Yunan sözü olub "psyche" beynin xüsusi funksiyası: əqli, hissi, mənəvi, idrak və s


Psixopatiyaların diaqnozu P.B.Qannuşkin təklif etdiyi üç başlıca əlamətə əsaslanır



Yüklə 56,4 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix08.04.2022
ölçüsü56,4 Kb.
#85171
1   2   3
Psixopatiya — Vikipediya

Psixopatiyaların diaqnozu P.B.Qannuşkin təklif etdiyi üç başlıca əlamətə əsaslanır.

1. Xarakterioloji pozuntuların həcmli (total) olması;

2. Həyat boyu onların az dəyişkən və davamlılğı;

3. İctimai uyğunlaşmanın dəyişməsi.

Kliniki əlamətləri



Diaqnostik səhvə yol verməmək üçün bəzən illərlə müşahidə aparmaq, şəxsin həyatını

öyrənərək hərtərəfli psixoloji təhlil etmək tələb olunur.

Psixopatiyaların inkişafının dinamikasında “pubertat böhran” dövrünün olmasına böyük

əhəmiyyət verilməlidir. Məhz həmin yaş dövründə meydana çıxan parlaq psixopatik əlamətlər

düzgün diaqnoz qoymağa imkan verir.Yetginlik yaşına çatmış adamlarda, ələxüsus ahıl yaşlarda

psixopatik xüsusiyyətlər tədricən yumşalır, hətta mühitə tam uyğunlaşma ilə əvəz olunur.

Bəzən isə əksinə geriyə inkişaf dövründə kəskinləşə bilir.

Hazırda şəxsiyyətin disharmoniyasının bütün formalarını 4 böyük qrupa bölmək qəbul

olunmuşdur:

Birinci qrupa təfəkkür sferasına məxsus dəyişikliklər qeyd olunan psixopatlar aid edilirlər.

Onları birləşdirən ümumi cəhət hadisələri düzgün qiymətləndirə bilməmək və ya onlaratənqidi

yanaşmamaq qabiliyyətinin olmasıdır.

İkinci qrupa təəssürat sferasına məxsus pozuntuları olan psixopatlar daxildir. Bu qrupa aid

edilən şəxslərin başlıca xüsusiyyətləri tez-tez ziddiyyətli affektiv reaksiyalar nümayiş

etdirmələridir.

Üçüncü qrupa iradi pozuntuları olanlar aid edilir.

Dördüncü qrup qarışıq forma psixopatları birləşdirir. Bu qrupa aid edilən psixopatlarda

polimorf əlamətlərin dəyişkənliyi əsas sindromu təyin etməyə imkan vermir.

Bu tipə mənsub olan psixopatların başlıca cəhətləri:

uşaqlıqdan ümumi zəiflik,yorğunluq, neyrovegetativ dəyişkənliyə meyillik

emosional zəiflik, sadəlövhlük, hissiyata qapılmaq

diqqətin zəifləməsi

süstlük, əzginlik,tez-tez ağlamaq meylinin yaranması

ipoxondrik şikayətlərə meyillilik

Özlərinə qarşı inamsız, təəssüratlarının kövrək, daima aciz və köməksiz olmalarını hiss

etmələridir. Belə psixopatları şərti olaraq iki tipə bölmək mümkündür.

Astenik tip

Psixastenik (anankastik) tip




Birinci tipə mənsub olanlar həyəcanlı, şübhəli, qətiyyətsiz və müstəqil ola bilməmələri ilə

fərqlənənlərdir.

İkinci tipinə mənsub olan şəxslər xasiyyətlərindəki şübhəliliyin sarışan xarakterli olmasını

başa düşmələri ilə fərqlənirlər. Onlar əvvəlcədən planlaşdırılmış göstərişlər əsasında

fəaliyyət göstərərək dəqiq və səlis olmağa çalışır, icra etdikləri işi dəfələrlə yoxlamaqla

özlərini gərginlikdən azad edirlər. . Bunlarla yanaşı heç bir vaxt gördükləri işlərin məzmunundan

razı qala bilmirlər, şübhə daima onları boğur, ümidsizlik hissi yaradır

Bu tip psixopatların başlıca cəhəti autistik təfəkkürə malik olmaları və bununla da

başqalarından asanlıqla fərqlənmələridir. Belə şəxslərin cəmiyyətdə özlərini aparmaları,

geyimləri, mimikaları, jestləri və s. müstəsna xüsusiyyətə malikdir. Nitqləri kasad, bir neçə

standart ifadələrdən ibarət olub, eyni tipli hərəkətlər və jestlər müşayiət edilir.

Şizoid psixopatlar sensitiv və ekspansiv qruplara bölünür:

Sensitivlər hissiyyata qapılan, xəyalpərvər, lakin istəklərinə heç vaxt nail ola bilməyən

şəxslərdir. Real varlığı olduğu kimi qəbul edə bilmir, tez incidiklərindən (dəymə-düşər) öz

məqsədinə çatmaq üçün mübarizə aparmağa qadir olmurlar.

Ekspansiv qrupa daxil olan şizoid psixopatlar, adətən, öz peşəsini yaxşı bilən, başladığı işi

axıra çatdırmaq üçün mümkün olan hər şeyi etməyə hazır adamlardır. Lakin başqaları ilə

razılaşmadıqları və dikbaş olduqları üçün onları sevmirlər.

Yüksək qiymətli ideyalarla yaşayan bu qrup psixopatlar öz şəxsi keyfiyyətlərini, bilik və

bacarıqlarını həmişə nümayiş etdirməyə səy göstərirlər. Eqoistlik və başqalarının fikri ilə

razılaşmamaq meyli də bu xüsusiyyətlə əlaqədardır. Paranoyal psixopat öz məqsədinə nail

olmaq üçün illərlə mübarizə aparmaqdan, müxtəlif idarə və təşkilatlara şikayətlər etməkdən

yorulmur. Bu qrupa aid olan sutyaq-kverulyant (şikayətçi-ərizəbaz) adlanan psixopatlar daha

çox ictimai təhlükəli subyektlərdir.

Qannuşkin fanatiklər adlandırdığı digər qrup paranoidlər bir sıra xüsusiyyətləri ilə fərqlənirlər.Bu

da irəli sürdükləri ideyaları şəxsi maraqlarından daha üstün tutmalarıdır. Onlar maddi maraq,

şəxsi xoşbəxtlik xatirinə deyil, qarşıya qoyduqları məqsəd uğrunda mübarizə aparırlar. Həmin

məqsəd xatirinə onlar hər şeydən (vəzifəsindən, var-dövlətindən, sağlamlığından) keçməyə

hazırdırlar. Adətən, din xadimləri, alimlər və ictimaiətçilər arasında rast gəlinən belə şəxslər

fədailik nümunəsi göstərməyə qabil adamlardır.

Şizoid tip.

Paranoid (paranoyal) tip.




Bu tip psixopatlar məktəbəqədər yaş dövründən başlayaraq bir sıra xüsusiyyətləri ilə

fərqlənirlər. Onlar tez əsəbləşən, aqressiv, sözə baxmayan və tərs olmaları ilə diqqəti cəlb

edirlər. Məktəb yaşı dövründən onlar kollektivdə lider kimi çıxış edir, müstəqil, hər şeyi bacaran

adam kimi tanınırlar. Tez-tez müşahidə olunan və 2-3 gün çəkən disforiya halının qeyd edilməsi,

qaraqabaq və güclü affektiv reaksiyalara malik olmaları təcrübəli psixiatr üçün diaqnostik

əhəmiyyət kəsb edir. Tutma zamanı belə psixopatlar bəzi amansız və gərgin olduqlarından

kobud hərəkətlər edir, şikarına işgəncə verirlər.

Bu tip psixopatların başlıca xüsusiyyətləri əhvali-ruhiyyələrinin biri-birinə zidd qütüblər arasında

(distimiya və hipertimiya) tez-tez dəyişməsidir.

Qannuşkinin fikrincə “anadangəlmə pessimistlərdir”. Belə şəxslərin əhvali-ruhiyyəsi daima aşağı

olub hər an, nə isə pis hadisənin olacağını gözləyirlər. Belələrini heç nə ruhlandırmır, həyatlarında

baş verən müsbət hadisələrə, qazandıqları müvəffəqiyyətlərə görə sevinmək hissi sanki onlara

yaddır. Bu tipə mənsub olan psixopatlar adi həyatda sakit, həmişə bikef görünən, ləng hərəkətli

adamlar olub eyni zamanda öz vəzifə borclarını vicdanla yerinə yetirən, buna görə də hamının

hörmət bəslədiyi şəxslərdir.

isə distimiklərin tam əksinə təşkil edən psixopatlardır. İlk növbədə nəzəri cəlb edən onların

əhvali-ruhiyyəsinin həmişə yüksək olması, şən və xoşbəxt görünmələridir. Başqaları ilə olduqca

tez ünsiyyət və dostluq yaratmağı bacarır, optimist və cəld olmaları onları kollektivin sevimlisi

edir. Lakin yaxından tanıdıqda məlum olur ki, onlar bu qədər yüngültəbiət, daha çox vədlər

verən, axıradək dostluq etməyi bacarmayan adamlardır. Bu psixopatların qeyri-ciddi təbiətə

malik olmaları yaxın adamların yanında onların əsl simasını müəyyən edir. Belə ki, onlar haqqında

tez-tez “bel bağlayısı adam deyil” sözlərini eşitmək mümkündür.

Oyanıqlı (dissosial-antisosial) tip.

Affektiv tip (emosional davamsız)

Distimiklər

Hipertimiklər

Tsikloidlər



Distimiklərlə hipertimiklər keçid təşkil edən digər tip psixopatlar tsikloidlər adlanırlar. Bunların

başlıca xüsusiyyətləri əhvali-ruhiyyələrinin dəyişkənliyidir. Emosiyalarının dövrü olaraq yüksək və

aşağı olması, eyni zamanda iş qabiliyyətinin, yaxın adamlara münasibətin də dəyişməsi ilə

müşayiət edilir. Əhvalın yüksək olduğu dövrdə tsiklondlər olduqca fəal, şən, optimist görünürlər.

Sanki heç bir çətinlikdən qorxmayan belə şəxslər bu dövrdə başladıqları işi axıra çatdırırlar.

Lakin əhvalı pis olduğu dövrdə hər şey əksinə cərəyan edir. Xarici görkəmləri dəyişir, zəif və

bikef görünür, başladıqları işi yarımçıq qoyur, heç kəslə ünsiyyətdə olmaq istəmirlər.

Öz fəaliyyəti ilə hamının diqqətini cəlb etməyə çalışan, hadisələrin gedişində aparıcı rol

oynamağa can atan, bu məqsədlə müxtəlif hərəkətlər (bəzən artistlik məharəti) nümayiş

etdirən şəxslər olub çox tez tanınırlar. Emosional cəhətcə zəngin görünmək üçün canfəşanlıq

etmələrinə baxmayaraq, isteroid psixopatlar mənəviyyatca heç də zəngin olmayan, başqalarının

iztirabına biganə qalmağı bacaran şəxslərdir. Onlar üçün ən başlıcası öz təəssüratlarını nümayiş

etdirmək, diqqət mərkəzində olmağa səy göstərmələridir.

Kreçmer isteroid psixopatların xüsusi bir formasını fərqləndirməyi təklif etmiş və onlara

yalançılar, gopçular (psevdoloqlar) adı vermişdir.

Öz təbii xüsusiyyətlərindən məharətlə istifadə edən belə adamlar emosional boyalarla zəngin

ifadələrlə başqalarını inandırmaq, onları yoldan çıxarmaq qabiliyyətinə malik olurlar. Söylədikləri

yalan fikirlərə nəinki başqaları, hətta özləri də inanırlar.

Bu tipə mənsub psixopatları bir sıra xarakterioloji xüsusiyyətlərinə, məsələn, dözümsüz

olmaları, cüzi bir səbəbdən əsəbləşmələri, diqqətlərinin davamsızlığı, ərköyün və dəcəl

olmalarına görə uşaq yaşlarından fərqləndirmək mümkündür. Başqalarına tez inanan və etibar

edən belə şəxslər hamı ilə yoldaşlıq etməyə, hər bir toplanış və məclislərin iştirakçısı olmağa

çalışır, liderliyə can atırlar. Lakin iradələrinin zəifliyi tez bir zamanda onların yumşaq xasiyyət və

təşəbbüssüzlüyünü büruzə verir, etimad göstərilməsi şəxs olmadıqlarını aşkar edir.

Bu və ya digər psixopatik xüsusiyyətlərə malik şəxslərdə başlıca xasiyyət anomaliyasını

(sindromu) təyin etmək mümkün olmadıqda mozaik psixopatiya terminindən istifadə edilir. Hər

İsterik tip.

Davamsız tip (asılı)

Mozaik tip.




Yüklə 56,4 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə