Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   2   3   4   5   6   7   8   9   ...   14

su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək».  

15

Qadın Ona dedi: 



«Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya 

gəlməyim».  

16

İsa qadına «get ərini çağır və buraya gəl» dedi.  



17

Qadın da Ona «ərim 

yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin,  

18

çünki beş kişin 



olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin».  

19

Qadın Ona dedi: 



«Ağa, görürəm ki, Sən peyğəmbərsən.  

20

Bizim ata-babalarımız bu dağda ibadət edirdi, 



amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir».  

21

İsa ona dedi: 



«Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə 

ibadət edəcəksiniz.  

22

Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, 



çünki xilas Yəhudilərdəndir.  

23

Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət 



edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 

 

24



Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir».  

25

Qadın Ona 



dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi 

bildirəcək».  

26

İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm».  



27

Bu arada İsanın 

şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə 

istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi.  

28

Bu zaman qadın səhəngini 



yerə qoydu və şəhərə gedib adamlara dedi:  

29

«Gəlin, etdiyim bütün əməlləri mənə 



söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?»  

30

Adamlar da şəhərdən çıxıb İsanın 



yanına gəldilər.  

31

Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 



 

32

Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz».  



33

Onda 


şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular.  

34

İsa 



onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini 

tamamlamaqdır.  

35

 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: 



başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır.  

36

Əkən də, biçən 



də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul 

toplayır.  

37

Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib.  



38

Mən sizi zəhmətini 

çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların 

zəhmətindən bəhrələndiniz».  

39

«Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət 



edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 

 

40



Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. 

İsa da iki gün orada qaldı.  

41

Daha çox adam da İsanın sözünə görə iman etdi.  



42

Onlar 


qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib 

bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur».  

43

İsa iki gündən sonra oranı tərk edib 



Qalileyaya tərəf yola düşdü.  

44

Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə 



İsa Özü bir vaxt şəhadət etmişdi.  

45

İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, 



çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər.  

Məmur oğlunun şəfa tapması 

 

46



Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda 

hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi.  

47

O, İsanın Yəhudeyadan 



Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, 

çünki oğlu ölüm ayağında idi.  

48

Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr 



görməyincə iman etməyəcəksiniz».  

49

Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım 



ölməzdən qabaq gəl!»  

50

İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın 



sözünə inanıb getdi.  

51

Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat 




olduğunu söylədilər.  

52

Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da 



dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü».  

53

O zaman ata başa düşdü ki, İsa elə 



həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya 

iman etdi.  

54

Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya 



gələndə etmişdi.  

Yəhya 5   

Hovuz kənarındakı xəstənin şəfa tapması 

1

Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 



 

2

Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir 



hovuz var.  

3

Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı.  



4

  

5



Otuz səkkiz il 

xəstə olan bir adam da orada idi.  

6

İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu 



bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?»  

7

Xəstə Ona cavab verdi: «Ağa, 



yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca 

başqası məndən əvvəl oraya enir».  

8

İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!»  



9

adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi.  



10

Buna görə 

də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq 

sənə qadağandır».  

11

O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini 



götür və yeri” dedi».  

12

Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 



 

13

Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama 



qarışmışdı.  

14

Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də 



günah etmə ki, başına daha pis iş gəlməsin».  

15

O adam gedib onu sağaldan Şəxsin İsa 



olduğunu Yəhudi başçılarına bildirdi.  

16

Buna görə Yəhudi başçıları İsanı təqib etməyə 



başladılar, çünki bunları Şənbə günü edirdi.  

17

Lakin İsa onlara dedi: «Mənim Atam 



indiyə qədər iş görür, Mən də iş görürəm».  

18

Bundan sonra Yəhudi başçıları daha da 



səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də 

Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı.  

İsanın səlahiyyəti 

 

19



Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini 

görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər.  

20

Ona görə ki 



Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər 

göstərəcək ki, siz heyrətlənəsiniz.  

21

Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da 



istədiyi şəxslərə həyat verir.  

22

Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı 



Oğulun ixtiyarına verib ki,  

23

hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. 



Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.  

24

Doğrusunu, doğrusunu 



sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata 

malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib.  

25

Doğrusunu, 



doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; 

bunu eşidənlər yaşayacaq.  

26

Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə 



həyat olmağı bəxş etdi.  

27

Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər 



Oğludur.  

28

Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı 



Onun səsini eşidib  

29

qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik 




Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə