Xəbər bülleteni №30



Yüklə 448,43 Kb.
səhifə3/7
tarix20.10.2017
ölçüsü448,43 Kb.
#5560
1   2   3   4   5   6   7

Gərgin keçən iclasda ziddiyyətlər özünü hasilatın hansı səviyyədə saxlanmasına dair aparılan müzakirələrdə də göstərib. Hasilatın yanvar, mart, hətta 3 aylıq göstəricilərə uyğun səviyyədə dondurulması təklifləri səsləndirilib. Lakin ümumi razılaşma əldə edilmədiyindən növbəti görüşün iyunda keçirilməsi qərara alınıb.

Natiq Əliyev hesab edir ki, gündəlik hasilatı 97 milyon barrel olan, dünya hasilatının üçdə birinə nəzarət edən OPEK neftin qiymətinin tənzimlənməsində həlledici mövqe nümayiş etdirməklə digər neft hasilatçılarının, o cümlədən Azərbaycanın da maraqlarına cavab verən qərarın qəbuluna nail ola bilərdi: “Belə bir addımın atılmaması göstərir ki, OPEK buna hazır deyil. Burada da məhz geosiyasi faktorların rolu danılmazdır”.

Energetika naziri güman edir ki, real imkanları olan ölkələr neft hasilatını artıracaq: “Bu ölkələr ən böyük neft hasilatçıları olan Səudiyyə Ərəbistanı, İran və Liviyadır. Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 12,5 milyon barrelə, İran isə embarqodan əvvəlki səviyyəyə, 4 milyon barrelədək artırmaq niyyətlərini bəyan edir. Göründüyü kimi, neftin qiymətinə təsir etmək gücündə olan ölkələr arasındakı fikir ayrılıqları neft hasilatında azalmanı təmin edəcək hər hansı uzlaşmanı qeyri-mümkün edir”.



Turistlər ən çox hara gedir?

22.04.2016



turizmBMT-nin Ümumdünya Turizm Təşkilatı 2015-ci ildə ən çox turist qəbul etmiş ölkələrin reytinqini açıqlayıb.

Novator.az xəbər verir ki, reytinq cədvəlində ilk üçlükdə Fransa (86,3 milyon turist qəbul edib), ABŞ (77,9 milyon turist), İspaniya (68,1 milyon turist) qərarlaşıb.

İlk onluqda sonrakı yerlərdə Çin (56,9 milyon turist), İtaliya (50,8 milyon), Türkiyə (39,3 milyon), Almaniya (35 milyon), Böyük Britaniya (33,9 milyon), Meksika (32,4 milyon) və Rusiya (31,6 milyon) gəlir.

Məhkəmə qərarı başqa vaxta qaldı

22.04.2016

sheki mehkeme (1)
Aprelin 22-si Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun işləri üzrə proses keçirilib. APA-nın məlumatına görə, prosesdə vəkillər İlqar Məmmədov və Tofiq Yaqublu barəsində bəraət hökmü çıxarılmasını təklif ediblər. Dövlət ittihamçısı isə çıxışında birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanması təklifini verib.

İlqar Məmmədov çıxışında 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə keçiriləcək təkrar seçkidə namizədliyini irəli sürmək istədiyini, lakin saxlandığı cəzaçəkmə müəssisəsində bununla bağlı sənədlərin qəbul olunmadığını deyib. O həmçinin məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Prosesdə İsmayıllı hadisələri ilə bağlı videomateriallar nümayiş olunub. Tofiq Yaqublu çıxışında deyib ki, kadrlarda onların həmin proseslərdə iştirak etmədikləri görünür. O, məhkəmədən bəraət hökmü istəyib.

Prosesin qeyri-müəyyən vaxtadək təxirə salınması barədə qərar qəbul olunub.

İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulublar, müvafiq olaraq 7 il və 5 il azadlıqdan məhrumetmə cəzası alıblar. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

2016-cı il martın 17-də Tofiq Yaqublu prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub.

2015-ci il oktyabrın 13-də Ali Məhkəmə İlqar Məmmədov və Tofiq Yaqublunun şikayətlərinə baxıb. Prosesdə çıxış edən dövlət ittihamçısı Rəsul Abbasov deyib ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə müdafiəçilərin bəzi vəsatətləri təmin edilməyib, bu da Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş ədalətli mühakimə hüququnun pozulması kimi qiymətləndirilə bilər. Dövlət ittihamçısı buna görə məhkəmədən müvafiq qərar çıxarılmasını xahiş edib. Hakimin qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov və Tofiq Yaqublu barəsindəki qərarı ləğv olunub, iş həmin instansiyaya qaytarılıb.

Mehman Səlimova hökm oxunub

22.04.2016



mehman selimov 1
Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun işi üzrə proses aprelin 22-də başa çatıb. APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub, Mehman Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olmuş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Mehman Səlimovun işini Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə araşdırıb.

Xarici valyutaların kursu düşüb

25.04.2016



merkezi bank
Mərkəzi Bank aprelin 25-də ingilis funt sterlinqini çıxmaqla aparıcı xarici valyutaları, o cümlədən dollar və avronu ucuzlaşdırıb. Transparency.az xəbər verir ki, 1 ABŞ dollarının kursu 1,5074 manatdan 1,5036 manata düşüb. 1 avronun rəsmi məzənnəsi isə 1,7028 manatdan 1,6902 manata enib.

Digər xarici valyutaların rəsmi kursu belə müəyyənləşib:

1 gürcü larisi – 0,6691 manat

1 ingilis funt sterlinqi – 2,1692 manat

1 İsveçrə frankı – 1,539 manat

1 Rusiya rublu – 0,0226 manat

1 türk lirəsi – 0,5275 manat.

Serbiyada növbədənkənar parlament seçkisini Avropa İttifaqı tərəfdarları uddu

25.04.2016



vuchich 1
Serbiyada aprelin 24-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb. 250 mandat uğrunda 20 siyasi qüvvənin 3270 namizədi mübarizə aparıb.

Transparency.az xəbər verir ki, seçkidə baş nazir Aleksandr Vuçiçin rəhbərlik elədiyi hakim koalisiya üstün gəlib. Avropa İttifaqı ilə sıx birlik tərəfdarı olan Serb Tərəqqi Partiyasının ətrafında yaradılan hakim koalisiya 49,3 faiz səs toplayıb.

Koalisiya ortağı olan xarici işlər naziri İvitsa Daçiçin Sosialist Partiyası 12,1 faiz səslə ikinci yeri tutur.

Serb Radikal Partiyası parlamentə 7,94, Demokrat Partiyası 6,13 faiz səs yığaraq keçiblər.

125 milyon dollar oğurluq pul ölkəyə qaytarılıb

25.04.2016



pul 1Braziliya hökuməti korrupsiyalı rəsmilər, siyasətçilər və biznesmenlərin xarici bank hesablarına ötürdüyü 125 milyon dollar pulun dövlət xəzinəsinə qaytarıldığını bəyan edib. Azadliq.org-un məlumatına görə, Ədliyyə Nazirliyi bildirib ki, bu, əvvəlki onillik ərzində ölkəyə qaytarılmış oğurluq pullardan 8 dəfə böyük məbləğdir. 2005-2014-cü illər arasında ölkədən oğurlanmış pulların yalnız 15 milyon dollarını geri qaytarmaq mümkün olub. 2015-ci ildə isə xarici bank hesablarındakı oğurluq pulun 95 milyon dolları qaytarılıb.

Rəsmilər 125 milyon dolların qaytarılmasında şübhəlilərlə sövdələşmələrin və danışıqların əsas rol oynadığını bildirir. Oğurluq pulların böyük bir qismi dövlətə məxsus “Petrobras” neft şirkətindən yayındırılaraq xarici bank hesablarına oturdulub. İfşa əməliyyatı zamanı onlarca siyasətçi və şirkət başçısı ya həbs edilib, ya da şübhəli kimi nəzarət altına alınıb. Yayındırılmış pulların bir qismindən rüşvət verilməsi və seçki kampaniyaları üçün istifadə edilirmiş.

Ölkə xəzinəsindən yayındırılmış pulların əsasən İsveçrə banklarında müxtəlif hesablara yatırıldığı bəlli olub.

Kənd təsərrüfatında istehsal ucuzlaşıb

25.04.2016

kendKənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında rəsmi məlumat açıqlanıb. Dövlət Statistika Komitəsi bildirir ki, 2016-cı ilin yanvar-mart aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 20,5 faiz düşüb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,1 faiz artıb.

Bitkiçilik məhsulları istehsalının ucuzlaşmasına əsasən ölkədə 2015-ci ildə əvvəlki ilə nisbətən buğda istehsalının 16,5 faiz artması, dünya bazarında son dövrlərdə buğdanın qiymətinin aşağı düşməsi, cari ilin yanvar ayından buğdanın idxalına və satışına əlavə dəyər vergisinin tətbiqinin dayandırılması təsir göstərib. Bir sıra tərəvəz məhsullarının qiymətləri də aşağı düşüb.

2016-cı ilin mart ayında fevral ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,4 faiz düşüb. Mart ayında fevral ayı ilə müqayisədə bitkiçilik məhsullarından buğdanın, arpanın və soğanın istehsalında ucuzlaşma, qozun, fındığın, almanın, şabalıdın, narın, heyvanın istehsalında isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayı ərzində heyvandarlıq məhsullarından quş ətinin və südün istehsalçı qiymətlərində artım, yumurtanın, mal ətinin, diri qoyun və keçilərin istehsalçı qiymətlərində eniş olub. Digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər qeydə alınmayıb.

Əmlak Məsələləri Dövlət Komitəsi asan qeydiyyat hesabatı yayıb

25.04.2016

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı xidmətlərini ünvanlarda təqdim edən “Kütləvi çıxarış” kampaniyası ilə bağlı açıqlama yayıb. Hesabata görə, “Kütləvi çıxarış” kampaniyası indiyədək 30-a yaxın şəhər və rayonda təşkil edilib, kampaniyalara ümumilikdə 7000 mindən çox vətəndaş qatılıb.

Qusar rayonunda keçirilən son kampaniyada 150-yə yaxın vətəndaş qeydiyyat xidmətlərindən yararlanıb. Onların bir qismi öz evlərinə dair dövlət reyestrindən çıxarışlar götürüb, digər qismi ilkin mülkiyyət sənədlərini çıxarışla əvəz olunması üçün təqdim edib. Çıxarışlar vətəndaşlara məxsus torpaq sahələri, fərdi həyət evləri, pay torpaqları və digər əmlaklara dair verilib.

Ayda bir neçə dəfə keçirilən kampaniyada iştirak üçün müraciətlər 148 saylı (daxili 1, sonra 5) çağrı mərkəzi və ərazi qeydiyyat idarələri vasitəsilə qeydə alınır. Daha sonra qrafik üzrə birbaşa ünvanlarda komitənin ayrılmış xüsusi nəqliyyat vasitələrində çıxarışlar, texniki pasportlar təqdim olunur, ilkin sənədlər qəbul edilir.

Əmlak Məsələləri Dövlət Komitəsi 2014-cü ilin aprel ayından başlayaraq şəhər və rayonlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri də göstərir. Mobil ofis xidmətləri bütün ölkə üzrə müxtəlif rayonlarda paralel həyata keçirilir. İndiyədək mobil ofis xidmətləri vasitəsilə isə vətəndaşlardan 96 mindən çox müraciət qəbul edilib.



qusar

Bu ilin və son beş ilin ən populyar adları

25.04.2016

edliyye-nazirliyi-1
2016-cı ildə Azərbaycanda doğulmuş uşaqlara ən çox hansı adların qoyulduğu bəlli olub. Transparency.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin saytında yer alan ən populyar oğlan adları siyahısına Yusif adı başçılıq edir. Bu il 674 uşağa Yusif adı qoyulub.

İkinci yerdə Hüseyn adı (476 uşaq), üçüncü yerdə Əli adı (430) gəlir.

İlk beşliyi Ömər (329) və Murad (274) adları tamamlayır.

Qız adları içində Zəhra adı (561) liderdir.

Nuray (478) ikinci, Aylin (361) üçüncü, Fatimə (359) dördüncü, Zeynəb (356) beşincidir.

Son beş ilin (2012-2016) ən populyar 10 adı isə bunlardır:

Yusif – 17430

Zəhra – 16689

Nuray – 12717

Fatimə – 12019

Hüseyn – 12002

Əli – 11792

Aylin – 8130

Ayan – 7960

Zeynəb – 7865

Ömər – 7630.

Korrupsiyanı azaltmaq üçün hansı tədbir daha vacibdir? (Sorğu)

25.04.2016



korrupsiya 2Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın saytında (Commission-anticorruption.gov.az) “Korrupsiyanın səviyyəsini azaltmaq üçün hansı tədbirin həyata keçirilməsini daha vacib hesab edirsiniz” sualı ilə internet sorğusu keçirilir.

Transparency.az-ın məlumatına görə, korrupsiya hüquqpozmaları törətmiş məmurlara qarşı cəza tədbirlərinin gücləndirilməsinə 21,32% tərəfdar çıxır.

Səs verənlərin 13,43%-i dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasını daha vacib sayır.

Məmurların, büdcə təşkilatlarında işləyənlərin əmək haqlarının artırılmasına 11,51% tərəfdardır.

Respondentlərin 9,70%-i dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsinin daha vacib olduğunu düşünür.

Dövlət qulluğuna yeni kadrların cəlb edilməsinə sorğuya qatılanların 9,52%-i səs verib.

Dövlətin korrupsiya hüquqpozmaları barədə məlumat verənləri həvəsləndirməsi və müdafiə etməsinə səs verənlərin 8,88%-i tərəfdar çıxır.

Məmurların gəlirləri barədə ictimaiyyətə məlumat verilməsini 6,19%, məhkəmələrin müstəqilliyinin gücləndirilməsini 3,68% daha vacib hesab edir.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya 3 mart 2004-ci ildə yaradılıb, korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir. 5 üzvü Azərbaycan Respublikasının prezidenti, 5 üzvü Milli Məclis, 5 üzvü isə Konstitusiya Məhkəməsi təyin edir.

Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirilib

25.04.2016

Prezidentin 21 aprel 2016-cı il sərəncamına əsasən, aprelin 25-i ilk dəfə Sahibkarlar Günü kimi qeyd edilib. Economy.gov.az-ın məlumatına görə, bu gün İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı ticarət palatalarının nümayəndələri, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox sahibkar iştirak edib.

Konfransda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, səmərəli dövlət dəstəyi tədbirləri, o cümlədən vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, layihələrin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parklarının və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, maarifləndirici tədbirlər, biznes forumu və sərgilərinin təşkili, digər tədbirlər nəticəsində ÜDM-də özəl bölmənin payı 80%-i, məşğulluqda isə 74%-i ötüb, ölkə iqtisadiyyatı şaxələnib, özünütəminat səviyyəsi yüksəlib.

Aparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərindən danışan nazir Şahin Mustafayev dövlət başçısının ötən ilin sonlarından sahibkarlığın inkişafı ilə bağlı verdiyi qərarların iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıdığını və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı olduğunu vurğulayıb. Qeyd olunub ki, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarların şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması, investisiyanın təşviqi özəl sektorun inkişafında xüsusilə əhəmiyyətlidir.



konfrans 1

konfrans 2

Avtomobil idxalının azalması ekologiyaya necə təsir edəcək?

25.04.2016

qubad ibadoglu 1
Ölkəyə avtomobil idxalının azalması atmosferin daha çox çirklənməsi ilə nəticələnə bilər. Transparency.az-ın məlumatına görə, təzə avtomobil qıtlığını şərh edən iqtisadçı Qubad İbadoğlu belə yazır. Ekspert ötən illərin idxalına nəzər salır: “2010-cu ildə ölkəyə 51 min 824, 2011-ci ildə 64 min 916, 2012-ci ildə 89 min 652, 2013-cü ildə 94 min 879, 2014-cü ildə 57 min 615, ötən il isə 23 min 765 ədəd avtomobil idxal edilib. Göründüyü kimi, son 5 ildə ölkəyə ən çox minik avtomobili 2013-cü ildə gətirilib. Ötən il həmin illə müqayisədə minik avtomobillərinin idxalı 4 dəfəyədək azalıb. 2016-cı ilin ilk 3 ayında həmin mal mövqeyi üzrə idxal göstəricisi 1235 ədədə düşüb. Belə gedişlə cari ildə ölkəyə 5 min ətrafında avtomobil gətirilməsi gözlənir, bu da ötən ilin göstəricisindən ən azı 4 dəfə aşağı olacaq.

Hazırda ölkədə 1 milyondan çox şəxsi minik avtomobili qeydiyyatdadır. Bu göstərici 1990-cı illə müqayisədə 5 dəfə, 1995-ci illə müqayisədə 4 dəfə, 2005-ci ilin göstəricisi ilə müqayisədə 2 dəfədən də çoxdur. Ötən 10 il ərzində avtomobillərin sayı ilə yanaşı onun modellərində də xeyli dəyişiklik qeydə alınıb. 10 il əvvəl şəxsi avtomobil parkında Rusiya istehsalı olan “Lada” və digər markalı avtomobillər üstünlük təşkil edirdisə, hazırda alman istehsalı olan “Mersedes-Benz” və digər markalı avtomobillər çoxdur.

Avtomobillərin idxalındakı kəskin azalma maşın-avadanlıq parkının yenilənməsinə mənfi təsir göstərəcək, köhnə maşınların xüsusi çəkisini ildən-ilə artıracaq. Belə olan halda da avtomobillərdən çıxan tullantıların miqdarı çoxalacaq, xüsusilə də Bakı və Gəncə şəhərlərində atmosferi daha da çirkləndirəcək”.

Nazirlik Çernobıl əlilləri ilə bağlı hesabat verib

25.04.2016

emek nazirliyi 1
Əmək və Əhalinin Sosial Müdafiəsi 1986-cı il aprelin 26-sı Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş şəxslərlə bağlı məlumat yayıb. Qeyd olunur ki, Azərbaycanın sosial qanunvericiliyində Çernobıl əlilləri əlilliklərinin səbəbinə görə hərbi xidmətlə əlaqədar əlil olanlar və qəzanın ləğvi zamanı əlil olanlar kateqoriyaları üzrə müəyyən ediliblər: “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan vətəndaşlar (2864 nəfər) müharibə əlillərinə bərabər tutulan şəxslər hesab edilir və onlara əlilliyə görə sosial müavinət və ya əmək pensiyası ilə yanaşı prezidentin aylıq təqaüdləri də ödənilir. Qəzanın ləğvi zamanı əlil olanlar (1730 nəfər) aylıq sosial müavinət və ya əlilliyə görə əmək pensiyası, bu kateqoriyadan olan və əmək pensiyası almaq hüququ olmayan I qrup əlillər isə əlilliyə görə sosial müavinətlə bərabər prezident təqaüdü ilə də təmin olunurlar.

Çernobıl əlillərinin müalicə üçün ildə bir dəfə birdəfəlik müavinətlə, onlardan I və II qrup əlillərin 16 yaşınadək (ümumtəhsil müəssisələrində təhsil alanlar 18 yaşınadək) uşaqlarının (878 nəfər uşaq) aylıq sosial müavinətlə təminatı həyata keçirilir.

Əlillərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanır. Ötən dövrdə 200 nəfərə yaxın Çernobıl əlilinə mənzil, 2014-cü il yanvarın 1-nə qədər növbədə olan bütün Çernobıl əlillərinə isə avtomobil təqdim edilib”.

Ermənistanda yeni Seçki Məcəlləsi: parlament müzakirəsi başladı

25.04.2016

ermeni secki1Ermənistan parlamenti aprelin 25-də yeni Seçki Məcəlləsinin müzakirəsinə başlayıb. Novator.az xəbər verir ki, məcəllə parlament seçkisinin proporsional sistemlə keçirilməsini nəzərdə tutur. Məcəlləyə görə, parlament deputatlarının minimal sayı 101 olur. Parlament seçkisi 13 dairə üzrə keçirilir, partiya və bloklar namizədlərin yarısını ərazi siyahıları, yarısını ümumdövlət siyahıları üzrə irəli sürür.

Seçkidə heç bir partiya və ya blok 53 mandat qazanmasa, siyasi qüvvələrə koalisiya yaratmaq vaxtı verilir. Bu zaman koalisiya uzağı 3 partiyadan ibarət ola bilər.

Koalisiya yaratmaq mümkün olmasa, seçkinin ikinci turu keçirilir. İkinci turda ən çox səs toplayan iki partiya və ya blok iştirak edir. Qələbə çalan partiyaya mandatların sayını 53-ə çatdırmaq imkanı verilir. Qalib partiya və ya blok mandatların üçdə ikisini qazanarsa, bu zaman azlıqda qalan partiyaya bonus verilir. Azlıqda qalan siyasi qüvvənin mandatlarının sayı ümumi mandatların üçdə birindən az olmamalıdır.

Ötən il dekabrın 6-da Ermənistanda konstitusiya referendumu keçirilib. Prezident Serj Sərkisyanın və onun başçılıq etdiyi Respublika Partiyasının təşəbbüsü olan konstitusiya dəyişiklikləri parlament respublikası idarə üsuluna keçidi nəzərdə tutur. Yeni ana yasaya görə, dövlət başçısını – Ermənistan prezidentini parlament 7 il müddətinə seçəcək. Eyni şəxs yalnız bir dəfə prezident seçilə bilər.

Yeniliyə əsasən, Ermənistanda icra hakimiyyəti və dövlət idarəçiliyi sisteminə ümumi rəhbərliyi hökumət həyata keçirəcək. Silahlı Qüvvələr hökumətə tabe olacaq, müharibə vaxtı ali baş komandan vəzifəsinin icrası da baş nazirə keçəcək. Prezident baş nazir postuna parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsini təyin edəcək.

Ərdoğan Bakıdadır

26.04.2016

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan aprelin 25-də Bakıya gəlib. O, BMT Sivilizasiyalar Alyansının VII qlobal forumuna qatılacaq. Aprelin 25-də prezident İlham Əliyev ali qonaqla görüşüb. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib, BMT-nin Sivilizasiyalar Alyansının VII qlobal forumunun əhəmiyyəti vurğulanıb, ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, həmin gün iki prezident və xanımları birgə şam ediblər.

Transparency.az xatırladır ki, bu il Rəcəb Teyyub Ərdoğan iki dəfə Bakıya səfərini təxirə salmalı olub. Fevralın 18-i Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilməli idi. Fevralın 17-də Ankaranın mərkəzində terror aktı törədilmiş, həmin olaya görə Rəcəb Teyyub Ərdoğan Bakıya gələ bilməmişdi. İclas martın 15-nə qalmış, amma martın 13-də Türkiyənin paytaxtında yenidən terror törədilmiş və Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını Ankarada keçirmək qərara alınmışdı.



gorush 11

Dolların kursu 1 manat 50 qəpiyə düşür

26.04.2016

manat - dollar 01Aprelin 26-da dollar və avro ucuzlaşıb. Transparency.az-ın məlumatına görə, Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,5036 manatdan 1,5006 manata, 1 avronun məzənnəsini 1,6902 manatdan 1,69 manata endirib.

1 Rusiya rublu 0,0225 manata təklif olunur. Aprelin 25-də rəsmi kurs 0,0226 manat idi.

Bir neçə xarici valyutanın, o cümlədən gürcü larisi və ingilis funt sterlinqinin rəsmi məzənnəsi isə ötən günlə müqayisədə yüksəlib. 1 lari 0,6729 manata, 1 funt sterlinq 2,1756 manata satılır.

Aprel ayı dolların ucuzlaşması ilə əlamətdardır. Mart ayında 1 ABŞ dollarının rəsmi kursu 1 manat 54 qəpiklə 1 manat 64 qəpik arası dəyişib.

Cəbhədə yeni gərginlik: Tərtər şəhəri atəşə tutulub

26.04.2016


Yüklə 448,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə