11
Yaqub Məğrur
Vətən naminə
Başçı ilə razılaşdırım, həm də mərkəzi kitabxananın
direktoruna tapşırım ki, çadır şəhərciyinə köçürüləcək
kitabxananı və digər inventarları hazırlasınlar.
– Yaxşı, çox sağ olun, Rəfiqə xanım, görü -
şənədək!-deyib dərhal cadır şəhərciyinə qayıtdım.
Olanları həyat yoldaşıma danışdım. Onun necə
sevindiyini gördükcə, qəlbim fərəh hissiylə dolur,
özümü dünyanın ən xoşbəxti hesab edirdim. Məlahət
xanım isə, həyatda mənə bəxş etdiyi övladlarımızla
birlikdə çadır evimizin beş addımlığındakı kərpic
binanın daxilini, yəni kitabxananı yerləşdirəcəyimiz
otaqları münasib vəziyyətə uyğunlaşdırmağa
başladılar.
Səhər tezdən əvvəl redaksiyaya baş çəkdim. Na-
hardan sonra baş redaktordan icazə alıb, mədəniyyət
şöbəsinə getdim. Rəfiqə xanım məni görcək, “bəs
niyə gəlib çıxmırsan? Artıq hər şey hazırdır”-dedi.
- Rəfiqə xanım, inanmazdım ki, bütün məsələlər
belə operativ şəkildə həll olunsun. Odur ki, gərək
bağışlayasınız! – deyə cavab verdim.
O, məni yanındakı cüssəli kişiyə təqdim edəndən
sonra dedi:
- Yaqub müəllim, rayon Mərkəzi Kitabxanalar Sis-
teminin direktoru Əkbərağa Qurbanovla tanış olun!
Biz əl verib tanış olduq. Rəfiqə xanım sözünə
davam etdi:
- Hə, Əkbərağa müəllim, artıq gecdir, di tərpənin!
Qızları da götür, qoy kömək eləsinlər!
- Baş üstə!
Rəfiqə xanım üzünü mənə tutub dedi:
- Yaqub müəllim, sabah yoldaşınızın müvafiq
sənədlərini gətirin, kitabxananı onun adına
sənədləşdirək!
- Oldu, Rəfiqə xanım!
Həmin gün kitabxananı bütün avadanlıqları ilə
birlikdə avtomobilə yığıb, çadır şəhərciyinə gətirdik.
Əkbərağa müəllim altı nəfər xanım işçisi ilə birlikdə
kitabxananın daşınmasında və hətta yerbəyer
edilməsində mənə yaxından kömək etdilər...
Beləliklə
mənim
fəaliyyət
qrafikim
elə
müəyyənləşdi ki, həftənin beş gününü redaksiyada,
sonuncu iki istirahət gününü isə kitabxanada
keçirməli olurdum. Kitabxananın oxucularının sayı
çox idi. Lakin günün sonuna doğru kitabxana boşalır
və mənim sərbəst vaxtım yaranırdı. Bu anda, sanki
ilham pərilərim qonaq gəlir və məni poeziya aləminə
çəkib aparırdı. Bu hal gələcək yaradıcılığımın məhək
daşına çevrildi və mən kitabxanada xeyli şeirlər
yazdım.
Üstəlik kitabxananın nəzdində “XUDAFƏRİN
NƏĞMƏLƏRİ” Ədəbi Birliyi yaratdım. Çadır
şəhərciklərində yaşayan onlarla şair təbiətli insanları
poeziya dərnəyinə cəlb etdim. Hər ayda bir dəfə
dərnək üzvlərinin ümumi yığıncağını küçirir, şeirlərini
dinləyir, qafiyələrində düzəlişlər edir, “MƏHSUL”
qəzetində çap olunması üçün seçimlər edir və bu
şeirləri dərc elətdirirdim...
O vaxt “MƏHSUL” qəzeti A-3 formatında, dörd
səhifəlik çap olunurdu. Dərc edilən yazılar isə, əsa -
sən rayonda mədəni-kütləvi tədbirlərin keçirilməsinə
və tikinti-abadlıq işlərinin aparılmasına, eləcə də
təsərrüfatlarda əkinçiliyin və heyvandarlığın inkiş -
afına və s. həsr olunurdu.
Mənim işə məsuliyyətlə yanaşmağım və yazdığım
12
Yaqub Məğrur
Vətən naminə
13
Yaqub Məğrur
Vətən naminə
yazılar, artıq Həmdulla müəllimin xoşuna gəlirdi. Odur
ki, elə növbəti ayda məni xüsusi müxbir vəzifəsinə
keçirdi...
Artıq üç ay idi ki, mətbuatda çalışırdım. Qəzetin
materiallarının hazırlanmasına yaxından kömək
etməklə bərabər, doğma yurd həsrətli, hicran yanğılı
şeirlər də yazmağa başlamışdım. Hətta yeni
yazdığım ilk “ÇADIRDA” şeirini baş redaktora təqdim
edəndə, oxumamışdan əvvəl “kimin şeiridir?”-deyə
soruşdu. “Şeirin son bəndində müəllifin adı yazılıb”-
dedim. Həmdulla müəllim şeiri oxuyandan sonra
eynəyinin üstündən məni süzə - süzə dilləndi:
- Əşi, sənin şairliyin də var? Çox orijinal şeirdir.
Xırda qüsurlarını da düzəltsən lap əla olar.
Mən cürətlənib soruşdum:
- O dediyiniz qüsurlar düzəlsə, şeiri qəzetdə dərc
edərsinizmi?
Həmdulla müəllim gülümsünüb suala sualla cavab
verdi:
- Əlbəttə! Yurd həsrətli şairin şeirini dərc etməmək
olarmı?
Mən daha da cəsarətlənib, işə düzələndən bəri
qəlbimdə qövr eləyən fikri dilə gətirdim:
- Hörmətli Həmdulla müəllim, çadır şəhərciyində
mənim kimi şair təbiətli insanlar çoxdur. Onların da
mətbuatda dərc oluna bilən kifayət qədər dəyərli
şeirləri var. Hətta “XUDAFƏRİN NƏĞMƏLƏRİ” Ədəbi
Birliyi də yaratmışıq. Odur ki, icazə versəniz, həm
dərnək üzvlərimizin, həm də yerli şairlərin şeirlərini
dərc etmək üçün qəzetimizin bir səhifəsini poeziya
guşəsinə çevirərik.
- Axı qəzetimiz dörd səhifədən ibarətdir. Onun da
bir səhifəsini poeziyaya ayırsaq, rayonun ictimai-
siyasi, sosial-iqtisadi və mədəni-kütləvi xəbərlərini
bəs harda dərc edəcəyik?
Mən nə deyəcəyimi bilmədim. Baş redaktor isə,
bir qədər tərəddüddən sonra öz sualını özü cava -
blandırdı:
- Eybi yox, bu, doğrudan da vacib məsələdir. Bu
barədə cənab başçı ilə danışaram. Əgər çap üçün
maddi vəsaiti artırarsa, biz də qəzetin səhifələrini
artırarıq. Sənin bu istəyin də reallaşar.
- Çox sağ olun, Həmdulla müəllim! - deyə hüdud-
suz sevincimi onunla bölüşdüm.
...Qəzetimizin növbəti sayı çapa hazırlanarkən
baş redaktor bildirdi ki, bir səhifəni poeziya guşəsi
üçün ayırmışam, şeirlərinizi dərc etdirə bilərsiniz.
Qəzetin
həmin
sayında
“XUDAFƏRİN
NƏĞMƏLƏRİ” Ədəbi Birliyi təqdim edir” səhifə
başlığı altında dərnək üzvlərimizin şeirləri dərc edildi
və böyük rezonans doğurdu. Belə ki, yerli yazarlar
da çap olunması üçün şeirlərini dərhal redaksiyamıza
təqdim etdilər. Növbəti saylarımızda onlrın da
şeirlərini dərc elədik.
Bu minvalla iki il “MƏHSUL” qəzetində çalışdım.
Xırda həcmli çox sayda şeirlərimdən əlavə, real fak-
tlar əsasında Qarabağ olaylarından bəhs edən “ANA
SEVGİSİ” poeması da yazdım. Ancaq əsər həcmcə
böyük olduğuna görə onu qəzetdə hissə-hissə dərc
etdirmək fikrindən vaz keçdim.
Nəhayət, 1998-ci ilin əvvəlində Bakıya köçməli
oldum. Şəhərdə məskunlaşandan sonrakı günlərin
birində Azərbaycan Yazıçılar Birliyinə yollandım.
“SAHİL” parkının kənarındakı küçə ilə ad -
14
Yaqub Məğrur
Vətən naminə
Dostları ilə paylaş: |