Xüsusiyyətləri R.İ. Bayramov



Yüklə 65,93 Kb.
Pdf görüntüsü
tarix22.03.2018
ölçüsü65,93 Kb.
#33151


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 121-124 (2016)

 

121 



Ağ Ciyər Vərəmi Olan Xəstələr Arasında Dərmanlara Rezistentliyin 

Xüsusiyyətləri 

 

R.İ. Bayramov  



 

Azərbaycan Tibb Universitetinin Ağ ciyər xəstəlikləri kafedrası, Bakıxanov küç., 23, Bakı AZ1022, 

Azərbaycan; E-mail: rafiq-bayramov@mail.ru 

 

Müasir dövrdə vərəm xəstəlikləri arasında dərmanlara rezistent formaların rast gəlmə tezliyinin art-



ması  problemin  hələ  də  aktual  olduğunu  göstərir.  Tətqiqat  işində  vərəmin  klinik  formaları  arasında 

daha çox rast gəlinən və epidemioloji təhlükəliliyi yüksək olan ağ ciyər vərəmi xəstələri arasında dər-

manlara rezistentliyin strukturu öyrənilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, istər ilkin 

aşkar edilmiş vərəm əleyhinə dərmanlara qarşı rezistent ağ ciyər vərəmi olan xəstələr arasında, istərsə 

də əvvəllər vərəm əleyhinə müalicə almış dərmanlara davamlı ağ ciyər vərəmi olan xəstələr arasında  

multirezistent formalar daha çox rast gəlinir. Bu isə vərəm əleyhinə dərmanlara qarşı rezistent, xüsu-

silə multirezistent  ağ ciyər vərəmi olan xəstələrin vaxtında aşkar olunaraq düzgün, kompleks  müalicə 

olunması  nəticəsində  epidemioloji  vəziyyətin  gərginləşməsinin  qarşısının  alınmasına  doğru  yönəlmiş 

vacib tədbirdir.   

 

Açar sözlər: Ağ ciyər vərəmi, dərmanlara rezistentlik 

 

 

GİRİŞ 

 

Son  illər  bütün  dünyada  vərəmin  epidemiolo-

giyasında  zəif  də  olsa  müsbət  dinamika  müşahidə 

olunmasına  baxmayaraq,  aşkar  edilmiş  vərəm  xəs-

tələri  arasında  dərmanlara  rezistent  formaların  rast 

gəlmə  tezliyinin  artması  problemin  hələ  də  aktual 

olaraq  qaldığını  əks  etdirir.  Ümumdünya  Səhiyyə 

Təşkilatının (ÜST)  məlumatına əsasən dünyada hər 

il təxminən 490 mindən çox insan dərmanlara rezis-

tent  formalı  vərəmlə  xəstələnir  ki,  onların  da  110 

min nəfəri bu xəstəlikdən dünyasını dəyişir. Vərəm 

əleyhinə dərmanlara qarşı  rezistent ağ ciyər vərəmi 

olan  xəstələr  ətraf  mühit  üçün  daha  çox  epidemio-

loji təhlükəlidir. Bu xəstələrdə massiv mikobakteri-

ya ifrazı  müşahidə olunur ki, nəticədə yeni birincili 

dərmanlara rezistent vərəmlə yoluxma və xəstələn-

mə  hallarının  çoxalmasına  səbəb  olur.  Həmçinin 

dərmanlara rezistent ağ ciyər vərəmi olan xəstələrin 

müalicəsi də ftiziatriyanın aktual məsələlərindən bi-

ridir (Сапожникова и др., 2014). Belə ki, bu xəstə-

lərin müalicəsi daha uzun müddətli (iki il, bəzi hal-

larda daha çox) və toksik təsiri yüksək olan prepa-

ratlarla  aparılır.  Bu  xəstələrin  müalicəsi  vərəmin 

digər formalarına nisbətən bir neçə yüz dəfə və bəzi 

hallarda daha çox baha başa gəlir. Beləliklə, ağ ci-

yər vərəmi olan xəstələr arasında dərmanlara rezis-

tentliyin çox rast gəlməsi ancaq elmi, klinik və epi-

demioloji  deyil,  həm  də  iqtisadi  baxımdan  böyük 

əhəmiyyət kəsb edir (Золотарева и др., 2014; Ту-

беркулез  в  Российской…,  2013).  Qeyd  edilənlər 

dərmanlara rezistent formalı vərəmin bütün dünya-

da  tibbin  aktual  problemi  olduğunu,  bu  xəstələrin 

erkən  aşkar  olunması  və  dərmanlara  rezistentliyin 

strukturuna müvafiq olaraq düzgün kompleks müa-

licəsinin vərəmin epidemioloji göstəricilərinə nəzə-

rə  çarpacaq  dərəcədə  müsbət  təsir  edəcəyinə  əsas 

verir.  

Tədqiqat işinin məqsədi - vərəmin klinik forma-

ları  arasında  daha  çox  rast  gəlinən  və  epidemioloji 

təhlükəliliyi daha  yüksək olan  ağ ciyər  vərəmi olan 

xəstələr  arasında  dərmanlara  rezistentliyin  struktu-

runun öyrənilməsidir. 



 

 

MATERİAL VƏ METODLAR 

 

Qarşıya  qoyulan  vəzifələri  icra  etmək  üçün 



Milli  İstinad  Laboratoriyasında  müayinə  olunan  və 

vərəm  mikobakteriyası  aşkar  edilən  (VMB+)3606 

bəlğəm  nümunəsinin  nəticələri  araşdırılmışdır.  Bu 

bəlğəm nümunələrindən 1254-ü ilk dəfə aşkar olu-

nan  ağ  ciyər  vərəmi  olan  xəstələrə,  2352-i  isə  əv-

vəllər vərəmə qarşı müalicə almış xəstələrə məxsus 

olmuşdur.  Vərəmə  qarşı  əvvəllər  müalicə  olunmuş 

xəstələrin 949-u vərəmin residivi olan (sağalmış və 

ya müalicə kursunu başa çatdırmış xəstələrdə yeni-

dən  prosesin  fəallaşması),  531-i  uğursuz  müalicə-

dən sonra (əvvəlki kimyaterapiya kursu müddətində 

uğursuz nəticə qeydə alınıb, dərmanlara rezistentlik 

aşkar  olunmuş  və  müvafiq  kimyaterapiya  rejiminə 

keçirilmiş vərəm xəstələri də bu kateqoriyaya daxil-

dirlər),  667-i  müalicənin  dayandırılması  ilə  əlaqə-

dar (əvvəlki  kimyaterapiya  kursu  ərzində  bir  ay  və 

daha  çox  fasilə  qeyd  olunmuş),  205-i  isə  digər sə-

bəblərdən  (əvvəllər  müalicə  olunması  barədə  heç 

bir  məlumat  olmayan  və  s.)  vərəmin  yenidən  fəal-

laşdığı xəstələr olmuşdur. Vərəm əleyhinə dərman-




R.İ. Bayramov 

122 


lara qarşı həssaslıq bəlğəm nümunələrinin Levenş-

teyn-Yensen qidalı mühitində əkilməsi və molekul-

yar  diaqnostik  metod  olan  GeneXpert  MTB/RIF 

müayinəsi  nəticəsində əldə edilmişdir. 



 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

İlkin aşkar olunmuş 1254 nəfər VMB+ ağ ciyər 



vərəmi  olan  xəstələrin  bəlğəm  nümunələrinin  müa-

yinəsinin  nəticəsinin  araşdırılması  zamanı  müəyyən 

olunmuşdur  ki,  bu  qrupdan  olan  xəstələrin  802  nə-

fərində  (63,9%)  bütün  vərəm  əleyhinə  dərmanlara 

qarşı  həssaslıq  qorunmuş,  452  nəfərdə  (36,4%)  isə 

bu və ya digər vərəm əleyhinə preparata qarşı birin-

cili  rezistentlik  müəyyən  edilmişdir.  Tədqiqat  müd-

dətində  ilkin  aşkar  edilmiş  dərmanlara  rezistent  ağ 

ciyər  vərəmi  olan  xəstələrdə  rezistentliyin  struktu-

runa  görə  85  nəfər  xəstədə  (18,8%)  streptomisinə 

qarşı  monorezistentlik,  159  xəstədə  (35,2%)  polire-

zistentlik aşkar edilmişdir (şəkil 1). Polirezistent for-

malı  ilkin  aşkar  edilən  ağ  ciyər  vərəmi  olan  xəs-

tələrin  117  nəfərində  (73,6%)  vərəm  əleyhinə  ən 

güclü təsirə malik dərmanlardan biri olan izoniazidlə 

yanaşı streptomisin və etambutola qarşı rezistentlik, 

42  nəfərdə  (26,4%)  isə  digər  vərəm  əleyhinə  ən 

güclü effektə malik olan rifampisinlə yanaşı strepto-

misin və etambutola qarşı rezistentlik aşkar edilmiş-

dir. Dərmanlara rezistent olan ilkin aşkar edilmiş ağ 

ciyər  vərəmi  olan  xəstələrin  195  nəfərində  (43,1%) 

multirezistentlik (MDR) aşkar edilmiş, yəni ən güclü 

vərəm əleyhinə effektə malik olan hər iki preparat – 

izoniazid  və  rifampisinlə  yanaşı  streptomisin  və 

etambutola qarşı rezistentlik müəyyən edilmişdir. 13 

nəfər (2,9%) xəstədə isə vərəm əleyhinə preparatlara 

qarşı genişləndirilmiş rezistentlik (GDD) aşkar edil-

mişdir.  Belə  ki,  bu  xəstələrdə  izoniazid  və  rifam-

pisinlə  yanaşı  kanamisin  və  yaxud  amikasinə,  həm 

də ofloksasinə qarşı rezistentlik müəyyən edilmişdir.  

Əvvəllər vərəm əleyhinə müalicə almış xəstələr 

arasında  dərmanlara  rezistentliyin  strukturunun  təd-

qiqi zamanı müəyyən edilmişdir ki, bu qrupdan olan 

2352  xəstənin  bəlğəm  nümunəsinin  1157-sində 

(49,2%) bütün vərəm əleyhinə dərmanlara qarşı həs-

saslıq  qorunmuş,  1195-də  (50,8%)  isə  bir  və  ya  bir 

neçə  vərəm  əleyhinə  preparata  qarşı  rezistentlik 

müşahidə edilmişdir. Əvvəllər müalicə almış və dər-

manlara  qarşı  ikincili  rezistentlik  aşkar  edilən  xəs-

tələrdən  97  nəfərdə  (8,1%)  streptomisinə  qarşı  mo-

norezistentlik,  183  nəfərdə  (15,3%)  vərəm  əleyhinə 

ən güclü təsirə malik dərmanlardan biri olan izonia-

zidlə yanaşı streptomisin və etambutola qarşı polire-

zistentlik, 206 nəfərdə (17,2%) digər vərəm əleyhinə 

ən  güclü  effektə  malik  olan  rifampisinlə  yanaşı 

streptomisin və etambutola qarşı polirezistentlik, 663 

nəfərdə  (55,5%)  multirezistentlik,  46  nəfərdə  isə 

(3,9%) izoniazid və rifampisinlə yanaşı kanamisin və 

yaxud amikasinə, həm də ofloksasinə qarşı genişlən-

dirilmiş  rezistentlik  müəyyən  edilmişdir  (cədvəl  1). 

Vərəmin residivi olan 949 nəfərdən 667-də (70,3%) 

bütün vərəm əleyhinə dərmanlara qarşı həssaslıq qo-

runmuş,  282  xəstədə  (29,7%)  isə  bir  və  ya  bir  neçə 

vərəm əleyhinə preparata qarşı rezistentlik müşahidə 

edilmişdir.  Vərəm  əleyhinə  preparatlara  qarşı    ikin-

cili  rezistentlik  aşkar  edilən  vərəmin  residivi  olan 

xəstələrdən  38  nəfərdə  (13,5%)  streptomisinə  qarşı 

monorezistentlik, 75 nəfərdə (26,6%) vərəm əleyhi-

nə ən güclü təsirə malik dərmanlardan biri olan izo-

niazidlə yanaşı streptomisin və etambutola qarşı po-

lirezistentlik,  66  nəfərdə  (23,4%)  digər  vərəm  əley-

hinə ən güclü effektə malik olan rifampisinlə yanaşı 

streptomisin və etambutola qarşı polirezistentlik, 95 

nəfərdə  (33,7%)  multirezistentlik,  8  nəfərdə  isə 

(2,8%) izoniazid və rifampisinlə yanaşı kanamisin və 

yaxud amikasinə, həm də ofloksasinə qarşı genişlən-

dirilmiş rezistentlik  müəyyən edilmişdir. 

 

 



 

 

 



Şəkil 1. İlkin aşkar edilmiş ağ ciyər vərəmi olan xəstələr arasında  

dərmanlara qarşı rezistentliyin xüsusiyyəti. 

 



Ağ ciyər Vərəmi Olan Xəstələr Arasında 

 

123 



Cədvəl 1. Əvvəllər vərəm əleyhinə müalicə qəbul etmiş xəstələr arasında dərmanlara qarşı  rezistentliyin  xüsusiyyəti 

Göstəricilər 

Əvvəllər müalicə almış xəstələr 

Residiv olanlar 

Uğursuz 

müalicədən sonra 

Müalicənin dayandırılması 

ilə əlaqəli 

Digər səbəblərdən 

fəallaşan 

Həssaslıq qorunmuş 

667 

61 


307 

122 


Monorezistentlik (streptomisinə qarşı) 

38 


16 

30 


13 

Polirezistentlik(izoniazid, etambutol 

və streptomisinə qarşı) 

75 


27 

55 


26 

Polirezistentlik(rifampisin, etambutol 

və streptomisinə qarşı) 

66 


60 

58 


22 

Multirezistent 

95 

339 


207 

22 


Genişləndirilmiş rezistentlik 

28 



10 



 

 

Vərəmin  uğursuz  müalicədən  sonra  fəallaşdığı 



formaları  müşahidə  olunan  531  nəfərdən  61-də 

(11,5%) bütün vərəm əleyhinə dərmanlara qarşı həs-

saslıq qorunmuş, 470 xəstədə (88,5%) isə bir və ya 

bir  neçə  vərəm  əleyhinə  preparata  qarşı  rezistentlik 

müşahidə  edilmişdir.  Vərəm  əleyhinə  preparatlara 

qarşı ikincili rezistentlik aşkar edilən vərəmin uğur-

suz müalicədən sonra fəallaşdığı formaları müşahidə 

olunan  xəstələrdən  16  nəfərdə  (3,4%)  streptomisinə 

qarşı  monorezistentlik,  27  nəfərdə  (5,7%)  vərəm 

əleyhinə ən güclü təsirə malik dərmanlardan biri olan 

izoniazidlə  yanaşı  streptomisin  və  etambutola  qarşı 

polirezistentlik,  60  nəfərdə  (12,8%)  digər  vərəm 

əleyhinə ən güclü effektə malik olan rifampisinlə ya-

naşı  streptomisin  və  etambutola  qarşı  polirezistent-

lik, 339 nəfərdə (72,1%) multirezistentlik, 28 nəfərdə 

isə (6%) izoniazid və rifampisinlə yanaşı kanamisin 

və yaxud amikasinə, həm də ofloksasinə qarşı geniş-

ləndirilmiş rezistentlik müəyyən edilmişdir. Ağ ciyər 

vərəmi  olan  xəstələrin  müalicəni  dayandırması  ilə 

əlaqədar  olaraq  fəallaşdığı  formaları  müşahidə  olu-

nan  667  nəfərdən  307-də  (46%)  bütün  vərəm  əley-

hinə dərmanlara qarşı həssaslıq qorunmuş, 360 xəs-

tədə (54%) isə bir və ya bir neçə vərəm əleyhinə pre-

parata qarşı rezistentlik müşahidə edilmişdir. Xəstə-

lərin  müalicəni  dayandırması  ilə  əlaqədar  olaraq 

müşahidə olunan, vərəm əleyhinə preparatlara qarşı  

ikincili rezistentlik aşkar edilən xəstələrdən 30 nəfər-

də  (8,3%)  streptomisinə  qarşı  monorezistentlik,  55 

nəfərdə (15,3%) vərəm əleyhinə ən güclü təsirə ma-

lik dərmanlardan biri olan izoniazidlə yanaşı strepto-

misin və etambutola qarşı polirezistentlik, 58 nəfərdə 

(16,1%) digər vərəm əleyhinə ən güclü effektə malik 

olan  rifampisinlə  yanaşı  streptomisin  və  etambutola 

qarşı polirezistentlik, 207 nəfərdə (57,5%) multirezis-

tentlik,  10  nəfərdə  isə  (2,8%)  izoniazid  və  rifampi-

sinlə yanaşı kanamisin və yaxud amikasinə, həm də 

ofloksasinə qarşı genişləndirilmiş rezistentlik müəy-

yən  edilmişdir.  Vərəmin  digər  səbəblərdən  (əvvəl-

lər müalicə olunması barədə heç bir məlumat olma-

yan  və  s.)  fəallaşdığı  formaları  müşahidə  olunan 

205 nəfərdən 122-də (59,5%) bütün vərəm əleyhinə 

dərmanlara  qarşı  həssaslıq  qorunmuş,  83  xəstədə 

(40,5%)  isə  bir  və  ya  bir  neçə  vərəm  əleyhinə 

preparata  qarşı  rezistentlik  müşahidə  edilmişdir. 

Vərəm  əleyhinə  preparatlara  qarşı  ikincili  rezis-

tentlik aşkar edilən vərəmin digər səbəblərdən fəal-

laşdığı  formaları  müşahidə  olunan  xəstələrdən  13 

nəfərdə (15,7%) streptomisinə qarşı monorezistent-

lik, 26 nəfərdə (31,3%) vərəm əleyhinə ən güclü tə-

sirə malik dərmanlardan biri olan izoniazidlə yanaşı 

streptomisin və etambutola qarşı polirezistentlik, 22 

nəfərdə  (26,5%)  digər  vərəm  əleyhinə  ən  güclü  ef-

fektə malik olan rifampisinlə yanaşı streptomisin və 

etambutola qarşı polirezistentlik, 22 nəfərdə (26,5%) 

isə  multirezistentlik  aşkar  edilmişdir.  Bu  qrupdan 

olan xəstələrdə vərəm əleyhinə dərmanlara qarşı ge-

nişləndirilmiş rezistentlik müəyyən edilməmişdir. 

Göründüyü kimi, tədqiqat müddətində istər il-

kin  aşkar  edilmiş  vərəm  əleyhinə  dərmanlara  qarşı 

rezistent ağ ciyər vərəmi olan xəstələr arasında, is-

tərsə də əvvəllər vərəm əleyhinə müalicə almış dər-

manlara davamlı ağ ciyər vərəmi olan xəstələr ara-

sında  multirezistent formalar daha çox rast gəlinir. 

Belə  ki,  ilkin  aşkar  edilən  dərmanlara  davamlı  ağ 

ciyər  vərəmi  olan  xəstələrin  təxminən  yarısını 

(43,1%), əvvəllər müalicə almış dərmanlara davam-

lı ağ ciyər vərəmi olan xəstələrin isə yarıdan çoxu-

nu (55,5%) multirezistent ağ ciyər vərəmi olan xəs-

tələr təşkil edir. Bu isə vərəm əleyhinə dərmanlara 

qarşı rezistent, xüsusilə multirezistent ağ ciyər vərə-

mi olan xəstələrin vaxtında aşkar olunaraq düzgün, 

kompleks  müalicə  olunması  nəticəsində  epidemio-

loji  vəziyyətin  gərginləşməsinin  qarşısının  alınma-

sına doğru yönəlmiş vacib tədbirdir. 



 

 

ƏDƏBİYYAT 

 

Золотарева  Л.В.,  Золотарев  Ю.В.,  Стратулат 



А.Ю. (2014) Структура первичной лекарствен-

ной  устойчивости  штаммов  микобактерий  ту-

беркулеза у впервые выявленных больных ту-

беркулезом  легких.  Инфекционные  болезни



12(№1):108 

Сапожникова  Н.В.,  Яковчук  А.А.,  Черно-

хаева  И.В.,  Павлова  М.В.,  Арчакова  Л.И.,  

Старшинова  А.А.,  Журавлев  В.Ю.  (2014) 


R.İ. Bayramov 

124 


Влияние  ранних  методов  диагностики  множе-

ственной  лекарственной  устойчивости  на  эф-

фективность  лечения  пациентов  с  туберкуле-

зом  органов  дыхания.Инфекционные  болезни, 



12(№1): 273-274. 

Туберкулез  в  Российской  Федерации  2011 

год:  аналитический  обзор  статистических 

показателей,  используемых  в  Российской 

Федерации и в мире (2013) М.: Триада, 280 с. 

 

 



 

Особенности Лекарственной Устойчивости У Больных Туберкулезом Легких 

 

Р.И. Байрамов  

 

Кафедра легочных заболеваний Азербайджанского медицинского университета 

 

В настоящее время увеличение частоты встречаемости лекарственно-резистентной формы туберкуле-

за указывает на то, что проблема остается актуальной. Целью исследования явилось изучение струк-

туры лекарственной устойчивости у больных туберкулезом легких с наиболее часто встречающимся 

и с наиболее высокой эпидемиологической опасностью клиническими формами туберкулеза. Резуль-

таты исследования показали, что и среди впервые выявленных больных туберкулезом легких с лекар-

ственной устойчивостью, и среди больных туберкулезом легких с лекарственной устойчивостью ра-

нее получавших противотуберкулезное лечение, чаще встречаются мультирезистентные формы. Вы-

явление у больных туберкулезом легких лекарственной устойчивости, в частности, мультирезистент-

ных форм, своевременно начатое правильное и комплексное лечение этих больных является   очень 

важным шагом в сторону предотвращения  напряжения эпидемиологической  ситуации. 

 

Ключевые слова: Туберкулез легких, лекарственная  резистентность 

 

 



 

The Features Of Drug Resistance In Patients With Lung Tuberculosis 

 

R.I. Bayramov 

 

Department of Lung Diseases, Azerbaijan Medical University,  

 

The current increase in the frequency of drug resistant tuberculosis indicates that this problem is still urgent. 

The drug resistance structure in  patients with lung tuberculosis with the most frequent and the highest epi-

demiological risk among clinical forms of tuberculosis has been studied. The results showed that multi-drug 

resistant  forms  occurred  more  frequently  among  new  TB  patients  as  well  as  among  previously  treated  pa-

tients with drug resistant lung tuberculosis. Timely identification of patients with drug resistant lung tubercu-

losis,  in  particular,  MDR, for the  conducting  proper and  comprehensive  treatment is  a  very  important  step 

towards the prevention of the stress of epidemiological situation.  



 

Key words: Lung tuberculosis, drug resistance 

 

 

 



 

Yüklə 65,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə