Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə64/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   60   61   62   63   64   65   66   67   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
259 
259 
259 
bir yerdə onların mütəşəkkilliyi görünmür. Doğrudur, ilk dəfə 
1990-cı  ilin  20  yanvarında  sovet  qoşunları  Azərbaycan 
xalqına  qarşı  təcavüz  edərkən  azərbaycanlıların  bir  millət 
olaraq  etirazı  dünyanın  bir  çox  ölkələrində  yaşayan 
həmvətənlərimiz tərəfindən ifadə olundu. Onlar mütəşəkkil bir 
qüvvə  kimi  cıxış  etdi.  Lakin  bu,  bir  faciənin  insanları 
birləşdirməsi  idi,  hər  yerdə  insanlar  aksiyalar  keçirib, 
hissiyyatlarını bildirirdilər. Təəssüflər olsun ki, sonrakı illərdə 
insanların  bu  hissiyyatlarından  da  birləşmək  üçün  istifadə 
olunmadı.  
Xaricə  yaşayan  ayrı-ayrı  azərbaycanlılar  vətəndə  olan 
qaçqınlar, didərginlər üçün topladıqları vəsaiti, maddi yardımı 
onlara  necə  çatdırmaq  yollarını  bilmirdilər;  əvvəlki 
müraciətləri də nəticəsiz qalmışdı. Vətənlə əlaqələr nəinki zəif 
idi, bunun necə olması barədə heç düşünən də yox idi. Yaxud 
ayrı-ayrı  ölkələrdə  azərbaycanlıların  fəaliyyətləri  kortəbii 
xarakter daşıyırdı, bir-birindən əlahiddə, xəbərsiz çalışırdılar. 
Ulu öndərimiz müəyyən bir qrup həmvətənimizlə görüşdükdə. 
Digər bir qrup meydana çıxıb, bu ölkədə soydaşlarımızı daha 
çox  təmsil  etdiyini  bəyan  edirdi.  Yaxud  balaca  bir  kültür 
dərnəyi  ölkədə  sayca  bundan  qat-qat  çox  azərbaycanlıların 
adından danışmaq iddiasında olurdu və s. [20, 24-25].  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
260 
260 
Problemin təhlili göstərirdi ki, azərbaycanlıların vətənə, 
doğma xalqına, millətinə bağlılığı, dilini, dinini, milli adət və 
ənənələrini daim qoruyub-saxlamaq kimi gözəl xüsusiyyətləri 
olduğu kimi, ümumi nöqsanlarımız da var. Bu da ilk növbədə 
ondan  ibarətdir  ki,  yad  yerdə  yaşayarkən  onların  bir-biri  ilə 
əlaqə saxlamaq, birgə iş qurmaq, birliyə çalışmaq cəhdləri zəif 
idi. Bu da ola bilsin ki, millətimizin öz torpaqlarına möhkəm 
bağlılığından,  qürbətdə  yaşamaq  vərdişlərinin  olmamasından 
irəli  gəlir.  Müasir  qloballaşma  şəraitində  hamının  öz 
doğulduğu  torpaqda  yaşaması  mümkün  deyil.  Əsas  odur  ki, 
xalqın nümayəndəsi ürəklə, canla, qanla, əməllə vətənə, xalqa, 
millətə  sədaqətli  olmalıdır.  Bir  halda  ki,  indi  bütün  dünya 
azərbaycanlılarının  müstəqil  bir  dövləti  var,  nöqsanlardan 
xilas olub, azad vətəni yolunda çalışmağa cox zəruridir.  
Bu  yolda  birinci  addımı  müstəqil  Azərbaycan 
Respublikasının  Prezidentinin  özü  atmış,  xarici  ölkələrə 
səfərləri  zamanı  bir  çox  ölkələrdə  olarkən  sayından  asılı 
olmayaraq,  neçə-neçə  böyük  və  kiçik  azərbaycanlı  icmaları 
ilə,  hətta  bəziləri  ilə  bir  neçə  dəfə  görüşlər  keçirmiş, 
problemləri,  qayğıları  ilə  maraqlanmış,  tövsiyələrini  vermiş, 
xarici  ölkələrdəki  səfirliklərimizi  birbaşa  bu  işə  cəlb  etmiş, 
həmvətənlərimizi Azərbaycana və onun ictimai-siyasi, iqtisadi 
və mədəni həyatında fəal iştiraka dəvət etmişdir.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
261 
261 
261 
Bu  mərhələdə  Azərbaycan  dövlətinin  siyasəti  belə 
olmuşdur  ki,  xarici  həmvətənlərimizi  eyni  bir  ümummilli 
ideya  ətrafında  toplamaqla  bir  tərəfdən  vətəndə  gedən 
proseslərə  fəal  surətdə  cəlb  etsin,  digər  tərəfdən  də  onların 
təşkilatlanmasına  yardımçı  olsun.  Bu  ideyalar  ilk  növbədə 
tarixin  dünya  azərbaycanlılarına  bir  töhfəsi  olan  müstəqil 
Azərbaycan  Respublikasını  yaşatmaq,  möhkəmləndirmək  və 
bu  yolda  ən  böyük  əngəl,  ən  yaralı  problem  olan  Dağlıq 
Qarabağ problemini həll etməkdir.  
Bu  məqsədlə  ölkədə  diasporla–vətən  arasında  əlaqələri 
hüquqi  çərçivəyə  salacaq  qanunvericiliyə  ehtiyac  duyulurdu. 
2001-ci  ildən  etibarən  Milli  Məclisdə  «Xaricdə  yaşayan 
azərbaycanlılarla  bağlı  dövlət  siyasəti  haqqında  Azərbaycan 
Respublikasının 
qanunu 
işlənmişdir. 
Qanun 
təkmilləşdirildikdən  sonra  2003-cü  ilin  21  fevralında  dövlət 
başçısının imzası ilə qüvvəyə minmişdi.  
Birbaşa  ölkə  rəhbərinin  nəzarətində  olması  dövlət–
diaspor  münasibətlərinin  inkişafını  və  strategiyanı  hüquqi 
cəhətdən 
tənzimləyirdi. 
Qanun 
xaricdə 
yaşayan 
azərbaycanlılarla  bağlı  Azərbaycan  Respublikasının  dövlət 
siyasətinin  məqsəd  və  prinsiplərinin  və  bu  siyasətin  həyata 
keçirilməsi  ilə  əlaqədar  dövlət  orqanlarının  fəaliyyətinin 
əsasını müəyyən edir. Qanunun əsas üstünlüyü 4-cü maddədə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
262 
262 
ifadə  olunmuşdur.  «Azərbaycan  Respublikasının  vətəndaşı 
olan  və  onun  ərazisindən  kənarda  müvvəqəti  və  ya  daimi 
yaşayan 
azərbaycanlılar 
Azərbaycan 
Respublikasının 
ərazisində  yaşayan  Azərbaycan  Respublikasının  vətəndaşları 
ilə bərabər hüquqlara malikdir və bərabər vəzifələr daşıyırlar». 
Bu  bənd  bütün  dünya  azərbaycanlılarının  yalnız  bir  vətəni 
Azərbaycan  Respublikasının  olduğunu  göstərməklə  onların 
ana  vətənlə  əlaqələrinin  təşkilini  və  gedişinin  əsas 
istiqamətlərini müəyyənləşdirir.  
Dünyada  fəaliyyət  göstərən  Azərbaycan  icmaları  ilə 
məşğul olan dövlət orqanının yaradılması və müvafiq qanunun 
qəbulu 
dünya 
azərbaycanlılarının 
milli 
birliyi 
və 
təşkilatlanması 
prosesini 
daha 
da 
sürətləndirmiş, 
soydaşlarımızın  öz  tarixi  vətənləri  ilə  əlaqələrinin 
genişləndirilməsini  təmin  etmiş,  ölkənin  tarixi  və  müasir 
həqiqətlərini  dünya  ictimaiyyətinə  çatdırılmasına  stimul 
vermişdir. Diaspor quruculuğunun təkmilləşdirilməsində daha 
mühüm  bir  addım  olan  Dünya  Azərbaycanlılarının  II 
Qurultayında Azərbaycan diasporunun indiki durumu ilə bağlı 
bir  sıra  məsələlər  müzakirə  edildi.  Diaspor  təşkilatlarının 
fəaliyyətinin 
koordinasiyasının 
təkmilləşdirilməsi, 
Azərbaycan  həqiqətlərinin,  xalqımıza  qarşı  törədilmiş  terror 
və  soyqırımı  aktları  ilə  bağlı  tarixi  faktların  dünya 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə