  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə102/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   98   99   100   101   102   103   104   105   ...   113

                                                     

 

  



                                                                            

                                                    

387 

qaynayırdı, indi isə bir çox yaşayış məskənləri boş-boşuna 



qalıbdır. Bunu nə ilə izah edə bilərsən? 

-  Əziz  dost,  bayaq  siz  dediniz  ki,  ruslardan  başqa  bizdə 

qeyri-millətləri  görməmisiniz.  Bizdə  də  kifayət  qədər 

kürdlər,  iranlılar  və  digər  millətlər  var.  Onların  hamısı 

Ermənistanda  yaşamaqdan  xeyli  məmnundurlar.  Onların 

sayının az olması isə blokada ilə bağlıdır. Cammat iqtisadi 

blokadaya tab gətirməyib ölkədən çıxmaq məcburiyyətində 

qalıblar.  

- Yaxşı, bəs nəyə görə siz ermənilər öz ölkənizi tərk edib 

başqa dövlətlərə üz tutursunuz?  

-  Sizə  dedim  axı,  azərbaycanlılar  türklərlə  birlikdə 

kommunikasiya  xətlərini  kəsməklə  bizi  blokadaya  aldılar. 

Dünya ölkələri isə buna göz yumdu. Hələ bu harasıdır, hər 

gün  onlar  Qarabağda  təmas  xəttində  atəşkəsi  pozub  bizi 

müharibəyə  təhrik  etmək  istəyirlər.  Deyin  görüm  belə  bir 

vəziyyətdə necə yaşamaq olar?  

Sergey  gördü  ki,  həmsöhbəti  hərtərəfli  olaraq  qeyri-

obyektiv  fikirlər  söyləməklə  onu  azdırmağa  çalışır.  Lakin 

bu  dəfə  o,  kifayət  qədər  məlumatlı  idi  və  heç  kim  onu  bu 

mövzu ilə bağlı səhv məlumatlarla təchiz edə bilməzdi. Elə 

məhz  buna  görə  Sergey  həmsöhbətini  yerində  otuzdurmaq 

üçün həqiqətlə dolu olan məlumatları onun üzünə vurmağı 

məsləhət bildi. O, qonaq otağından iki badə və bir şüşə araq 



                                                     

 

  



                                                                            

                                                    

388 

gətirib  həmin  badələri  doldurdu  və  masanın  üstündəki 



vazadan  bir  armud  götürüb  arağı  başına  çəkdi.  Dosent 

armudu  dişləyib  ağzında  əritdi  və  siyasətçi  kimi  sözə 

başladı. O, dedi: 

-  Edik,  sən  bilirsən  ki,  mən  tarixçi  aliməm  və  çalışıram 

hər bir tarixi hadisələri əvvəlcədən analiz edib, ondan sonra 

yaranan  diskussiyada  lazımi  qaydada  iştirak  edim.  Sən 

deyirsən  ki,  blokadaya  alındığınız  üçün  ölkəni  tərk  etmək 

məcburiyyətində qalmısınız. Yaxşı, bəs onlar torpaqlarının 

işğal  altında  olduğunu  görüb  nə  etməliydilər?  İşğaldan 

sonra  azərbaycanlılar  sizə  qaz,  elektrik  enerjisi  və  başqa 

məhsullar verməliydilər? 

-  Onda  belə  çıxır  ki,  biz  onların  köləsi  olmalıydıq?  – 

deyə  gözləri  bərələ  qalan  Eduard  vəcdə  gəldi.  –  Biz  öz 

azadlığımız  və  torpaqlarımızın  işğaldan  azad  olunması 

uğrunda mübarizəyə qalxdıq və azərbaycanlıları dədə-baba 

yurdumuzdan  qovmağa  nail  ola  bildik.  Onlar  bizimkiləri 

Bakıdan, Sumqayıtdan qovanda yaxşı idi və biz həmin haq-

sızlıqlara  göz  yummalıydıq?  Biz  qaçqınlar  aclıq  və  səfalət 

içərisində idik. Sabahkı günə heç bir ümidimiz qalmamışdı.  

-  Erməni  siyasətinə  görə  Rusiya  vaxtilə  İran,  Türkiyə, 

Azərbaycan  və  Gürcüstanla  düşmən  oldu.  –  deyə  başını 

təəssüf hissilə tərpədən elmlər namizədi həqarətlə dilləndi. 

–  Son  vaxtlar  apardığım  araşdırmalardan  məlum  olur  ki, 



                                                     

 

  



                                                                            

                                                    

389 

Rusiya  ən  böyük  zərbəni  Azərbaycana  vurubdur.  Qəribə 



paradoks yaranıbdır, bütün bunların müqabilində ən az rus 

Ermənistanda,  ən  çox  rus  isə  Azərbaycandadır.  Bizim 

millət  harada  onlara  xoş  münasibət  göstərilirsə,  həmin 

ölkədə  də  qalıb  kök  atır.  Hal-hazırda  Rusiya  İranla  sıx 

beynəlxalq  əlaqələr  qurubdur,  rusiyalı  turistlər  isə  böyük 

kütlə  ilə  Türkiyə  şəhərlərində  istirahət  edir.  Maraqlıdır  ki, 

20-si  yanvarda  və  Xocalı  soyqırımında  biz  sizin  millətin 

maraqlarını  müdafiə  edərək,  azərbaycanlıların  başına 

olmazın  müsibətlər  açmışıq,  lakin  Azərbaycan  hələ  bizim 

ölkə ilə dostluq əlaqələrini pozmayıbdır. Halbuki Gürcüstan 

Abxaziyaya  və  Cənubi  Osetiyaya  dəstək  göstərdiyimizə 

görə bizdən üz döndəribdir.  

Siz  ermənilərin  düşmən  adlandırdıqları  millət  elədir  ki, 

onlara bir hörmət etsən, əvəzində isə ikiqat həmin hörmətin 

əvəzini  çıxacaqlar.  Məndə  olan  məlumata  görə  birinci 

azərbaycanlılar  kütləvi  şəkildə  öz  yurdlarından  qovulur, 

ondan sonra isə onlar adekvat addımlar atmaq məcburiyyə-

tində qalırlar.  

-  Sergey  Vladimiroviç,  lap  birinci  onlar  Sumqayıtda 

minlərlə  bizim  soydaşlarımızı  öldürüb,  qalanlanlarını  isə 

şəhərdən  deportasiya  etdilər.  –  deyə  Edfuard  yerindən  dik 

atıldı. – Sumqayıt qırğını bütün dünyaya yayılıbdır. Bildiyi-

niz  kimi  həmin  hadisələrədə  mənim  bacım  da  faciə  ilə 



                                                     

 

  



                                                                            

                                                    

390 

üzləşmişdi.  Onun  əri  müsəlmanlar  tərəfindən  vəhşicəsinə 



öldürülür,  özü  isə  bir  neçə  quldurlar  tərəfindən  amansız-

casına zorlanmışdı. 

-  Nəyə  görə  siz  ermənilər  rəqəmləri  və  faktları  şişirdir-

siniz? Həmin xaosda on nəfərə yaxın erməni öldürülmüşdü. 

Sumqayıt  hadisələri  ilə  bağlı  yaxşı  araşdırma  kitabları  var 

və orada birmənalı şəkildə göstərilibdir ki, onların hamısını 

SSRİ DTK-i təşkil etmişdi ki, Azərbaycanda destabilizasiya 

baş versin. Ən dəhşətlisi isə odur ki, şəhərdəki qətlləri elə 

ermənilərin  özləri  ediblər  ki,  azərbaycanlıları  dünya 

ictimaiyyətinin gözündən salsınlar. Bəli, bəli, Edik təəccüb-

lənməyə  dəyməz.  Bu  dəfə  mən  Stavropolda  olan  zaman 

bacınızla  söhbət  o,  etiraf  etdi  ki,  həmin  qətllərin  başında 

Eduard Qriqoryan adlı bir residivist durmuş və o, Jannanın 

ərini  öldürmüş,  özünü  isə  zorlamışdı.  Bunu  Sumqayıtda 

yaşayan  bir  çox  ermənilərin  özləri  də  yaxşı  bilirdilər. 

Əslində  Janna  da  öldürülməli  idi,  lakin  xeyirxah  azərbay-

canlılar  onu  qatillərdən  gizlətməyə  müvəffəq  olmuşdular. 

Təsəvvür  edirsən,  düşmən  adlandırdığın  həmin  azərbay-

canlılar,  məhz  sizin  soydaşlarınızın  törətdikləri  qətllər 

zaman, bacınızı və bir çox erməni ailələrini ölümün pəncə-

sindən xilas etmişdilər. 

-  Janna  ağlına  gələni  danışır,  siz  isə  onun  sözlərinə 

inanırsınız. – eşitdiyi sözlərdən pərt olan yaşlı erməni əsəb-



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə