  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə110/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   105   106   107   108   109   110   111   112   113

                                                     

 

  



                                                                            

                                                    

419 

Əmisi oğlunu yerdən qaldıran Eduard qəzəbini saxlamayıb, 



ev yıxanlara xas olan tərzdə dedi: 

-  Hansısa  bir  türk  mənim  Robikin  qanını  axıdır,  sən  isə 

həmin cinayətkarı müdafiə edirsən? 

Həmin an o biri qohumlar da Eduarda dəstək oldular. 

- Siz nə qədər şər adamlarsınız.  – deyə əsəblərini cilov-

laya  bilməyən  rus  ziyalısı  emosional  tərzdə  dilləndi.  – 

Yazıq oğlanın barmağı Robertə dəyməmiş, siz hamınız onu  

cinayətkar adlandırırsınız.  

Tez ol, özünü ayaq ütsə saxlaya bilməyən – o, əli ilə başı 

yarılmış  Roberti  göstərərək  –  bu  alkaşı  götürüb  mənim 

evimdən  çıxın.  Yoxsa,  mən  başqa  tədbirlərə  əl  atmalı 

olacam.  

Onlar  nə  qədər  şər  yağdırsalar  da,  Sergey  hərtərəfli 

olaraq öz mövqeyində durdu və həyasız adamların evindən 

çıxmasına nail oldu. 

 

 



 

 

 



 

 

 




                                                     

 

  



                                                                            

                                                    

420 

    XX fəsil. Ermənilər böhtana əl atsalar da  

          son nəticədə ədalətlə üzləşirlər 

 

Universitetdəki işlərə başı qarışan Sergey elə zənn edirdi 



ki, verdiyi vaxt zamanı ermənilər onun evini boşaldıb, açarı 

isə  təhvil  verəcəklər.  O,  ağlına  belə  gətirə  bilməzdi  ki, 

Eduarda ailəsi qarışıq on səkkiz ildən yuxarı hörmət etdiyi 

adamların həyasızlığı heç bir əndazəyə sığmayacaq. 

Yorğun-ağrın  öz  iş  yerindən  evinə  qayıdan  tarixçi 

pedaqoq  kabinetində  oturub,  Eduardın  gəlişini  gözləməyə 

başladı.  Yelizaveta  da  həmin  ünsürlərin  çıxmasını  səbir-

sizliklə gözləyirdi. O, atasına yemək hazırlayıb süfrə başına 

dəvət etdi.  

Qız atası ilə üzbəüz əyləşib, günorta yeməyini yeyə-yeyə 

söhbət etməyə başladı. O, atasının badəsini araqla doldurub 

narahat halda dedi: 

- Ata, yaxşıdır ki, sən həmin günü evdə idin, yoxsa onlar 

heç  bir  şeyə  məhəl  qoymadan  Nizamini  günahkar  çıxara-

caqdılar.  

-  Elə  məni  dəhşətə  gətirən  onların  həyasızlığı  idi. 

Onların imkanı olsa, elə məni də şərləyərlər. Yaxşıdır ki, on 

səkkiz illik verdiyim çörəyi nəzərə alıb cızıqlarından kənara 

çıxmadılar.  



                                                     

 

  



                                                                            

                                                    

421 

-  Buna  baxmayaraq  onlardan  hər  şey  gözləmək  olar.  – 



deyə Yelizaveta xəbərdarlıq etdi. – Yaxşıdır ki, biz onlarla 

qohum deyilik, yoxsa həmin həyasızları həyətdən çıxarmaq 

mümkün olmayacaqdı. 

-  Məni  ən  çox  yandıran,  Eduardın  məni  uşaq  kimi 

barmağına dolamasıdır. Başqası olsa, bəlkə də qaldığı müd-

dətə ondan kompensassiya alardı. 

-  Qorx  ki,  onlar  səndən  kompensassiya  alsınlar.  –  deyə 

qız gülərək zarafatla dilləndi. 

Elə  bir  az  keçmişdi  ki,  Eduard  qaldığı  evin  həyətindən 

səs-küy  gəlməyə  başladı.  Yelizaveta  tərəddüd  etmədən 

pəncərə ağzına getdi və üsünü döndərmədən atasına dedi: 

-  Eduard  yerlilərini  başına  toplayıbdır.  Deyəsən,  onlar 

mebelləri daşımaq üçün ora gəliblər. Robert də başı sarıqlı 

halda oradadır. 

Sonra qız yenə də masa arxasına keçib, atası ilə başlanan 

söhbəti  davam  etdirməyə  başladı.  Heç  beş  dəqiqə  keçmə-

miş evin qapısı döyüldü.  

-  Görünür,  Eduard  qaldığı  evin  açarlarını  gətiribdir.  – 

eylizaveta bu sözləri deyərək, qapıya tərəf yollandı. 

Qapı  açılanda  Sergeyin  şəxsən  tanıdığı  sahə  müvəkkili 

kapitan İvan Alekseyev içəri daxil oldu. Onun gəlişi tarixçi 

pedaqoqda təəccüb hissi yaratdı. 




                                                     

 

  



                                                                            

                                                    

422 

- Sergey Vladimiroviç, üzr istəyirəm sizdən, mən şikayət 



ərizəsi ilə bura gəlmişəm.  

-  Hansı  şikayət  ərizəsi  ilə?  –  deyə  çiyinlərini  çəkən  ev 

sahibi daha da təəccübləndi.  

- Sizin qonşunuz Eduard Muradyan tərəfindən. 

- Bu, nə cəfəngiyyatdır? – Sergey istehza ilə dilləndi. 

-  Təəssüflər  olsun  ki,  bu  cəfəngiyyat  deyil.  –  kapitan 

əlindəki qovluqdan bir vərəq çıxarıb ev sahibinə uzatdı. 

Sergey  vərəqin  ilk  sətirlərini  oxuyanda,  -  onlar  nə 

dərəcədə  hörmətsiz  olarmışlar  –  deyərək,  yerindəcə  donub 

qaldı.  


- Hörmətli müəllim, sizə nə oldu? – deyə kapitan narahat 

oldu. 


- Eduardgil bu iftiralarla nəyə nail olmağa çalışırlar? 

-  Deyəsən,  geydirmə  qaçqınlar  bizi  də  şərləmək 

istəyirlər.  -  deyə  Yelizaveta  atasının  düşdüyü  vəziyyətdən 

nə baş verdiyini təxmini anlayaraq coşmuş halda dilləndi.  

Ondan  sonra  tarixçi  pedaqoq  sahə  müvəkkilini  süfrə 

arxasına dəvət edib, çay içə-içə yaranan problemi müzakirə 

etməyə başladı. İlk növbədə ev sahibi Eduardın son iyirmi 

ildəki tarixçəsini polis əməkdaşına nəql etdi. Sanki kapitan 

onları  tanıyırmış  kimi  başını  təqdiredici  tərzdə  tərpədərək 

aludəliklə dedi:  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə