Xülasə Öz işimdə keyfiyyətli tədqiqat məlumatları və onların effektli yolla toplanmasından bəhs etmişəm. Bu bölmədə elmi tədqiqatın qərar qəbul etmədəki mühüm funksiyası izah edilməyə çalışılmış və buna uyğun olaraq tədqiqatda izlənilən proseslər izah



Yüklə 50,32 Kb.
səhifə6/21
tarix10.05.2022
ölçüsü50,32 Kb.
#86409
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   21
tədqiqat serbes1234

Qeyri struktur intervyu (unstructured interview) metodu adından göründüyü kimi iştirakçılarla tək tək söhbət aparılması və alınmış cavabların analiz edilməsindən ibarətdir. Kəmiyyət tədqiqatı metodlarına daxil olan struktur intervyulardan fərqli olaraq bu intervyu söhbət xarakteri daşıyır. Suallara əvvəlcədən qəbul edilmiş şkala üzrə cavab verilmir. Sualların sayı, onların məzmunu, cavabların ölçüsü iştirakçıya görə dəyişə bilər. Belə intevyu neçə nəfərin bir istiqamətdə düşündüyünü yox, bir nəfərin niyə "məhz belə" düşündüyünü aydınlaşdırmağa çalışır. Bu üsul adətən başqa metodların tərkib hissəsi olur. Bu metoda Amerika tədqiqatçısı S. Milqramın "Avtoritetə tabe olma" təcrübəsindən sonra eksperiment iştirakçıları ilə söhbətlərini misal gətirmək olar. Qeyd etmək lazımdır ki bu üsul lonqityudal ola bilər. Bir neçə müddətdən sonra iştirakçının müəyyən məsələyə aid fikirlərində nə dəyişiklik olduğunu öyrənmək məqsədilə yenidən aparıla bilər.( SERRANO,(1994))


Yüklə 50,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə