Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────────
8
Xocalı soyqırımının səbəbləri
XX yüzildə Azərbaycan türklərinin tarixində xeyli sevincli, Ģərəfli günlər olmuĢdur. Belə qürur doğuran
günlərə, illərə misal olaraq Yaxın və Orta ġərqdə müsəlman və türk dünyasında ilk dəfə xalqımız tərəfindən
yaradılmıĢ Azərbaycan Cümhuriyyətinin mövcud olduğu (1918-1920), Sovet iĢğal rejimindən qurtardığı (1991)
və s. kimi illəri göstərmək olar. Tariximizdəki belə sevincli günlər təsadüfən olmayıb, kimsənin hədiyyəsi
deyildi. O, illərlə aparılan əzablı, çətin milli mübarizənin nəticəsində yaranmıĢdı. XX yüzildə milli haqları
uğrunda mübarizə aparan xalqımız sevincli günlərlə bərabər bir çox faciələrlə də üzləĢmiĢdir. Xalqımızın
qarĢılaĢdığı belə faciələrdən biri də 1992-ci ilin fevralında baĢ vermiĢ Xocalı qırğınıdır. «Xocalı faciəsi təsadüfi
hadisə deyildi. DəhĢətli Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq,
onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barıĢmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər
düĢmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə
daha da mətnləĢdi, qəhrəmanlıq və dəyanət nümayiĢ etdirdi» (2).
XX yüzildə ermənilərin Osmanlı Ġmperatorluğuna və Azərbaycan türklərinə məxsus olan torpaqlara qarĢı
ərazi iddiaları irəli sürməsi qanlı toqquĢmalara səbəb olmuĢdur. Bu torpaqların onlara məxsusluğunu iddia edən
ermənilər əslində "Dənizdən-dənizə Ermənistan" planını həyata keçirmək istəyirdilər. Bu amili nəzərdə tutan
Ö.F.Nemanzadə hələ 1905-ci ildə "ĠrĢad" qəzetində yazırdı: "Ermənilər öz planlarını həyata keçirmək üçün bizi
Ġrəvandan, Qarabağdan və Qarsdan qovmağa çalıĢacaqlar. Biz bilməliyik ki, ermənilər bu yolda hər bir alçaqlığa
əl ata bilərlər. Onlar qəsdən müsəlmanları öz üzərlərinə qaldıracaq, onların hücumuna və özlərinin bir qədər
artıq itkisinə Ģərait yaradacaq və beləliklə bütün Avropanın diqqətini əzabkeĢ bir xalq olmalarına cəlb edəcəklər.
Onlar öz cinayətləri üçün tədricən planlar hazırlayır və onları həyata keçirməyə yollar axtarırlar".
Ermənilərin bu metodu tarix boyu onların bütün torpaq iddialarında mühüm rol oynamıĢdır və indi də
oynayır.
Məlumdur ki, ermənilər yaĢadıqları ölkələrdə həmiĢə türklərin onlara qarĢı soyqırım apardığı iddiası ilə
hay-küy salmıĢ, təbliğat Ģousu düzənləmiĢlər. Bu iddia tarixi həqiqətdən uzaqdır. Əksinə, ermənilər özləri XX
yüzildə türk xalqlarına, o sıradan Azərbaycan türklərinə qarĢı insanı dəhĢətə gətirən qətliamlar törətmiĢlər.
Ancaq biz taleyimizdəki bu kədərli və faciəli günlər haqqında dünya ictimaiyyətinə vaxtında xəbər
çatdırmamıĢıq, bunu özümüzə, qürurumuza sığıĢdırmamıĢıq. Bu əslində mənəviyyatımız, əxlaqımız və
aldığımız tərbiyədən irəli gəlmiĢdir. Xarakterimizdəki bu cəhəti hələ 1991-ci ildə Ə.TopçubaĢov Parisdə, Versal
sülh konfransına təqdim etdiyi memorandumda çox doğru göstərmiĢdir: "Azərbaycanlıların səciyyəvi
xüsusiyyəti bu millətin hədsiz təvazökarlığıdır ki, bu da onların özlərini reklama doğru atıla biləcək hər bir
addımının qarĢısını alır. Azərbaycanlılar özlərini gözə soxmağa, baĢqalarına nisbətən onların payına daha çox
düĢən dərd və fəlakətləri uca səslə elan etməyə, hamıya çatdırmağa öyrənməmiĢlər. Bütün bu dərd və fəlakətləri
onlar səslərini çıxarmadan, mətbuat vasitəsilə dünyaya car çəkmədən, millətlərə və dövlətlərə ağlayıb-
sıtqamadan öz içlərində çəkirlər.
Bu vəziyyət bir neçə cəhətdən qüsur sayılmalıdır. Məhz azərbaycanlıların xarakterindəki bu cəhət onların
bir sıra fəlakətlərinin mənbəyinə çevrilmiĢ, bu xalqa öz milli varlığını bütün dolğunluğu ilə göstərməyə mane
olmuĢdur. Azərbaycanlılar haqqında Avropanın və Amerikanın bir sıra mətbuat orqanlarında yalan məlumatlar
yayılmasına da bu Ģərait əsas vermiĢdir".
XX yüzilliyin 80-ci illərinin sonunda dünyada və o cümlədən SSRĠ-də baĢ verən iqtisadi-siyasi proseslər
nəticəsində sosializm sistemi iflasa uğradı. SSRĠ dünyada oynadığı hegemon rolunu itirməyə baĢladı. Belə bir
vaxtda digər amillərlə yanaĢı, Sovet Ġmperiyasına qarĢı ərazisi ruslar tərəfindən iĢğal edilərək zorla bu dövlətə
birləĢdirilən xalqlar tərəfindən baĢladılan milli azadlıq hərəkatı Sovetlər Birliyinin çöküĢünü sürətləndirdi və o
sonda öz siyasi nəticəsini verdi. Xalqımızın illərlə uğrunda mübarizə apardığı müstəqillik arzusu gerçəkliyə
çevrildi. Lakin, SSRĠ süqut etdikdən sonra müstəqil milli dövlət quruculuğu dövrünə qədəm qoyan
Azərbaycanın vəziyyəti, həm götürdüyü xarici siyasi kurs, həm də 1988-ci ildən başlayan erməni təcavüzü
nəticəsində xeyli ağırlaĢdı.
Qeyd edək ki, milli azadlıq hərəkatının gücləndiyi ərəfədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində
Moskvanın və erməni lobbisinin təhriki ilə ərazimizin bir hissəsinin qoparılması istiqamətində fəaliyyət planı iĢə
düĢdü.
MünaqiĢənin ilkin vaxtlarında Moskva DQMV-nin nə Ermənistana birləĢdirilməsinə, nə də Azərbaycanın
tərkibində qalmasına aid qəti bir söz söyləmirdi. Bunu o dövrdə Sov.ĠKP MK-nın Dağlıq Qarabağ haqqındakı
qərarlarında, Sov.ĠKP MK-nın BaĢ Katibi M. Qorbaçovun 1988-ci il 26 fevral çıxıĢında da görürük. Ġlkin
baxıĢda belə təəssürat yaranır ki, BaĢ Katibin SSRĠ-nin milli-ərazi quruculuğu prinsipləri haqqında kifayət qədər
aydın mövqeyi, məlumatı yoxdur. Ancaq hadisələrin sonrakı gediĢi və təhlili göstərir ki, M. Qorbaçov
düĢünülmüĢ, dəqiq plan əsasında fəaliyyət göstərmiĢdi.
Dostları ilə paylaş: |