Yaz havası



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü4,27 Kb.
#20796

background image
     Yaz havası 

 

Aslanlar kaha yatır, 



Sərçə əjdaha yatır, 

Bülbüllər yaxa yırtır 

Yaz havası üstündə. 

 

Gül qalxıb dağa dəyir, 



Qırmızı ağa dəyir. 

Yarpaq yarpağa dəyir 

Yaz havası üstündə. 

 

Çapanda yolu daşır, 



Kəhərin yalı daşır, 

Dindirir nalı daşı 

Yaz havası üstündə. 

 

Cığır həvəs qaynadır, 



Külək nəfəs qaynadır, 

Bulaqlar səs qaynadır 

Yaz havası üstündə. 

 

Kəlmələr ram olaydı, 



Könlüm aram olaydı, 

Bircə misram olaydı 

Yaz havası üstündə. 

 

Yaz havası : şeir // Azərbaycan xalq bayramı Novruz. – Bakı : Təhsil, 2011. – 



S.62. 

Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə