Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   2   3   4   5   6   7   8   9   10   ...   37

15 

 

uğrunda mübarizə aparan Səfəvi-Osmanlı dövlətləri islam dininə sitayiş edən dağlı 



tayfalarını müdafiə edir, bu hərbi qüvvədən xristianlara, ilk növbədə tabe olmayan 

gürcü  feodallarına  qarşı  istifadə  etməyi  nəzərdən  qaçırmırdı.  Getdikcə  nüfuzlu 

hərbi  siyasi  birləşməyə  çevrilən  Car-Balakən  icması  Qafqazda  cərəyan  edən 

hadisələrə mühüm, bəzən də həlledici təsir göstərirdi. 

Tarixşünaslıqda  Car  etnonimi  müxtəlif  baxımdan  izah  olunmuşdur.  Şopen 

Car-Balakən  etnonimini  bu  cür  izah  edir:  "Bu  söz  Car-Pilləkəndir  və  mənası  yol-

pilləkən  deməkdir.  Car-türk  sözü  olub  yol  deməkdir.  Məhz  bu  ərazidən  Alan 

qapılarına gedən yol başlanır". (132, s. 414). 

Azərbaycan,  Gürcüstan  və  Dağıstanla  sərhəddə  tutduqları  əlverişli  coğrafi 

mövqeyə  və  hərbi  nüfuzuna  görə  qonşuları  həmişə  onlarla  ittifaqda  olmaqda 

maraqlı  idilər.  "Onlarla  müttəfiqlik  yalnız  Azərbaycan,  Dağıstan  və  Gürcüstan 

xanlıqları  arasındakı  siyasi  iğtişaşlarda  həlledici  rol  oynamırdı.  Türkiyə  və  İran 

kimi iki rəqib-dövlət də Carla ittifaqda olmaqda maraqlı idi". (128, s. 15). 

Car  ordusunun  müxtəlif  hakimlər  tərəfindən  muzdlu  hərbi  xidmətə 

götürülməsi mənbələrdə öz əksini tapmışdı. Bəylərbəyliklər və xanlıqlar dövründə 

Dağıstan tayfalarından muzdlu qoşunlar yaradılır, bu qoşunlar isə çox həvəslə daha 

çox  pul  verən  feodal  hakimlərinin  tərəfində  vuruşurdular.  Şəki,  Şirvan,  Gəncə 

xanları, Qars və Ahısqa paşaları, İmeretiya və Gürcüstan Carları daim muzdlu ləzgi 

qoşunlarından istifadə edirdilər. Gürcü Carı II İrakli Nadir şahın ölümündən sonra 

İran taxtına olan iddiaçıların çağırışı ilə ləzgilərdən tutulmuş muzdlu qüvvə ilə bir 

neçə  dəfə  İrana  yürüş  etmiş,  eyni  zamanda  məhz  bu  qoşunun  köməyi  ilə  Gəncə, 

İrəvan,  Qarabağ  xanlarından  xərac  yığılmışdır.  Gürcü  feodalları  muzdla  tutulmuş 

ləzgi  qoşunundan  cənubdan  hücum  edən  İran  və  Türkiyəyə  qarşı,  eyni  zamanda 

dağlıların öz həmtayfalarına qarşı mübarizədə istifadə edirdilər. 

Qafqaz  Arxeoqrafiya  Komissiyasının  Aktlarında  toplanan  sənədlərdən 

məlum  olur  ki,  gürcü  hakimləri  muzda  tutulmuş  ləzgi  korpuslarından  lazım 

gəldikdə  itaətsizlik  göstərən  və  özbaşınalıq  edən  gürcülərə  qarşı  da  istifadə 

edirdilər.  Kartli-Kaxetiyada  daxili  qayda-qanunu  qoruyan  bu  korpuslar  bəzən 

özbaşınalıqlar  da  törədirdi.  Bu  zaman  hərbi  qənimətin  və  şəxsi  mənfəətin 

artırılması istisna edilmirdi (1, s. 426). 

Camaatlar  sosial-iqtisadi  inkişaf  səviyyələrinə  görə  qonşu  dövlətlərdən 

kəskin  şəkildə  fərqlənmirdi.  Lakin  başqa  ictimai  quruluşa  malik  idi.  Camaatların 

daxili  quruluşu  və  burada  mövcud  olan  torpaq  münasibətlərinin  özünəməxsus 

xüsusiyyətləri  var  idi.  Camaatların  daxili  idarə  sistemi  və  keşgəl  hüquqları  İran, 

Türkiyə,  Rusiya  tərəfindən  tanınır  və  ərazi  müxtəlif  vaxtlarda  bu  dövlətlərin 

nominal təbəəliyində xüsusi statusa malik inzibati vahid təşkil edirdi. 

Camaatlar avar və saxur kəndlərindən, həbelə onların icarəçiləri olan xüsusi 

mükəlləfiyyətlər  daşıyan  ingiloy  və  muğal  kəndlərindən  ibarət  idi.  Camaatlar  bir 

qayda olaraq dağlı tayfalarına xas olan nəsli-tayfa idarəçiliyini qoruyub saxlayırdı. 



16 

 

Öz üzərində avarların hakimiyyətini tanıyan  yerli əhali ilk əvvəl onlara öz 



müttəfiqləri kimi baxırdılar. Bu, o zaman baş verirdi ki, hələ camaatların daxilində 

feodallaşma prosesi getmirdi. Yerli kəndlilər öz vəziyyətlərini yaxşılaşdırmaq üçün 

icmalardan  asılı  vəziyyətə  düşməyi  ən  əlverişli  vasitə  hesab  edirdilər.  İlk  əvvəl 

ingiloy  və  muğalların  carlılara  ödədikləri  vergilər  də  ağır  deyildi.  Nəinki  tək-tək 

kəndlilər,  bəzən  bütöv  kəndlər  car  ləzgilərinin  tərəfinə  keçirdilər.  Məsələn,  türk 

kəndləri olan Baydarlı və Çobangəl kəndləri XVII əsrdə könüllü saxur icmalarının 

himayəsi altına keçmişdi (128, s. 14). 

Lakin avarların  yerli  əhali ilə  ittifaqı  müvəqqəti xarakter daşıyırdı.  Zaman 

keçdikcə icmaların daxilində təbəqələşmə prosesi gücləndi. İcma daxilində hakim 

feodal  qruplaşması  formalaşdı.  İcmalar  daxilində  patriarxal  nəsli  quruluşun 

qalıqları qorunub saxlanmaqla yanaşı ingiloy və muğal kəndləri üzərində kollektiv 

hakimiyyət  də  mövcud  idi.  İcmaların  ictimai  quruluşu  başlıca  olaraq  nəsli  qəbilə 

quruluşunun  qalıqlarına  əsaslanırdı.  İcmalar  toxumlara  yaxud  ata  xətti  ilə  qohum 

nəsillərə  ayrılırdı.  Hər  kənd  icması  2-3  toxumdan  ibarət  idi.  Bir  çox  kəndlərdə 

toxumlar eyni adları daşıyırdı. Bu eyni adı daşıyan toxumların bir yerdən çıxması 

və  yaxud  toxumların  parçalanması  nəticəsində  yeni  toxumların  yaranması  ilə 

əlaqədar  idi.  Hər  bir  icmada  ali  idarəçilik  kəndxuda,  starşina  və  qazılara  məxsus 

idi.  Onlar  bir  yerdə  ali  idarəçiliyi  təşkil  edir,  bütün  mülki  və  dini  hakimiyyəti  öz 

əllərində saxlayırdı. Ali idarəçilik məhkəmə və divan işlərinə baxır, ictimai qayda-

qanunu  qoruyur,  nəsli  əmlakı  idarə  edir  kəbin  kəsir,  barışıq  və  mübahisəli 

məsələləri  həll  edir,  dağlıq  yerlərdə  sərhədlərin,  otlaq  yerlərinin  mühafizəsi  üçün 

gözətçilər təyin edirdi (125. s. 86—87). 

Kəndxuda  kəndi  idarə  edir  və  onun  baş  rəisi  hesab  olunurdu.  O  bir  qayda 

olaraq  öz  icmasının  ali  idarəçiliyinin  göstərişlərini  yerinə  yetirir,  məhkəmə 

qərarlarını  icra  edir,  kənd  əhalisinin  kiçik  şikayətlərinə  baxır,  qayda-qanuna, 

sakitliyə, əhalinin davranışına nəzarət edir, itaət etməyənləri, yoldan çıxanları islah 

edir,  təqsirli  bilinənləri  məhkəməyə  verir,  axtarış  aparır,  sürgün  edir,  çavuş  və 

yasovulu  seçirdi.  Feodallaşma  prosesinin  sürətlənməsi  nəticəsində  kəndxuda 

seçilmir, bu vəzifə irsi olaraq nəsildən-nəslə ötürülürdü. 

Kənd  starşinası  icmanın  ali  idarəçiliyi  ilə  əlaqə  yaradır,  hakimlik  edirdi. 

Kənd starşinasının kəndxuda ilə müqayisədə səlahiyyəti kiçik idi. Lakin starşinanın 

kəndxudanın  işinə  nəzarət  etmək  hüququ  var  idi.  Əgər  kəndxuda  tərəfindən 

müəyyən qanunsuzluğa yol verilirdisə, starşina bunu öz toxumuna çatdırır, seçkini 

gözləmədən  həmin  kəndxudanın  daha  inanılmış  etibarlı  adamla  əvəz  edilməsinə 

nail olurdu. 

Tabunbaşı kəndxudanın köməkçisi olub-bir qayda olaraq onun göstərişlərini 

yerinə  yetirir,  əhali  arasında  mükəlləfiyyətlərin  növbəsini  müəyyənləşdirir,  suyun 

bağlar və üzümlüklər arasında düzgün paylaşdırılmasına nəzarət edirdi. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə