyə və xəvariclər inkar etmişlər.3

Fazil Nəvəvi deyir: - Əhli sünnə məzhəbinin hamısının e`tiqadı budur ki;- Allah tə`alanı görmək əqlən mümkündür və mahal bir şey deyildir. Bu məsələni də qə`bul edirlər ki, qiyamət günündə mö`minlər Allahla görüşməyə nail olacaqlar. Təkcə bir çox bid`ət əhli məsələn: mö`təzilə məzhəbinin nümayəndələri, xəvariclər və murciə məzhəbinin nümayəndələri güman edirlər ki, Allahı görmək mümkün olmayan bir işdir. Sonra deyir:-Bu qrupun nəzərləri xəta və cahillik üzündən olan qorxulu məsələlərdəndir. Sonra yenə deyir:

- Lakin Allahın görünməsi, əvvəlcə söylədiyimiz kimi bu aləmdə də mümkün bir işdir.4

Allah tə`alanın görünməsi barədə olan dəlilləri zikr etdikdən sonra belə nəticə alır:



- Səhih və düzü budur ki;- Peyğəmbər (s) merac gecəsi öz gözləri ilə Allahı görmüşdür: راي ربه بعيني راسه Sonra Ayişənin sözlərinə rəd cavabı yazmışdır. Çünki, Ayişədən nəql olunmüşdür ki;- "Peyğəmbər (s) merac gecəsi Allahı görməmişdir.”

Diyar Bəkri deyrir:- Peyğəmbər (s)-in xüsusiyyətlərindən biri bu idi ki, Allah tə`alanı iki dəfə öz gözləri ilə görmüşdür. “ ورؤيته للباري مرتين5

Bədruddin Eyni Allahı görmək barədə olan hədislərin şərhində belə deyir:

Bu hədisin məzmunu Allahı görməyin mümkün olmadığına qail olanların nəzərini rəd edir. Sonra əlavə edərək bildirir ki; - Onların sözləri ən böyük nadanlıq və xətadan doğur. Çünki, Qur`an və sünnədən ələ gələn dəlillər Allahın görünməsini sübut edir. Bu dəlildən əlavə, İslam ümməti qədimdən ta bu günə qədər bu mənada nəzərləri birdir ki; Allah tə`ala qiyamət günündə özünü mö`minlərə göstərəcəkdir.

Sonra əlavə edir:- Lakin, Allahın bu aləmdə də görünməsi, bu da mümkün bir işdir. Amma keçmiş və indiki kəlam alimlərinin çoxu, buna qail olublar ki, Allahın dünyada görünməsi mümkün deyildir. Sonra deyir:- Əş`əri buna qail idi ki, bu dünyada da Allahı görmək mümkündür!!!1

Qəstəlani deyir:- Bəli, şübhəsiz ki, Allahı açıq aşkar görəcəyik!!2

İbn Həcər Bətaldan nəql edir ki;- Əhli sünnə, hədis və ümmətinin hamısı Allahı axirətdə görülməsinin caiz olduğuna qaildirlər.3

Şeyx Muhəmməd Əbduh deyir:- Allahı görmək barədə düzgün və sərih hədislər o qədər çoxdur ki, bir kəsə şək, şübhə və mucadilə üçün bir yer qalmır.4

Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə