Yusif Şükürlü



Yüklə 1,13 Mb.
səhifə4/7
tarix26.09.2017
ölçüsü1,13 Mb.
#1659
1   2   3   4   5   6   7
* * *

Sonrakı gün görüş zamanı Yettinin davranışında ata üçün anlaşılmaz bir dəyişiklik baş verdi. O, gələcək görüşlərdə kənar adamların, məsələn, İslam əminin iştirak etməsi təklifinə qəti etiraz etdi. Bildirdi ki, biz onun mövcudluğuna kifayət qədər inanmışıq və yenidən üçüncü bir adamın da bu görüşlərdə iştirak etməsinə, onunla bağlı növbəti çətinliklərin ortaya çıxmasına ehtiyac yoxdur.

Ata dedi:

- Mən İslam əmiyə söz vermişəm ki, biz birlikdə görüşəcəyik. İndi onun yanında yalançı çıxmaq yaxşı deyil.

-Ata, Yetti bildirir ki, heç narahat olmayasan. O elə edəcək ki, ana da, İslam əmi də Yetti ilə görüşmək barəsindəki danışıqları unudacaqlar.

Əvvəlcə ata etiraz etmək istədi. Sonra fikirləşdi ki, doğrudan da üçüncü bir adamın bu görüşlərə cəlb olunmasının necə qurtaracağını heç özü də bilmir. Ona görə Yetti ilə razılaşdı və Tərxana dedi:

- Yettidən soruş görək, Yerdə bizdən başqa ayrı adamlarla da belə görüşləri olub, ya yox?

- Ata, Yetti deyir ki, əvvəlcə biz qurğu ilə (Siz ona UNO-uçan naməlum obyekt deyirsiniz) Krasnoyarsk vilayətinin bir qəsəbəsinə endik. Orada bizi milis maşınları ilə təqib etməyə başladılar. Onlar dörf nəfər idilər və bizi Moskva yolu tərəfə, Drokino qəsəbəsinə qədər izlədilər. Bizim qurğulardan biri şossenin o biri tərəfinə keçib təpəyə endi. Gözlədik ki, milislər bizə yaxınlaşsınlar, bəlkə onda biz onlarla müəyyən əlaqə yarada bilərdik. Lakin onlar da dayandılar. Bizim qurğulardan birinə əmr olundu ki, patrul maşınına yaxınlaşsın. Bu zaman daha bir patrul maşını da gəldi. Onların sayının çox olması və ümumi bir fikrə gələ bilməmələri bizi məcbur etdi ki, heç bir əlaqəyə girməyək. Beləliklə sizin Yer saatı ilə 48 dəqiqə vaxt itirməyimizə baxmayaraq, oradan uzaqlaşmalı olduq.

- Sizi milis işçilərindən başqa heç kim görməyib?-deyə ata maraqla Tərxanın üzünə baxdı.

Tərxan:

- Ata Yetti deyir ki, biz üç gün dalbadal yerli vaxtla saat 9-un yarısında o bölgədə bir bataqlıq sahəyə enmişik. Müşahidələrimizə görə Şarıpov şəhərinin bir neçə sakini bizi görüblər, daha doğrusu tamaşa ediblər.



- Tərxan, sən Yettidən soruş görüm, nə üçün onları məhz həmin ərazi maraqlandırır?

- Ata, Yetti deyir ki, onların əlində olan məlumata görə Yer tarixi ilə XX əsrin əvvəllərində Tayqanın üzərində özgə planetdən gələnlərin qurğusu dağılıb. Odur ki, biz də mərkəzin əmri ilə o ərazini müşahidə etdik. İstədik ki, ətrafdakı adamlar ilə də əlaqə yaradaq, bu mümkün olmadı. Çünki orada Tərxan kimi əlaqələndiricimiz yoxdur.

Ata narahatçılıqla:

- İndi Tərxanı da ora aparmaq istəyirsiniz?

Tərxan:

- Ata, Yetti deyir ki, orada Tərxanı heç kəs qəbul etməz. Bu elə vacib də deyil. Biz lazım olan qədər məlumat götürmüşük.



Ata bir rahatlaşan kimi oldu və Tərxana dedi:

- Yettidən soruş görüm, Tunqusa düşən gəmi olub, yoxsa buz parçası?

- Ata , Yetti deyir ki, biz məlumatları məkəzə göndərmişik. Nəticə orada işlənilib hazırlanacaq. Yettiyə heç nə məlum deyil.

Ata Yettiyə xitabən:

- Mən başa düşmürəm ki, axı niyə Yer planetinə düşən hər bir asteroid və ya meteorit Sizi bu qədər maraqlandırmalıdır?! Yerə o qədər kosmik cisim düşür ki....- dedi.

- Yetti deyir ki, Yer planetinin müxtəlif göy cisimləri ilə “bombalanması” – Yerdə “Qalaktika idarəsinin” təzahürüdür. Bu “bombalanma” prosesi ilə bağlı Yer qabığında tektonik hadisələr, buzlaşmalar, geomaqnit sahəsinin dəyişməsi və s. baş verir. Bu hadisələr birbaşa olmasa da dolayı yolla özünü göstərir və elmi cəhətdən bizi də maraqlandırır. Bizə məlum olduğuna görə hər 30 milyon Yer ilindən bir Yer planetinin orbiti Apollon asteroid qrupunun orbiti ilə kəsişir. O vaxt Yer planeti o asteroinlərdən biri ilə toqquşası olsa, Yerdən qalxan tox stratosferi tutar və Yer planetində həyatın əsas şərtlərindən biri olan fotosintez hadisəsini ləngidər. Nəticədə biokütlə kəskin azalar və bu da Yerdə sivilin məhvinə gətirib çıxara bilər.

Ata:

- Belə çıxır ki, bizim həyatımızla bizdən də çox maraqlananlar var!-deyə şəhadət barmağı ilə göyü göstərdi.



Tərxan:

- Ata, Yetti sənin bu fikrini təsdiq edir , - dedi.

- Yettidən soruş görüm, heç Yerlə belə toqquşmalar olub?

- Yetti deyir ki, Yer səthində 90-na yaxın kometlə toqquşma ehtimalını təsdiq edən kraterlər var.

- Ondan soruş görüm nə üçün biz Yetti ilə Tunqusdakı komet toqquşma hadisəsi barəsində söhbət etdiyimiz yerdə o bizə asteroid toqquşmasından danışdı? Axı komet toqquşması əsasən Yer planetinin Günəş sisteminin “Oort buluduna” daxil olduğu zamanı baş verir!- deyə ata Tərxana baxdı.

- Ata, Yetti səndən xahiş edir ki, söhbəti mənim başa düşdüyüm səviyyədə aparaq. O deyir ki, mən sualları lazımi səviyyədə fikirləşə bilmirəm, bu da cavab vermək üçün Yettiyə çətinlik yaradır.

- Yetti! Sizin gəldiyiniz ulduz buradan görünür? – deyə ata Yettidən soruşurmuş kimi Tərxana müraciət etdi.- Tərxan, o sənə necə cavab verdi? Onu mənə də de!

- Ata, Yetti deyir ki, biz insanlar kainatda olan maddələrin yalnız 10 faizini “görə” bilərik. 90 faiz maddə “qaranlıq” formadadır. Bizim qalaktikamızın isə 50 faiz kütləsi bizə “görünəndir”-dedi.

- Bizə deyəndə ki, kimə? Yettigilə, yoxsa bizə?

- Ata, o “Sizə deyir, mən də çevrilib “bizə” deyirəm”.

- Yaxşı!-deyə ata razılaşdı və əlavə etdi ,-gəl belə edək! Yetti necə desə, sən də mənə elə çatdır! çünki mən çaşıram.

- Yaxşı, ata! Ata! Yetti soruşur ki, insanların Yerdən ulduzlara ilk uçuşu haqqında olan planlarından xəbəriniz varmı?

- Var. Bildiyimə görə, Britaniya Planetlər arası Əlaqələr Cəmiyyətinin konfransında bir qrup alim çıxış edərək, birinci növbədə Bernard ulduzuna tədqiqat kapsulu göndərmək layihəsini irəli sürüblər,-deyə ata cavab verdi.

- Ata, Yetti soruşur ki, niyə məhz Bernard ulduzu seçilib!

- Ona görə ki, bizim astronomların fikrincə Bernard ulduzunun planetlərindən biri Yer planetinə oxşayır,-dedi və əlavə etdi:

- Əslində oxşayır yox, oxşaması ehtimalı var! Həm də Bernard ulduzu Günəş sistemindən altı işıq ili məsafəsində olan ən yaxın ulduzdur.

- Ata, Yetti deyir, bəs siz o kapsulu hansı sürətlə ora göndərə biləcəksiniz ki, ondan gələn məlumat Yer planetində bir əhəmiyyət kəsb etsin?

- Məncə kosmosdan gələn hər bir məlumat bizim üçün həmişə əhəmiyyətlidir! Yetti sonuncu fikrini necə izah edə bilir?

- Ata, Yetti deyir ki, sizdən altı işıq ili məsafədən olan obyektə gedib qayıtmaq üçün göndərdiyiniz kapsulun məlumatını yola saldığınız vaxtdan, ən azı, on iki işıq ilinə Yerə qayıdacaq. Sizdə hələ işıq sürətinə yaxın sürət yoxdur və indiki texnikanız ilə cavabı bir neçə min ilə alacaqsınız. Bu isə öz əhəmiyyə- tini itirməyəcəkmi?

- Əvvəla cavabın qayıtması, çox güman ki, elektromaqnit dalğaları ilə veriləcək. Bu isə cəmi altı il tələb edəcək. Kapsulu ora hansı sürətlə göndərilməsinə qalanda, biz də başa düşürük ki, kapsul ora işıq sürətinə yaxın sürətlə göndərilməlidir.

- Ata, Yetti soruşur ki, necə?

- Bizim alimlər fikirləşiblər ki, onu Yerdən yox, Ayın səthindən buraxsınlar. Başlanğıc sürətin verilməsi üçün hidrogen bombasının partladılmasından istifadə edilməsi nəzərdə tutulur. Bunun üçün hər saniyədə 250 bomba partladılmaqla başlanğıc sürət veriləcək və nəhayət, müəyən vaxtdan sonra kapsulu aparan paketin öz mühərriki vasitəsi ilə işıq sürətinə yaxın sürət əldə ediləcəyi güman edilir. Ümumiyyətlə, planlaşdırılır ki, əlli ildən sonra nəzərdə tutulan planetin şəkilləri alınacaqdır.

- Ata, Yetti soruşur ki, bu işə nə vaxt başlanacağı haqda məlumatınız varmı?

- Mütəxəssislər fikirləşiblər ki, hal-hazırki texniki imkanlar nəzərə alınmaqla bu layihəni, ən tezi, 2220-ci ildə həyata keçirmək olar.

- Ata, Yetti deyir ki, əgər doğrudan da, Yer sakinləri Ay səthində nüvə bombaları partlatmaqla harayasa zond göndərmək fikrinə düşsələr, məqsədlərinə nail ola bilməyəcəklər. Çünki, yerdənkənar sivil heç vaxt belə məsuliyyətsiz eksperimentlərə yol verməz. Bir saniyədə 250 hidrogen bombasının partladılması təkcə Ayın öz orbitini dəyişməklə Yerdə tektonik fəlakətlərin başlanmasına deyil, bütün Günəş sisteminin radioaktib çirklənməsinə gətirib çıxarar!

- Bu yalnız layihədir!-deyə ata Yettini inandırmağa çalışdı,-yəqin ki, Yerin sakinləri də belə bir fəlakətin başlanmasına yol verməzlər. Bizim alimlər belə zənn edirlər ki, gələcəkdə nüvə reaksiyalarını idarə etmək və “istiqamətlənmiş” nüvə partlayışları etməklə bu işi həyata keçirmək mümkün olacaq.

- Ata, Yetti sənin fikrinlə razılaşır. O bildirir ki, amma bu məsələ ilə əlaqədar yerdənkənar sivillərin başqa nümayəndələri Yerə gəlməyə başlasalar onda sizin işiniz çətin olacaq.

Ata Tərxanın üzünə baxdı və maraqla soruşdu:

- Ondan soruş görək, bizi nə təhlükə gözləyə bilər?

- Ata, Yetti deyir ki, Yerə gələn yerdənkənar sivilin müəyyən vaxtlarda adamlara qarşı təcavüzkar davranışları məlumdur. Əgər lazımdırsa, Yetti özü onlar haqda bəzi məlumatları bizim yadımıza sala bilər.

- Xahiş edirəm!

- Ata, Yetti deyir ki, 1972-ci ilin yayında onlar Braziliyanın Santa-Viktoriya du Palmara bölgəsində bir fermerin bütün qoyunlarını iki ay ərzində məhv etdilər. Onlar özləri üçün təcrübə aparır, kimə isə ziyan vururdular.

- Tərxan, Yettidən soruş görüm , onlar nəyə aid təcrübə işi aparırlarmış?

Tərxan cavab verdi:

- Deyir ürəyin ritmik hərəkəti üçün verilən biosiqnalların amplitud və tezlikləri ilə maraqlanırdılar. Bu maraq üzündən 1975-ci ildə ABŞ-ın Karolina ştatında O. Bellonun 10 qazı və 3 toyuğu məhv edildi. Ümumiyyətlə, bu məqsəd üçün ABŞ-da 20 min baş iribuynuzlu mal-qara məhv edilmişdi.

- Tərxan, Yettiyə de ki, ABŞ təkcə texniki sahədə deyil, həm də dələduzluğun inkişafında irəli getmiş ölkədir. Ola bilər ki, kimlərsə heyvanların üzərində bu əməliyyatları aparıb, UNO-nun üstünə qoyurlar. – Ata, Yetti deyir ki, siz maraqlanmısınızmı ki, niyə belə hadisə yerlərində heyvanın harayasa qaçma və ya mübarizə izləri tapılmayıb?

Digər tərəfdən, sizin müasir təbabətinizdə və baytarlığınızda nəinki kiçik, habelə iri heyvanların tam başını kəsmə, onun bədəninin ayrı-ayrı hissələrini biomolekulların zədələnməməsi şərti ilə qopartma kimi mürəkkəb əməliyyatları yerinə yetirməyə imkan verən texnika yoxdur. Hələ nəzərə alsaq ki, bütün bu əməliyyatlar gecələr- tam qaranlıq şəraitdə baş verir, nəticə çıxarmaq çətin deyil.- Tərxan, sən ondan soruş görüm, o təcavüzkar varlıqların gəlməyini hiss edən bir canlı və ya bitki detektor varmı ki, bizi xəbərdar edə bilsin? – Ata, Yetti deyir ki, itlər UNO-nun yaxınlaşmasını adamlardan daha tez hiss edirlər. İtlər UNO-nun ən yaxşı detekrorlarıdır. UNO yaxınlaşarkən onlar dəhşətə gəlir və qaçıb gizlənməyə çalışırlar, - deyə Tərxan öz-özünə danışırmış kimi mızıldandı və əlavə etdi:- deməli ona görə Müller sənə hürmədi? Ata soruşdu:-Müller mənə niyə hürməlidir ki? Tərxan gülümsəyərək: - Sənə yox, Yettiyə deyirəm!-dedi.

- Birinci dəfə Yetti gələndə it də təndirxanada yatmışdı və Yettiyə hürmürdü. Mən onu qısqırtdım. Amma Müller Yettinin dalınca getmədi. Deməli qorxurmuş!

- Tərxan, sən Yettidən soruş görüm onların özləri və ya qurğuları yerə enəndə Yer heyvanları özlərini necə aparırlar?... Demək istəyirəm ki, xoş məramla təcavüzkarı seçmək mümkündürmü?

- Ata, Yetti deyir ki, onlar yerə enən zaman özlərini pis aparan heyvanları xüsusi qravitasiya dalğaları ilə iflic vəziyyətinə salırlar. Bu dalğalar havanı ionlaşdırır və kənardan baxana işıq topası kimi görünür. QD (qravitasiya dalğası) amplitudunun artıb-azalması ionlaşma enerjisini dəyişir və UNO-dan düşən “işıq” kənar müşahidəçiyə elə görünür ki, guya o tez-tez qırmızı rəngdən bənövşəyi rəngə çevrilir. UNO-ların yerə enmə hadisəsi heyvanları qəzəb və qorxu halına gətirir. Pişiklər müdafiəyə hazırlaşırmış kimi mırıldayır və havaya tullanır, qoyunlar və atlar bərk hürkürlər. Heyvanlar xoş məramlı ilə təcavüzkarı seçmir və elə hallar olub ki, ətrafdakı heyvan və quşlar elə olduqları vəziyyətdə, sanki “donublarmış” kimi qıc olurlar.

- Bir şey də soruşum!-deyə ata Tərxana müraciət etdi. –Mən mətbuatda oxumuşam ki, elə UNO-lar olur ki, təcrübə aparmaq xatirinə camışı götürüb aparırlar! Belə iş mümkündürmü?

- Ata, Yetti xahiş edir, sualını aydınlaşdırasan!

- 1979-cu il aprelin 20-də ABŞ-da Nyu –Meksiko ştatında, Albukerkdə federal tədqiqat bürosunun və ədliyyə departamentinin təşkil etdiyi konfransda senator Şmidt bildirmişdi ki, bu yerlərdə UNO-nun müşahidə edilməsi faktları vardır və müammalı şəkildə zədə almış heyvanlar tapılmışdır. Ona görə də FTB-xidməti tədqiqat aparır. Deməli, həmin hadisə Yettinin bu gün bizə bildirdiyi hadisələrdən biri imiş. Biz isə bu məlumata inanmırdıq!... Tərxan:

- Ata, Yetti də səninlə razılaşmır! Deyir sənin oxuduqlarına bunları da əlavə edək ki, yerdənkənar cərrahların öz əl izləri var. Bunları nəzərə almamaq olmaz. Belə ki, onların əməliyyatları zamanı kəsik çox iti alətlə edilmiş kimi və təmiz görünür. Yarılma elə icra edilir ki, bu vəhşi heyvanın hücumunu istisna edir. Dəri toxumalara ziyan vurulmadan soyulmuş olur. Heyvanların beyinlərini, gözlərini, dillərini, burun toxumalarını, alt çənə, ürək, ciyər, böyrəklərini çıxarıb aparırlar. Onların bir işi də özünü belə göstərir ki, qabırğa divarlarında açılmış yarıqdan ürək ustalıqla çıxarılır,-dedi və əlavə etdi:-Yetti deyir atana de ki, bizə məlum olduğuna görə atın bütün qanının çəkilməsi üçün sizə ən azı 2 Yer saatı vaxt tələb edildiyi halda, onlar bu işi əlüstü görürlər.

- Tərxan! Bütün bu məlumatlar üçün Yettiyə minnətdarlığımı bildirirəm. Ondan soruş ki, Tallinin şəhərətrafı qəsəbəsində yeraltı UNO-nun olması haqqındakı şayiə- məlumatlardan xəbərləri varmı?

- Yetti xahiş edir ki, onu da danışasan.

- Danışırdılar ki, Tallinin şəhərətrafı qəsəbəsində kiçik dərinlikdə “boşqab” yaxud ulduzlararası rabitə retranslyatorumu – nəsə yerdənkənar mənşəli bir obyekt basdırılmışdır. Onu qazıb çıxartmaq istəyənlərin hamısı isə tezliklə müəmmalı şəraitdə ölürlər. Misir fironlarının sərdabələrinin üzərində olduğu kimi, bu yerdə də, guya nəsə, bir Allah lənəti mövcuddur. Hətta uğursuz qazıntılardan sonra qalmış çökəklik gölməçələrə yığılmış su belə məhvedici qüvvəyə malikdir. Həmin sudan yoxlamaq üçün Moskvaya götürmüşlər. lakin yolda su aparan adamları iflic vurubmuş. Bütün bunlara baxmayaraq kimsə “boşqab”dan bir qırıntı qopara bilmişdir, indi o qırıntı hərbçilər tərəfindən yeddi qıfıl altında saxlanılır. Ona görə xalq belə qərara gəlir ki, o əşya yad planet mənşəlidir.

- Ata, Yetti deyir ki, bu məlumat onun üçün gözlənilməz oldu. Xahiş edir ki, bu haqda əlavə nə bilirsənsə onları da de. O da həmin məlumatları öz mərkəzlərinə göndərər və bizim şayiə adlandırdığımız həmin məlumatın daha dəqiqləşdirilmiş variantını bizə qaytarar.

Ata təkliflə razılaşdı və əlavə etdi:

- Həmin o tapıntıdan götürülmüş qırıntını təşkil edən naməlum xəlitə ən çağdaş metodlarla tədqiq edildi. Analizlərin nəticələri və mikrofotoqrafiya vasitəsi ilə müəyyənləşdirilib ki, qırıntının tərkibində 38 kimyəvi element var və onlar qarışıq şəklində ərintiyə daxildirlər. Əsas tərkib hissə metallik şüşə deyilən xəlitə- dəmir və silisiumdur. Qalanları kifayət qədər nadir elementlərin mikroəlavəsidir. Onların sırasında volfram, germanium, indium, sirkonium, molibden, kobalt, gümüş və sair vardır. Bu mikroəlavələr heyrət doğuracaq tərzdə çeşidlidir. Mütəxəssislər 8 forma saymışlar: düzbucaqlı, xaçşəkilli, damcışəkilli, gül ləçəyi şəklində və s. Armaturlaşdırıcı liflər kalsium, dəmir və silisiumdan olan saplar isə hər 10 mikrondan bir yerləşmişdir. Bir sözlə, başsındırıcı strukturdur!

- Ata, Yetti soruşur ki, bütün bunlar şayiədən çox həqiqətə oxşamırmı?

Ata cavab verdi:

- Əslində mənim danışdığımın heç biri elmi dəlillərlə təsdiq olunmayıb. Deməli şayiədir və hələ əlavə də edə bilərəm ki, “boşqabı” təşkil edən material nə Yer, nə də mateorit mənşəlidir. Bir şeyi güman etmək qalır – alimlərin əlinə UNO qırıntısı düşmüşdür,-dedi və əlavə etdi. –Ekstraseslərin fikrincə, obyekt yerə təqribən, eramızın 10-cu əsrində düşüb. Lakin dəqiq fikir söyləməkdən ötrü təbii ki, onu qazıb çıxarmaq lazımdır.

- Ata, Yetti soruşur ki, bəs niyə o tapıntını qazıb çıxarmısınız?

Ata dedi:

- Məsələ burasındadır ki, mənim eşitdiyimə görə alimlər həmin ərazini biolokasiya metodu ilə tədqiq ediblər. Onlar belə nəticəyə gəliblər ki, Yerin altında nəsə var və bu “nəsə” güclü anomaliya törədir. Onu hesablayan bir alim də müəyyən edib ki, obyektin diametri 15 metrə yaxın, çəkisi 200 ton, çevrəsi isə daralan disk şəklindədir. Mərkəz hissədə hündürlüyü 4 metrə çatır. Cisim torpağın altında 35 dərəcəli bucaq altındadır və üçdə bir hissəsi binanın təməlindədir. Yerin altında yerləşmə vəziyyəti isə üzdə 3-4 metr, daha dərinlikdə 15 metrdir. Bu nəticələr SSRİ Nazirlər Soveti yanındakı hərbi sənaye komissiyasına göndərilib. Deyilənlərə görə, orada bu məlumata ciddi yanaşıblar və hər hansı məlumatın dərc edilməsi yasaq olunub. Başqa bir mənbədən alınmış məlumata görə bu material SSRİ EA-ya da daxil olub. Oradan da Estoniya Geologiya İnstitutuna gəlib və həmin cismin qazılıb çıxarılmasına göstəriş də verilib. Lakin bu iş üçün heç kəs vəsait ayırmayıb...

- Ata! Yetti soruşur ki, həmin məsələ eləcə saxlanıldı?

- Yox. Saxlanılmadı. Bir neçə kərə mütəxəssislər elektromaqnit və radioaktiv şüalanma parametrlərini ölçdülər və müəyyən etdilər ki, orada nəsə iri metal cisim var. Amma nə olsun ki, sonradan bu ölçmələrin nəticəsində heç kəs istifadə etmədi. Sanki kimsə bilərəkdən qazıntı işlərinin aparılmasına maneçilik törədir...

- Ata, Yetti dəqiqləşdirmək istəyir ki, bəs o “boşqabın” orada olmasını necə biliblər?

- Həyətdə su quyusu qazırmışlar. Dörd metr dərinlikdə belin ağzı möhkəm bir şeyə ilişir. Qazıb üstünü açanda bəlli olur ki, bu nəsə bir tavadır. Həmin yerdə o tavanın qalınlığı iki santimetrdən çox deyildi. Lakin heç cür plitəni dağıdıb işi davam etdirmək mümkün olmadı. Məcbur olub kompressor gətirirlər və məlum olur ki, zərbə çəkici ilə tavanın böyründən bizim haqqında danışdığımız həmin o bir balaca qırıntıdan başqa tavadan heç nə qoparda bilməyəcəklər!-deyə ata cavab verdi.

- Ata, Yetti bugünkü maraqlı görüş üçün bizə öz minnətdarlığını bildirir və deyir ki, sənin özünü maraqlandıran başqa sualların varsa, Yetti cavab verməyə hazırdır.

- Yaxşı, elə isə Yettidən soruş görüm, onlar Yer planeti ilə maraqlanarkən biz insanların 15-20 min il bundan sonra anatomik və fizioloji cəhətdən hansı dəyişikliklərə uğrayacağımıza diqqət yetiriblərmi?

- Ata, Yetti deyir ki, onların proqnozlarına görə , 15-20 min il keçdikdən sonra elm və texnikanın inkişafı ilə əlaqədar, Yer planetinin də mənzərəsi dəyişəcək. Sizin gələcək nəsilləriniz isə sizdən çox az fərqlənəcəklər. Bu fərq, ən əvvəl, anatomik cəhətdən baş verməyəcək...

- Birinci, bizi lazımsız bədən üzvlərimiz tərk edəcək?- deyə ata Tərxanın sözünü kəsdi.

- Ata, Yetti deyir ki, sizin elə bir “artıq” bədən üzvünüz yoxdur! Siz həmişə lazımsız bədən üzvü dedikdə, öz bilik səviyyənizə görə insanın əvvəlki həyat şəraitinə uyğun bədən quruluşu mövhumuna əsaslanıb fikir söyləmisiniz. Necə ki, sizin mütəxəssislər keçən əsrlərin axırlarında iybilmə üzvünü, hipofiz və eoifiz vəzilərini və o zamanlar rolu müəyyən olunmayan beyin hissələrini “lazımsız” hesab edirdilər....

- Sonradan gördük ki, səhv etmişik!-deyə ata elə bil, Yettinin cavab fikrini bilməyə tələsirdi.- Deməli gələcəkdə insan nəsli elə bir dəyişikliyə məruz qalmayacaq!

- Yetti deyir ola bilər ki, insanlar öz bədənlərində süni dəyişikliklər etməyi öyrənəcəklər.

- Tərxan, Yettidən soruş görüm o bilirmi ki, bizim hansı bədən üzvlərimizdə süni dəyişikliklər ediləcəyi gözlənilir?

- Gələcəkdə insan nəslini gözləyən süni dəyişiklik heyvan və bitki üçün tətbiq etdiyiniz dəyişiklikdən köklü fərqlənəcək. İnsanların imkanları olacaq ki, “gen cərrahlığı” ilə öz orqanizmlərini məqsədyönlü dəyişdirsinlər.

- İndi başa düşdüm! Siz gen mühəndisliyindən danışırsınız, -deyə ata başı ilə təsdiq etdi. Hind alimi, Nobel mükafatı almış Har Hobind Korana gen sintezi üzərində işləyərək DNT-nin 77 cüt nükleotiddən ibarət süni hissəsini almışdı. Ondan sonra Tibbi genetika insanın nəsl prosesinə ciddi müdaxilə etməyə hazırlaşır. Özü də bunu yalnız genetik xəstəliklərdən yaxa qurtarmaq məqsədi ilə edəcəklər. Bizim fikrimizcə bu çox ümidverici gələcəyi olan humanist məqsəddir.

- Ata, Yetti deyir ki, gen mühəndisliyindən necə istifadə edəcəyiniz sizin öz işinizdir. Yəqin ki, insan cəmiyyəti üçün heyvanların artırılması məqsədi ilə tətbiq olunan zootexniki üsullardan istifadə edilməsinə sizin ya hüquq, ya əxlaq, ya da etik qanunlarınız imkan verməz. Baxmayaraq ki, sizin cəmiyyətdə belə eybəcərliyin baş verməsi haqqında məlumatlar var.

- Yetti, o məlumat haradadır? – deyə ata təəccüblə Tərxanın üzünə baxdı.

- Ata, Yetti deyir ki, sizin qəzetlərin birində Aleksey Kazakov yazır ki, “qar adam dəhşətli eksperimentin məhsuludur”.

- Hə! Mən də o məqaləyə rast gəlmişəm. Amma gərək ki, orada başlıq sualla verilib: “Qar adam – dəhşətli eksperiment məhsuludur?”. O ki sensasiya xatirinə yazılmış cəfəngiyyat yazıdır!- deyə ata gülümsədi.

- Siz o məqaləyə belə sadəlövhlüklə baxmayın! Məqalədə starşina Silvestrovun başına gələnlər qələmə alınıb,- deyə Tərxan ciddi şəkildə Yettinin fikrini ataya çatdırdı. - Starşina keçmiş zoopark işçisi kimi müəmmalı bir laboratoriyada fəaliyyətə başlayıb. Çünki o yaxşı işyönü bilən, diqqətli və intizamlı adam olub. Onun vəzifəsi meymunları yedizdirmək və onlara lal-kar dili öyrətməkdən ibarət imiş. Lakin tezliklə starşina təəccüb içində fikir verib ki, qulluq etdiyi heyvanlar heç də meymun deyillər. Çox keçməmiş onların bəziləri dəyişməyə başlayıblar. Bir qisim uşaq başlı və meymun bədənli məxluqlara, digərləri isə bunun əksinə çevrilirdilər. Orada yazılmışdı: “Kəşfiyyat vasitəsi ilə məlumat daxil olmuşdur ki, Amerika alimləri dünyada ilk dəfə DNT strukturunun modelini yaratmış amerikalı Ceyms Uotson və ingilis Frensis Krikin kəşflərindən hərbi məqsədlər üçün istifadə edilə bilməsi ideyası üzərində işləyirlər. Analitiklərin məlumatına görə, DNT molekullarının rekonstruksiyası ideyası üzərində nəzəri iş gedir və bu iş gələcəkdə indi mövcud olmayan orqanizmlərin yaradılmasına gətirib çıxara bilər”....

- Bütün bunlarla diqqətlə maraqlanan starşina başa düşür ki, onun işlədiyi laboratoriyada alimlərin qarşısına – itaətkar, başqalarının iradəsinə tabe olan “top əti” yaratmaq məqsədi qoyulmuşdur. Ona görə də bu laboratoriya kolbalarında indiyə kimi bəlli olmayan heyvanlar dünyaya gətirilirdi! Eləmi?-deyə ata gülümsəyərək məqalədə yazılanların ciddi olmadığını təkid etdi.

Tərxan isə davam edirdi:

- ....O zamanın yüksək hökumət dairələrində bu eksperimenti ölkənin müdafiə işi üçün nəzərdə tutulurdu. Onlar güman edirdilər ki, gələcək müharibələrdə bu köməkçilərə xüsusi təhlükəli işləri tapşırmaq olacaq və bunlar sahələri minadan təmizləyə bilər, piyadalar kimi hücuma keçə bilər və s. İş o yerə çatıbmış ki, bütün SSRİ boyu o “köməkçilərə” düşərgələr salmaq üçün layihələr hazırlanmasına müvafiq tapşırıqlar verilibmiş.

Ata daha dözə bilməyib:

- Axırı nə oldu?- dedi.

- Təxribat nəticəsində bu müəssisə dağıdılır və burada yetişdirilən məxluqlar düşərgənin hüdudlarından kənara qaçırlar.

Ata soruşdu:

- Bəs onlar törəyib artmırlar?

- Ata, Yetti yalnız onlarda olan məlumatları bizə çatdırdı. Deyir o bilir ki, “qar adam” insanların apardığı gen mühəndisliyinin nəticəsi deyil. Lakin çox təəssüf edir ki, sizin mətbuat belə təcavüzkar fikirləri əhali arasında yayır. O ki, qaldı sizin axırıncı suallarınıza, gen mühəndisliyinin nəticəsi olan varlıq hələ tam canlı sistem deyil və onların da törəməsi ola bilməz. Qaldı gen mühəndisliyinin gələcəyinə, onu deyirik ki, gen mühəndisliyindən belə məqsədlərlə istifadə edilməsi gələcəkdə insanlığın məhvinə aparar, insan şəxsiyyətini mənəviyyatını korlayardı...

- Buna ümumdünya sağlamlıq təşkilatı da yol verməz!- deyə ata da Yettinin fikrini tamamladı.

- Ata! Yetti deyir, biz nəzərdə tuturuq ki, insanlar öz bədənlərində kosmonavtika üçün xeyirli olan, dəyişikliklər apara bilər. Amma bu dəyişiklikləri həyata keçirəndə insan nəzərə almalıdır ki, komos şəraitinə uyğunlaşan bədən Yer planetində yararlı olmayacaq. Çox güman ki, gələcək nəsliniz yoqlar kimi lazım gəldikdə uzunmüddətli anabioz halına yaxın hala düşməyi bacaracaqlar. Dünya okeanından səmərəli istifadə etmək üçün onlar öz bədənlərində qəlsəmə yaradacaqlar...

Ata yenə səbirsizliklə Tərxana müraciətlə və Yettinin sözünü kəsərk, soruşdu:

- Bəs, ali təşəkkül tapmış ağ ciyər sistemi necə olacaq?

Tərxan cavab verdi:

- Ata, Yetti deyir sözsüz ki, o zaman ağ ciyər tənəffüsü imkanlarından da istifadə olunacaq. Bu yeniliklərin həyata keçirilməsi üçün sizin gələcək nəsilləriniz yevgenikadan, yefenikadan, gen cərrahlığından, kiborqdan və s. istifadə edəcəklər.

Tərxan əsnəyərək atanın üzünə baxdı və dedi:

- Ata, mən acmışam! Yetti də deyir ki, bu günkü söhbətimizdən çox razıdır və gələn dəfə bizimlə insanın mövcudluğu ilə dünyanın əsaslı xassələri arasında olan əlaqə haqqında fikir mübadiləsi keçirdərik. Bu gün üçün bəsdir.

- Bəsdir deyir, qoy elə olsun! Amma ondan soruş ki, növbəti görüşümüz nə vaxt olacaq? Belə söhbətlərimizin axırı hara gedib çıxacaq? Bir nəticəyə gələ biləcəyikmi? Mən hiss edirəm ki, bizim görüşlərimizin bu cür davam etməsi Tərxanı da yorur.

- Ata, Yetti deyir ki, əgər sənin özünü bu cür görüşlər maraqlandırmırsa və bu görüşlərdə iştirak etmək istəmirsənsə, sən bizə, yəni Yetti ilə mənə imkan ver, bəzi işləri görək.

Ata maraqla soruşdu:


  • O necə işlərdir ki, görülə bilməsi mənim imkan verməyimdən asılıdır?

- Ata, Yetti deyir mənimlə birlikdə bizim Yer şəraitində təsəvvürümüzə gətirə bilmədiyimiz görüşlər təşkil edəcəyik və müəyyən məlumatlar almağa çalışacağıq. Bu işlər əvvəldən planlaşdırılıb. Bizimlə olan bu görüşlərimizdən sonra Yetti yəqin edir ki, sən daha Yettinin mövcudluğuna şübhə etmirsən və mənim də təhlükəsizliyimə şübhən yoxdur. O deyir ki, bir neçə tapşırıq var ki, onları mən yuxuda olduğum zaman yerinə yetirəcək. O sənin də belə “qarabasma” proseslərində iştirak etməyinə ehtiyac duymur və heç lazım da bilmir. Əgər etiraz etmirsənsə, biz Yetti ilə birlikdə bir neçə görüş keçirəcəyik.

- Birlikdə! Yalnız mənimlə birlikdə! – deyə ata qəti cavab verdi və əlavə etdi.- Bəs bizim insan və dünya əlaqələri haqda olacaq fikir mübadiləsi necə oldu?

- Yetti deyir ki, biz artıq insanın mövcudluğu ilə dünyanın əsaslı xassələri arasında olan əlaqəyə dair fikir mübadiləsinə başlamışıq və davam etdirmək arzunuz olsa, bu Yetti üçün də çox əhəmiyyətli olacaq.

- Davam etdirək!-deyə ata fikrini bildirdi və Tərxana müraciətlə- onunla salamatlaş, gedək evə!-dedi.

* * *

Səhəri gün Tərxan Coşğungildən gələndə artıq günorta idi. Həyətdə nənə və babadan başqa heç kim görünmürdü. O fikirləşdi ki, yəqin Zərintacgil harayasa gəzməyə gediblər, ya da ki, evdə yatırlar. Nənədən soruşdu:



  • Nənə, ay nənə! Zərintac, ana haradadırlar?

  • Çaya böyürtkən yığmağa gediblər.

  • Mən də gedirəm!

  • Sən hara? Görmürsən istidir?

  • Onlara isti olmur?

- Onlar çoxdan gedib. İndi gələcəklər. Sən də indi gəlmədin? Bir də ki, heç onlar sənin dalınca gəlirlər?

Tərxan daha heç nə demədən çəmənliyə salınmış xalçanın üstündə yastığa dirsəklənərək, uzanmış vəziyyətdə çay içən babanın yanında oturdu.



  • Baba, sən yatan yerdə çayı necə içirsən?

  • İçirəm də...

  • Mən də elə içəcəyəm!

  • Yox! Sənə olmaz! Çayı dağıdarsan, - deyə nənə razı olmadı və babaya:

- Yer-göy yanır. Allahın rəhmi gəlib, bir yağış yağdırsa, hava sərinləyərdi, - deyə otları quruyub ağarmış çəmənliyi göstərdi.- Od vursan həyət alışıb yanar!

- Rəzman suya torpaq atıb. Axşama yağmalıdır, - deyə baba arxayın-arxayın cavab verdi.

Tərxan maraqla babadan soruşdu:

- Rəzman yağış yağdırandır?

- Yox, - deyə baba cavab verdi. – Bizim kənddə bu işə Rəzman baxır. Gedib Loğman babanın qəbrinin üstündən torpaq götürüb suya atır. Vəssalam!

- Baba, Loğman baba kimdir?

- Bu kənddə yaşamış mömin və güclü iradi təsir qüvvəsinə malik adam olub. Allah ona rəhmət eləsin! Onun qəbrüstü torpağından alıb suya atanda yağış yağır.

- Baba, bu işi təkcə Rəzman əmi görə bilər?

- Yox, hamı görə bilər. Amma gərək o kişinin qəbri üstə gedəndə yuyunub, təmiz bədənlə gedəsən. Gərək həmin gün çalışasan ki, heç bir günah iş görməyəsən.

- Günah iş nədir?

- Yəni heç kimi incitməyəsən, söyüş söyməyəsən. Quşa, heyvana daş, ağac atmayasan...

- Hə.... Baba, bəs Loğman babanın qəbri üstündən torpaq qurtarmaz?

- Yox, ay bala! Torpaq Allahındır, hər yerdə də var. Əsası odur ki, o kişinin qəbri üstə ziyarətə gedirsən. Ondan kömək istəyirsən . Sonra təmiz yerdən götürüb, gətirdiyin torpağı onun qəbri üstünə töküb, oradan da bir ovuc götürürsən və gətirib suya atırsan. Torpağı ovcundan yavaş-yavaş atırsan və Allahdan xeyirli yağış yağdırmasını diləyirsən.

- Yağış yağacaq?!

- Bəli!

- Baba, ata da bu işi bilir?



- Bilməmiş olmaz! Yəqin ki, bilir.

Nənə söhbətə qarışdı:

- Bizim bu həyətin ortasında iri bir tut ağacı vardı. Atan da sən yaşda olardı. Qonşumuz Züleyxa arvad ilə arası yox idi. Bir gün o görür ki, Züleyxa təndirə od salır. O vaxt da çörək bişirən təndirlərin üstü açıq olurdu. Atan da tut yemək bəhanəsilə ağaca dırmaşdı və oradan buludları çağırmağa başladı. Səma aydın, gün gönürtadan ayilən vaxt idi. Mən ona deyindim ki, havayı boğazını yırtıb, özünə qarğış qazanmasın. O ağacdan düşmədi və dedi ki, mütləq Züleyxanın təndirini yağışa tutacaq. Elə bir az keçmişdi ki, məni çağırdı ki, bax! “Böyük təpə”nin üstündən bir topa ağ bulud görünür. Dedim ki, düş aşağı, Allah sənin ağlınla yağış yağdırmır! O dedi ki, yağacaq. Nə isə, bir beş-on dəqiqə keçməmiş külək qalxdı. Göyün üzü tutuldu. yazıq Züleyxa çörəyi təndirə yapışdırıb qurtarana bir leysan başladı, gəl görəsən. Bu da tutun üstündə. İndi mən hirsimdən ölürəm ki, bu yağış yağacaqdı, bəs sən niyə qonşunu bizə qarğadırsan. O dedi ki, mən ağacdan düşən kimi yağış da dayanacaq. Bir təhər düşdü və elə bil yağış da onu gözləyirdi, buludlar dağıldı. Günəş göründü. Belə lap məəttəl qalmışdım!...

Gördüm Züleyxa oradan mənə deyinir ki, bəs sənin uşağın, bir tikə boyu ilə, ona belə pislik eləyir. Dedim:

- Ay qız! O uşaqdır. Yağışın yağmağı və ya dayandırmağı onun istəyi ilə deyil!

Nə isə! Züleyxanı birtəhər sakitləşdirdimsə də, özüm məəttəl qalmışdım.

- Nənə! Mən atadan soruşacağam, görək onu necə edib?!

- Heç necə!-deyə baba cavab verdi. - Yağışın yağmağı ilə onun tut ağacının üstündə haray salması bir vaxta düşüb. Yəqin əvvəlcədən bir iki yerdə bulud görüb. Onlardan nənənin xəbəri olmayıb.

- Ola bilər, - deyə nənə razılaşdı. – Düzünü atan bilir.

Tərxan isə bu məsələni mütləq atadan soruşacağını planlaşdırdı.

- Nənə! Bilmirsən ata haradadır?

- Yaşxanımgildə.

- Mən də ora gedirəm.

- Gedirsən, get! Amma yol-rizdə ehtiyatlı ol! Səni tək çölə buraxmaq da bir iş deyil!

- Niyə ki?

- Ona görə ki, xəta yanından əskik olmur.

- Mən aparıb ötürürəm, - deyə baba nənənin nigarançılığına son qoydu.

Tərxan Yaşar dayıgilə gələndə gördü ki, İslam əmi, Yaşar dayı, ata və İsrafil dayı qoz ağacının kölgəsində oturublar. Masanın bir başında samovar qaynayır. Xörəklər, hələ üstəlik üçki şüşələri də artıq süfrəyə düzülüb. Yaşxanım bibinin başı aşbazlığa elə qarışmışdı ki, Tərxanın nə vaxt gəlib keçdiyini də duymadı. Masa ətrafındakılar Tərxanı “böyük adam” kimi qarşıladılar. Ona yer göstərib nimçə-qaşıq ayırdılar. Bir az keçməmiş Əliməmməd müəllim də gəldi. Onu da Tərxanı qarşılayan kimi qarşıladılar.

Məclis getdikcə şənlənirdi. İslam əmi “masabəyi” seçilmişdi. Ona “tamada” da deyirdilər. O “tost” demək üçün hamıya bir-bir söz verirdi. Tərxanın yadında qalan ataya söz verilməsi idi. İslam əmi həmin sözü belə verdi:

- Biz, insanlar bu bol süfrəmiz üçün bizə verilmiş maddi nemətlər üçün Böyük Yaradana minnətdarıq. Günəş istisu və işığı ilə, atmosfer havası ilə, buludlar yağmuru ilə, ağaclar meyvələri ilə biz insanlara yardım etməli olduqları tapşırığını Ondan almışlar. Ona görə Tərxanın atasına söz verək, o da bizə inam haqqında, etiqad haqqında bir tost desin.

Ata sözə başladı:

- İnsan sadəcə olaraq ətdən, sümük və qandan düzəldilmiş bir robot deyil. Onu yemək, içmək, geyinmək, sığınacaq tapmaq kimi fiziki ehtiyaclardan başqa, doydurulması lazım gələn mənəvi ehtiyacları da vardır. Bunlar insanları heyvandan ayıran əsas cəhətdir. Amma əfsuslar olsun ki, ətrafımızda yaşayan insanların əksəriyyəti öz həyatları boyu fiziki ehtiyacları üstün tutur, mənəvi ehtiyaclara göz yumurlar. Bununla onlar ruha açılan ağıl pəncərəsini bağlayaraq mənfi duyğuları öz iradələrinə dəvət edirlər və belə insanlar ölüm qorxusu ilə, xəstələnməkdən, yaşa dolmaqdan, işini itirməkdən, kasıblaşmaqdan qorxa-qorxa uğursuz bir ömür başa vururlar. Belə insanı həmişə mənfi duyğular narahat edir. Bu mənfi duyğuların nəticəsi də mənfi davranış; yalan söyləmək, başqalarını aldatmaqla haram qazanc əldə etmək, mal və mövqe uğrunda zəifləri əzməkdir. Belə davranış həmişə ruhu və ağılı narahat edir, insanı vicdan rahatlığı ilə yatağa uzanmağa qoymur. Psixoloji səbəblərlə bağlı baş ağrıları onlara sübut edir ki, fiziki ehtiyacları üstün tutan bu insanlar inamı olmayan zəif kimsələrdir. Biz arzu edək ki, o “zəif kimsələrdən” olmayaq.

- Mədəniyyəti-gödəniyyətdən üstün tutaq!-deyə İslam əmi atanın sözünü zarafatla yekunlaşdırdı.

Beləliklə, məclis davam edirdi. Tərxan danışanlara qulaq asır və hiss edirdi ki, içki məclisinin əvvəlləri çox nəzakətli keçir. Həmişə evlərində olan ad günləri və s. qonaqlıqlarda görmüşdü ki, belə məclislərin axırları anlaşılmazlıq və qarma-qarışıqlıqlarla dolu olur. Bir dəfə də atadan soruşmuşdu ki, niyə məclisin sonu hay-küylü keçir? O isə cavabında demişdi:- rəhmətlik Vahid sözü ilə desək – “İçəndə bəlli olur kimliyimiz”.

Bu günkü məclisin də sonluğu sorğu –sualla və səs-küylə keçirdi. Hamı verdiyi suallarla aldıqları cavabın “qənaətbəxş” olmamasını sübut etməyə çalışır və bununla öyünmək istəyirdi. Tərxanın yadında qalan o oldu ki, Yaşar dayı atadan soruşdu:

- Çaylaqda olan iri çay daşlarını sındırmaq üçün bir yerdən başqa yerə aparılması mümkün olan alət düzəltmək olar?

- O ən mütəhərrik və ən qədim alət- çəkicdir! – deyə ata cavab verdi.

- Çəkiclə o boyda daşları qırmaq olmaz! – deyə Yaşar dayı etiraz etdi.

- Yəni vacibdir ki, elə iri daşları qırasınız?

- Deyirik bu mümkün olsa, elə kiçik bir sahədən kifayət qədər daş toplamaq olardı.

- Ondan ötrü güclü pnevmatik çəkiclər var. Onlardan istifadə etmək olar.

- Hanı elə çəkiclər?! Biz istəyirik elə alət olsun ki, onu özümüz düzəldə bilək və lazım olan yerə aparıb işlədək.

- Onda gəlin termik məngənə düzəldək!

Yaşar dayı soruşdu:

- O nə olan şeydir?

- İstəyirsinizsə iş prinsipini izah edərəm, - deyə ata Tərxana işarə etdi və dedi, - get mənə kağız, qələm gətir!

Tərxan durub evə qaçdı və əlində ağ kağız və diyircəkli qələmlə geri qayıtdı. Ata ağ kağızın üstünə bir dördbucaqlı tir şəkli çəkdi və dedi:

- Bu olsun məngənənin “alt tərəf”i!

Sonra şəkildəki tirin iki başına yenidən həmin o tirə oxşar tirlər şəkdi və dedi ki, bu “yan tirlər” “alt tərəfə” cüylər ilə bağlanır və daha sonra “üst tərəf” adlanan tiri çəkdi və onun iki başında yan tərəfləri taxmaq üçün deşiklər göstərdi. İzah etdi ki, iki “yan tərəf” ocaqda közərənədək qızdırılır. Sonra istər şaquli, istərsə də üfiqi vəziyyətdə həmin “yan tərəflər” ilə daş “qucaqlanır”. Bundan sonra “üst tərəf” “yan tərəflərə” geydirilir və daşa dirənəndən sonra yan tərəflərin üstündə sıra ilə açılmış yuvalara cüylər vurulmaqla “üst tərəf”də daşa sıxılır. Bu iş mümkün qədər tez görülməlidir ki, yan tərəflər çox soyumasın. Əməliyyat başa çatandan sonra kənara çəkilmək lazımdır. Çünki “yan tərəflər” qızdırıldığı üçün uzunluğu artmışdı. İndi soyuduqca sıxılaraq əvvəlki vəziyyətinə qayıdır və daşı da sıxaraq qoz kimi sındırır. Alt və üst tərəflərin daşa toxunan yerlərinin iti bucaq altda hazırlanması işi daha da asanlaşdırır.

- Əgər doğrudan da baş tutsa, ağıla batan sistemdir!-deyə Əliməmməd müəllim başı ilə razılığını bildirdi. Sonra maraqla soruşdu: - Axı bu yan tərəflər poladdırsa, onu nə qədər qızdırmalıyıq ki, hiss olunacaq dərəcədə uzansın, bir iş görmək mümkün olsun?!

- Əgər 5000S qızdırsanız “yan tərəfin” hər metri 6 mm uzanacaq. 10000S qızdıra bilsəniz-12 mm!

- Tutaq ki, daşın hündürlüyü 1 m-dən də azdır. Onda necə olsun?

- Ona da çarə var! Yan tirlər 2 metr götürülsə və daş da 1 metrdən az olsa, onda “üst tiri” taxandan sonra “yan tirə” borulardan “şunt” geydirmək lazımdır. Məsləhətdir ki, şunt kifayət qədər qalın, davamlı borulardan kəsilmiş halqalar olsun.

- Bizə daş kəsmək əl verməz. Yaxşısı budur bir qızılaxtaran qurğu düzəltməyə kömək edin, onu işlədək. Mən bilirəm! Bu yerlərdə nə qədər desən dəfinə var. Oğul gərəkdir ki, onları tapıb, ömrü boyu şad-xürrəm yaşasın!- deyə İstafil dayı ataya metal axtaran qurğuların sxemini tapıb, onlara kömək etməsini xahiş etdi.

Ata isə:

- Heç bir qızıl tapan ömrü boyu şad-xürrəm yaşamayıb! Dəfinələr üstə çox evlər dağılıb. Dəfinə heç kəsə xoşbəxtlik gətirməyib, - dedi və sonra əlavə etdi:- Mən bu fikirdəyəm!

- Qoy mən bir küp qızıl tapım, sonrası pis olsun!- deyə İsrafil dayı yenə öz təkidini davam etdirdi.

Mustafa müəllim ortaya belə bir maraqlı sual atdı ki:

- Görəsən kosmosdan qızıl gətirmək olarmı?! Kainatın ayrı yerlərində də qızıl var, ya yox?

Ata cavab verdi:

- Bizdən 175 işıq ili məsafəsində olan Xərçəng bürcünün bir ulduzunda yüksək miqdarda qızıl metalı var. Onun ümumi kütləsinin yüz mində bir hissəsini təşkil edən bu metal, bizim Günəş sistemində olan qızıldan milyon dəfə çoxdur.

İslam əmi maraqla soruşdu:



  • Bəs yerdə nə qədər qızıl var?

Ata:

- Hə!.. Hesablanıb ki, qızıl Yer kütləsinin iki yüz milyonda biri qədərdir ki, o da Yerin müəyyən məhdud bölgələrində toplanıb,-dedi.

İsrafil dayı da soruşdu ki:


  • O, siz dediyiniz ulduzda da qızıl müəyyən yerlərdə toplanıb?

  • Xeyr. Xərçəng bürcünün ulduzunda qızıl, bütün ulduz kütləsi boyunca bərabər yayılb və kütləsi isə yüz milyard tondur.

- Paho! – deyə Yaşar dayı heyrətini bildirdi. Sonra zarafatla əlavə etdi: - İsrafilin belə dəqiq soruşmasından məlum olur ki, o da qızıl üçün Xərçəng bürgünə gedəcək!

  • Özü də fış-fışaya minib! – deyə mustafa şaqqanaq çəkib güldü.

İsrafil dayı pərt oldu. Sonra isə o da öz sahəsinin biligisi olduğunu göstərmək üçün, ortaya belə bir sual atdı ki, kim bud sümüyünün uzunluğuna görə insanın boyunun hündürlüyünü hesablaya bilər?

Heç kim dinmədi. İsrafil əmi özünəməxsus əda ilə:

- Bilmədiniz! dedi. – İndi mən sizə deyim ki, bud sümüyü insan bədənində ən uzun sümükdür və boyun 27.5 faizini təşkil edir.

- Yaxşı! İndi mən bud sümüyünə görə boyu necə təyin edim?-deyə Mustafa müəllim sözə qarışdı.-Tutaq ki, mənim bud sümüyümün uzunlugu 40 sm-dir. Boyum nə qədər olacaq?

-40 sm 27,5% olanda boy nə qədər olar?-deyə İsrafil dayı suala sualla cavab verdi.

-Mən səndən soruşuram-deyə Mustafa müəllim təkid etdi.

- Burada çətin nə var ki! 40 bir desək, yüz 2,5 olar. 27,5-i 2,5-ə vur!

- Salaməleyküm! Hərif çaşıb!-deyə Mustafa müəllim rişxənd etdi. – Bəlkə 40 olmadı, 45 oldu! Onda neçəyə vurum?

- Onda tənasüb qurar!-deyə İslam müəllim sözə qarışdı.

- O tənasüb qura bilməyəcək!-deyə Mustafa müəllim İslam müəllimə göz vurdu.

Söz İsrafil dayının kefinə dəydi.

- Ə, niyə qura bilmərəm ki?!. 45 çıxılsın 27,5 olanda 100 iks olar! - dedi, İksi tap!

- Özün tap!....

Deyəsən Mustafa müəllim də qızışırdı. Vəziyyətin belə alınması Yaşar dayını narahat edirdi. O, araya söz qatıb onları sakitləşdirdi:

- Yaxşı! Deyin görüm insan bədəninin dəri sahəsini necə hesablamaq olar?

Deyəsən İsrafil dayı sualın cavabını bilirdi. Ona görə Mustafa müəllimə:



  • Di cavabını ver!- dedi.

  • O mənim sahəm deyil! –deyə Mustafa müəllim boyun qaçırdı.

Heç kimin bilmədiyini görüb, ata İsrafil dayıdan xahiş etdi ki, qoy özü desin.

- Adamın kiloqramlarla çəkisini 4-ə vurub, üstünə 7 gəlirsən, alınan cavabın- çəkinin üstünə 90 gələndə alınan cavaba bölürsən. Bu kvadrat metrlə dəri səthinin sahəsi olur. Tutaq ki, mənim çəkim 70 kq-dır. 70 vurulsun 4, bərabərdir 280. 280-nin üstünə 7 gəlirik, olur 287. 287-ni də 70-in üstünə 90 gələndə elədiyi 160-a bölürsən. Eyləyər 1,794 kvadrat metr.

- Sən şifahi üsulla bu hesablamanı necə apardın? - deyə Yaşar dayı öz heyrətini bildirdi.

- Onu bir neçə yüz dəfə misal çəkib! - deyə Mustafa müəllim əlini yellədi. Əgər bacarırsa qoy desin görüm, qan bədən üzvlərində necə paylanır?

İsrafil dayı özü sualı dəqiqləşdirdi:

- O baxır hansı hala! Yəni hərəkətdəmi olanda, yoxsa sakitlikdəmi? Sakit halda olan adam üçün bütün qan miqdarının dörddə biri əzələlərdə, dörddə biri böyrəklərdə, 15%-i bağırsaqların divarlarında, 10%-i qara ciyərdə, 8%-i beyində, 4%-n ürəyin vena damarlarında və 13%-i isə ağ ciyər damarları və başqa üzvlərdə olur.

- Sən əməlli-başlı məlumat kitabısanmış! - deyə, ata İsrafil dayını təriflədi. – Yaxşı! Daha bəsdir. İcazə verirsinizsə, biz - Tərxanla, getmək istəyirik.

- Söhbət hələ təzəcə qızışır! - deyə Yaşar dayı ataya hələ oturmağı xahiş etdi.

İslam əmi:


  • Qoy Əliməmməd müəllim də fikrini bildirsin! - dedi.

- Yeyib, içmisiniz, kefiniz də durulub. Başlamısınız əzbərlədiyiniz şeyləri bir-birinizə danışıb, bir-birinizi tərifləməyə. Orada camaat Bermud üçbucağının sirrini açmağa çalışır. Biz isə başlamışıq ki, kəllə burdan keçdi, sümük oradan. Xəbəriniz varmı ki, yaxın vaxtlarda La-Manş boğazında suyun altı ilə qatar işləyəcək.

- Yəqin hermetik qatar olacaq. Sualtı qayıq kimi!- deyə Yaşar dayı Əliməmməd müəllimin dediklərini təsdiqləmək istədi.

- Yox. Qayıq-zad nədir?! Orada boğazın altı ilə üç tuneldən ibarət metal borulardan yol çəkilir. İki böyük lülənin hər biri 7,3 m diametrində olacaq. Borular 40 m dərinlikdə yerləşdiriləcək. Hələ mərkəzdəki 4,5 m diametrli köməkçi lülə yol qurulur ki, bunlar da böyuk lülə-keçidlərlə birləşdiriləcək....

- O nəyə lazımdır axı?- deyə İslam əmi dözməyib sual verdi.

- Ən əsası ona lazımdır ki, hərəkət zamanı qatarların qabağına yığılan havanı buraxmaq mümkün olsun. Bundan başqa təmir işlərində, qəzalar baş verdiyi və s. hallarda istifadə olunacaq.

İslam əmi:

- Deməli qatar hərəkət edəndə qabağına hava yığılacaq?

- Əlbəttə! Porşen kimi. Təsəvvür et ki, hər bir qatar saatda 200 km sürətlə hərəkət edəcək. O cəmi 35 dəqiqəyə bu sahildən o biri sahilə çıxacaq. Həmin vaxtın 28 dəqiqəsini də suyun altında olacaq. Onda qatarın küləyi- havası orta lülə ilə kənara verilməlidir.

- Həqiqətən böyük işdir!- deyə ata da Əliməmməd müəllimin bu məlumatlarını qiymətləndirdi və əlavə etdi:

- Bizim planetdə belə böyük işlər çoxdur. Məsələn: ABŞ-da Beyker-Ridən Sietleyə qədər 24 m diametrində 450 m uzunluğunda tunel çəkilib. O tunelin çəkilməsi üçün əvvəl 3 m qalınlığında beton boru düzəldilib, sonra isə içərisi oyulub, təmizlənib.

Yaşar əmi yenə:

- Paho!- dedi və əlavə etdi:- Siz heç fikirləşmisinizmi ki, görəsən nə üçün cisimlər müşahidəçilərdən uzaqlaşanda, baxmayaraq ki, gözün tor təbəqəsində onun xəyalı məsafədən asılı olaraq kiçilir, amma insanın görmə hissiyyatına görə uzaqlaşan cismin ölçüləri praktiki olaraq dəyişmir?! Baxma və görmə- bunlar müxtəlif şeylərdir. Filosoflar sübut etməyə çalışırlar ki, nəsillər dəyişdikcə insanların da rəngləri, qavrama bacarığı da dəyişir. Misal üçün Meqrelidze göstərir ki, qədim yunanlar bənövşəyi rəng ilə qara rəngi seçə bilməyiblər. İndi biz bu rəngi qavraya biliriksə, çox güman ki, gələcək nəsillər bizim üçün görünməz olan ultrabənövşəyi şüaları da görüb, qavraya biləcəklər. Maraqlıdır ki, onda ətraf aləm necə görünəcək?!

- Sən belə məlumatları haradan alırsan? Sənin başın işləyir!-deyə ata Yaşar dayını təriflədi və Yaşar dayı da cavabında:

- Biz qəzet, jurnal oxumuruq?!-dedi.

Ata dedi:

- Oxumaq şərt deyil. Əsası odur ki, oxuduğunu yadında saxlayasan. Özü də belə dəqiqliklə!

- Yaşar özü Meqrelidze ilə dostluq edir, - deyə İsrafil dayı söz atdı.

Ata:


- Siz zarafata salmayın! Bu məsələ-üzərində düşünüləsi məsələdir, - dedi və sonra əlini Tərxanın çiyninə qoyub qulağına pıçıldadı:

- Tərxan bizim işimiz var. Dur gedək!

- Gedək! –deyə Tərxan ayağa qalxdı. Sonra qayıdıb bir də oturdu.

- Niyə durmadın?-deyə ata Tərxanın üzünə baxdı.

Tərxan atanın qulağına yaxınlaşıb sakitcə dedi:

- Ata, Yetti xahiş edir ki, məclisdə axıracan oturaq. Çünki deyir, aparılan söhbət onun üçün çox maraqlıdır.

- Hə!...-deyə ata oturacağın arxasına söykəndi və yavaşcadan:- O bizi burada da izləyirmiş!-dedi.

Tərxan başı ilə atanın fikrini təsdiqlədi. Sonra məclisdəki cüzi sakitlikdən istifadə edib İslam əmidən soruşdu:

- İslam əmi! Deyə bilməzsinizmi ki, Rəzman əmi yağışı necə yağdırır?

Hamı bir-birinin üzünə baxdı.



  • Bu sual sənin ağlına haradan gəldi?- deyə Yaşar dayı sükutu pozdu.

- Baba deyir ki, Rəzman əmi bu kəndin yağış yağdıranıdır. Gedib qəbrin üstündən torpaq götürür, atır suya, vəssalam!

- Hə!...Hamı Rəzman əmi kimi yağış yağdıra bilər! Ona nə var ki...

- Yox! yağdıra bilməz!-deyə ata etiraz etdi. –Qəbrin üstündən torpaq götürüb suya atmaq əsas məsələ deyil. Vacib olan yeganə şey- inamdır. O kişinin arzusunun həyata keçməyi, yəni yağışın yağmağına səbəb Rəzmanın mütləq inamıdır. Həm də onun güclü iradi impulsları olmalıdır. Belə olmasa buludlara təsir göstərərək hava şəraitini dəyişdirmək olmaz!

- Ata, sənin də güclü iradi impulsların var? – deyə Tərxan maraqla ataya müraciət etdi.

- Yox.

- Bəs, sən o vaxt Züleyxa xalanın təndirini necə yağışa tuta bilmişdin?



Məclisdə oturanların hamısı gülüşdü. Yəqin ki, atanın pərt olacağını gözləyirdilər. Ata isə sakitcə cavab verdi:

- Elə bir iş olmuşdu. Həqiqətən onda mənim çağırışımla yağış yağacağına möhkəm inamım var idi.

Tərxan daha maraqla soruşdu:

- Bəs indi yağdıra bilərsən?

- İndi yox. Çünki inamım yoxdur. Özümə inamım yoxdur. Deməli güclü impulslara malik deyiləm.

- Sənin ağlına batır ki, belə şeylər mümkündür? - deyə İslam əmi çox ciddi şəkildə ataya müraciət etdi.

Ata:

- Rus-tatar müharibəsi zamanı ruslar Kazanı mühasirəyə alıblarmış. Knyaz Kurbski öz gördüklərini belə yazıb ki, tatar sehrbazları günəş çıxarkən şəhər divarlarına çıxır, qəribə səslər çıxarır və paltarlarını yellədirdilər. Bunun nəticəsində külək qalxır, haralardansa bulud qovub gətirir və yağış yağırdı, nəticədə quru yerlər bataqlığa çevrilirdi. Şəhərdə evlərin damı altında daldalanan tatarlardan fərqli olaraq, açıq çöldə dayanmış rus qoşunun işi çox çətinləşirdi. Yalnız Moskvadan təmiz xaç gətirildikdən və suya çəkmə mərasimi icra edildikdən sonra bu işə son qoyulmuş oldu.



- Mistikadır! – deyə İslam əmi yerini rahatlayaq oturacağa yayıldı.

- Düzü mən də belə şeylərə inanmazdım! – deyə Əliməmməd müəllim söhbətə qarışdı. – Amma keçən il Kiyevə, sanatoriyaya getmişdim. Oranın TV-si qəribə bir hadisə göstərirdi. Albert İqnatenko adlı bir ukraynalı ekstrasens haqqında yarıciddi-yarızarafat çəkilmiş veriliş belə idi: bir dəfə Kiyev televiziyası onun çoxtonlu bulud kütləsinə təsir göstərərək yağış yağdıra bildiyini eşidib, İqnatenkonu sınağa çəkirmiş kimi belə bir eksperiment keçirməsini ona təklif etmişdi. Çəkiliş qrupu onun ardınca gələndə lap məqamına düşmüşdülər. Göy üzünü tutqun buludlar örtmüş, xırda-xırda yağış yağırdı. Aparıcılar bu təcrübənin keçdiyini belə nağıl edirlər. “Televiziyanın əməkdaşları nəzakətlə, lakin kinayə ilə gülümsəyirdilər. Belə olduqda İqnatenko maşına mindi və eksperiment başlandı. Onlar Oktyabr meydanına gəldilər. Yağış kəsdi, kamera qalın bulud təbəqəsini göstərdi. Başlanış üçün 7 dəqiqə qalırdı. Albert İqnatenko ovucunu irəli açdı... Bir dəqiqədən sonra qalın bulud təbəqəsindən ibarət tünd boz pərdə işıqlanmağa başladı və buludlar gözümüzün qabağında sanki əriməkdəydi... və birdən Günəşin ziyaları gözümüzü qamaşdırdı. Operatorumuz bütün bu epizodu əvvəldən axıracan lentə aldı. Amma rejissor hirsindən əsirdi”.

- Əgər bütün bunlar siz deyən kimidirsə, onda Tərxanın atası indi də yağış yağdıra bilər. Qoyun özünü yoxlasın! - deyə İsrafil dayı özünəməxsus şaqqanaq çəkməklə güldü.

İsrafil dayının ataya bu cür söz atmağından çox pərt olmuş Tərxan, çevrilib atanın üzünə baxdı və öz-özünə fikirləşdi ki, nahaq yağış söhbətinə başladı. İstədi atanın əvəzinə cavab versin ki, “bəs burada gülməli nə var?” yenə Yettinin aydın səsini eşitdi: “Sən sakit ol! Lazım gəlsə yağış da yağdırarıq!” Bu sözlər elə bil Tərxanı daha da cürətləndirdi. Nə isə tapıbmış kimi cəld yerindən qalxıb atanın qulağına demək istədi ki....

Lakin ata əlini onun çiyninə qoyub sakit-sakit dedi:

- Mənə elə gəlir ki, müəyyən bir hadisənin baş verməsi üçün bir və ya bir neçə adamın deyil, çoxlu insanların iradə impulsları güclü təsir göstərməyə, havanı dəyişməyə, zülmə son qoymağa, fəlakətlərin - zəlzələ, sel, yanğın və s. qarşısını almağa qadirdir. Mən bir adamın da iradə impulslarının təsirə malik olduğunu inkar etmirəm. Müəyyən hadisələr var ki, biz onu inkar edə bilmərik. Elə hadisələrdən biri də ovsunçuların ilan tutmalarıdır. Fikir vermisinizmi ki, onlar ilanı damdan necə düşürürlər?! Bizim əcdadlarımız o qədər də avam və hər şeyə asanlıqla inanan olmamışlar. Rəzman kimi adamların yağış yağdırmaq üçün etdiyi dua və mərasim, axırda isə nəticə min illərlə sınaqdan çıxmayıbmı? İsrafil bəy! Həmin inam bu qədərmi əsassız olmuşdur. Əcdadlarımız bu qədərmi sadədil olmuşdur? Asiya və Afrikanın xalqları və qəbilələri dursun bir yana...

- Sən ona fikir vermə! - deyə Mustafa müəllim yenə İsrafil dayıya sataşdı. –Onun əzbərlədiyi dörd-beş cümlə var! O belə işləri bilməz.

- Bir sakit olun! Qoyun kişi sözünü qurtarsın! - deyə Yaşar dayı da Mustafa müəllimə öz iradını bildirdi. Sonra üzünü ataya tutub dedi:

- Bəs, Əliməmməd müəllimin dediyi o, İqnatenko təkbaşına necə təsir göstərib?

Ata:


- Adətən yalnız ifrat, ekstremal vəziyyətlər adamları belə bir təsirə əl atmasına məcbur edir. Bu sayaq vəziyyət müvafiq olaraq güclü emosional ovqatın olmasını da tələb edir. Belə bir təsirin olmasından ötrü o zəruridir, - dedi və Tərxandan soruşdu:

- Getməyək? Gərək ki, bizim “axşamüstü işimiz” var.

Tərxan o dəqiqə başa düşdü ki, “axşamüstü işimiz” Yetti ilə olacaq görüşə işarədir. O heç nə demədən yerindən qalxıb, stoldan kənara çəkildi və atanın da stuldan qalxmasını gözlədi. Ata oturanlara nəzər salıb:

- Qalxaqmı? - dedi.

Hamı ayağa qalxdı və Yaşar dayıya, Yaşxanım bibiyə minnətdarlıqlarını bildirib yola çıxdılar.

* * *

Evə gələn kimi ata yatıb yuxladı. Tərxan isə baba ilə bağa ot yığmağa getdi.

Axşam tərəfi hamı həyətə yığışdı. Nənə Tərxana dedi:

- Ata səni yuxarı fındıqlıqda gözləyir. Çayını iç, çörəyini ye, sonra onun yanına gedərsən!

- Ata orada neyləyir? - deyə Tərxan nənəni sorğu-suala tutdu.

- Heç nə. Dedi gedirəm yuxarı bağa, orada Tərxanla işim olacaq.

- O nə vaxt gedib?

- Elə bir saat olar....

Tərxan daha heç nə demədən, sakitcə çörəyini yeyib yuxarı bağa - atasının yanına getdi.

Ata Əyri şabalıdın dibində İslam əmi ilə söhbət edirdi. Tərxanı görən kimi İslam əmi onun qabağına getdi, əl uzadıb salamlaşdı və dedi:

- Bayaqdan səni gözləyirik. Deyirik tez gələydi, Yetti ilə də görüşüb söhbət edərdik.

Tərxan atanın üzünə baxdı. Ata onun çətin vəziyyətə düşdüyünü hiss etmişdi. Başı ilə işarə etdi ki, “Hər şey yaxşı olacaq”. Sonra dedi:

- Tərxan! İslam əmi Yettiyə verəcəyi sualları mənə danışıb. Əgər Yetti bu gün gəlsə...

- O gəlməyə də bilər?- deyə İslam əmi Tərxana baxdı.

- Gəlib-gəlməmək məsələsini Yetti özü həll edir. Biz onun işinə qarışa bilmirik, - deyə ata Tərxanın əvəzinə cavab verdi.

İslam əmi fikrə getdi və ataya müraciətlə:

- Sən Allahın düzünü de! Bu cəfəng oyunu nə üçün başlamısınız? - dedi.

- Bəs nə edək?- deyə bu dəfə Tərxan atanın əvəzinə cavab verdi.- Bu kənddə televizordan başqa elə bir məşğuliyyət yeri yoxdur. Televizor da ki, bir kanalı tutur... Ata özü məsləhət gördü. Dedi gəl, “Yetti” oyunu oynayaq!

Ata hiss etdi ki, Tərxanın belə cavab verməyinə səbəb Yettidir. O istəmir ki, görüşlərimizdə İslam əmi də iştirak eləsin.

- Hə?... Belə de! Mən də inanmışdım! – deyə İslam əmi yarızarafat, yarıciddi öz təəssüfünü bildirdi. Səsinin titrəyişindən onun çox məyus olduğu hiss olunurdu.

- İslam əmi! Əgər suallarını ataya demisənsə, niyə narahat olursan? Biz özümüz o sualları müzakirə edib, sonra sənə danışarıq...

- Yox! Niyə ki?.. Lazım deyil! - deyə İslam əmi etiraz etdi. Hiss olunurdu ki, İslam əmi çox narazıdır. Onu sakitləşdirmək üçün Tərxan ataya dedi:

- Ata, İslam əminin sualı necəydi? Onu mənə də de! Biz cavab verək. Əgər İslam əmini qanə edərsə, qoy o da bizim oyunumuzda iştirak etsin!

- Daha axşamdır. Mal-qaranın gələn vaxtı çatır. Mən dayana bilmərəm, işim var! – deyə İslam əmi salamatlaşmaq üçün əlini ataya uzatdı. Ata onunla əl verib salamatlaşdı və dedi:


  • Söhbətimizi sabah davam etdirərik!

İslam əmi Tərxanla salamatlaşdı və:

  • İnşallah,- dedi. Sonra arxı adlayıb, evlərinə doğru yollandı.

Ata onun dalınca baxıb Tərxana :

  • Deyəsən küsdü, - dedi.

- Ata, Yetti deyir ki, narahat olmayaq. Soruşur ki, İslam əminin sualı necə idi?

- İslam əmi Yettidən yox, bizdən narazı olub. O ki qaldı bizim narahat olmağımıza, biz narahat deyilik. Amma yaxşı olmadı! Mən özüm Yetti ilə olan fikir mübadilələrimi kiminləsə müzakirə etmək istəyirdim.

- Ata! Yetti deyir ki, biz kiçik bir qrup təşkil etsək və orada müzakirələr aparsaq, İslam əmini də ora dəvət edə bilərik. Orada o öz suallarına cavab alar və sən də ona söz verib, yerinə yetirə bilmədiyin üçün narahat olmazsan.

- Yaxşı fikirdir! – deyə ata razılaşdı. – Biz elə elmi mərkəzdə belə bir qrup təşkil edə bilərik.

- Ata İslam əminin sualı necə idi?

- Onu sən soruşursan, yoxsa Yetti?

- Yetti soruşur. Deyir əgər cavab verə bilsə, siz də o cavabı İslam əmiyə çatdırarsınız.

- Yetti də İslam müəllimə İslam əmi deyir?

- Bəli.

- Yaxşı, onda İslam əminin sualını sizə çatdırım. O deyir ki, bizim keçmişimizə aid olan mifik yazılarda cənnət haqqında çox söhbətlər var. Soruşur ki, o cənnət adlanan məkanın harada olması barəsində Yetti bir şey bilirmi?

- Ata Yetti deyir sualı belə formalaşdıraq ki, insanların cənnət adlandırdıqları məkan haqqında bizim məlumatımız nə qədərdir?

- Elə olsun! – deyə ata razılaşdı. - İslam müəllim deyirdi ki, onun topladığı məlumatlara görə, cənnət göyünün zenitində hərəkətsiz, böyük bir şam var. Ona “kosmos yumurtası” və ya “gecə günəşi” deyirlər. Orada çaylar çox sürətlə axır. Sular dumdurudur...

- Bizdə olan məlumata görə Günəş sistemi də qoşa ulduz sistemi olub. Sizin Yer planeti isə ikinci - nisbətən kiçik ulduzun astrosinxron peyki olub. O zamanlar Yer planetinin kiçik Günəşə baxan üzündə iqlim isti və nəmli olub. Orada qış fəsli və gecə olmayıb. Zəngin və məhsuldar bitki örtüyünün və bol meyvə ağaclarının olması insanlara rahat qida əldə etməyə imkan verib. Nə qədər ki, sonrakı tektonik proseslər başlamamışdı, Yer səthi hamar idi. Çökək və dik yerlərə çox nadir hallarda rast gəlinirdi. Ona görə sututarlar dayaz idi və təlatümlü, dərin okeanlar hələ yox idi. Təbii şəraitin belə əlverişli olmasına görə canlıların əksəriyyəti ot və meyvə ilə qidalanırdılar və yırtıcılar yalnız leş yeyirdilər. Ona görə individ arasında konflikt, o cümlədən qanlı çarpışma nadir hallarda baş verirdi.

İnsan cəmiyyətinin quruluşu matrimonial idi. Ata xətti ya tanınmırdı, ya da tanınmağın əhəmiyyəti yox idi. Belə ki, “kişilik əlamətləri” – yəni gücə və təcavüzkarlığa ehtiyac yox idi. O zamanlar qadın incəliyinə, ana nəvazişi və müdafiəsinə hər yerdə ehtiyac duyulurdu. O sistemdə orqanizmin qocalması ləng gedirdi və xəstəlik törədici viruslar demək olar ki, yox idi. Ona görə də insanlar uzun ömürlü idilər. Onlar üçün ölüm tamamilə həyatın bir hissəsi hesab olunurdu və ona görə də özlərini əbədi sayırdılar.

Sizin yaddaşınızda qalmış həmin “Cənnətin” “kiçik günəşi”, sizin astronom dili ilə desək, yəni ulduz kimi partlayıb, məhv oldu. Yer peykinin sakinləri öz planetləri ilə birlikdə “göyün yeddinci qatından” “ən aşağı qatına” – yəni Günəş ətrafı orbitə düşdü. Bunu sizin elmi dillə izah etmək istəsək deyə bilərik ki, Yer Yupiter planetinin oblastından katapulta uğrayaraq yeni - Günəşə yaxın orbitdə fırlanmağa başladı. Elə o fəlakət zamanı Yerin öz fırlanma oxu da Günəş ətrafında fırlanma müstəvisinə görə əyildi və nəticədə fəsillər meydana gəldi.

- Yetti, deyə bilərsinizmi ki, o fəlakət nə vaxt olub?

- O sualın cavabını sizin hər bir dini kitabınızda tapa bilərsiniz. Belə ki, insan buğdanın qida bitkisi üçün daha əlverişli olduğunu öyrənəndən sonra, onu əkib-becərmək istədiyi ərəfədə fəlakət baş verdi.

- Həə!.. - deyə ata öz heyrətini bildirdi. – Ona görə deyilirmiş ki, Adəm və Həvva cənnətdə buğda ağacına toxunduqları üçün oradan qovulublar!

- Bəli, - deyə Tərxan təsdiq etdi. – Ata, Yetti deyir ki, İslam əminin sualının cavabı belə idi.

- Tərxan, İslam əminin sualı cavablandı! Bu çox yaxşı! Bəs bizim suallarımız necə olacaq!

- Ata, Yetti soruşur ki, o nə suallardır?

- Peyğəmbərimizə (Məhəmməd Peyğəmbər, Tanrı xeyir-duasını, kölgəsini Onun üstündən əsirgəməsin) “40 sual” kitabının “onuncu sual” hissəsində Yerin altının yedi qata bölündüyünü və hər qat üçün xarakter olan xüsusiyyətlərin olduğu verilir. Xahiş edirəm ki, əgər Onun cavabının açıqlanması sizdə varsa, mənə də söyləyərdiniz!

- Orada deyilir ki, Yerin birinci qatı insanların yaşadığı yerdir. İkinci qatı küləklər məskənidir. Burada hər cür tufanlar tüğyan edir. Peyğəmbəriniz ikinci qatı Yerin tektonik fəal hissəsi olduğuna işarə edib. Orada Yer qabığının tavaları qırıq, aralarında boşluqlar olduğuna işarədir. Üçüncü qatında yaşayan tayfalar dedikdə bizim robotlarımızın saxlandığı anbarlara işarə olunur. Orada yazılır ki, bu tayfanın məxluqlarının üzü it üzünü, əlləri insan əllərini, qulaqları isə kələ qulaqlarını xatırladır, - deyə Tərxan güldü və əllərini dovşan qulağı kimi başının üstünə qaldırdı. Sonra əllərini aşağı salıb ciddi şəkildə sözünə davam etdi.

- Ata! Yetti deyir onlar sizin bildiyiniz heyvan qulaqları deyil, lokatorlardır.

- Tərxan! Mənim fikrimi yayındırma! Yetti nə desə onu mənə çatdır! Hoqqa çıxarma!

- Yaxşı. Ata, Yetti deyir ki, dördüncü qatın kükürdlü daş olması maqma kütləsinə işarədir ki, oradan vulkanlar sızır. Beşinci qat üçün qeyd olunan dəvə boyda zəhərli əqrəblər, ağır radioaktiv kimyəvi elementlərin toplaşmasına işarədir. Deyilir ki, altıncı qatda cəhənnəm sakinlərinin ruhları dolaşır. Məlaikələr onlara əzab verirlər. Ruhlara əzab verilməsi qiyamət gününədək davam edəcəkdir. Bu yazılar Yerin həmin qatında olan yüksək temperatur və təzyiqə işarədir. Onun qiyamət gününədək davam etməsi fikri isə Yer kürəsinin həmin bölgədə toplanmış təzyiq və temperaturun planeti partladacağına işarədir. İblisin oturduğu yeddinci qat Yer planetinin nüvəsidir və oradan bütün Yer səthi və atmosferinə güclü infrasəs, elektromaqnit və qravitasiya dalğaları şüalanır ki, bu faktorların insan psixologiyasına güclü təsirinə işarədir və astrologiya elminin yaranması səbəblərindən biridir.

- Çox sağ olun, Yetti! Sizə çox minnətdaram! – deyə ata cavab üçün öz minnətdarlığını bildirdi və əlavə etdi. - Bir sualım da var. Xahiş edirəm ona da cavab verin!

- Ata! Yetti deyir, buyursun!

- Bu boyda dağ-dərə, çaylar, dəniz, okeanlar nə vaxt, necə əmələ gəldi?

- Yer Günəş ətrafı orbitə düşən kimi Günəş sistemində həyəcanlanma baş verdi. Yerdə güclü tektonik proseslər, zəlzələlər, vulkan püskürmələri, sürüşmələr baş verdi. İnsanın yadında qaldığı “Cəhənnəm” də həmin dövrü əhatə edir. Əsas fəlakətlər Venera planetinin Yerə yaxınlaşması dövrlərində baş verdi. Qabarma nəticəsində Yer qabığındakı su yuxarıya dartılaraq buraxıldı. Bunun nəticəsində əmələ gələn nəhəng su dalğaları qitələri yuyub apardı. Çox yeri də daş, qum, çınqıl və lil basdı. 52 ildən sonra bu hadisə yenə baş verdi. Sizin ifadənizlə desək, Allaha çox şükür ki, indi Günəş sistemi stasionar - yəni sakit haldadır. Yer səthində suyun artmasına əsas səbəb biokütlənin yanması oldu. Üzvi maddə kimi yanan biokütlə kömür, karbon qazı və suya çevrildi. Ümumiyyətlə, sonuncu sual haqqında sizin çox geniş elmi məlumatlarınız var. Ona görə də vaxtınızı o suallara sərf etməyə dəyməz.

- Elədir! - deyə ata ayağa durdu və Tərxana dedi, - Yettiyə de ki, bu gün biz yorulmuşuq. Daha qaş qaralıb. İcazə verirsə, salamatlaşaq!

- Ata! Yetti də öz minnətdarlığını bildirir və xahiş edir ki, imkanımız olsa, sabahkı görüşə bir az erkən başlayaq.

- Çalışarıq! – deyə ata Tərxanın üzünə baxdı.

- Ata, Yetti salamatlaşıb getdi.

- Biz də gedək! – deyə ata Tərxanın əlindən tutub evə yollandı.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə