XroniKİ c viruslu hepatit xəSTƏLƏRİNİn müALİCƏSİNDƏ rekombinant alfa-interferon



Yüklə 263,4 Kb.
səhifə6/9
tarix25.06.2018
ölçüsü263,4 Kb.
#51824
1   2   3   4   5   6   7   8   9

Cədvəl 3. Ribavirinin təyininə əks-göstərişlərin siyahısı  

 

MÜTLƏQ ƏKS-GÖSTƏRİŞLƏR 

 

Xəstədə aşağıdakı hallar aşkarlandıqda:  



1. Ağır anemiya (hemoqlobinin səviyyəsi <90 q/ml); 

2. İstənilən hemoqlobinopatiya; 

3. Ağır xroniki ürək çatışmazlığı; 

4. Böyrək çatışmazlığı (kreatinin klirensi <50 ml/min)  

5. Dekompensə QS və qaraciyər çatışmamazlığı;  

6. Autoimmun xəstəliklər (o cümlədən, autoimmun hepatit); 

7. Qalxanvari vəzin müalicə olunmayan xəstəlikləri;   

8. Suisid cəhdləri ilə müşayət olunan ağır depressiya; 

9. Hamiləlik və laktasiya dövrü. 

 

NİSBİ ƏKS-GÖSTƏRİŞLƏR 

 

Xəstədə aşağıdakı hallar aşkarlandıqda:  



1. Uşaqlıq və yeniyetmə dövrü (18 yaşa qədər);  

2. Ahıl dövrü; 

3. Kontrol olunmayan arterial hipertenziya;  

4.  Ketoasidoz  tutmaları  ilə  gediş  alan  dekompensə  olunmuş  şəkərli 

diabet;  

5. Ağciyərlərin xroniki obstruktiv xəstəlikləri;  

6. Ağciyər arteriyasının tromboemboliyası; 

7. Qanın laxtalanmasının pozulması və tromboflebit; 

8. Anamnezdə suisid cəhdləri ilə müşayət olunan depressiya.  

 

 



VƏT TƏYİN OLUNMAZDAN ƏVVƏL XƏSTƏLƏRİN 

MÜAYİNƏSİ 

 

r-İFN  və  RV  preparatları  ilə  aparılan  VƏT-in  təyin 



olunmasından  öncə  xəstələrin  müayinəsinin  məqsədi  –  həmin 

preparatların  əlavə  təsirlərini  gücləndirən  xəstəliklərin  və  struktur-

metabolik  homeostazda  olan  dəyişikliklərin  aşkar  edilməsidir  ki, 

onlar   müalicə  zamanı  ağır  fəsadların  inkişaf  riskini  artıraraq  VƏT-




in  aparılmasını    məhdudlaşdıra  və  ya  ümumiyyətlə  qeyri-mümkün 

edə bilər.   

Buna  görə  də  r-İFN  preparatları  ilə  müalicəyə  ehtiyacı  olan 

xəstələrin  hərtərəfli  müayinəsi  vacib  praktiki  əhəmiyyətə  malikdir, 

çünki  o,  nəinki  xəstədə  bu  preparatların  təyini  üçün  əks-göstərişləri 

aşkara  çıxarır,  həmçinin  VƏT  prosesində  bu  və  ya  digər 

göstəricilərinin 

xüsusi 


monitorinqinin 

aparılmasının 

məqsədəuyğunluğunu təyin edir.  

Birincisi,  VƏT-in  təyin  olunmasından  əvvəl  xəstə  kardioloq, 

nevropatoloq 

və 


endokrinoloq, 

lazım 


gəldikdə 

isə 


digər 

mütəxəssislər  tərəfindən  də  müayinə  olunmalıdır.  Xəstənin 

narkomaniyaya  cəlb  olnmasının  hətta  dolayısı  əlamətləri  olduğu 

halda  onu  narkoloq  və  psixiatr  müayinə  etməlidir.  Müalicənin 

başlanmasından öncə bütün xəstələrə qaraciyərin ultrasəs müayinəsi, 

həmçinin EKQ və döş qəfəsinin rentgenoqrafiyası aparılmalıdır. 

İkincisi, xəstənin  qanı dəqiq  laborator tədqiqatlardan  keçməlidir 

və  bütün  ümumi  klinik,  koaquloji  və  biokimyəvi  göstəricilər  təyin 

edilməlidir.   

Bu  xəstələrin  aparılması  mütləq  olan  laborator  tədqiqatları  4-cü 

cədvəldə göstərilmişdir.  

 

Cədvəl 4. XCH-li xəstələrə virusəleyhinə terapiyanın 



başlamasından öncə aparılması mütləq olan laborator müayinələrin 

siyahısı 

 

  1.Qanda eritrositlərin və EÇS-nin miqdarının təyini  



  2. Qanda leykositlərin miqdarının təyini  

  3. Qanda trombositlərin miqdarının təyini  

  4. Qanda hemoqlobinin konsentrasiyasının təyini  

  5. Qanda dəmirin konsentrasiyasının  təyini  

  6. Qanda ferritinin konsentrasiyasının  təyini  

  7. Qanda qlükozanın konsentrasiyasının  təyini  

  8. Qanda kreatininin konsentrasiyasının təyini  

  9. Koaquloqrammanın əsas göstəricilərinin təyini  

10. Qanda İİV-infeksiyasının seroloji markerlərinin təyini  

11. Qanda B hepatitinin seroloji markerlərinin təyini  

12.  Qanda  qalxanvari  vəzi  hormonlarının  (sərbəst  T3  və  T4) 

təyini  



 

Həmçinin  qeyd  edilməlidir  ki,  VƏT-in  aparılması  vacib  olan 

xəstələrin  terapiyadan  əvvəl  müayinəsi  zamanı,  müalicə  prosesində 

bu və ya digər ağırlaşmaların  yaranma riskinin qiymətləndirilməsinə 

imkan  verən  bir  sıra  digər  tədqiqatların  aparılması  lazımdır.  Bu 

tədqiqatlar 5-ci cədvəldə sadalanmışdır.  

 

Cədvəl 5. XCH-li xəstələrə virusəleyhinə terapiya 



başlanılmasından əvvəl məsləhət görülən əlavə laborator 

müayinələrin siyahısı 

 

1.  Qanda hipofizin tireotrop hormonunun təyini;  



2.  Qanda  immunoqrammanın  göstəricilərinin,  yəni  CD3,  CD4, 

CD8, CD19, CD16/56 fenotipli immunositlərin faizlə miqdarının 

təyini;   

3.  Aşkar  olunması  dolayısı  ilə  orqanizmin  immunpatoloji 

“köklənməsini” 

göstərən, 

sirkulyasiya 

edən 


immun 

komplekslərin  və  müxtəlif  autoanticisimlərin  qanda  səviyyəsinin 

təyini.  

 

Yuxarıda  sadalanan  müayinələrin  nəticələri  diqqətlə  analiz 



edilməli,  lazım  olduqda  ixtisas  mütəxəssisləri  ilə  də  müzakirə 

olunmalıdır.  Əgər  VƏT-in  aparılmasını  məhdudlaşdıran  və  ya 

dayandıran 

vəziyyətlər 

aşkarlanmasa 

etiotrop 

terapiyanın 

başlanmasına qərar verilə bilər. 

Əgər hər hansı bir nisbi əks-göstərişlər və ya potensial təhlükəli 

sərhəd  vəziyyətin  aşkar  edildiyi  xəstələrə  VƏT-in  təyin  olunması 

qərarı  qəbul  edilərsə,  o  zaman  bu  xəstələrə  müalicənin  əvvəlindən 

başlayaraq,  həyat  fəaliyyətinin  əsas  funksional  sistemlərinin 

vəziyyətini  əks  etdirən  göstəricilərə  mütəmadi  və  daha  diqqətli 

klinik-laborator nəzarətin aparılması təmin edilməlidir.   

Eyni  zamanda,  müalicənin  aparılmasının  zəruriliyi  qəbul 

edildikdən sonra bu xəstəyə son üç müayinə mütləq aparılmalıdır.  

 

1.  Qaraciyər  fibrozunun  inkişaf  dərəcəsini  kəmiyyətcə  təyin 



etməyə  imkan  verən  qaraciyər    elastoqrafiyası.  Əgər  o,  F4-ə  uyğun 

gəlirsə,  o  zaman  xəstəyə  bir  sıra  əlavə  müayinələr,  o  cümlədən, 

fibroezofaqoskopiya 

(qida 


borusu 

venalarının 

vəziyyətini 



Yüklə 263,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə