edənlərsə hökm üçün diriləcək.
30
Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi
mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi
deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.
İsaya şəhadət
31
Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı.
32
Lakin Mənim
barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu
bilirəm.
33
Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi.
34
Lakin
insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları
söyləyirəm.
35
Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında
sevinmək istədiniz.
36
Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən
üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu
işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib.
37
Məni göndərən Atanın Özü
də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini
görmüsünüz.
38
Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun
göndərdiyi Şəxsə inanmırsınız.
39
Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki
düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim
barəmdə şəhadət edir,
40
sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz.
41
İnsanlardan izzət qəbul etmirəm.
42
Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah
məhəbbəti yoxdur.
43
Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz.
Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz.
44
Siz bir-birinizdən izzət qəbul
edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə
bilərsiniz?
45
Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham
edən ümid bağladığınız Musadır.
46
Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız,
çünki o Mənim barəmdə yazıb.
47
Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim
sözlərimə necə inanacaqsınız?»
Yə
hya 6
İsa beş min nəfəri doydurur
(Mat. 14:13-21; Mark 6:30-44; Luka 9:10-17)
1
Bu hadisələrdən sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinə keçdi.
2
Böyük bir
izdiham Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü.
3
İsa
dağa çıxıb şagirdləri ilə oturdu.
4
Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı.
5
İsa başını
qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb
bu adamları yedirək?»
6
Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə
edəcəyini bilirdi.
7
Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki,
hərəsi bir tikə yemək yesin».
8
Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey
Ona dedi:
9
«Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər
adam üçün bunlar nədir ki?»
10
İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq
da oturdu. Kişilərin sayı beş minə yaxın idi.
11
O zaman İsa çörəkləri götürüb şükür
edərək balıqlarla birgə, oturanlara – hər kəsə istədiyi qədər payladı.
12
Onlar yeyib-
doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay
olmasın».
13
Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan
hissələrdən on iki zənbil doldurdular.
14
O zaman İsanın göstərdiyi əlaməti görən adamlar
«Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi.
15
İsa bildi ki, adamlar
gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa
çəkildi.
İsa suyun üstü ilə yeriyir
(Mat. 14:22-33; Mark 6:45-52)
16
Axşam çatanda İsanın şagirdləri gölə enib
17
bir qayığa mindilər. Onlar gölün o biri
sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına
gəlməmişdi.
18
Güclü külək əsdiyindən göl dalğalanırdı.
19
Onlar beləcə avar çəkib iyirmi
beş ya otuz stadi gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa
yaxınlaşır. Qorxdular,
20
amma İsa onlara «Mənəm, qorxmayın» dedi.
21
Onda şagirdlər
Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı.
22
Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıqolub,
İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib.
23
O arada
Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına
gəldilər.
24
Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara
minərək İsanı axtara-axtara Kefernahuma gəldi.
Hə
yat çörə
yi
25
İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular.
26
İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər
gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız.
27
Keçib-gedən
yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər
Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub».
28
Onlar İsadan soruşdular:
«Allahın istədiyi işləri görmək üçün biz nə edək?»
29
İsa onlara cavab verdi: «Allahın
istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».
30
Onlar İsaya dedilər: «Sən nə
əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən?
31
Ata-babalarımız çöldə
manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”».
32
Onda İsa
onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi,
göydən həqiqi çörəyi sizə verən Atamdır.
33
Çünki Allahın çörəyi budur ki, göydən enir
və dünyaya həyat verir».
34
Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».
35
İsa onlara
dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç
vaxt susamaz.
36
Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz.
37
Atanın
Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara
atmaram.
38
Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün
göydən enmişəm.
39
Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini
həlak olmağa qoymayım, lakin son gündə onları dirildim.
40
Çünki Atamın iradəsi budur
ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə
dirildim».
41
Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə
görə deyinib
42
dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi
necə olur ki, “göydən enmişəm” deyir?»
43
İsa onlara cavab verdi: «Öz-özünüzə