Zeynalov r. M



Yüklə 64,24 Kb.
tarix02.03.2018
ölçüsü64,24 Kb.
#28724

BUD SÜMÜYÜ BOYUN SINIQLARI MÜALİCƏSİNDƏ PMMA TƏTBİQİ

ZEYNALOV R.M.

Azərbaycan Respublikası Mərkəzi Klinik Xəstəxanası,

Baki, Azərbaycan

Application of PMMA in femoral neck fracture treatment

Zeynalov R.M.

Summary:

Failure of the internal fixation may develop in femoral neck fractures, because most of the patients are aged and osteoporotic. The correlation between fracture stability and union has been shown in many studies. Dedicated screws were designed or augmented with different materials (PMMA, Calsium phosphate) to increase the holding power at the femoral head for better fixation. The osteonecrosis of the femoral head may develop after applying PMMA. The purpose of the work was to evaluate temperature increasing after using PMMA in femoral neck fracture fixation. 24 human femoral heads were used in our study. In study group 7 mm cannulated screws with holes between the threads augmented by 1cc cement were used. In control group no cement was applied around the screws. Mean 1.3ºC temperature elevation was detected in the study group when comparing with the control group. According to these results we can use PMMA in internal fixation of femoral neck fractures.
Применение ПММА в лечении переломов шейки бедра
Зейналов Р.М.

Резюме:

При внутренней фиксации переломов шейки бедра у больных наблюдается ослабление фиксации по причине остеопороза. Корреляция между стабильностью и сращением отмечена во многих статьях. В целях предотвращения миграции и вторичного перемещения, разработаны специальные винты и особые материалы (ПММА, Кальций фосфат) для укрепления окружающей кости. После применения ПММА может развиться остеонекроз головки бедра. Цель исследования состояла в измерение температуры кости после применения ПММА. В исследовании было использовано 24 головки бедренной кости. В основной группе винты с отверстиями укреплялись ПММА. В контрольной группе ПММА не применялась. В основной группе отмечено повышение температуры на 1.3º C по сравнению с контрольной группой. Основываясь на этих данных можно рекомендовать применение ПММА для усиления фиксации переломов шейки бедра.

Giriş: Bud sümüyü boyun sınığı yaşlı xəstələrdə ən çox rastlanan sınıq tiplərindən biridir. Bu sınıqlar müasir dövrdə də ortoped travmatoloqlar üçün həm müalicəsi, həm də nəticəsi cəhətdən həll edilməmiş bir problem olaraq qalmaqdadır.

Xəstələrin çoxu yaşlı olduğu üçün osteoparoz səbəbi ilə internal fiksasiyada boşalma baş verir. İmplantın miqrasiyasını azaltmaq və ikincili sınıq yer dəyişməsinin qabağını almaq üçün bud sümüyü başına daha yaxşı tutuna bilən müxtəlif dizaynda vintlər düzəldilmiş və müxtəlif materiallarla(PMMA, Kalsium fosfat) vintin tutma gücü artırılmışdır.(2,7,8,9,11).

Dizayn etdiyimiz kanallı vintin bud sümüyü başını tutan yivli qismi üzərində dəliklər var. Vintin kanal qismi içindən bud sümüyü başına maye PMMA inyeksiya edilərək sınığın daha yaxşı fiksasiya edildiyi digər məqalələrimizdə qeyd edilmişdi.(13,14). İn vivo təcrübələrin aparılması üçün PMMA sərtləşməsi zamani baş verə biləcək eqzotermik reaksiya ilə temperatur artması ölçülməlidir. Təcrübəmiz isinmə nəticəsində əmələ gələ biləcək temeperaturun ortalama yüksəlmə dəyəri ölçülməsi məqsədi daşıyırdı.

Material və Metodlar. Təcrübədə cəmi 24 ədəd bud sümüyü boynu sınığı səbəbi ilə artroplastika əməliyyatı keçirmiş xəstələrə aid olan bud sümüyü başları istifadə edildi. Təcrübədə insan bud sümüyü başları istifadə etmək üçün Marmara Universiteti Etik Komitəsinin təsdiqi alınmışdır. Bu başlar plastik qutu içində dondurucularda (-20º) saxlanmışdır.(1,8,12).

Təcrübədən 24 saat əvvəl başlar buzluqdan çıxardılıb əridildi. Fərqli uzunluqda olan bud sümüyü başları oynaq səthindən 30 mm proksimalda köndələn şəkildə osteotomiya edildi. Sonra bud sümüyü başlarına skopiya nəzarəti altında 5 mm subxondral nahiyəyə qədər dizayn etdiymiz 7 mm kanallı vintlər göndərildi. Əvvəlcə təcrübə qrupundakı bud sümüyü başlarının hərarəti termsensorla(Hand Held Digital Alarm Thermometer, ST 9269) ölçüldü və ilkin göstəricilər qeyd olundu(Şəkil 1).(4,12). Bu nəticələr kontrol qrupunun göstəriciləri olaraq qeyd edildi.



a.17 b. 17

Şəkil 1. a. Digital termosensor , b. Bud sümüyü başı hərarətinin ölçülməsi
PMMA (Cemfix 3) inyeksiyası üçün lazım olan materiallar hazırlandı(Şəkil 2). Ardından təcrübə qrupu üçün PMMA məhlulu tozu ilə qarışdırıldı və inyeksiya ediləcək şprisə dolduruldu. Şprisin ucu kanallı vintin başına taxıldı və təzyiq altında bud sümüyü başına kanal içindən PMMA inyeksiya edildi(Şəkil 3. a). Sonra şpris çıxarıldı və kanal içindəki PMMA kanaldan keçən ən böyük K-teli ilə(sement basdırıcı) bud sümüyü başına tərəf basdırıldı(Şəkil 3. b). Bu prosedura bir neçə dəfə təkrarlanaraq bud sümüyü başı üçün ümumilikdə 1 ml PMMA istifadə edildi. PMMA qurumağa başlarkən K-teli geri çəkildi. Termosensorla PMMA quruyub istilik əmələ gətirərkən bud sümüyü səthinin hərarəti yenə ölçüldü. Hərarətin ölçülməsi sement inyeksiyasından 20 dəqiqə müddət keçənə qədər davam etdirildi və ən yüksək rəqəm müəyyən edilərək qeyd olundu.(4,12).


Şəkil 2. a. Aşağı sıxlıqlı sement(PMMA), b. Dizayn edilən vint,

c. Sement basdırıcı, d. Şpris
17b. 17

Şəkil 3. Sementləmə: a. Kanalın sement ilə doldurulması, b. Sementin basdırıcı ilə

distala göndərilməsi


Tədqiqatın nəticələri. Təcrübədə bud sümüyü başına vint kanalı içindən 1 ml PMMA göndərildi. 20 dəqiqə ərzində PMMA sərtləşərkən bud sümüyü səthindəki istilik ölçüldü. Bud sümüyü başı səthindəki hərarət 21.7ºC-dən 23ºC-yə qədər qalxaraq ortalama 1.3ºC artış müəyyən edildi.(Cədvəl 1).

Müzakirələr: Bud sümüyü boyun sınıqları daha çox yaşlı insanlarda görülən bir patologiyadır və səhiyyə sistemində yüksək xərclərə səbəb olur. İmplant dizaynında, cərrahi metodlarda və xəstə qulluğundakı inkişafa baxmayaraq müalicə nəticələri kifayət qədər üz güldürücü deyil. İnsanların ömrü uzandıqca bud sümüyü boynu sınıqlarının da görülmə tezliyi artmaqdadır.(2).
Cədvəl 1. Bud sümüyü başlarında ilkin və son temperatur göstəriciləri

Bud sümüyü başları

ilkin dərəcə(C)

son dərəcə(C)

1

21.8

23.0

2

21.8

22.9

3

21.6

23.0

4

21.5

22.9

5

21.6

22.9

6

21.7

22.9

7

21.6

22.9

8

21.9

23.2

9

21.9

23.0

10

21.8

23.0

11

21.8

23.0

12

21.7

23.0

13

21.5

23.1

14

21.8

23.0

15

21.7

23.1

16

21.7

23.0

17

21.6

22.9

18

21.8

23.0

19

21.6

23.1

20

21.7

23.0

21

21.6

23.1

22

21.7

23.1

23

21.8

22.9

24

21.6

23.0

Bud sümüyü boynu sınıqlarının internal fiksasiya ilə müalicəsi sonrası osteonekroz və bitişməmək kimi ağırlaşmalarına məqalələrdə geniş yer verilmişdir. Bu məqalələrdə osteonekroz və bitişməmək kimi ağırlaşmaların sınığın yerdəyişmə dərəcəsi, bud sümüyü başı qan dövranının pozulması, reduksiyamım uyğunluğu və fiksasiyanın sərtliyi ilə əlaqədar olduğu göstərilmişdir.

Lu-Yao və əməkdaşlarının 106 məqalədən ibarət metaanaliz yazısında bud sümüyü boynu sınıqlarının 23%-37%-ində bitişməmə və 11%-19%-ində isə kumulyativ osteonekroz olduğu bildirilmişdir.(5).

Yerini dəyişən bud sümüyü boynu sınığı keçirmiş yaşlı xəstələrdə internal fiksasiya sonrası ağırlaşmaların tez-tez rastlanması cərrahların əksəriyyətini artroplastika alternativinə yönəltmişdir. Protez cərrahiyyəsi erkən dövrdə internal fiksasiyaya görə təkrari əməliyyat miqdarını azaldır. Lakin artroplastika cərrahiyyəsi internal fiksasiyaya nisbətən böyük əməliyyatdır. Daha geniş cərrahiyyə və qan itikisi çox olan proseduradır. Bir çox məqalələrdə də ölüm nisbətini artırdığı göstərilmişdir.(10).

Xəstələrin çoxu yaşlı olduğu üçün osteoparoz səbəbi ilə internal fiksasiyada boşalma baş verir. İmplantın miqrasiyasını azaltmaq və ikincili sınıq yer dəyişməsinin qabağını almaq üçün bud sümüyü başına daha yaxşı tutuna bilən müxtəlif dizaynda vintlər düzəldilmiş və müxtəlif materiallarla(PMMA, Kalsium fosfat) vintin tutma gücü artırılmışdır.(3,7,8,9,11).

Frederik və əməkdaşları tərəfindən dərc edilən boimexaniki təcrübədə AO, Olmed, Hansson, ucunda yiv ilə qarmağı olan hibrid vintlər və LIH qarmaqlı telin sintetik sümük olan poliuretanda PMMA və kalsium fosfatla gücləndirilərək pull out və ekstraksiya torq qüvvətləri müqayisə edilmişdir. Təcrübədə üç fərqli sıxlıqda sintetik sümük istifadə edilmişdir. PMMA ilə gücləndirildikdə standart metodlara görə hər üç sıxlıqda pull out və ekstraksiya torq qüvvəti ölçülmələrində əhəmiyyətli dərəcədə yüksək fərq müəyyən edilmişdir.(3).

Mattson və əməkdaşları tərəfindən edilən randomizə klinik təcrübədə yerini dəyişmiş bud sümüyü boynu sınığlı 118 xəstəyə 2 ədəd Olmed vintiylə internal fiksasiya tətbiq edilmişdir. Bu xəstələrin 58-ində kalsium fosfatla gücləndirmə və 60 xəstədə isə standart metodla fiksasiya edilmişdir. Gücləndirmə edilən qrupda 20 xəstədə və kontrol qrupunda 14 xəstədə reduksiyanın itirilməsi, bitişməmə və ya osteonekroz səbəbi ilə artroplastika əməliyyatı icra edilmişdir. Gücləndirilmiş qrup daha çox təkrari əməliyyata səbəb olduğu üçün bu metod tövsiyə edilməmişdir.(7).

Təcrübəmizdə 24 ədəd bud sümüyü başı istifadə edilmişdir. Bütün bud sümüyü başları bud sümüyü boyun sınığı keçirən xəstələrdən alınmışdır.Kontrol qrupunda yivləri üstündə dəlikləri olan 7 mm kanallı vintlər istifadə edildi. Təcrübə qrupunda isə bu vintlər bud sümüyü başına yerləşdirildikdən sonra 1 ml PMMA ilə gücləndirildi. Müxtəlif məqalələrdə gücləndirmə üçün PMMA və kalsium fosfat sement materyalları istifadə edilmişdir. PMMA və kalsium fosfatın hər birinin özünə xas üstün cəhətləri var. Kalsium fosfat inyeksiya edilə bilən, bioloji uyğun, eqzotermik olmayan, in situ sərtləşən xüsusiyyətlər daşımaqdadır. Digər tətəfdən kalsium fosfat sümükdən güclü olsa da PMMA-ya görə daha zəif bir materyaldır. Kalsium fosfatın komperssiv gücü 55 Mpa olduğu halda PMMA-ın isə ən az 90 Mpa olduğu bilidirilmişdir.(6,9). Digər tərəfdən PMMA sərtləşərkən eqzotermik reaksiya törədir. Ətrafa verilən istiliyin toxumalara zərər verərək sınıq bitişməsinin qabağını alacağı və osteonekroz riskini artıra biləcəyi qeyd olunmuşdur. Təcrübədə bud sümüyü başına vint kanalı içindən 1 ml PMMA göndərildi. 20 dəqiqə ərzində PMMA sərtləşərkən bud sümüyü səthindəki istilik ölçüldü. Bud sümüyü başı səthindəki hərarət 21.7ºC-dən 23ºC-yə qədər qalxaraq ortalama 1.3ºC artış müəyyən edilmişdir. Bu dərəcədə istiliyin bud sümüyü başı osteonekrozu törəcək səviyyədə olmadığı qənaətinə gəlindi. Aldığımız bu eksperimental təcrübə göstəriciləri əsasında in vivo təcrübələrin aparılması və kliniki nəticələrin qiymətləndirilməsi lazımdır.



Ədəbiyyat:

  1. Aminian A, Gao F, Fedoriw WW, Zhang LQ, Kalainov DM, Merk BR: Vertically oriented femoral neck fractures: Mechanical analysis of four fixation techniques. J Orthop Trauma. 2007;21:544-548.

  2. Hudson JI, Kenzora JE, Hebel JR, Gardner JF, Scherlis L, Epstein RS, Magaziner JS: Eight-year outcome associated with clinical options in the management of femoral neck fractures. Clin Orthop Relat Res. 1998 Mar;(348):59-66.

  3. Eriksson F, Mattsson P, Larsson S: The effect of augmentation with resorbable or conventional bone cement on the holding strength for femoral neck fracture devices. J Orthop Trauma. 16(5):302-10,2002.

  4. Heini PF, Franz T, Fankhauser C, Gasser B, Ganz R: Femoroplasty-augmentation of mechanical properties in the osteoporotic proximal femur: a biomechanical investigation of PMMA reinforcement in cadaver bones. Clin Biomech(Bristol, Avon). 19(5):506-12,2004.

  5. Lu-Yao GL, Keller RB, Littenberg B, Wennberg JE: Outcomes after displaced fractures of the femoral neck. A meta-analysis of one hundred and six published reports. J Bone Joint Surg Am. 76(1):15-25,1994.

  6. Mattsson P, Alberts A, Dahlberg G, Sohlman M, Hyldahl Hc, Larsson S: Resorbable cement for the augmentation of internally-fixed unstable trochanteric fractures. A prospective, randomised multicentre study. J Bone Joint Surg Br. 87(9):1203-9,2005.

  7. Mattsson P, Larsson S: Calcium phosphate cement for augmentation did not improve results after internal fixation of displaced femoral neck fractures: a randomized study of 118 patients. Acta Orthop. 77(2):251-6,2006.

  8. Mattsson P, Larsson S: Stability of internally fixed femoral neck fractures augmented with resorbable cement. A prospective randomized study using radiostereometry. Scand J Surg. 92(3):215-9,2003.

  9. Moore DC, Frankenburg EP, Goulet JA, Goldstein SA: Hip screw augmentation with an in situ-setting calcium phosphate cement: an in vitro biomechanical analysis. J Orthop Trauma 11(8):577-83,1997.

  10. S.Terry Canale MD: Campbell’s Operative Orthopaedics. Mosby, 11th edition, 2007.

  11. Stankewich CJ, Swiontkowski MF, Tencer AF, Yetkinler DN, Poser RD: Augmentation of femoral neck fracture fixation with an injectable calcium-phosphate bone mineral cement. J Orthop Res. 14(5):786-93,1996.

  12. Stoffel KK, Leys T, Damen N, Nicholls RL, Kuster MS: A new technique for cement augmentation of the sliding hip screw in proximal femur fractures. Clinical Biomechanics. 23 (2008) 45-51.

  13. Zeynalov R.M.: Bud sümüyü boyun sınıqlarında kanallı vintin yivli qisminə açılan dəliklərdən təzyiq altında sement verilərək tutma gücünün artırılması. Sağlamlıq. 9 (2009).

  14. Zeynalov R.M.: Bud sümüyü boyun sınıqlarında internal fiksasiya gücünün artırılması. Sağlamlıq. 10 (2009).

Yüklə 64,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə