ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə4/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   2   3   4   5   6   7   8   9   ...   60

 
13
düzmüşük dənizin qırağına.  Amma çiy iş tutublar: harda görü-
nüb ki, ayaqyolunun çıxışı asfaltın üstünə açıla?  Yaxşı ki, heç 
olmasa siz gəldiniz dediniz, yoxsa, kim bilir, o biabırçılıq hələ 
neçə gün davam eləyəcəkdi. Xarici ölkələrdən bura nə  qədər 
adam gəlir, çəkib, bütün dünyaya göstərəcəklər ki, ay camaat, 
buna baxın, adi bir ayaqyolu məsələsi nədi, onu da həll eləyə 
bilmirlər. Narahat olmayın, bəy, deyərəm, elə günü sabah təd-
bir görərlər. 
Amma gecə keçir, möhtərəm qonaqların bir dəstəsini 
başqası  əvəz eləyirdi və elə  təsəvvür yaranırdı ki, çadırın gi-
rəcəyində növbəyə durubdu bunlar. Çox ali məsələlərin müza-
kirəsi bitib-tükənmək bilmirdi və  nəhayət, səhərə yaxın (saat 
beş olardı) kimsə dedi ki, daha gecdi, məclisi yekunlaşdırmaq 
lazımdı. Heç kim etiraz eləmədi, sanki himə  bənd imiş kimi, 
hamı ayağa qalxdı. Böyük Bəy özü də ayağa durub, yan-yörə-
sindəki hörmətli qonaqlarla görüşüb sağollaşdı. Adamlar çadırı 
tərk elədilər. 
Çadırdan aralanan kimi xalq hərəkatının zavod üzrə li-
deri soruşdu ki, hə, necədi, xoşuna gəldimi? Bu da bir tərəfdən 
təəssüflənir ki, ayaqyolu məsələsini həll eləyə bilmədi, digər 
tərəfdən də sevinir ki, xoş bir təsadüf nəticəsində Böyük Bəy 
kimi böyük bir adamı görüb, tanıya bilib, söz düşəndə heç ol-
masa deyər ki, mən onu şəxsən tanıyıram, bir gecə  səhərəcən 
çadırda oturub, söhbətinə qulaq asmışam.  Əslində, elə bu cür 
də olubdu, amma həmsöhbətinə daha güclü təsir eləmək üçün 
başqa cür deyir: bir gecə səhərəcən çadırda oturub, kişiylə söh-
bət eləmişik. 
– Konkret adam deyil, – dedi. – Özü də utopiyaya çox 
meyl eləyir. Bilirsən, uzun söhbətdi bu, sonra danışarıq. Səni 
bilmirəm, çay içməkdən mənim mədəm sıyrılıb, acından ölü-
rəm. Sən belə elə, get bayaqkı tonqalın yanına, pendir-çörək də 
olsa, eybi yoxdu, gör yeməyə bir şey tapa bilirsənmi. Mənim 
bir balaca işim var, ora getməliyəm, – deyib, çadırın dal tərə-


 
14
findəki ağaclığı göstərdi. – Deyəsən, sənin ehtiyacın yoxdu. Hə, 
lap yaxşı, onda get tonqalın yanına, mən də gəlirəm. 
Agaclığa tərəf gedə-gedə fikirləşirdi ki, bəzi adamlara 
həsəd aparmaq olar, bəxtəvərlər necə  də dözümlü olurlar, ba-
yaqdan bəri çadırda oturub, çay içirik (nə az, nə çox düz beş sa-
atdı), bunun heç vecinə də deyil, amma mən ölürəm. Təcili təd-
bir görə bilməsəm, hansısa məşhur bir adam olub , onun günü-
nə düşə bilərəm. Dayan görüm o adam kimdi?  Paskal... Hə, 
düzdü, Paskal. Fransız fiziki və filosofu Blez Paskal. Yadında-
dı ki, fizikadan imtahan verəndə biletinə düşən suallardan biri 
də Paskal qanunuydu və yaxşı cavab verdi. Hardasa oxuyub ki, 
böyük bir qonaqlıqda Paskal saatlarla özünü saxlayıb və heç ki-
mə deməyib ki, üzr istəyirəm, bilmirsiniz burda ayaqyolu har-
dadı? Deməyib, nəticədə sidik kisəsi dolub partlayıb, elə ondan 
da ölüb. Heyif, o cür istedadlı adam mənasız bir utancaqlığın 
qurbanı olub. Təcili tədbir görməsə, o da Paskalın gününə düşə 
bilər. Sürətlə ağaclığa tərəf gedə-gedə ağlına bir fikir də gəldi: 
görəsən, Böyük Bəyin özünə ayaqyolu lazım olanda hara gedir? 
            
*** 
 
Kimsə dedi ki, meydandakı camaat bu tərəfə gəlir. Gün-
batan tərəfdən üfüqdə qaraltılar göründü, get-gedə böyüyən in-
san kütləsi zavodun üstünə yeridi. İşçilər orda-burda ayaq sax-
layıb maraqla baxırdılar. İkimərtəbəli idarə binasının pəncərə-
ləri açıldı, neçə adam başı çıxıb ordan boylandı. Direktora çatdı 
xəbər, o da öz müavinləri, baş mühəndis və  şöbə  rəislərindən 
ibarət olan bir dəstə adamla gəlib pilləkənin üstündə dayandı. 
Şosse yoldan əlavə, ikitərəfli tramvay və troleybus xətləri, yük 
qatarlarının gecə-gündüz neft məhsulları daşıdığı  dəmir yolu 
xətti də keçir burdan. – Çox geniş  və  səs-küylü prospektdi. 
Amma bütün nəqliyyat növlərinin hərəkəti dayandırılıb artıq. 
Güclü dağ seli çayın məcrasına sığmadığı kimi, ucu-bucağı gö-
rünməyən insan axını da prospektə sığmırdı. Adamı vahimə ba-


 
15
sır, bu nədi belə? Vəziyyət gərginləşəndən sonra zavodun mü-
hafizəsini öz üzərinə götürmüş hərbi hissənin əsgərləri əmr alıb 
hazır vəziyyətdə dayanmışdılar. 
İzdihamın ön cərgəsi idarə binasına çatıb dayandı. 
Tramvay xəttinin üstündə dayanıb baxan dörd-beş nəfər işçidən 
biri də zavodun iqtisadi əlaqələr  şöbəsinin rəis müaviniydi.  
Sonralar bu hadisəni xatırlayıb deyirdi ki, o vaxt ucu-bucağı 
görünməyən izdihamın qabağına tək çıxmışdım. Düz deyir, 
tramvay xəttinin üstündə dayanıb baxırdı  və bir də gördü ki, 
tək-tənha qalıb. Direktor da öz başının dəstəsiylə aşağı düşüb, 
ikitaylı  dəmir darvazadan içəri girdb. Qapını  dərhal da bağla-
dılar.  
İzdihamın qabaq cərgəsində nə danışıldığı eşidilirdi. Bi-
ri soruşdu ki, bura haradı? Biri dedi, benzin zavodudu; o biri 
dedi, yağ zavodudu,  digəri dedi, neft zavodudu, bir başqası de-
di, neft zavodu nədi, görmürsünüz binanın üstünə  nə yazılıb?  
Neftayırma zavodudu. Bunu eşidən birisi də bilən adamlar kimi, 
öz yan-yörəsindəkilərə izahat verdi: bura neftqayırma zavodu-
du. Hündür soba borularından çıxan tüstünü göstərib, kimsə de-
di: “Ona bax, tüstüyə. Zavod işləyir. Bəs bunlar niyə tətil elə-
mirlər?”  
Tərəddüd içində qalıb, neyləyəcəyini bilməyən adam 
kimiydi izdiham. Bunu görən şöbə rəisinin müavini izdihamın 
qabaq cərgəsinə  tərəf getdi. Nümayişçilərin başçısı arıq, ey-
bəcər bir qadın idi, qəzəb qarışıq kin-küdurət yağırdı gözlərin-
dən, gümüşü rəngli  şal örtmüşdü başına. Onunla yanaşı daya-
nan o biri qadının əlində çox naşılıqla düzəldilmiş qara bayraq: 
əyri-üyrü çubuğa tələm-tələsik bərkidilmiş qara qədək parçası 
var idi. Rəis müavini ön cərgənin mərkəzinə çatıb həmin o ey-
bəcər qadınla üzbəüz dayandı, salam verib soruşdu ki, sizə kim 
lazımdı, nə axtarırsınız? Ona cavab verilmədi, dəstəbaşı soruş-
du ki, sən də bu xarabada işləyirsən? Qadının xırıltılı səsi özün-
dən də eybəcər idi, ağzını açıb danışanda çirkin siması bir az da 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə