Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə173/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   169   170   171   172   173   174   175   176   ...   179

532

Kərbəlayı  Mahmud  da  bilirdi;  onun  istəyi  buydu  ki,  məmləkətdə 

əmin-amanlıq olsun, Şəkidən karvanlar gəlib keçsin, karvansaranı 

həmişə  müsafirlərlə  dolub-daşsın,  bir  parça  çörək  üçün  zillətə 

qatlaşmalı  olmasın. 

523.  Qorxduğumuz  oldu,  hicri  1156-cı,  miladi  1744-cü  ilin  ya-

yında  Şahımızın  üzünü  quzeyə  doğru  çevirdiyi  barədə  xəbərlər 

yayıldı.  O  günlərin  birində  Kərbəlayı  Mahmud  dedi,  Hacı  Çələbi 

xan  camaatın  «Gələsən-görəsən»  qalasına  çəkilməsi  barədə  əmr 

verib.  Doğrudan  da,  karvansara  həyətindən  xan  carçılarının  qış-

qırtılarını,  şəhərin  bir  neçə  fərsəngliyindəki  qalaya  doğru  yolla-

nan  atların,  qatırların,  arabaların  tappıltılarını,  cırıltılarını  tez-tez 

eşidirdim.  Hər  gün  Kərimin  köməyilə  çıxıb  həyətdəki  mindərin 

üstündə  oturur,  kürəyimi  ağaca  söykəyib,  o  əndişə,  ölüm-itim 

dolu  səslərə  qulaq  asırdım.  Bir  neçə  dəfə  Kərbəlayı  Mahmud 

qalaya  getmək  fikrində  olub-olmadığımı  soruşdu,  dedim,  mənim 

Şahımızdan  qorxum  yoxdu,  neçə  illər  ona  xidmət  eləmişəm, 

karvansara  küncündə  dünya  işığına  həsrət  qalmış  bir  qoca  kimə 

lazımdı;  üstəlik,  Kərbəlayı  Mahmuda  deməsəm  də,  Şahımızın 

yanında  Mirzə  Mehdi  kimi  sədaqətli  qələmdaşım  vardı,  şübhəsiz 

ki,  Şahımız  bura  gəlməsə  belə,  Mirzə  Mehdi  gələn  qoşunun 

sərdarına  mənim  barəmdə  nəsə  deyəcəkdi,  bu  da  yetərliydi. 

Təkcə  Kərimlə  bağlı  əndişəm  vardı,  amma  gələnlərin  arasında 

korun  qolundan  tutan  kəsi  öldürəcək  qədər  zalım  kimsəylə  qar-

şılaşacağıma  inanmırdım.  Kərbəlayı  Mahmud  özü  mütərəddid 

vəziyyətdə  qalmışdı,  axırda  belə  qərara  gəldi  ki,  külfətini  qalaya 

yox,  Qəbələdəki  qohumlarının  yanına  göndərib  özü  karvansa-

rada  qalsın.  Dedi,  mənim  taxt-taclıq  işim  olmayıb  ki,  qorxum, 

onsuz  da  ömrümün  çoxunu  yaşamışam,  Allah-tala  canımı  harda 

məsləhət  bilirsə,  orda  alacaq,  əcəldən  kim  qurtulub,  axı.  Üç 

həftədən  sonra  ən  pis  vaxtlarda  belə,  ən  azı,  yarıyacan  dolu  olan 

karvansarada  üçümüzdən,  bir  də  dərvişlibas  bir  sərgərdandan 

başqa  kimsə  qalmadı.  Kərbəlayı  Mahmudun  dediyinə  görə,  tif-

lisli  iki  tacir  Şahımızın  qoşunlarına  rast  gəlməmək  üçün  geri  qa-

yıtmışdılar,  karvansaradakılardan  üç  nəfər  tələm-tələsik  Gəncəyə, 

iki  nəfər  Dərbəndə,  iki  nəfər  də  Ərəşə  yollanmışdı.  Hələ  kimsə 

Şah  qoşununun  buralara  nə  vaxt  gəlib  çıxacağını  bilmirdi,  arada-

bir  Kərbəlayı  Mahmud  kimdənsə  xəbər  tuturdu  ki,  Hacı  Çələbi 




533

xan  qalanı  möhkəmləndirmək,  ərzaq  və  su  ehtiyatı  yığmaqla 

məşğuldu,  belə  görünür  ki,  son  məqamacan  duruş  gətirmək 

fikrindədi.

524. Bir ayacan çəkən səksəkəli günlərdən, yuxusuz gecələrdən 

sonra  xəbər  çatdı  ki,  Şahımız  qoşunuyla  Bərdə  altındakı  sevimli 

yerində  düşərgə  salıb,  məsləhət-məşvərətdən  sonra  əmr  eləyib 

ki,  on  beş  min  nəfərlik  qoşun  Şəkinin  üstünə  gedib  olan-qalan 

ərzağı yığsın, «Gələrsən-görərsən» qalasını da darmadağın eləsin. 

Sonrakı  günlərdə  gah  Kərbəlayı  Mahmud,  gah  Kərim  ana  yola 

çıxır,  rastlaşdıqları  adamlardan  cürbəcür  xəbərlər  gətirirdilər. 

Deyilənə  görə,  mahalın  kəndləri  artıq  boşalmış,  camaat  ərzağı 

götürüb  meşələrə,  dağlara  çəkilmişdi,  hətta  orda-burda  şah  qo-

şununa  basqın  eləyir,  silah-sursat  ələ  keçirirlər.  Deyilənə  görə, 

Şahımız  özü  ordugahını  Bərdədə  qoyub  Cavad  yaxınlığında  sal-

dırdığı körpüdən keçmiş, Dərbəndə sarı üz tutmuşdu. Deyirdilər, 

«Gələrsən-görərsən»  qalasının  üstünə  gələn  şah  qoşunlarının 

çoxu  Daşbulaq  tərəfdəki  Kotan  düzündə  qalıb,  çünki  ensiz,  sərt 

yoxuşla  qalaya  yaxınlaşa  bilmirlər.  Qışın  bu  vaxtında  Şahımızın 

Şəkinin  üstünə  gəlməsi  mənə  çatmırdı,  çünki  ötən  səfərindən 

dərs  götürməliydi.  İki  ay  boyunca  aldığımız  xəbərlərdən  məlum 

olurdu  ki,  hər  iki  tərəfdən  itkilər  var.  Hücrəmizdə  belə  eşidilən 

top  atəşləri  Şah  qoşunlarının  çətinliklə  qarşılaşdığından  xəbər 

verirdi.  Sonra  xəbər  çıxdı  ki,  Şahımız  Dağıstanda  işləri  yoluna 

qoyub, əksər hakimlərin itaətini qəbul eləyib Dərbəndə, ordan da 

Tabasarana,  sonra  Bərdə  altındakı  düşərgəsinə  qayıdıb.  Üç-dörd 

həftədən  sonra  Şahımızın  Kürü  keçib  Ərəşdə  düşərgə  saldığı 

barədə  xəbər  eşitdik.  Mirzə  Mehdinin  bu  qədər  yaxında  olma-

sından  o  qədər  həyəcanlandım  ki,  günlərlə  dilimə  nə  çörək,  nə 

su  dəydi.  Amma  içimə  şübhə  də  enmişdi:  sədaqətli  Mirzə  Mehdi 

belə  yaxındaydısa,  niyə  qələmdaşının  taleyilə  maraqlanmırdı;  bu 

müddət  ərzində  mənimlə  maraqlanmamışdısa,  deməli,  ya  Şahı-

mızla  səfərə  çıxmamışdı,  ya  da  arzusuna  çatıb  Şahımızın  qullu-

ğundan  çıxmış,  doğulub-böyüdüyü  Astrabada  getmişdi.  Əlbəttə, 

ikinci  fərziyyəmə  özüm  də  inanmırdım,  çünki  o  mənim  tanıdı-

ğım  Mirzə  Mehdiydisə,  məmləkətin  belə  çətin  vaxtında  kənara 

çəkilib  guşənişin  ola  bilməzdi. 



534

525.  Bir  neçə  ay  döyüşlər  səngidi;  deyirdilər,  Şahımız  istira-

hətlə  məşğuldu,  yəqin  qüvvə  toplayıb  yaz  girəndə  qalaya  qəti 

hücum  eləyəcək.  Sonra  daha  bir  xəbər  çıxdı,  deyirdilər,  qala-

nın  dörd  yanındakı  meşəyə  baltaçılar  dəstəsi  göndərib  ki,  ağac-

ları  qırıb  toplara  yol  açsınlar;  deyirdilər,  bundan  xəbər  tutan 

bəzi  bəylər,  kəndxudalar,  tayfabaşılar  Şahımızın  yanına  gedib 

itaətlərini  bildirmişdilər,  hökmdar  da  onlara  xələt  vermiş,  Hacı 

Çələbi  xana  xəbər  göndərmişdi  ki,  daşı  ətəyindən  töksün,  gəlib 

təslim  olsun.  Amma  Hacı  Çələbi  xan  boyun  əymək  fikrində 

deyildi,  qalanın  bütün  yollarının  kəsilməsi  belə  onu  qorxutma-

mışdı.  Üç  ayın  tamamında  dedilər,  Şahımız  qəfildən  Ərəşdəki 

düşərgəsinə  qayıtdı,  Kürü  adlayıb  Xaçına,  Göyçə  yaylağından 

keçib  Rəvana  doğru  getdi,  Osmanlı  sərkərdəsi  Yegen  Mehmet 

Paşayla  döyüşə  yollanır.  Amma  on  beş  min  nəfərlik  Şah  qo-

şunu  qalıb,  qalanı  üzük  qaşı  kimi  dövrəyə  almışdı.  Düz  bir 

ilimiz  beləcə,  intizar  içində  keçdi,  o  bir  ildə  Şahın  qoşunları 

Şəkiyə od vurdular, Hacı Çələbi xan itaət eləmədi, yaz-yay getdi, 

payız-qış  gəldi,  Hacı  Çələbi  xan  təslim  olmadı.  Amma  sonrakı 

ilin  Novruz  günlərində  xəbər  çıxdı  ki,  Hacı  Çələbi  xan  itaət 

göstərməyə  qərar  verib.  Deyirdilər,  axır  aylarda  qalada  adam-

başına  bir  tikə  çörək,  bir  qurtum  su  paylanırmış,  üyüdüləsi, 

kəsiləsi  nə  varmış,  hamısı  tükənibmiş;  deyirdilər,  Şah  qoşunları 

qalaya  ərzaq  çatdırmaq  istəyən  dəstələri  yaxalayıblar,  qoymayıb-

lar  ki,  qalanın  üzərindən  bir  quş  da  uçsun.  Bir  neçə  gün  sonra 

qalada  sağ  qalanların  evlərinə  qayıtdıqları,  Hacı  Çələbi  xan  və 

ətrafındakılarınsa  həbsə  alınıb  Şahımızın  hökmünü  gözlədikləri 

barədə  Kərbəlayı  Mahmud  xəbər  gətirdi.  Bir  neçə  ay  sonra  eşit-

dik  ki,  hökmdar  Xorasandan  fərman  göndərib  Məlik  Cəfəri  ma-

halın  hakimi,  Hacı  Çələbi  xanı  da  onun  vəkili  təyin  eləyib. 

Allahın  lütfündəndimi,  nədəndi,  bilmirəm,  Şahımızın  əsgərləri 

Şəkiyə  od  vuranda  Kərbəlayı  Mahmudun  karvansarasına  bir  şey 

olmamışdı,  heç  Şahımızın  əsgərləri  gəlib  olan-qalan  ərzağına  da 

toxunmamışdılar.  Görünür,  Allah  məsləhət  biləndə  binəsibləri  də 

nəzərində  saxlayır.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə