Xoşbəxt ailənin sirləri



Yüklə 473,99 Kb.
səhifə8/9
tarix17.09.2017
ölçüsü473,99 Kb.
#580
1   2   3   4   5   6   7   8   9
İndi idraka günaha müsbət yanaşmağı öyrədirlər. Müasir dövri mətbuat alçaqlığı və həyasızlığı təlqin edir. "Biz bu dünyada yaşayırıq, onu tərk edə bilmərik" - deyəcəksiniz. Lakin, əziz valideynlər, biz yenə də doğru yol seçə bilərik və əgər istəsək, axır zamanda bu qədər sürətlə artan çoxsaylı əxlaqsızlar haqqında düşünməkdən uzaq dura bilərik. Biz çoxsaylı şər əməllərin və cinayətlərin tarixçələrinə qulaq asmaya bilərik.
Müasir populyar mətbuat səhifələri sensasiyalı tarixçələrlə zəngindir. Cinayətlərə gəldikdə isə, uşaqlar bu barədə böyüklərə layiq dərəcədə məlumata malikdirlər. Oxuduqları tarixçələr onlarda şərə meyl yaradır. öz təxəyyüllərində onlar haqqında oxuduqları əməlləri edirlər və onlarda cinayət törətmək və cəzadan qaçmaq arzusu baş qaldırır.
Hər şeydən tez təsirlənən uşaqların təfəkküründə gördükləri hər şey həqiqətdə olduğu kimi canlanır. Qanunu pozan və hər şeydə öz iradəsinə uyğun hərəkəti dəstəkləyən əməllər təfərrüatlı şəkildə təsvir olunanda, çoxları bu cür əhvalatların ruhunu qəbul edirlər. İnsanlar əllərinə imkan düşən zaman, sensasiya düşkünü olan müəlliflərin yazdıqlarından daha ağır cinayətlər törətməyə qabil olurlar. Cəmiyyət azğınlaşır və təəccüblü deyil ki, bunun nəticəsində acı bəhrələr - cinayətlər ortaya çıxır.
Müqəddəs Kitabın Çəb. 101:3-7-də söylədikləri haqqında düşünün: "Gözümü çəkəcəyəm iyrənc şeylərdən; zəhləm gedir azğınların işlərindən; qoymaram yapışsın məndən. Dönəcəyəm əyri qəlbdən; şəri tanımayacağam mən. Ağzını yumacağam qonşusunun ardınca böhtan atanın mən; yuxarıdan baxan lovğa insana dözə bilmərəm. Gözüm ölkənin sadiqlərindədir, qoy yanımda yaşasınlar; kamillik yolunda olanlar qulluğumda dayansınlar. Fırıldaqçıları sarayımda yaşamağa qoymaram; yalançını hüzurumda dayanmağa qoymaram".

Nəyi oxuyaq?


Tez qavrayan və inkişafda olan təfəkkür bilik yanğısı ilə alışır. Bədən kimi, ağıl da aldığı qidadan qüvvələnir. Bir çox insanlar kitabları çox sevirlər. Onlar əllərinə keçən hər şeyi oxuyurlar. Mən bu cür uşaqların valideynlərini onların oxumağa meyllərini nəzarət altına almağa səsləyirəm. Onların stolunun üstünə xarakterin düzgün formalaşmasına kömək edən kitablar qoyun. Uşaqlarınızı bütün xeyirxah işlərə ürəklərinin qapısını açaraq, faydalı biliklər əldə etməyə yönəldin. İdrak üçün zərərli qida ola biləcək kitabları oxumaq arzularının qarşısını alın.
Dünyada çox sayda kitablar vardır ki, onları yaymaqdansa, məhv etmək daha yaxşı olardı. Gənclərin gəlir məqsədilə nəşr edilib satılan kitabları oxumasına lüzum yoxdur.
Həqiqəti təhrif edən kitablar heç vaxt uşaq və gənclərin əlinə düşməməlidir. Qoy tərbiyə prosesində uşaqlar yalan fikirlərlə qidalanmasınlar.
çap materiallarının və dövri mətbuatın böyük axını ilə qarşılaşan yaşlılar və cavanlar tələsik və ötəri oxumağa vərdiş edirlər və onların idrakı əlaqəli və məqsədyönlü şəkildə düşünmək qabiliyyətini itirir. Bundan əlavə, dövri mətbuatın və kitabların əksər hissəsi nəinki mənasız, boş və açıq-saçıqdır, onlar həm də əxlaqsız və alçaldıcıdır. Bu cür ədəbiyyatın təsiri nəinki əqli dumanlandırır və dağıdır, həm də mənəviyyatı pozur və məhv edir. Məhəbbət hekayələrinin mütaliəsi fikri vacib və ciddi məsələlər üzərində cəmləşdirməyə mane olur. Həyəcan doğuran hekayələri oxumağı sevənlər bəzən gündəlik həyatdakı vəzifələrini yerinə yetirməyi bacarmırlar, çünki qeyri-real, təsəvvürlərində yaratdıqları dünya ilə yaşayırlar.
Uşaqların onlara həm məmnunluq, həm də əyləncə bəxş edə bilən, idraklarını korlamayan və bədənlərini taqətdən salmayan mütaliəyə ehtiyacları var. Uşaqlar və gənclər oxumağa bir şey tapacaqlar, əgər onlar üçün kitabı siz seçməsəniz, özləri seçim edəcəklər. Qəlbə məhvedici təsir göstərən kitabları tapmaq çətin deyil və uşaqlar dərhal onlara aludə olacaqlar; Lakin əgər onlara ağıllı və faydalı kitablar təklif etsəniz, zövqləri də bu istiqamətdə inkişaf edəcək. Əqli nizamlamaq, sağlam və faydalı olan hər şeyə qarşı zövqü durmadan inkişaf etdirmək vacibdir. Valideynlər öz uşaqlarını Müqəddəs Kitabla vaxtında tanış etməlidirlər ki, onlarda düzgün düşüncə tərzini inkişaf etdirsinlər.
çox faydalı olan özünü tanımaq vərdişini inkişaf etdirmək üçün gücünüzə heyfiniz gəlməsin. Əgər dalğınsınızsa, fikrinizi cəmləşdirməyi öyrənin. Əgər əqlinizi işə salmaq arzusunda deyilsinizsə, özünüzə güc gəlmək üçün qətiyyətli səy göstərməlisiniz. Düşüncəni düzgün istiqamətə yönəltmək üçün ciddi qaydalara əməl etmək lazımdır.
Tarazlıq vəziyyətində olan təfəkkürə az-az rast gəlmək olur, çünki valideynlər özlərinin uşaqlarda xeyirxah xarakter cəhətlərini inkişaf etdirmək və mənfi cəhətlərdən uzaqlaşdırmaq vəzifələrinə çox kobud etinasızlıqla yanaşırlar. Unutmamalıdırlar ki, onların üzərinə çox vacib bir vəzifə düşür - ailədəki hər bir uşağın meyllərinin inkişafını diqqət altında saxlamaq, onlarda müsbət vərdişləri inkişaf etdirmək və düzgün düşüncə tərzini formalaşdırmaq. Yüksək əxlaqı rəğbətləndirin və intellektual qüvvəni inkişaf etdirin.
Bizim evimizdə uşaqlar nəyə baxırlar, nə oxuyurlar və nə eşidirlər?

4. Nəzakət və xeyirxahlıq


"Yaxşılıq etməkdən alınan həzz, sənə edilən yaxşılığın verdiyi həzdən daha böyükdür".Epikur
“Bir-birinizə qarşı xeyirxah, şəfqətli davranın” prinsipi (bax. Rom. 12:10) ailə xoşbəxtliyinin özülünü təşkil edir. Hər bir evdə nəzakət hökm sürməlidir. Bu, o qədər də baha başa gəlmir, lakin ən sərt və kobud təbiətləri yumşaltmaq gücünə malikdir. Daimi nəzakəti dəstəkləmək, başqaları ilə özümüzə rəva bildiyimiz tərzdə davranmağa can atmaq bir çox həyat çətinliklərini aradan qaldırmağa kömək edəcəkdir.
Əgər uşaqlarımızı xeyirxah və nəzakətli görmək istəyiriksə, bunu öz nümunəmizdə nümayiş etdirməliyik. Hətta ən əhəmiyyətsiz şeylərdə belə bir-birinizə qarşı ədəbli və xeyirxah davranın. Kobud danışığa yol vermək lazım deyil; sizin evdən sərt kəlmələr eşidilməməlidir.
Hər kəs şən görünə və mülayim davrana bilər. Xeyirxah və şən davranış uşaqları tez cəlb edir. Onlarla xeyirxah və nəzakətli davranın, onlar da əvəzində sizə və bir-birlərinə qarşı bu münasibəti göstərəcəklər. Yalnız sözlə söyləməkdən daha çox ədəbli və təmkinli davranışınız uşaqlarınızın xarakterinə böyük təsir göstərəcək.
Uşaqlarla mülayim danışmaqla, nəyisə düzgün etməyə çalışdıqları zaman onlar tərifləməklə, valideynlər övladlarının səylərini dəstəkləyə, onları xoşbəxt edə və ailədə mülayim ab-hava yarada bilərlər. Bu isə qaranlıq olan hər nə varsa, siləcək və evi sevinc işığına bürüyəcək. Yumşaq davranış, həvəsləndirici sözlər və məhəbbətdən yoğrulmuş əməllər uşaqlarla valideynlərin ürəklərini incə məhəbbət telləri ilə bağlayacaq.
Qarşılıqlı xeyirxahlıq və təmkin ailəni cənnətə çevirər və müqəddəs mələkləri ailə ocağına cəlb edər; lakin onlar kobud kəlmələrin səsləndiyi, əsəbilik və mübahisənin, fikir ayrılığının hökm sürdüyü evi tərk edəcəklər. Sərtlik, narazılıq və qəzəbin hökm sürdüyü evin qapıları Allah üçün bağlıdır.
Gündəlik həyatda izhar olunan nəzakət və ailə üzvlərinin bir-birinə bağlılığı ətraf mühitlə şərtlənməli deyil. Hər bir işdə ifadə olunan mülayim səs tonu, yumşaq davranış tərzi və səmimi rəğbət əməksevərlik, səliqəlilik və qənaətcilliklə müşayiət olunan zaman hətta kasıb bir daxma da ən xoşbəxt evə çevrilə bilər.
Yad adamlara və qonaqlara qarşı süni nəzakət nümayiş etdirməkdənsə, ailələrimizdə bizimçün əziz olan insanlara səmimi məhəbbət və rəğbət bəsləmək daha vacibdir.
Səmimi nəzakətin məğzi başqalarına hörmətdir. Gənclərə valideynlərinə hörmətlə yanaşmağı, malik olduqları üstünlükləri qiymətləndirməyi, çatışmazlıqlara səbirlə yanaşmağı öyrətməyən, onların ehtiyaclarına köməklik göstərməyən, onları gənclərə, qocalara və bədbəxtliyə düçar olmuş insanlara qarşı qayğıkeş və nəvazişli, xeyirxah və faydalı, hər bir insana münasibətdə nəzakətli etməyən mədəniyyət yalançı mədəniyyətdir.

Etiket üçün ən yaxşı dərslik


Müqəddəs Kitabda cəmiyyət və ailədaxili əlaqələrlə bağlı bir çox vacib qaydalar verilmişdir. Bu əxlaqın ən yaxşı və təmiz nümunəsi olmaqla bərabər, nəzakətliliyin ən qiymətli kodeksidir. Qızıl qanun: "İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin" (Lk. 6:31) kimi, həvari öyüdü: "Təvazökarlıqla bir-birinizi özünüzdən yuxarı sayın" (Flp. 2:3) də ailəniz üçün bir qanuna çevrilməlidir. Qızıl qanun - İsanın həyatında və xarakterində bütünlüklə izhar olunmuş həqiqi nəzakət prinsipidir. Məsih hətta Onu təqib edənlərlə də nəzakətli davranırdı. Dünyadakı bütün həqiqi xeyirxahlıq və məhəbbət, hətta Onu tanımayanar arasında belə, Məsihdən izhar olunmuşdur.
Nə vaxtsa yazılmış olan etiket traktatları içərisində ən yaxşısı - Xilaskarın özünün verdiyi qiymətli öyüdlər və Müqəddəs Ruhun həvari Pavel vasitəsilə söylədiyi sözlərdir ki, onlar bütün insaların, cavanların və yaşlıların yaddaşına əbədi olaraq həkk olunmalıdır:
"Sizi sevdiyim kimi siz də bir-birinizi sevin" (Yəh. 13:34).

"Məhəbbət səbirli, xeyirxahdır.

Məhəbbət paxıllıq etməz.

Məhəbbət lovğalanmaz, öyünməz,

Kobud davranmaz, öz mənfəətini axtarmaz,

Tez hirslənməz, pislik etməyi düşünməz,

Haqsızlığa sevinməz, həqiqətə isə şadlanar;

Hər şeyə qatlaşar, hər şeyə inanar,

Hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər.

Məhəbbət əsla tükənməz"

(1 Kor. 13:4-8).
Məhəbbət sifəti nurlandırır və səsi yumşaldır; o, insanı bütünlüklə təmizləyir və ucaldır. O, insanı Allahla barışığa gətirir.
Etiket qaydalarına sadəcə əməl etməklə həqiqi nəzakəti öyrənmək mümkün deyil. Həqiqi ədəblilik öz prinsiplərini şərtiliyə qurban verməyi tələb etmir. O, ayrı-seçkiliyi tanımır. O, insana özünə hörmət etməyi, başqalarının ləyaqətinə hörmətlə yanaşmağı və böyük insan qardaşlığının bütün üzvləri ilə sülhdə yaşamağı öyrədir.
Hər cür əsəbilikdən və mülahizələrdəki sərtlikdən yaxa qurtarmaq üçün zahiri qaydalara ən səyli şəkildə əməl etmək kifayət etmir. öz eqoist "mən"imizi əsas məqsəd kimi diqqət mərkəzinə çəkməyi tərgitməliyik. Məhəbbət ürəkdə yaşamalıdır. Xoş Xəbər formal nəzakəti deyil, ürəyin həqiqi mərhəmətindən irəli gələn nəzakəti dəstəkləyir.
İnsanların can atdıqları və qiymətləndirdikləri şeylər içində heç nə Allahın gözündə təmiz ürək, nəcib ruh və mənəvi həyat kimi bu qədər böyük vaciblik kəsb etmir.
Allahın planı müxtəlif xarakterə malik insanların birləşməsini nəzərdə tutur. Bu plana əsasən, ailənin hər bir üzvü başqalarının fikrinə yüksək yanaşmalı və onların hüquqlarına hörmət etməlidir. Bu cür davranış qarşılıqlı hörmət və təmkinə yol açacaq, ziddiyyətli fikirlər yumşalacaq və xarakterin kobud cəhətləri düzələcək. Razılıq əldə ediləcək, müxtəlif xarakterlərin uyuşması isə ailənin üstünlüyünə çevriləcək.

Gülərüzlülük


çətinliklərin və gündəlik qayğıların həyatınızı tutqunlaşdırmasına yol verməyin. Həmişə sizi incidən və qəzəbləndirən şeylər tapılacaq. Bizim həyatımız qurduğumuz kimidir və nəyə can atırıqsa, onu əldə edirik. Əgər biz həyatda yalnız kədər və həyəcan görürüksə, əgər kiçicik problemləri şişirtməyə meylliyiksə, onda çoxlu sayda problemlərlə üzləşəcək və durmadan onlar haqqında fikirləşəcək və danışacağıq. Qəlbə əziyyət verən və xoşagəlməz şeylər haqqında uzun-uzadı fikirləşməyə dəyməz. Emosional əzginlik sağlamlığa böyük ziyan vurur. Kədər və qorxu şəri aradan qaldırmağa kömək edə bilməzlər. Lakin həyatın işıqlı tərəfinə daha çox diqqət yetirmiş olsaq, bizi gülərüz və xoşbəxt edən şeyləri kifayət qədər əldə etmiş olarıq. "Ürək sevinci cana ən yaxşı məlhəm olar, könlün sınması sümükləri qurudar" (Məs. 17:22).
Hər bir kəs bədbəxtliklə üzləşə bilər, bu, insan taleyi üçün qaçılmazdır. Günün olduqca kədərli, tutqun olmasına baxmayaraq, qoy sizin ürəyiniz səbir, minnətdarlıq və məhəbbət nuruna boyansın.
Əgər kiməsə təbəssüm bəxş ediriksə, bu təbəssüm özümüzə qayıdacaq; əgər insanlara xeyirxah, xoş kəlmələr söyləyiriksə, bizə də bu cür kəlmələr söyləniləcək.
Hərdən insanlar belə hesab edirlər ki, gülərüzlülüklə məsihçi ləyaqəti bir araya sığan deyillər, lakin bu, səhv fikirdir. Səma sevinc məskənidir. Əgər bizim ürəklərimiz səma sevinci ilə dolur və bu sevinc sözlərimizdə və əməllərimizdə izhar olunursa, bu, bizi qəmli və ümidsiz görməyi sevməyən Səmavi Atamıza da xoş gəlir.
Ey valideynlər, gülümsəyin; ey müəllimlər, gülümsəyin. Əgər ürəyinizdə kədərlisinizsə, büruzə verməməyə çalışın. Qoy məhəbbətli, minnətdar ürəkdən süzülən nur simanızda şəfəq saçsın.
Vacib saydığınız şeylərin tələbindən azad olun, uşaqlarınızın ehtiyaclarını görməyə çalışın və onların məhəbbətini qazanın. Əgər həqiqət toxumlarını onların ürəklərində əkmək istəyirsinizsə, onların rəğbətini qazanmalısınız.
Gülərüz olun və heç vaxt kobudluğa və nəzakətsizliyə yol verməyin. Əgər nə isə sizi qıcıqlandırırsa, bu, özünüzdən çıxma üçün sizə bəraət qazandırmır. Əgər valideynlər uşaqlarında xoş davranış inkişaf etdirmək istəyirlərsə, heç vaxt onlarla kobud danışmalı deyillər. Simanızdakı xoş ifadəni saxlamağı öyrənin və səsinizin mümkün qədər mülayim olmasına çalışın. Allahın mələkləri həmişə uşaqlarınızın yanında olurlar və sizin sərt, yüksək və əsəbi səs tonunuz onlara xoş gəlmir.
Hər şeyə sevinclə yanaşın, qəlbinizi bürüyən zülmət torlarını cırıb atmağa çalışın. İnsanlara rəğbətlə yanaşın. Qoy sizin eviniz həyat eşqi, xeyirxahlıq və məhəbbətlə dolu olsun.

35. Nitq
Nitq bizə etibar olunmuş qabiliyyətdir, ondan yaxınlarımıza kömək etmək, təsəlli vermək və ruhlandırmaq üçün istifadə etmək lazımdır. Mələklər evdə səslənən hər bir sözü eşidirlər. Ona görə də heç vaxt deyinməyin.


Həqiqi rəğbət və məhəbbət izhar edərək xeyirxah kəlmələr söyləyin; lakin eyni zamanda öz prinsiplərinizdə möhkəm və sarsılmaz olun. Əgər uşaqlarınızla sərt davransanız, onları sevmədiyinizi düşünə bilərlər. Ədalət və mərhəmət yanaşı mövcud olmalıdırlar və heç bir tərəddüdə və ya qeyri-iradi hərəkətlərə yol verilməməlidir.
Nitq hər şeydən əvvəl təmiz, xeyirxah və düzgün olmalıdır. Bu cür dili öyrənmək üçün ən yaxşı məktəb - ailədir.
Xoş kəlmələr - qəlb üçün şeh və sakit yağış kimidir. Müqəddəs Yazıda deyilir ki, Məsihin dodağından yalnız lütf kəlmələri səslənirdi, O, kədərli insana lazımi sözü vaxtında deməyi bacarırdı. Rəbb bizi də dəvət edir: "Qoy sözünüz həmişə nəvazişli olsun" (Kol. 4:6). Sərt və qəzəbli kəlmələr Allahın gözündə küfrün bir forması kimi qəbul edilir. Allah deyir: "Ölüm və həyat dilin əlinə düşər" (Məs. 18:21).
Ailə üzvlərinə nitq mədəniyyəti və natiqliyi öyrətmək vacibdir. Valideynlər uşaqlarına elə aydın danışıq tərzini öyrətməlidirlər ki, qulaq asan hər kəs onların dedikləri hər bir sözü başa düşə bilsinlər. Nitqin təmizliyini qoruyun. Kobud və amiranə deyil, mülayim və inandırıcı səs tonunu inkişaf etdirin. Uşaqlarınızda düzgün nitq qabiliyyəti tərbiyə edin ki, sınaqlarla üzləşən zaman, onların ağzından qeyri-ixtiyari sərt kəlmələr çıxmasın.
Kobud, əsəbi, deyingən kəlmələrin eşidildiyi evdə uşaqlar tez-tez ağlayır və bədbəxtlik və ixtilaflar onların zərif psixikasında öz izini buraxır. Daha çox gülümsəməyə çalışın və uşaqların ağılları və ürəkləri sizin özünüzün ifadəsini güzgü kimi əks etdirəcəklər.
Ailənizdə mübahisə və münaqişələrə yol verməyin. Yumşaq tonda danışın. Heç vaxt səsinizi yüksəltməyin və kobud danışmayın. Sakitliyinizi qoruyun və tənələrdən uzaq olun. Biz özümüzü cilovlamalı və nitqimizi idarə etməliyik.
Sərt danışmaq vərdişi özündən ədavət hissi baş qaldırır və xoşbəxtlik ailəni tərk edir. Bu cür səs tonu ilə danışan şəxs ailə üzvlərinin hörmətini itirir. Lakin o, öz hisslərini cilovlamağı bacarsaydı, hamının etibar və rəğbətini qazana bilərdi.
Bir şəxsin əsəbi səs tonu ilə danışması qarşıdakı şəxsi də bu cür tonda cavab verməyə məcbur edir. Kobud və qəlbə toxunan kəlmələr həyatı dəhşətə çevirir, çünki bu acı kəlmələr təkrar-təkrar yada düşərək, qəlbi zəhərləyir.
öz əməllərinizdə, düşüncələrinizdə və sözlərinizdə kobudluğa yol verməyin. Kobud ifadələr, nalayiq zarafatlar və nəzakətsizlik sizin ikinci təbiətinizə çevriləcək. Ailə o qədər müqəddəsdir ki, onu qarşılıqlı mühakimələr və münaqişələrlə murdarlamaq olmaz. Evdə tənqid və irad ruhu mövcud olmalı deyil. Bir-birinizin çatışmayan cəhətlərini axtarmaqdan və düşüncəsiz, sərt danışıqdan əl çəkin.
Evdə mənasız, axmaq söhbətlərə yol verməyin. Hətta ən azyaşlı uşaqlar da "ağıllı fikir"dən faydalanırlar. Bütün ailə üzvlərinin istifadə etdikləri ədalətli, səmimi, düzgün və ciddi sözlərin bəhrəsi saleh əməllər olduğu halda, ata-ananın bir-birlərinə söylədikləri boş, axmaq kəlmələr uşaqların da bu cür danışıq tərzini mənimsəməsinə gətirib çıxarır.
Əgər hər bir insan öz evində mehriban danışmağı vəd etsəydi və məhəbbət qanununa onun nitqini idarə etməyə icazə versəydi, çox yaxşı olardı. Ey valideynlər, məzəmmət üçün tələsməyin! Əgər uşaqlarınız səhvə yol verirlərsə, düzəltməyə çalışın, lakin qoy sizin ağzınızdan çıxan hər bir kəlmə məhəbbət və nəvazişlə dolu olsun. Hər dəfə deyingənliyə aludə olan zaman, övladlarınıza səbir və təmkin dərsi vermək üçün əlinizdə olan gözəl imkanı itirmiş olursunuz. Qoy hər dəfə övladlarınızın səhvlərini düzəldəndə ürəkləriniz məhəbbətlə idarə olunsun.
Unutmayın ki, siz özünüz də kövrək qəlbə maliksiniz və nədəsə təqsirləndirilməkdən xoşunuz gəlmir; bir az düşünsəniz görəcəksiniz ki, uşaqlarınız da sizə oxşayırlar. Əgər siz məzəmmət və təqsirləndirmələrə dözə bilmirsinizsə, onda sizdən daha zəif olan və həddindən çox acı çəkmək iqtidarında olmayan uşaqlarınız da bundan xoşlanmırlar.

Öz nikahınızın potensialını qiymətləndirin


Aşağıda verilmiş hər bir fikri 0-dan 10-a qədər rəqəmlərlə qiymətləndirin. Sizin cavablarınız hisslərinizə uyğun gəlməlidir.
1. Məqsəd və dəyərlərimizin üst-üstə düşməsi (arzular, planlar, mənəvi və əxlaqi dəyərlər və s.).

2. Şəxsi səviyyəmizi və ailəmizin səviyyəsini saxlamaq bacarığımız.

3. Səmərəli ünsiyyət yaratmaq bacarığımız.

4. Baş qaldırmış problemlərin həllinə yaradıcı və müsbət yanaşmaq bacarığımız.

5. Bir-birimizə hörmət və bağlılığımızı ifadə etmək bacarığımız.

6. Vəzifələri bölüşdürmək bacarığımız.

7. Əməkdaşlıq ruhumuz.

8. Ailənin maliyyə işlərini idarə etmək bacarığımız.

9. Uşaqlarımıza tərbiyə və təhsil vermək bacarığımız.

10. Birlikdə qərar qəbul etmək bacarığımız.


Cavablarınızı bir-birinizlə bölüşün, analiz edin və hər iki tərəfin fikrini müzakirə edərək, razılığa gəlməyə çalışın. Sent Ekzüperinin sözlərini yadınıza salın: "Sevmək - bir-birinə baxmaq deyil, birlikdə eyni istiqamətdə baxmaqdır".

36. Sosial tələbatlar


hər bir insan özünə dost tapır. Dostların bir-birinə göstərdiyi təsir xeyir və ya şər onların dostluğunun gücündən asılıdır. Hər bir insanın öz ünsiyyət dairəsi vardır ki, burada o, bir tərəfdən başqalarına təsir göstərir, digər tərəfdən isə özü təsir altına düşür.
Allah Kəlamında ünsiyyətin insanlara göstərdiyi təsir xüsusi vurğulanır. Uşaq və gənclərin təfəkkür və xarakterlərinin formalaşmasında ünsiyyətin rolu çox böyükdür. Ünsiyyət etdikləri insan dəstələri, mənimsədikləri prinsiplər, qazandıqları vərdişlər onların bu həyatda nə dərəcədə faydalı olacaqlarını həll edir və gələcək talelərini müəyyən edir.
Gənclər dərhal özlərinə yoldaş tapırlar və qaçılmaz şəkildə onların təsiri altına düşürlər. Qəlbləri birləşdirən gizli əlaqə mövcuddur. Birinin ürəyi digərinin çağırışına səs verir. Biri digərinin ideyalarını, fikirlərini və ruhunu mənimsəyir. Bu cür ünsiyyət ya xeyir-duaya, ya da lənətə çevrilə bilər.
Doğru deyiblər: "Dostunu mənə göstər, sənin kim olduğunu deyim". Yoldaşların seçilməsinin xarakter və nüfuza göstərdiyi böyük təsiri gənclər başa düşmürlər. Hər kəs zövqləri, vərdişləri və meylləri ilə onunkuyla üst-üstə düşən adamlarla ünsiyyət etməyə can atır.
Əgər gəncləri əxlaqi cəhətdən təmiz, qayğıkeş, xeyirxah insanlarla ünsiyyət etməyə yönəltsəydilər, onlara göstərilən təsir çox yaxşı nəticə verərdi. Digər tərəfdən, əxlaqi cəhətdən şübhəli görünən kəslərlə ünsiyyət edənlər özləri də tezliklə bu yola düşəcəklər. Skeptiklərlə ünsiyyət edən kəs özü də tezliklə skeptik olacaq; rəzil adamlarla oturub-durmağa üstünlük verən isə heç şübhəsiz alçaq bir insana çevriləcək.
İlk vaxtlar gəncin prinsipləri ünsiyyət can atdığı insanların prinsiplərindən tamamilə fərqli ola bilər; lakin bu insanlarla yaxınlaşdıqca onun fikir və duyğuları dəyişməyə başlayır. O, öz əqidəsini qurban verir və dərk etmədən, lakin labüd şəkildə yoldaşlarının səviyyəsinə enir. Su axını axdığı yerin torpağını yuyub apardığı kimi, gənclərin düşdükləri dairələr də onların prinsip və vərdişlərinə təsirini buraxmadan yan keçmir.

Təhlükəsiz ünsiyyət


Girdiyimiz qarşılıqlı münasibətlər nə qədər məhdud olmağından asılı olmayaraq, bizə müəyyən təsir göstərir. Ünsiyyət etdiyimiz kəslərlə yaxınlığımızın dərəcəsi, ünsiyyətimizin daimiliyi və onlara olan məhəbbət və hörmətimiz bu təsirin gücünü təyin edir.
Yaşlı nəsilə nisbətən gənclər təsir altına daha tez düşürlər. Hər şey - baxdıqları üzlər, eşitdikləri səslər, getdikləri yerlər, ünsiyyət etdikləri insan dəstələri və oxuduqları kitablar onlarda təəssürat yaradır. Bizim üçün, xüsusilə də övladlarımız üçün lazımi ünsiyyət dairəsinin seçilməsinin vacibliyini başqa cür qiymətləndirmək olmaz, çünki bizim bu dünyadakı və gələcək həyatdakı taleyimiz bu seçimdən asılıdır.

Valideynlərin məsləhətləri


Gənc oğlan və qızlar təbiətən düşüncəsiz hərəkət etməyə meyllidirlər. Odur ki, erkən yaşlarında, hələ xarakterləri formalaşmazdan və həddi-bolluğa çatmazdan qabaq, əksər hallarda onlara mənfi təsir göstərən insanlarla ünsiyyətə üstünlük verirlər. Bununla bağlı mən valideynləri xəbərdar etmək istərdim ki, dost seçimində uşaqlarının arzularına güzəştə getməsinlər.
Uşaqlarınızı bu şəkildə qoruyun. Heç vaxt sizin xəbəriniz və razılığınız olmadan istədikləri vaxt getmələrinə və istədikləri vaxt gəlmələrinə icazə verməyin. İndiki dövrümüzdə uşaqlara məhdudiyyətsiz azadlığın verilməsi, bir çoxlarının məhvə sürüklənməsinə səbəb olur. Uşaqların axşamlar küçədə çox qalmalarına icazə verirlər, hətta bəzən valideynlər onların kiminlə dostluq etdiklərilə maraqlanmağı lazım bilmirlər. Əksər hallarda uşaqlar yalnız onları yoldan çıxartmaqla məşğul olan adamları özlərinə dost seçirlər.
Əgər oğul və ya qız evdə gecələməyibsə, ondan hökmən izahat tələb etmək lazımdır. Valideynlər uşaqlarının hansı dairələrdə vaxt keçirdiklərini və hansı evdə gecələdiklərini bilməlidirlər.
Ata-analar çox tez-tez uşaqlarının özlərinə əyləncə, dost və məşğuliyyət tapmalarına yol verirlər. Bu da gözləməli olduğumuz nəticələri verir. Tarlanı becərməmiş saxlayın, orada tikanlar bitəcək. İyrənc alaq otlarının arasında gözəl çiçəklər görə bilməyəcəksiniz. Yararsız alaq otu heç bir qayğı olmadan qol-budaq atıb böyüyür, lakin qiymətli, faydalı və gözəl bitkinin böyüməsi üçün ciddi qulluq lazımdır. Gənclərlə də bu cürdür. Onlarda faydalı meyllər oyatmaq və ürəklərində ədalət prinsiplərini möhkəmləndirmək üçün ciddi iş aparmaq vacibdir. Pis vərdişləri aradan qaldırmaq üçün səy və inad gərəkdir.
Məhdudiyyətlər möhkəm olmalı, lakin xeyirxah məqsədə qulluq etməlidir. Valideynlər uşaqlarının zərərli meyllərinə güzəştə getməli deyillər, əksinə, məhəbbət və nəvazişlə onları bu yoldan çəkindirməlidirlər. Uşaqların öz arzularının axını ilə üzməsinə və uçuruma doğru getməsinə yol vermək olmaz. Bunu dərk etməyən və hər cür xəbərdarlıq və məsləhətləri rədd edən adamı gözləyən təhlükə başqa heç bir kəsi gözləmir.
Uşaqları elə öyrətmək və tərbiyə etmək lazımdır ki, özlərini ələ almağa və çətinliklərə sinə gərməyə hazır olsunlar. Əgər onlar bilə-bilə özlərini təhlükəyə məruz qoymasalar, onda təsadüfən pis adamların arasına düşəndə kifayət qədər güclü xarakterə malik olaraq, öz prinsiplərinə sədaqəti saxlaya biləcəklər.

Qonaqpərvərlik


Müqəddəs Kitab qonaqpərvər olmağı zəruri şəkildə məsləhət görür. "Qonaqpərvər olmağı unutmayın. çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər" (İbr. 13:2).
Bəziləri səhhətlərini bəhanə gətirirlər. Əgər ayaq üstündə durmağa gücləri çatsaydı, çox böyük sevinclə qonaq qəbul edərdilər. Səhhəti zəif olanlar üçün əlac var: "öz çörəyini ac olanla bölüş, yurdsuz səfilləri öz evinə gətir; çılpaq görəndə üstünü ört, öz ətindən olandan qaçıb gizlənmə. O zaman işığın dan yeri kimi açılar və yaraların tez sağalar" (Yeş. 58:7, 8). Xeyirxah əməllər xəstəlik üçün ən yaxşı dərmandır.
özünə qapılan, qonaq qəbul etməyi xoşlamayan kəs bir çox xeyir-dualardan məhrum olur. Qonaqpərvərlik ruhu ölən zaman ürək eqoizm xəstəliyinə tutulur.

37. Istirahət vacibdir


Yüklə 473,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə