terapiya effektsiz sayılır. Əgər VƏT bitdikdən sonra xəstənin
qanında HCV-nin RNT-si aşkar edilmirsə, o zaman müalicə
müvəffəqiyyətli sayılır.
Müalicənin uzaq nəticəsi əldə edilmiş remissiyanın, yəni
residivsiz dövrün müddəti ilə təyin olunur. XCH-li xəstələrin
sağalmasından o zaman danışmaq olar ki, onlarda DVC qeyd edilir,
yəni, VƏT bitdikdən sonra 6 aydan da uzun müddət ərzində xəstənin
qanında virus RNT-si aşkar edilmir.
MÜALİCƏ PROSESİNDƏ XƏSTƏNİN VƏZİYYƏTİNİN
MONİTORİNQİ
VƏT-in
aparılması
prosesində
müalicənin
efffektivlik
kontrolundan başqa xəstənin orqanizminin hərtərəfli klinik-
laborator, lazım gəldikdə isə instrumental monitorinqi də
aparılmalıdır.
Bu monitorinq müalicədən əvvəl başlamalıdır, çünki “ilkin”
fizioloji və biokimyəvi göstəricilər olmadan müalicə prosesində
onların dəyişmə xarakterini qiymətləndirmək mümkün deyil.
Aşağıdakı 9 nömrəli cədvəldə bu monitorinqin ümumi planı
göstərilmişdir.
Cədvəl 9. VƏT alan xəəstələrin monitorinq planı və
müayinələrin aparılmasının sayı
Müayinələr
Sayı
1. Qanın ümumi analizi, leykosit və trombositlərin
sayının təyini ilə
həftədə 1
dəfə
2.Müalicə həkiminin nəzarəti
3.Bütün “qaraciyər” fermentlərinin aktivliyinin və
bilirubin səviyyəsinin təyini
ayda 1 dəfə
5. Virus yükünün təyini*
6. Qanda zülal fraksiyalarının təyini
2 ayda 1 dəfə
7.Qanda qlükozanın təyini
8. Qanda kreatininin təyini
9. Qanda tireoid hormonlarının təyini
10. İmmunoqrammanın təyini
3 ayda 1 dəfə
* Xəstənin istəyi ilə daha tez-tez aparıla bilər
VƏT-in ƏLAVƏ TƏSİRLƏRİ: ONLARIN PROFİLAKTİKASI
VƏ KORREKSİYASININ STRATEGİYASI
XCH xəstələrinə virus əleyhinə terapiyanın imkanlarını
məhdudlaşdıran əsas amillərdən biri r-İFN və RV preparatlarının
əlavə təsirlərinin tez-tez təzahür etməsidir. Ona görə bu preparatların
əlavə təsirlərinin (təzahürlərinin) inkişafının profilaktikası mühüm
əhəmiyyət kəsb edir.
Bu profilaktika iki prinsipin riayət olunmasına əsaslanır:
1. Nisbi əks-göstərişlərin ciddi gözlənilməsi və həyat
fəaliyyətinin vacib sistemlərinin vəziyyətini əks etdirən klinik-
laborator göstəriciləri yaş normasından kənara çıxmayan xəstələrin
seçilməsi.
2. İstifadə üçün planlaşdırılmış İFN dozalarının və xəstə
orqanizminin uyğunlaşma imkanlarının obyektiv qiymətləndirilməsi,
çünki uyğunlaşma ehtiyatları aşağı səviyyədə olan xəstələrdə əlavə
təsirlərin tezliyi və təzahürünün daha yüksək olacağı məntiqi olaraq
gözləniləndir.
Lakin, profilaktikanın hətta bu prinsiplərinin gözlənilməsi VƏT-
in arzuolunmaz nəticələrinin inkişafını sığortalamır. Buna görə,
müalicənin əlavə təsirlərinin nəticələrini tam və ya qismən aradan
qaldıra bilən və bununla da xəstələrin həm təhlükəsizliyini, həm də
qaneedici “həyat keyfiyyətini” təmin edən yanaşmalar praktik
əhəmiyyət kəsb edir.
VƏT-in əlavə təsirlərinin korreksiyasının iki əsas üsulu
mövcuddur: doza korreksiyası və dərman korreksiyası.
Doza korreksiyasının əsasında hər bir preparatın əlavə
təsirlərinin təzahür tezliyinin və bir sıra hallarda onların dozadan
asılı xarakter daşıması dayanır. Yeridilən preparatların dozasını
azaltmaqla, əksər hallarda onların toksiki təsirinin klinik-laborator
təzahürlərinin zəifləməsinə, bəzən isə, tam yox olmasına nail olmaq
olur və bununla da, əlavə təsirləri idarə etməklə müalicənin
dayandırılmasından qaçmaq mümkündür.
Dərman korreksiyası həm doza korreksiyası ilə müştərək, həm
də müstəqil şəkildə, həmçinin dərman preparatının kəsilməsindən
sonra da aparıla bilər. Dərmanla korreksiya olunan terapiyanın
həcmi və intensivliyi bütövlükdə dərman preparatının əlavə
təsirlərinin təzahüründən və xarakterindən asılıdır.
Bəzi hallarda simptomatik terapiya kimi aparıla bilməsinə
baxmayaraq,
dərman
korreksiyası
patogenetik
prinsiplərə
əsaslanmalıdır. Onun aparılması üçün, xəstənin vəziyyətini
pisləşdirmək qabiliyyətinə malik olmayan müvafiq farmokoloji
xüsusiyyətli bütün mövcud dərman preparatları istifadə edilə bilər.
Aşağıda r-İFN preparatlarının daha tez-tez təsadüf edilən əlavə
toksiki təsir təzahürlərinin korreksiyası üçün istifadə edilən
yanaşmalar haqqında məlumat verilmişdir. Cədvəl 10-da r-İFN
preparatlarının daha tez-tez (5%-dən çox hallarda) təsadüf edilən
əlavə toksiki təsir təzahürləri göstərilmişdir.
Cədvəl 10. r-İFN preparatlarının daha çox təsadüf edilən əlavə
toksiki təsirlərinin təzahürləri
Əlavə təsir
Qeyd edilmə
tezliyi
Qripəbənzər sindrom
Depressiya və qıcıqlanma
Ürək bulanma və hiporeksiya
Anemiya, leykopeniya, trombositopeniya
İkincili bakterial infeksiyalar
60-80%
30%-ə kimi
25%-ə kimi
20%-ə kimi
10%-ə kimi
Qripəbənzər sindromun təzahürləri (hərarətin yüksəlməsi,
halsızlıq, bel və ayaqlarda əzələ-oynaq ağrıları) yalnız kəskin
təzahürlü vəziyyətlərdə, xüsusən hərarətin 38°C-dən yüksək olduğu
hallarda korreksiya olunmalıdır. Bunun üçün yayındırıcı vasitələr,
bol maye qəbulu, həmçinin aspirindən istifadə etmək olar. Mialgiya
və artralgiyalar zamanı qeyri-steroid iltihabəleyhinə preparatlar təyin
oluna bilər. Parasetamolun güclü hepatotoksikliyini nəzərə alaraq, o,
ehtiyatla və sutkada 0,5 qramdan artıq olmamaq şərtilə təyin edilə
bilər.
r-İFN preparatlarının və RV-nin psixoemosional sferaya yanaşı
təsiri nadir hallarda müalicənin dayandırılmasını tələb edir. Onların
korreksiyası üçün, xüsusən, mialgiya və artralgiya olduqda, kiçik
dozalarda antidepressantlar istifadə edilə bilər.
Bir çox hallarda psixotrop effektlərin təzahürünü azaltmaq üçün
opiatların antaqonistləri ilə müalicə aparılır. Lakin, bu zaman
opiatların antaqonistlərinin dozaları fərdi seçim tələb edir.
Çox vaxt VƏT-in xəstələr tərəfindən keçirilməsinin zəifləməsinə
ürəkbulanma səbəb olur. Onun korreksiyası müalicənin davam
etdirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Ürəkbulanmanın
korreksiyası üçün istənilən, o cümlədən, setron qrupundan güclü
təsirli
antiemetiklər
(serotonin
və
dofamin
reseptorlarının
blokatorları) istifadə edilə bilər. İFN ilə funksional antaqonizm
səbəbindən antiemetik kimi qlükokortikoid hormonlarının istifadəsi
məhduddur.
Ən ciddi problemlərdən birini r-İFN preparatlarının və qismən
RV-nin mielodepressiv təsiri ilə bağlı əlavə təsirlər təşkil edir. VƏT-
nın dayandırılmasına əsasən məhz bu əlavə təsirlər səbəb olur.
Anemiya adətən RV-nin əlavə təsiri ilə bağlıdır, lakin məlumdur
ki, r-İFN preparatları da anemiyanın əmələ gəlməsinə səbəb ola
bilərlər. Anemiyanın korreksiyası üçün iki yanaşmadan istifadə
edilir:
1) RV dozasının azaldılması və ya onun qəbulunun müvəqqəti
dayandırılması (Hb<100 q/l olduğu zaman RV dozası iki dəfə
azaldılır, Hb<85 q/l olduğu zaman isə onun qəbulu dayandırılır);
2) 1000 BV miqdarında 5-10 günlük kurs şəklində eriropoetin
preparatlarının (rekormon, epreks və s.), o cümlədən onların peroral
dəmir preparatları ilə müştərək təyini.
VƏT alan XCH-li xəstələrdə leykopeniya və ilk növbədə
neytropeniya, multikomponent xarakter daşıyır, amma adətən r-İFN
preparatlarının mielosupressiv təsiri ilə bağlıdır. Leykopeniyanın
korreksiyası üçün iki yanaşma istifadə edilir:
1) r-İFN dozasının azaldılması və ya onun qəbulunun müvəqqəti
dayandırılması (leykositlərin miqdarı 1500/mkl olduğu zaman r-İFN
dozası iki dəfə azaldılır, 1000/mkl olduğu zaman isə onun vurulması
dayandırılır);
2) Sümük iliyinin sələf hüceyrələrinin yetişməsini tezləşdirmək
qabiliyyətinə
malik
olan
leykositar
koloniyastimuləedici
faktorlarların (KSF) təyini. Qranulositar KSF (G-CSF) olan
neypogenin (filqrastrimin) 3-5 günlük kurs şəklində təyin olunması
optimal hesab edilir.
Trombositopeniya minimum olaraq üç səbəbdən yarana bilər: 1)
retikulo-endotelial sistem orqanlarında meqakariositlərin immunoloji
sekvestrasiyası; 2) trombopoetinin (TP) nisbi defisitinin yaranması;
və 3) TP-dən meqakariositlərə mitogen “siqnalın” ötürülməsinin
pozulması. Trombositopeniyanın korreksiyası üçün iki yanaşma
istifadə edilir:
1) r-İFN dozasının azaldılması və ya onun qəbulunun müvəqqəti
dayandırılması (trombositlərin miqdarı 50000/mkl olduğu zaman r-
İFN dozası iki dəfə azaldılır, 25000/mkl olduğu zaman isə onun
qəbulu dayandırılır);
2) Meqakariositlərin və trombositlərin yetişməsini tezləşdirən
TP preparatlarının təyini. Bu məqsədlə TP-nin membran
reseptorunun liqandı olan eltrombopaq (revoleyd) istifadə edilə bilər
ki, o meqakariositlərin prolifirasiya və differensasiyasına səbəb olan
hüceyrədaxili siqnallar yaradır. Bu preparat 1-2 həftə ərzində tablet
formasında təyin edilir.
İkincili bakterial infeksiyaların inkişafı zamanı (bronxitlər,
sinusitlər, furunkulyoz, sidik yollarının infeksiyaları) adekvat
terapiya tətbiq edilir. Ağır gedişat zamanı geniş spektrli antibiotiklər
təyin edilir, törədicinin həssaslığını müəyyən etmək mümkün
olduqda müvafiq antibiotiklərdən istifadə edilir. Febril neytropeniya
kimi ağır infeksion ağırlaşmaların inkişafı zamanı antibiotikləri
neypogenlə kombinasiyada istifadə etmək olar.
r-İFN preparatlarının uzun müddətli yeridilməsi fonunda inkişaf
edən autoimmun xəstəlik və vəziyyətlər də qeyd olunmalıdır.
Onların korreksiya taktikası “əlavə təsirlərin ağırlığı və VƏT-nın
davam etməsinin dərəcəsi” nisbəti ilə təyin olunur. Əgər seçilmiş
korreksiyaedici terapiya əsas xəstəliyin müalicəsinə əks deyilsə,
doza korreksiyasına keçmək olar və onun nəticəsi əsasında
medikamentoz korreksiyanın aparılmasının və ya əsas VƏT-nın
dayandırılmasının məqsədəuyğun olub-olmasını müəyyən etmək
olar.
Belə ki, dəri qaşınması və səpkiləri zamanı antihistamin
preparatlar və xaricə istifadə edilən kortikosteroidlər təyin edilə
bilər. Lakin, əgər xəstədə vaskulitlər, autoimmun hepatit və tireoidit,
bronxial astma və digər kəskin gedişatlı və proqressivləşən
xəstəliklər aşkar edilirsə, r-İFN preparatların yeridilməsi dərhal
dayandırılmalıdır.
ƏDƏBİYYAT
1. Мамедов М.К., Шапиpо Б.Я. Лечение тpансфузионных
виpусных гепатитов pекомбинантным альфа-интеpфеpоном.
Под pед.М.В.Hевского. Ташкент: Юлдыз, 1999, 100 с.;
2. Мамедов М.К., Кеpимов А.А. Современные подходы к
этиопатогенетическому лечению трансфузионных вирусных
гепатитов. //Азерб. мед. Ж, 2002, N.2, с.95-98;
3. Кадыpова А.А., Рекомбинантные интеpфеpоны - важное
достижение биотехнологии.//Биомедицина, 2004, N.2, c.42-45;
4.
Кадыpова
А.А.,
Ганиев
М.М.,
Мамедов
М.К.
Совpеменные пpепаpаты альфа-интеpфеpонов и их пpименение
в клинической медицине. // Азеpб. фаpмацевтический Ж., 2004,
N.2, c.36-39;
5. Мамедов М.К., Кадыpова А.А. Интеpфеpоны и их
пpименение в клинической медицине. М.: Кpисталл, 2005, 288
с.;
6. Мамедов М.К. Виpусный гепатит С. Баку: Эли, 2010, 192
c.;
7. Хpонические виpусные гепатиты. / Клинические
pекомендации.
Гастpоэнтеpология:
2006-2007.
Под
pед.
В.Т.Ивашкина. М.: Геотаp-Медицина, 2006, c.99-122;
8. Hагиева H.М., Мамедов М.К. Пpименение лекаpственных
пpепаpатов на основе ингибитоpов виpусных феpментов, как
возможность совеpшенствования этиотpопной теpапии больных
виpусным
гепатитом
С.
//
Совpеменные
достижения
азеpбайджанской медицины, 2013, N.1, c.52-54;
9. Мамедов М.К. Развитие этиотpопной теpапии больных
хpоническим виpусным гепатитом С - успехи, pазочаpования и
надежды.// Совpеменные достижения азеpбайдж. медицины,
2014, N.2, c.3-11;
10. Мамедов М.К. Таpгетная теpапия виpусного гепатита
С: вчеpа, сегодня и завтpаю// Биомедицина, 2015, N.1, c.3-8.
11. WHO' Guidelines for the screening, care and treatmwent of
person with hepatitis C infection. Geneva, 2014, 122 p.
12. Мамедов М.К., Ахмедбейли Х.Ф., Дадашева А.Э. О
pезультатах
пpименения
пpепаpатов
человеческого
pекомбинантного интеpфеpона альфа для лечения больных
хpоническим гепатитом С.//Биомедицина, 2010, N.3, c.20-22;
13. Мамедов М.К., Дадашева А.Э., Hагиева H.М.
Фаpмакотеpапевтическая
и
экономическая
оценка
лекаpственных пpепаpатов pекомбинантных и пегилиpованных
интеpфеpонов, как сpедств для лечения больных хpоническим
гепатитом С.// Фаpмация Казахстана, 2015, N.6, c.33-35;
14. Hагиева H.М., Мамедов М.К. О "pанних" и "поздних"
пpоявлениях побочного действия двух pазличных пpепаpатов
pекомбинантного альфа-интеpфеpона человека у больных
хpоническими виpусными гепатитами.//Вpач-аспиpант, 2015,
N.2.2, c.230-234;
15. Мамедов М.К., Дадашева А.Э., Сафаpова С.М.и дp.
Оценка эффективности pазных пpогpамм пpотивовиpусного
лечения больных хpоническим виpусным гепатитом С,
включающих лекаpственные пpепаpаты pекомбинантных и
пегилиpованных интеpфеpонов. // Биомедицина, 2014, N.4, c.18-
20;
16. Мамедов М.К., Дадашева А.Э., Сафаpова С.М., Hагиева
H.М. Возможности пpотивовиpусной теpапии некотоpых
категоpий больных хpоническим гепатитом С, пpоводимой с
использованием "сpедних" и "высоких" доз pекомбинантного
альфа-интеpфеpона.
//
Совpеменые
достижения
азеpбайджанской медицины, 2015, N.1, c.35-39.
17. Пальгова Л.К., Сулейменова З.И., Доскожаева С.Т. и дp.
Алгоpитмы диагностики и ведения пациентов пpи хpоническим
гепатите С. Алматы: Фикмедикаль, 2009, 11 с.
18. Hepatitis C virus. Eds. P. Karayiannis, J.Main, H.Thomas.
London: International medical press, 2009, 210 p.;
19. European Association for the study of the liver. EASL.
Clinical practice guidelines: Management of hepatitis C virus
infection.//J.Hepatology, 2014, v.69, p.393-420;
20. Мамедов М.К., Кадыpова А.А. О механизмах pеализации
теpапевтического
действия
лекаpственных
пpепаpатов,
используемых
для
этиотpопного
лечения
больpных
зpоническим виpусным гепатитом С. //Биомедицина, 2015, N.2,
c.3-8.
ŞƏRTİ İXTİSARLAR
AlAT - alaninaminotransferaza
АsАТ - aspartataminotransferaza
HCV - hepatit C virusu
QQT - qamma-qlütamiltranspeptidaza
İFN - insan alfa-interferonu
BV - beynəlxalq vahidlər
VƏT – virus əleyhinə terapiya
RV - ribavirin
r-İFN - rekombinant alfa-interferon
PEG-İFN - pegiləolunmuş interferon
DVC - davamlı virusoloji cavab
XCH - xroniki viruslu C hepatiti
QS - qaraciyər sirrozu
85>100>
Dostları ilə paylaş: |