XroniKİ c viruslu hepatit xəSTƏLƏRİNİn müALİCƏSİNDƏ rekombinant alfa-interferon



Yüklə 263,4 Kb.
səhifə4/9
tarix25.06.2018
ölçüsü263,4 Kb.
#51824
1   2   3   4   5   6   7   8   9

ölkələrdə  müxtəlif  kommersiya  adı  altında  istehsal  olunan 

virusəleyhinə bu preparatın qısa xarakteristikasını göstəririk. 

Ribavirin  (RV)  geniş  spektrli  antivirus  aktivliyinə  malik 

quanozinin (quanin nukleozidi) struktur analoqudur. Hələ 20 il öncə 

sübut  olunmuşdur  ki,  r-İFN  preparatlarının  inyeksiyalarını  

ribavirinin  peroral  qəbulu  ilə  kombinə  edərək  additiv  təzahürlü 

effekt almaq olar və onun hesabına xəstəliyin residivlərinin tezliyini 

azaltmaq  olar.  Nəticədə,  XCH-li  xəstələrin  müalicə  effektivliyi 

nəzərə çarpacaq dərəcədə yüksəlir.  

Eyni  zamanda  RV-nin  yalnız  peroral  qəbulu  HCV-nin 

reproduksiyasının  azalmasına  gətirir  və  RV  kurs  qəbulundan  sonra 

2-3  ay  müddətində  virus  yükünün  azalması  davam  edə  bilir.  Lakin, 

RV-nin  hətta uzunmüddətli  qəbulu  HCV-nin  eliminasiyasına  gətirib 

çıxartmır.   

Peroral  qəbul  zamanı  RV  tez  sorulur  və  biomənimsənilməsi 

50%-ə  yaxın  təşkil  edir.  O  plazmada  (1-1,5  saat  ərzində  RV-nin 

konsentrasiyası  maksimuma  çatır),  tənəffüs  yollarının  selikli 

qişasının  sekretində  və  eritrositlərdə  (sonuncuda  RV  yeridilmədən 

bir neçə həftə sonra da aşkar edilir) paylanır.  

Orqanizmdən zəif sürətlə xaric olunur. 200 mq dozada birdəfəlik 

qəbuldan  sonra  yarımxaricolma  müddəti  plazmadan  1-2  saat, 

eritrositlərdən  40  gün,  kursun  başlanmasından  sonra  isə  300  saat 

təşkil edir.  

 

XCH-li  XƏSTƏLƏRƏ r-İFN PREPARATLARININ 



TƏYİNİNƏ GÖSTƏRİŞLƏR 

 

VƏT-ın  təcili  aparılmasına  (o  cümlədən  r-İFN  preparatları  ilə) 



bilavasitə  göstəriş  -  xəstənin  qanında  hepatit  C  virusunun  RNT-nin 

mövcud  olmasıdır;  lakin  bu  zaman  xəstənin  qanında  qaraciyər 

fermetlərindən:  alaninaminotransferazanın  (AlAT)  və  xüsusən  də 

qamma-qlütamiltranspeptidazanın  (QQT)  aktivliyinin  yüksəlməsi 

(və  ya  periodik  yüksəlməsi)  şərtdir.  Bu  zaman  xəstədə  xroniki 

hepatitin  klinik  sindromunun  varlığı  mütləq  deyil,  çünki  XCH  bir 

çox  hallarda  subklinik  keçir,  klinik  manifest  formaları  isə  dalğavari 

gedişat ilə fərqlənir.  

Xəstəliyin 

“yumşaq” 

xoşxassəli 

gedişatı 

və 

qaraciyər 



fermentlərinin  aktivliyinin  cüzi  yüksəlməsi  ilə  müşayət  olunan 


XCH-li  xəstələrdə  VƏT-in  aparılmasına  göstəriş  ayrıca  qeyd 

edilməlidir.  Belə  xəstələrdə  VƏT  başlanması  məsələsi  həll 

olunduqda xəstədə qaraciyərin proqressivləşən fibrozunun bilavasitə 

(morfoloji)  və  ya  dolayı  (elastoqrafiya)  əlamətlərin  varlığı  diqqətə 

alınmalıdır. Belə əlamətləri olan xəstələrə dərhal VƏT başlanmalıdır 

ki,  aparılacaq  bu  müalicə  QS  prosesinin  formalaşmasının  qarşısını 

ala və ya ən azından ləngidə bilər.  

Nəhayət,  yoluxmuş  insanların  20%-ni  təşkil  edən,  bütün 

qaraciyər fermentlərinin aktivliyi daim normal olan xəstələrdə VƏT-

in  aparılmasına  göstəriş  məsələsinin  də  xüsusi  müzakirəyə  ehtiyacı 

var.  Belə  şəxslərə  formal  olaraq  “sağlam”  virusdaşıyıcıları  kimi 

baxılır (əsl HCV daşıyıcılığının mövcudluğu  qəbul edilmir!). 

Hesab  edilir  ki,  bu  xəstələrdə  qaraciyərin  zədələnməsinin 

minimal  əlamətləri  və  periferik  qanın  biokimyəvi  göstəricilərinin 

kompensəolunmuş  dəyişiklikləri  ilə  müşayət  olunan  torpid  gedişatlı 

hepatit  var.  Ədəbiyyatlarda  qeyd  edildiyi  kimi,  xüsusən  aşağı 

səviyyəli viremiya zamanı belə xəstələrin bir qismində uzun illərdən 

sonra  belə  qaraciyər  toxumasının  fibrozlaşması  əlamətləri  aşkar 

olunmur.  

Bununla belə, bu xəstələrdə prosesin proqressivləşməsini və QS-

in inkişafını istisna etmək olmaz. Lakin, qaraciyər fibrozunun inkişaf 

edəcəyi  xəstələri  qabaqcadan  müəyyən  etmək  praktik  olaraq 

mümkün  olmadığından,  HCV-infeksiyasının  belə  formalarında 

mütəmadi  aparılan  laborator-instrumental 

monitorinq  böyük 

əhəmiyyət kəsb edir, çünki vaxtında xəstələrdə qaraciyər fibrozunun 

proqressivləşməsi əlamətlərini müəyyən etməyə imkan verir.  

XCH-li  xəstələrin  müalicəsi  sahəsində  müasir  mütəxəssislərin 

əksəriyyətinin  mövqeyinə  əsasən  bu  cür  monitorinq  üç  göstəricini 

nəzarətdə saxlamalıdır:  

1)  qanda  qaraciyər  fermentlərinin  aktivlik  göstəricilərinin 

stabilliyi;  çünki,  tədrici  yüksəliş  faktının  aşkarlanması  belə  (hətta 

normal  diapazon  sərhədində  oynamalar)  fibrozlaşma  prosesinin 

proqressivləşməsi riskini yüksəldir;  

2) qan zərdabında virus yükünün stabilliyi; çünki  virus yükü  ilə 

qaraciyərin  iltihabi  zədələnməsinin  arasında  düz  mütənasiblik 

olmamasına  baxmayaraq,  1  mln  ME/ml-dən  çox  konsentrasiyada 

HCV-RNT-nin varlığı fibrozun proqressivləşmə riskini yüksəldir;  




3)  qaraciyər  fibrozunun  dərəcəsi;  elastoqrafiya  ilə  və  ya 

qaraciyərin  punksion  bioptatının  morfoloji  tədqiqatının  nəticələrinə 

əsasən təyin olunur və 0-dan 4-ə qədər mərhələlərlə ifadə olunur.  

Müasir  baxışlara  görə,  müşahidə  müddətində  qaraciyər 

fermentlərinin  aktivliyinin  yüksəlməsi  qeyd  olunmayan  və/və  ya 

virus  yükünün  hətta  10  dəfə  (yəni  1  onluq  loqarifm)  yüksəlməsi 

qeyd  olunan,  qaraciyər  fibrozunun  dərəcəsi  isə  F0  və  ya  F1 

mərhələsini ötməyən xəstələrdə VƏT-nın təcili aparılmasına ehtiyac 

olmadığı  hesab  olunur.  Belə  xəstələr  həkimin  dinamik  müşahidəsi 

altında  olmalı,  vaxtaşırı  olaraq  yuxarıda  göstərilən  monitorinqə 

məruz  qalmalı  və  yalnız  yuxarıda  göstərilən  əlamətlərin  yaranması 

halında müalicə olunmalıdırlar.   

Yuxarıda sadalanan göstərişlərin olmamasına baxmayaraq VƏT-

in aparılmasının təkid edən xəstələr bu qaydadan istisna edilə bilər.  

Eyni  zamanda  əgər  xəstədə  F2  və  daha  yüksək  mərhələyə  aid 

olan qaraciyər fibrozu müəyyən edilmişdirsə, o zaman ona qaraciyər 

fermentlərin  aktivliyindən  və  virus  yükü  səviyyəsindən  asılı 

olmayaraq təxirəsalınmaz VƏT təyin olunmalıdır.  

 

VİRUSƏLEYHİNƏ PREPARATLARIN ƏLAVƏ 



TƏSİRLƏRİNİN TƏZAHÜRLƏRİ  

 

r-İFN  preparatların  təyini  zamanı  aşağıdakıları  nəzərə  alımaq 



lazımdır.  

Birincisi,  uzunmüddətli  yeridilmə  zamanı  bu  preparatlar 

hemopoezin  qırmızı  və  meqakariositar  artımlarının  azalmasına 

gətirən 


mielosupressiv 

təsir 


göstərərək 

anemiya 


və 

trombositopeniyanın inkişafına gətirib çıxara bilir.  

İkincisi,  preparatların  uzunmüddətli  yeridilməsi  qanyaranmanın 

ağ artımlarının da depressiyasını yarada bilir və leykositopeniyaya, o 

cümlədən neytropeniyaya gətirib çıxara bilir. 

Üçüncüsü,  bu  preparatlar  anadangəlmə  (antigen-asılı  olmayan) 

immunitet  amillərini  stimulə  etməklə,  qazanılmış  (antigen-asılı) 

immunitet  amillərinə,  xüsusən  də  bakterial  infeksiyalara  qarşı 

rezistentliyi təmin edən amillərə cüzi depressiv təsir göstərə bilir.  

Dördüncüsü, 

bu 

preparatlar 



əsas 

toxuma 


uyğunluğu 

kompleksinin 

antigenlərinin 

ekspressiyasını 

stimulə 

edərək, 


autoimmun  reaksiyaları  aktivləşdirə  və    orqanizmdə  gedən 


Yüklə 263,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə