Xix əsr azərbaycan şERİ antologiyasi



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
səhifə8/124
tarix18.06.2018
ölçüsü3,81 Mb.
#49521
1   ...   4   5   6   7   8   9   10   11   ...   124

____________________Milli Kitabxana______________________

 

 



Maarifpərvər Ģair baĢqa bir Ģerində birlik, ittifaq ideyasını irəli sürərək

fərdiyyətçiliyin əleyhinə çıxır, gəncləri birliyə, ittifaqa çağırırdı:

 

 

Ġttifaq eyləyəndə beĢ barmaq, 



Xeyli asand ı bir iĢi tutmaq. 

Yoxdur, ey sərvarim, tək əldə 

səda, Ġttifaq ilədir sünırü səfa.

 

 



Epik Ģerin baĢqa  mövzuları  kimi əxlaqi-didaktik əsərlər də dərin humanizm 

problemləri  qaldırır,  cəmiyyət  üzvlərinin,  bütövlükd  ə  xalqın  mənəvi  azadlığı, 

əxlaqi saflığı və təmizliyi prinsiplərini müdafiə edirdi.

 

 



XIX  əsr  ədəbiyyatında  epik  Ģerin  ən  gözəl  nümunələri  Q.Zakir  və  Seyid 

Əzimin, M.ġ.Vazeh və A.Bakıxanovun, M.T.Sidqi və Xan Qaradağının mənzum 

hekayələri,  öyüd  və  təmsilləri,  M.M.ġükuhinin  "Münazireyi-Əqlü  EĢq", 

"Bəzzazların 

öyünməsi", 

M.B.Xakalinin 

"Sələbiyyə", 

məsnəviləri, 

M.T.Qumrinin  "Kənzül  məsaib"  kitabıdır.  Həcmindən  asılı  olmayaraq,  bu 

əsərlərin  hər  birind  ə  canlı  bədii  surətlər,  yaddaqalan  əhvalatlar  görmək 

mümkündür.  Hadisə  zənginliyi,  fəaliyyətin  geniĢ  planda  verilməsi  də  adları 

çəkilən əsərlərin epik səciyyəsini qüvvətləndirən məziyyətlərdir.

 

 

***



 

 

XIX  əsr  Azərbaycan  poeziyasının  əsas  qol  larından biri də  realist  satiradır.  Ölkənin 



sosial-iqtisadi  həyatında  ictimai  və  milli  zülmə,  müstəmləkəçilik  siyasətinə  qarĢı  etiraz, 

mövcud  vəziyyətdən  narazılıq  əhvali-ruhiyy  əsinin  qüvvə  tlənməsi  və  xalq  azadlıq 

hərəkatı  nın  geniĢlənməsi  -  bədii  ədəbiyyatda  kəskin,  açıq  tənqidi  pafosun  meydana 

gəlməsi ilə nəticələnir; əsrlər boyu gah dəhĢətli faciələrlə ağlayan, gah da azadlıq həsrəti 

ilə  alıĢıb  yanan,  gözəllik  və  məhəbbəti  tərənnum  edən,  qəhrəmanlara  və  hökmdarlara 

mədhiyyə oxuyan, təbiətə, bahara, gülə və bülbülə nəğmələr qoĢan bəĢəriyyət indi bədii 

təffəkküründə  tənqidə  geniĢ  yer  verir,  "həyat  haqqında  amansızcası  na  açıq  danıĢan 

əsərlər  yazırdılar

1

.  ġeirdə  demokratizmin  həyatiliyin,  sosial  məzmunun  güclənməsi, 



obrazlar  sistemində  təbiillyin  artması,  mövcud  cəmiyyətə,  ictimai  quruluĢa  maarifçi 

baxıĢın  dərinləĢməsi,  ən  baĢlıcası  isə  əsrin  ortalarında  dünya  tarixinin  "tam  mənada 

komizm  mərhələsinə  qədəm  qoyması"  və  "getdikcə  daha  art  ıq  istehza  doğurması" 

poeziyada satira va realizmin yaranması üçün obyektiv Ģərait, zəmin idi.

 

 

Tarixi Ģərait, ictimai mühitdə gördükləri mə nəvi-əxlaqi eybəcərlik saf bəĢəri duyğular 



haqqında nəğmələr qoĢun Azərbaycan Ģairlərini məhəbbət və

 

 



 

 

 



1

 Əziz Mirəhmədov. Yazıçılar, talelər, əsərlər. Bakı, 1978, s.99.

 

 

19



 


____________________Milli Kitabxana______________________

 

 



gözəlliyin  tərənnümün  ə  dair  odlu  lirika  ilə  kifayətlənməyə  qoymur,  onları 

kəskin  tənqidi-satirik  əsərlər  yazmağa  təhrik  edirdi,  B.ġ  akir,  Q.Zakir,  A.Canı 

oğlu,  M.Miskin,  M.Nadim  kimi  sənətkarlar  ın  yaradıcılığı  Azərbaycan  Ģerində 

yeni  bir  ədəbi  cərəyan  ın  meydana  gəlməsini  göstərirdi.  Bu  cərayanın  tənqid 

obyekti, Ģairləri narazı salan məsələlə r çox idi. Lakin onlar əməkçi xalqın həyatı, 

ağır  güzəranı  ilə  hər  Ģeydən  artıq  maraqlanırdılar.  Yoxsul  kəndlinin,  rəiyyətin 

çətin  dolan  ıĢığı,  rəncbərin  insan  yerin  ə  qoyulmaması,  bir  tikə  çörəkdən  ötrü 

bütün  günü  bəylərin  qapısında  xidmət  edəıı  kəndlinin  dözülməz  vəziyyəti 

Nadimin Ģeirlərində dərin hüznlə, kədər hissi ilə, onları incid ən bəylər və ağalar 

isə  hədsiz  qəzəblə  təsvir  olunurdu  ("Misir  nəvəsi  imamverdi",  "Murad  xan", 

"Kərbəlayı" və s. Ģeirlər).

 

 



Kəndlilərin  vəhĢicəsinə  istismar  olunduqlarını  biçinçilərin  haqqını  k  əsən, 

camaatı  susuz  qoyan  mülkədarların  yırtıcı təbiətini realist  boyalarla  təsvir edən 

Nadim "Mahmud" satirasında təhkimçi-feodal quruluĢunun zulm və zorakılığını, 

rəncbərlərin  kotana  qoĢulduqlarını  ürək  ağrısı  ilə,  kəskin  daxili  etiraz  ruhunda 

gostərirdi:

 

 



Mahmud! Əya rəncbərara mərdi-yeganə,

 

 



Nahaq yerə rəncidə olub gəlmə fəğanə,

 

 



Xaliq sizi rəncbər yaradıbdır bəyə, xanə.

 

Hərçənd gərəkdir qoĢalar at bu kotanə,



 

At olmasa, heç incimə, insan da qoĢarlar.

 

 

Hakim  sinifləri  tənqid,  çarizmin  qanun-qaydalarına,  yerli  feodalların 



özbaĢınalığına  etiraz,  habelə  ayrı-ayrı  yaramaz  sosial  tipləri  ifĢa  satirik  Ģerin 

baĢlıca motivləri idi.

 

 

Doğrudur,  satiriklərin  yaradıcılığında  cəmiyyətin  siyasi-iqtisadi  əsaslarına 



toxunulmur,  eybəcərliklərin  əsas  kökləri  göstərilmirdi;  bununla  belə  onlar 

mənfiliklərin  bilavasitə  "sahibi-ixtiyarla"  əlaqədar  oldu  ğunu,  cəmiyyətin  xəstə 

hal  aldığını  bildirirdilər.  Məsələn,  Baba  boy  ġakir  murovların  oğrularla, 

yolkəsənlərlə  dilbir olub, onlardan rüĢvət  almalarını,  qubernator və  sərdarın isə 

bu iĢə göz yummalarını çəkinmədən, cəsarətlə deyirdi:

 

 



Bu nə qubernator, bu necə sərdar?!

 

 



Dağılıb vilayət, oldu tarımar;

 

Cəldlanibdi rüĢvəto murovlar,



 

 

Xəlqin iĢi ahü əfğanə dönüb.



 

 

BaĢqa  bir  Ģerində  ġakir  fitnəkar,  "bodzat"  bəylərin  komendant  və  caniĢinə  rüĢvət 



verməklə vəzifəyə keçib, əhaliya divan tutduqlarını təsvir etmiĢdi.

 

 



Realist  satiranın  inkiĢafında  Zakirin  rolu  və  movqeyi  xüsusi  diqqətə  layiqdir.  Bəy 

zümrəsindən olmasına baxmayaraq, yerli hakimlərin fitnə-fəsadı və

 

 

20



 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə