- Bayaq dedim ki, bədənimizdə bütün kimyəvi elementlər,
o cümlədən, trans,
yəni məkan dəyişən elementlərdə var. Çünki insanın bədəni planetlərlə
əlaqəlidir, planetlər isə tənzimləmə sisteminin tərkib hissəsidir.
- Falçılar çox vaxt müqəddəslərin adlarını özlərinə götürüb və onların
ruhlarının yaşadıqlarını deyirlər. Bu məsələyə necə baxırsınız ?
- Bu, düzgün deyil, amma belə şeylər çoxdur. Hətta özünə kişi adı götürən
qadın “Müqəddəslər” də var. Kim yaxşılıq edirsə, Allah köməyi olsun.
Amma bizim deməyimizlə, kimsə pis əməlindən əlçəkməyəcək. Kiminsə
özünü müqəddəs adlandırmasını ancaq şeytan əməli saymaq olar.
Bəli, müqəddəsin yenidən qayıdan ruhu cisimləşə bilər. Necə ki, ruh insan
öləndə gedir, qayıdıb təzədən maddiləşə bilər, çünki insanın genetik kodu
həmişə qalır. Bunu İxlas surəsidə izah edir. Quranda müqəddəslərin genetik
kodları barədə də yazılıb.
- Yəqin ki, bu proseslər özünü pirlərdə də göstərir...
- İnsan rəhmətə gedəndə, energetik ruh bədəndən ayrılır. Kim ki, savabı,
xeyirxahlığı ilə bu enerjini artırıb, o, qeyb aləminə gedir. Bu proqramın cuzi
bir hissəsi qəbir evində qalır. Bununla bağlı, fransız alimləri təcrübə
keçirərək, mövcud enerjilərlə həmin enerjiyə təsir etmək istəyiblər, amma
alınmayıb. Buna elmdə entropiya, yəni qalıq enerjisi deyirlər. Kimin ki -
əsasən müqəddəslərin- qəbir evindəki proqramı qeybdəki enerji sistemi ilə
əlaqədardır, həmin qəbrə dalğalar gəlir. Belə yerləri pir adlandırırıq, onları
ziyarətə gedirik. Bir çox hallarda onlar müəyyən diapazonlarda şəfavermə
qüvvətinə də malikdir.
- Siz hər şeyin həllini islamda görürsünüz?
- Bəli, İslamda hər şey var. Amma islamçılara desən ki, İslam işıq sürətini
keçən elmdir, dəyərlər, get, ağlına dua yazdır. Artıq zorun vaxtı bitib, idrak
müharibəsi gedir. Amma əminəm ki, İslamın köməyi ilə hər şey yaxşı
olacaq. Bunu bütün bəşəriyyət anlasaydı, problemlər də az olardı.
İslamın aliliyi çox şeydə görmək olar. Məslən, Allaha məxsus Fatihə surəsi
7 ayədən ibarətdir. 7-nin ədədi ortası 4-dür. Fizikada işıq spektrinin 4-cü
rəngi yaşıldır. Günəşdən olan məsafəsinə görə , 4-cü planet yerdir. Bunlar
boş yerə deyil . 4+7=47 – bu da Məhəmməd surəsi və Yerlə Saturn
əlaqəsidir.Amma yəhudilər və xristianlar İslamı din, Quranı səmavi kitab,
peyğəmbərimizi də peyğəmbər saymırlar. Əks halda, Quranı yandırmaz,
peyğəmbərin karikaturasını çəkməzdilər.
Qəzetimiz falçılıqla bağlı mövzuya bir neçə dəfə
toxunub. Lakin son vaxtlar özlərini mömin elan edərək,
bu işlə məşğul olanların sayının artması bizi həyəcan
təbili çalmağa vadar edir. Çox zaman öz dini
titullarından sui-istifadə edən bu “mömin”lər “natəmiz
fal”la deyil, Quranla istixarə yolu ilə gələcəkdən xəbər
verirlər. Məsələ ilə bağlı Quran tədqiqatçısı Əli Əliyevə
müraciət etdik.
- Əli bəy, Quranla istixarə necə yaranıb ?
- Quran ali, elmi, səmavi kitabdır. Orada falçılıq dəstəklənmir.Kiminsə onu
ixtisarə etməsi fıqıldaqçılıqdır. Quranla fala baxmağı şeytan yaradıb. Çünki
o, günaha meylli olanlara yaxınlaşır. Falçı müxtəlif vasitələrdən , eyni
zamanda, Qurandan istifadə edir. Bu halda avam insanlar ona daha çox
inanır.
İstixarə ərəbcə seçmək, üstün tutmaq, yəni Allahdan ən xeyirli olanı
istəmək , kömək diləmək anlamını verir. Amma bunu fal ilə bağlamaq lazım
deyil. Çünki istixarə peyğəmbərimizin tövsiyə etdiyi bir dua şəklidir, yəni
ibadət , başqa sözlə, istixarə namazı ilə Allahdan kömək diləməkdir.
Digər “istixarə” isəQurandan öncə də olub. Bəzi falçılar insanları
maraqlandıran hansısa məsələdə müəyyən bir kitabı təsadüfi açaraq, ilk
qarşılaşdığı cümləni oxuyur və ondan ismarıc çıxarırmış. Lakin İslam
tamamilə bunun , yəni falın əleyhinədir. Çünki müsəlman olan kəs
Yaradanımızın kamilliyini qəbul edərək, hər şeyi Onun ixtiyarına
buraxmalıdır.
- Sağ əldə tutulan təsbeh vasitəsilə də istixarə edirlər. Suallara təsbehin
hərəkətinə əsasən , “hə” və ya “yox” cavabı verilir. Burada təsbeh
magiya ilə məşğul olanların sapa bağlanmış rəqqası ilə eyni funksiyanı
daşıyır. Mən bu kimi şeyləri məqbul hesab etmirəm...
- Burada mələklərin də rolu var. İnsan isə seçim edir. Lakin Allaha
yaxınlaşmaq yalnız elm və fəhmlə mümkündür, kofe, rəml,su, qum, qənd və
sair fal növləri barədə də demək olar. Çoxan bunlar müştərinin diqqətini cəlb
edən aldadıcı manevrə xidmət edir. Çünki falçılar qarşısındakına şeytanın
dediyini çatdırır. Onlar müştərini inandırmaq üçün keçmişlərindən də xəbər
verirlər. Bəziləri yalnız söz ustası olan fırıldaqçılar, bəziləri də şeytanla
əlaqəsi olanlardır. Elələri də var ki, qeybdən məlumatı alıb, onu emal edə
bilmirlər. Çünki falçıların 99faizi bisavaddır. İrfanilər üçün bu, elə də çətin
deyil. Yalnız o falçı qüvvəlidir ki, şeytanı güclüdür.
Təəssuf ki, dindarlarımız içində də falçı az deyil. Hətta indi bəzi
falçılar din professoru da olublar.
- Yəqin ki, ölkəmizdə falçıların geniş təbliğ olunması da bu kimi hallara
şərait yaradır?
- Buna görədir ki, dünyanın bir çox cadügərləri Azərbaycana axışır. Onlar
qəzetlərə açıq şəkildə elan da verirlər. Hətta satışda qurd yağının olduğunu
da bildirirlər.
Ümumiyyətlə, falın tarixi yəhudilərdən başlayıb. Bununla bağlı,
Zəburda Harut və Marut barədə məlumat da var. Quranda isə onun 2-
ci surəsinin 102-ci ayəsində falın mahiyyəti izah edilir və 26-cı