Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyası
Laboratoriya müdiri: a.e.ü.f.d. Abbasquliyeva Sevil Güləş qızı
Abbasquliyeva Sevil Güləş qızı 27.01.1964-cü ildə anadan olmuşdur. 1983-1989-
cu illərdə S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakutləsini fərqlənmə diplomu ilə
bitirmişdir, sonra təyinatla həmin institututun “Entomologiya və ipəkçilik”
kafedrasına tədqiqatçı-stajor vəzifəsinə təyin edilmişdir. 1989-cu ildə “Bitkilərin
ziyanvericilərdən və xəstəliklərdən mühafizəsi” üzrə əyani aspiranturaya daxil
olmuşdur. 1995-ci ildə aspiranturanı bitirmişdir. 1999-2000-ci illərdə Bakı
Pedoqoji İnstitutunun Kadrların ixtisasartırma və yenidənhazırlanma kursunda
“kimya və biologiya” ixtisasına yiyələnmişdir. 2012-ci ildə Azərbaycan Elmi-
Tədqiqqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun “Yemlərin zootexniki
qiymətləndirilməsi və kütləvi analizlər” laboratoriyasında böyük elmi işçi, sonra
laboratoriya müdiri vəzifəsinə təyin olunmuşdur. “Lənkəran-Astara bölgəsi
şəraitində qabaqçiçəklilər fəsiləsi bitkilərinin xəsətliklərinin növ tərkibi və onlara
qarşı mübarizənin bioloji cəhətdən əsaslandırılması” mövzusunda dissertasiya işi
müdafiə etmiş, aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Email:
sevil.abbasquliyeva@mail.ru
Laboratoriyanın elmi əmıkdaşları:
Adıgözəlov Əbdürrəhman Mehdi oğlu –a.e.ü.f.d., aparıcı elmi işçi
Useynova Nərgiz Selcuk – böyük elmi işçi
Əliyeva Stella Cabbar qızı - böyük elmi işçi
Hətəmov Xalid Rüstəm oğlu- kiçik elmi işçi
Qədimova Aytən Baxış qızı – elmi işçi
Laboratoriyanın fəaliyyət istiqamətləri:
Laboratoriya Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar
Institutunun nəzdində 1969-cu ildən etibarən müxtəlif adlarda fəaliyyət
göstərmişdir: Yemlərin hazırlanma texnologiyası laboratoriyası, Yemlərin
zootexniki qiymətləndirilməsi laboratoriyası, Kütləvi analizlər laboratoriyası.
Müəyyən müddətdən sonra laboratoriyaların birləşdirilməsi zərurəti meydana
çıxmış və iki laboratoriya birləşdirilərək “Yemlərin zootexniki qiymətləndirilməsi
və kütləvi analizlər” laboratoriyası adı almışdır.
Respublika NR-nin 2015-ci il tarixli 109 nömrəli qərarına əsasən 05.01.2016-ci ildə
“Yemlərin texnologiyası” və Yemlərin zootexniki qiymətləndirilməsi və kütləvi
analizlər laboratoriyası”, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi
laboratoriyası”adı altında birləşdirildi. Hal-hazırda laboratoriya bu adla fəaliyyətini
davam etdirir.
Yarandığı dövrdən etibarən laboratoriyada aşağıdakı işlər həyata keçirilib:
-Yemlərin kimyəvi tərkibinin, qidalılığı və həzmə gediciliyinin öyrənilməsi üzrə
aparılmış tədqiqatlar əsasında k/t heyvanları üçün mübadilə enerjisinə görə
yemlərin enerji qidalılığının işlənib hazırlanması;
-İri buynuzlu heyvanların yemləndirilməsində amarant bitkisindən istifadə
edilməsi və məhsuldarlığa təsirinin öyrənilməsi;
-İri buynuzlu heyvanların yemləndirilməsində səmərəli reseptlərin işlənməsi;
-Respublikada istifadə edilən yem bitkilərinin keyfiyyət göstəricilərinin və ümumi
qidalılıq dəyərinin öyrənilməsi və tətbiqi.
Hazırda laboratoriyamızda iki mövzu üzrə işlər aparılır:
-Respublikada mövcud yemlərin keyfiyyət göstəricilərinin öyrənilməsi və tətbiqi
(yemlərin kimyəvi tərkibi).
-Amarant bitkisindən və dənindən kənd təsərrüfatı heyvanları və quşları üçün yem
rasionunun hazırlanma texnologiyası.
Bu müddət ərzində laboratoriya əməkdaşlarının fəaliyyəti nəticəsində müxtəlif
mövzuları əhatə edən 25 - dən artıq təklif verilmişdir ki, bunların da əksəriyyəti
geniş istehsalat şəraitində tətbiq edilmişdir. Bunlardan aşağıdakıları göstərmək olar:
-Senajın hazırlanma texnologiyası və istifadəsi. Bu məsələ Respublikada ilk dəfə
“Yemlərin hazırlanma texnologiyası laboratoriyası”nın rəhbəri Nuru Dibirov
tərəfindən öyrənilmişdir. Təklif keçmiş MK-nın müvafiq sərancamlarına əsasən
1972 – ci ildən Respublikanın bütün təsərrüfatlarında (kalxoz və sovxozlarında)
tətbiq olunması qərara alınmış və konservləşdirilmiş yemlərin 40-50% təşkil
etmişdir.
-Neft mənşəli zülal-vitamin konsentratının quşçuluda tətbiqi. Bu təklif 1972-cı
ildən A.Adıgözəlovun təşəbbüsü ilə Respublikada ölkənin bütün quşçuluq
təsərrüfatlarında tətbiq olunması planlaşdırılmışdır. Təklif respublikamızın Bakı
quşçuluq fabrikində 100 min başdan artıq quşların yemləndirilməsində istifadə
olunmuşdur.
-Heyvandarlıqda karbamidin tətbiqi. Bu məsələ respublikada ilk dəfə olaraq
laboratoriya tərəfindən öyrənilmiş, heyvanların yem rasionunda və qarğıdalı
bitkisinə kökdən kənar yemləmə formasında verilmişdir. Belə ki, MK-nın və
Nazirlər Sovetinin müvafiq qərarlarına (1975-ci il) uyğun olaraq Respublikanın
heyvandarlıqla məşğul olan təsərrüfatlarında hər il 1500 ton karbamiddən istifadə
edilmişdir.
-Solomonajın hazırlanma texnologiyası və istifadə edilməsi. Professor Cabbar
Səttarovun rəhbərliyi ilə sovetlər ölkəsində ilk dəfə olaraq Azərbaycan Elmi-
Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar Institutunun “Yemlərin texnologiyası”
laboratoriyasının
əməkdaşları
tərəfindən
öyrənilmişdir.
Təklif
nəinki,
respublikamızın, həmçinin qonşu respublikaların təsərrüfatlarında geniş tətbiq
edilmiş və hər il respublika üzrə 150-300 min ton həcmində solomonajın
basdırılması və tətbiqi həyata keçirilmişdir.
Laboratoriya əməkdaşları tərəfindən ilk dəfə olaraq Respublikada professor
Cabbar Səttarovun rəhbərliyi ilə yemlərin mikroelement və vitamin tərkibi
öyrənilmişdir. Bunun üçün respublikanın 1 təbii-iqtisadi bölgəsini əhatə edən 58
rayonun 454 təsərrüfatından, həmçinin otlaq və biçənək sahələrindən 89 növdən
olan 4529 yem nümunələri götürülmüş və tərkibində mikroelementlərin (mis, sink,
manqan, kobalt, selen) və karotinin (vitamin A) miqdarı öyrənilmişdir.
Müəyyən edilmişdir ki, yemlərin tərkibində olan mikroelementlərin miqdarı
heyvanların təlabatının yalnız 36-52 faizini ödəyir. Ümumiyyətlə yemlərin
mikroelement tərkibinə görə respublika ərazisi 4 biokimyəvi əyalətə bölünmüşdür.
Birinci əyalət, yemlərdə misin az olması ilə səciyyələnir. İkinci əyalət yemlərin
tərkibində sink elementinin həddindən az müşahidə edilməsi ilə, üçüncü əyalət
manqan və selenin çatışmamazlılığı ilə, nəhayət dördüncü əyalət isə kobalt
elementinin çatışmamazlılığı ilə fərqlənir.
Təklifin istehsalatda tətbiqi üçün Azərbaycan respublikası üzrə yemlərin
mikroelement tərkibi, mikroelementlərin bitkiçilikdə və heyvandarlıqda tətbiqinə
aid 75 səhifədən ibarət tövsiyə xarakterli kitabça dərc edilmiş, 58 rayon üzrə
kartoqramlar hazırlanmış və bütün rayonlara, Aqrosənaye birliklərinə (keçmiş)
təqdim edilmişdir.
Göstərilənlərdən əlavə laboratoriya əməkdaşları tərəfindən bir sıra digər məsələlər
ətrafında elmi-tədqiqat işləri aparılmışdır. Bunlardan aşağıdakıları göstərmək olar.
-Heyvanların yemləndirilməsində soya dənindən istifadə edilməsi;
-Silosun hazırlanmasında kimyəvi konsentratlardan istifadə edilməsi;
-Bitki qarışıqlarından silosun hazırlanma texnologiyası;
-Heyvanların yemləndirilməsində zülal vitamin-mineral əlavələrdən istifadə
edilməsi;
-Respublikanın dağ və dağətəyi bölgələrində xaşa bitkisindən yüksək keyfiyyətli
otun hazırlanma texnologiyasının öyrənilməsi;
-Aran yonca sortunun yemlik keyfiyyəti və qidalılıq dəyəri (Şəki-Zaqatala bölgəsi
timsalında)
-Mikroelementlərin yem bitkilərinin məhsuldarlığına və keyfiyyətinə təsirinin
öyrənilməsi;
-Kompleks mikroelementlərin (mis, sink, manqan, kobalt, selen) camışların
məhsuldarlığına təsiri, onların bu elementlərə olan təlabatının optimal normalarının
öyrənilməsi;
-Naxçıvan Muxtar Respublikası şəraitində qoyunların selen elementinə olan təlabatı
və onun məhsuldarlığa təsiri;
-Cavan iri buynuzlu heyvanların düzgün yemləndirilməsinin səmərəliliyi;
-Qoyunların mikroelementlərlə yemləndirilməsi və onların mikroelementlərə olan
tələbatının optimal normalarının öyrənilməsi;
-Fermer təsərrüfatlarında istifadə olunan yemlərin keyfiyyət göstəriciləri və ümümi
qidalılıq dəyərinə əsaslanaraq iri buynuzlu heyvanların ən səmərəli yem rasionları
ilə yemləndirilməsi və istehsalata tətbiqi;
-İri buynuzlu heyvanlar üçün yüksək keyfiyyətli kombinə edilmiş silosun
hazırlanma texnologiyasının işlənməsi;
-Üzüm cecəsi və üzüm darağından yüksək keyfiyyətli silosun hazırlanma
texnologiyası.
Yuxarıda qeyd olunan məsələlər tam yekunlaşdıqdan sonra istehsalatda tətbiq üçün
tövsiyələr hazırlanmış və lazımı təsərrüfatlara göndərilmişdir.
Göründüyü kimi yemlərin hazırlanma texnologiyası laboratoriyasının yarandığı
gündən bu günə kimi onun əsas iş fəaliyyəti respublikada heyvandarlığın və
yemçiliyin inkişaf etdirilməsinə həsr edilmişdir.
Qeyd etmək lazımdır ki, işlənib hazırlanmış məsələlərin istehsalatda tətbiqi üçün
laboratoriya əməkdaşları dəfələrlə televizor, radio və mərkəzi qəzetlərdə çıxışlar
etmiş, onlarla kitabca, buklet və tövsiyələr dərc etmişlər.
Laboratoriya əməkdaşları Ümumittifaq simpoziumlarda, respublika və rayonlar
arası seminar və müşavirələrdə iştirak etmiş, məruzələrlə çıxışlar edərək
Azərbaycan elmini layiqincə təmsil etmişlər.
Bütün bu nailiyyətlərə görə laboratoriyanın keçmiş rəhbəri, mərhum professor
Cabbar Səttarovun əməyi hökümətimiz tərəfindən yüksək qiymətləndirilmiş,
“Xalqlar dostluğu ordeni”, bir sıra medallar və fəxri fərmanlarla təltif edilmiş,
dəfələrlə yerli sovetə deputat seçilmişdir.
Dostları ilə paylaş: |