Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə13/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

27 

 

Yenikənd  və  İlisu  sahələrinə  bölünürdü.  Axırıncı  sahə  keçmiş  İlisu  sultanlığının 



bütün  torpaqlarını  əhatə  edirdi.  Sultanın  səlahiyyətləri  isə  sahə  iclasçısının 

səlahiyyətləri 

ilə 

məhdudlaşdırıldı. 



Müstəqil 

idarəçilik 

hüquqlarının 

məhdudlaşdırılması  ilə  barışmaq  istəməyən  Daniyal  sultan,  hərbi  nazirə  və 

Qafqazdakı  rus  qoşunlarının  baş  komandanına  göndərdiyi  məktublarda  kəskin 

narazlığını bildirir, hüquqlarının tapdanmasını alçaldıcı iş hesab edirdi. 1842-ci il 

iyulun 1-də hərbi nazirə göndərdiyi məktubda yazırdı: "Atam öldükdən sonra mən 

1831-ci  ildə  irsi  olaraq  əlahəzrət  tərəfindən  sultan  təyin  edildim.  Vəzifəyə 

keçdikdən sonra  daim  xalqımın  Rusiya  imperiyasına  sadiq qalmasına çalışmış  və 

özümü var qüvvə ilə bu işə həsr etmişəm. Bütün xidmətlərim əlahəzrət imperator 

tərəfindən  qiymətləndirilmişdi.  Lakin  1840-cı  ildə  yenidən  idarəetmə  orqanları 

təşkil  olunarkən  mənim  mülklərim  Gürcüstan-İmeretiya  quberniyasının  Balakən 

qəzasının  tərkibinə  daxil  edilmişdi.  Daşıdığım  titulun  saxlanmasına  baxmayaraq 

mənə  sahə  iclasçısı  hüququnda  ümumi  vətəndaş  nizamnaməsinə  əsaslanaraq 

rəhbərlik  etmək  tapşırıldı.  Əcdadlarımın  əsrlərlə  mövcud  olan  irsi  hüquqlarının 

pozulmasını, sizin iradənizdən asılı olmayaraq həyata keçirildiyini güman edirəm. 

Lakin  bu  işi  aydınlaşdırmaq  üçün  baş  komandana  müraciət  etdim.  Sizə  müraciət 

edərək  aşağıdakıları  nəzərdən  keçirməyinizi  xahiş  edirəm!  "Bu  ərazilərin 

(sultanlığın)  əcdadlarımdan  mənə  miras  qalmasını  əsas  götürərək  hüquqlarımın 

tapdanmasına  yol  verməyin.  Məni  yerli  quberniya  rəisinə  tabeçilikdən  və 

Zaqafqaziya  ölkəsində  fəaliyyət  göstərən  vətəndaş  idarəetməsi  nizamnaməsinə 

tabelikdən  azad  etməyinizi  xahiş  edirəm.  2)  İlisu  sultanlığının  irsi  olaraq  mənə 

keçməsi  haqqında  vəsadət  qaldırılmağınızı  sizdən  xahiş  edirəm.  Bu  məni  və 

övladlarımı  gələcəkdə  Rusiya  hökumətinə  daha  sədaqətlə  qulluq  etməyə 

ruhlandırar" (123, s. 49-50). 

Daniyal sultan 1843-cü il yanvarın 12-də baş komandan general adyutant A. 

İ. Neydqarta göndərdiyi raportda da hüquqlarının məhdudlaşdırılması ilə barışmaq 

istəmir, sahə iclasçısı vəzifəsini alçaldıcı iş hesab edirdi (123, s. 51). 

Yeni  idarəçilik  qaydalarının  tətbiq  edilməsi  elə  ilk  vaxtlardan  müəyyən 

çətinlik  yaratdı.  Hərbi  nazir  knyaz  Çernışevin  fikrincə  Car-Balakən  qəzası  mülki 

idarəçiliyin  əsaslarının  mənimsənilməsinə  hələlik  hazır  deyildi.  Sərhədlərin 

basqınlardan qorunması, əhalinin tabe olmayan dağlı xalqlarla yaxınlığı, müsəlman 

ruhanilərinin  fəaliyyətinə  ehtiyatlı  nəzarət  mülki  idarəçiliyin  əsaslarına  uyğun 

gəlmirdi.  Hərbi  qaydaların  saxlanması  və  mümkün  qədər  sadələşdirilməsi  zəruri 

idi. 

1842-ci  ildə  Qafqazı  yoxladıqdan  sonra  hərbi  nazir  knyaz  Çernışev  baş 



komandan general-adyutant E. A. Qolovinə Balakən qəzasının dairə adlandırılması 

və idarəçiliyi hərbi-ştab zabitinə tapşırmaq haqqında əmr verdi. Əmrdə göstərilirdi 

ki,  mülki  təsisatlardan  ərazidə  yalnız  xəzinə  saxlanmalı,  mülki  işlər  şəriət  və 

münsiflər məhkəməsi vasitəsilə həll edilməlidir. Rusiya qanunları vasitəsilə öz işini 

yoluna qoymaq istəyənlər yaxınlıqdakı Şəki məhkəməsinə göndərilə bilərdi. 



28 

 

Hərbi nazirin yalnız Balakən qəzasının yenidən qurulması xarakteri daşıyan 



bu  tapşırığı  dərhal  yerinə  yetirildi.  Qəza  dairə  adlandırıldı.  Dairə  rəisinə  əvvəllər 

qəza  rəisinə  həvalə  edilən  təhqiqat,  cinayət-iddia  işlərinin  qəti  həll  edilməsi 

hüquqları tapşırıldı. Kənd idarəsi 1840-cı ilədək mövcud olan qaydalara görə xalq 

tərəfindən seçilən yüzbaşılar, kovxalar, tabunbaşılar və çavuşlardan ibarət idi. 

Qafqazdakı rus qoşunlarının baş komandanı general-adyutant A. İ. Neydqart 

1843-cü  ildə  Car-Balakən  dairəsini  və  İlisu  sultanlığını  Balakən  dairəsinin  hərbi-

dairə  rəisi  titulu  almış  general-mayor  Şvartsa  tabe  etdi.  Dairə  rəisi  əvvəlki  kimi 

qapdı, o hərbi məsələlərdə, general Şvarts isə mülki işlərdə quberniya rəhbərliyinə 

tabe  edildi.  Təlimatda  qərara  alınmışdı  ki,  diyarda  sakitliyi,  qayda-qanunu  və 

təhlükəsizliyi qoruyub saxlamağa xidmət edən hərbi-dairə rəisinin bütün əmrlərini 

mülki hakimlər danışıqsız və dərhal yerinə yetirməli idi. Bütün işlər haqqında hərbi 

dairə rəisi baş komandana, dairə rəisi isə quberniya rəhbərliyinə raport verməli idi. 

Hərbi dairə rəisinin səlahiyyətləri daha böyük idi. Təlimatın 15-ci paraqrafına görə 

etibarsız hesab edilən məmuru o dərhal vəzifəsindən kənarlaşdıra bilərdi. 

Tezliklə  aydın  oldu  ki,  hərbi  fəaliyyət  teatrına  çevrilən  Dağıstanla 

həmsərhəd olan İlisu sultanlığı və Balakən dairəsinin əhalisi üzərində nəzarəti daha 

da  gücləndirmək  lazımdır.  Buna  görə  də  general  Neydqart  dairəni  və  onun 

tərkibinə  daxil  olan  sultanlığı  Gürcüstan-İmeretiya  quberniyasının  mülki 

idarəçiliyindən  tamamilə  ayırmaq  qərarına  gəldi.  Car-Balakən  dairəsi  bütünlüklə 

hərbi-dairə rəisinə tabe edildi, ona inzibati, maliyyə, təsərrüfat və mülki məhkəmə 

münasibətlərində mülki qubernatorun, cinayət işləri üzrə hökm verilməsi sahəsində 

isə  diviziya  rəislərinin  hüquqları  verildi.  İlisu  sultanı  1840-cı  il  təsisatına  qədər 

Car-Balakən  vilayətinin  rəisinə  tabe  edilirdi.  Öz  əlində  çox  böyük  səlahiyyətlər 

toplayan general-mayor Şvarts bütün əmrlərinin sözsüz icra edilməsini tələb edirdi. 

Özünü sultanlığın irsi hakimi sayan və bu vaxtadək heç kimə tabe olmayan Daniyal 

sultan 


isə 

Şvartsın  göstərişlərinə  əməl  etmirdi.  Getdikcə  imtiyazları 

məhdudlaşdırılan  Daniyal  sultan  Qafqaz  canişininin  Şamilə  qarşı  hərbi  səfərdə 

iştirak  etmək  təklifini  rədd  etdi.  Məsciddə  Rusiyanın  müstəmləkə  əsarətinə  qarşı 

mübarizə  aparmağa  and  içən  Daniyal  sultan  Şamilin  tərəfinə  keçdi.  O  İlisu  ilə 

qonşu  olan  ərazilərə  Car-Balakənə,  Şəki  və  Şirvan  qəzalarına  öz  adamlarını 

göndərərək  onları  bu  mübarizəyə  qoşulmağa  çağırdı.  Ailəsini  Dağ  Mahalına 

göndərən  sultan  müdafiə  sistemi  yaratmaq  üçün  bir  sıra  tədbirlər  həyata  keçirdi 

(72, s. 732). 

1844-cü  ildə  Daniyal  sultanın  Şamilin  tərəfinə  keçməsindən  sonra  İlisu 

sultanlığı ləğv edildi. O əvvəlcə Car-Balakən dairəsinin rəisinə tabe olmaqla xüsusi 

İlisu dairəsinə (mahala) sonra isə Car-Balakən dairəsinə aid sahəyə çevrildi. 

1859-cu  ildə  Qafqazın  şərq  hissəsi  ruslar  tərəfindən  istila  edildikdən  sonra 

Dağıstan vilayətinin yaradılması ilə əlaqədar vaxtilə İlisu sultanlığının ərazisi olan 

torpaqlar yəni Dağ mahalı cənubi Dağıstana birləşdirildi (129, s. 32). 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə