Xəbər bülleteni №11


QHT Koalisiyasının problemləri prezidentlə müzakirə olunub



Yüklə 479,53 Kb.
səhifə3/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   2   3   4   5   6   7   8   9   ...   21

QHT Koalisiyasının problemləri prezidentlə müzakirə olunub


12.10.2015

elimemmed nuriyevDövlət başçısı İlham Əliyev Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) prosesindəki problemlərin həlli üçün Çoxtərəfli Qrupun sədri, Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümova tapşırıqlar verib. Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının koordinatoru Əliməmməd Nuriyev Transparency.az-a belə deyib. O xatırladıb ki, ötən həftə MHŞT İdarə Heyətinin sədri Kler Şort Azərbaycanda olub, prezidenti İlham Əliyevlə görüşüb: “Həmin görüşdə bizim koalisiyanın problemləri də müzakirə edilib. QHT qanunvericiliyinə son illərdəki dəyişikliklər Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının fəaliyyətinə müəyyən qədər təsir göstərib. Xarici donorların fəaliyyətinin məhdudlaşdırılması koalisiyanın maliyyə vəsaitlərinə çıxışını xeyli azaldıb. Eyni zamanda koalisiyaya daxil olan bəzi təşkilatların fəaliyyətində vergi yoxlamaları aparılıb, onlara müxtəlif məbləğlərdə sanksiyalar tətbiq edilib, bəzi təşkilatlar istintaqa cəlb olunub. Koalisiyaya daxil olan bəzi təşkilatların nümayəndələri ölkədən gedərkən və qayıdarkən əsassız əlavə yoxlamalara məruz qalır. Bəzi təşkilatların bank hesablarına həbs qoyulub.

Ötən müddət ərzində apardığımız müzakirələrin nəticəsində müəyyən pozitiv nəticələrə nail olunub. Bəzi şəxslərin sərhəddə əlavə yoxlamaları aradan qalxıb, bəzi təşkilatların hesabından həbs götürülüb və yeni hesabların açılmasına imkan yaradılıb. Lakin hələ də koalisiyanın bəzi üzvləri üçün müəyyən problemlər qalmaqdadır”.

Əliməmməd Nuriyev deyib ki, problemlərin aradan qaldırılması üçün təkliflər hazırlanaraq MHŞT prosesinə nəzarət edən Çoxtərəfli Qrupa təqdim olunacaq.

Dövlət Sərhəd Xidməti sentyabr hesabatı verdi


12.10.2015

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi oktyabrın 12-də yeni hesabat açıqlayıb. Qeyd olunur ki, 2015-ci ilin sentyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 49 nəfər saxlanıb. Onların 16 nəfəri Azərbaycan Respublikası, 7 nəfəri Əfqanıstan, 6 nəfəri Banqladeş, 5 nəfəri İran, 3 nəfəri Malayziya, 2 nəfəri Özbəkistan, 2 nəfəri Gürcüstan, 2 nəfəri Pakistan, 2 nəfəri Şri-Lanka, hər ölkədən bir nəfər olmaqla Qırğızıstan, Tacikistan, Suriya və Böyük Britaniya vətəndaşlarıdır.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 nəfər, Xəzər dənizində 41 nəfər saxlanıb, onların barəsində müvafiq tədbir görülüb.

Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının axtardığı 395 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 18 halda 12 kiloqram 350,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 47 halda ümumi dəyəri təqribən 177 min manat olan qaçaqmal saxlanıb.


İqtisadiyyat üzrə Nobel mükafatını amerikalı alim aldı


12.10.2015

enqus ditonOktyabrın 12-də 2015-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatının sahibi müəyyənləşib.

Novator.az bildirir ki, İsveç Akademiyası bu mükafatı Britaniyada doğulmuş amerikalı alim Enqus Ditona verib.

Enqus Diton istehlak, yoxsulluq və rifah məsələləri üzrə apardığı tədqiqatlara görə Nobel mükafatına layiq görülüb.

İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildən verilir.


13 üzvü olan 15 nəfərlik şura


12.10.2015

mehkeme-huquq shurasiAzərbaycan prezidenti Milli Məclisə “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik layihəsi təqdim edib. Layihəyə əsasən, Ali Məhkəmə və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrləri istisna olmaqla məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyinatı Məhkəmə-Hüquq Şurasının təqdimatı ilə aparılacaq (Məhkəmə-Hüquq Şurasına məhkəmə sədrlərinin təyinatı ilə bağlı yeni səlahiyyət verilir).

Transparency.az bildirir ki, qanuna görə, Məhkəmə-Hüquq Şurası vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi funksiyalarını həyata keçirən orqandır.

2005-ci ilin fevral ayından fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası 15 nəfərdən ibarətdir, amma hazırda qurumun 13 üzvü var:

Fikrət Məmmədov, ədliyyə naziri (sədr)

Ramiz Rzayev, Ali Məhkəmənin sədri

Fuad Ələsgərov, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Rafael Qvaladze, Konstitusiya Məhkəməsinin hakimi

Şəlalə Məmmədova, Ali Məhkəmənin hakimi

Şahin Yusifov, Ali Məhkəmənin hakimi

Rizvan Səfərov, Bakı Apellyasiya Məhkəməsinin hakimi

Ramiz Süleymanov, Naxçıvan Ali Məhkəməsinin sədri

Azər Cəfərov, ədliyyə nazirinin müavini

Namiq Əsgərov, baş prokurorun müavini

Xəqani Tağıyev, Salyan Rayon Məhkəməsinin sədri

İlham Əhmədov, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi

Ramiz İbrahimov, Vəkillər Kollegiyasının üzvü, 4 saylı hüquq məsləhətxanasının müdiri.


Dövlət başçısı: “Yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır”


12.10.2015

prezident
AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında danışan prezident İlham Əliyev dünyada davam edən böhrana, neftin qiymətinin kəskin düşməsinə, ölkəyə qarşı təzyiqlərə baxmayaraq ötən 9 ayda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini deyib: “Bu dövrdə iqtisadiyyat 3,7 faiz, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi 10 faizdən çox, kənd təsərrüfatı istehsalı 6,7 faiz artıb. İlin 9 ayında inflyasiya 3,7 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,8 faiz artıb, ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub”.

Dövlət başçısı sosial sahədə icra olunan layihələrdən danışarkən qeyd edib ki, ötən dövrdə ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı xeyli iş görüldüyünü deyən prezident xüsusilə ünvanlı sosial yardımın verilməsində şəffaflığın təmin edildiyini vurğulayıb və bildirib ki, indi 500 min insan, yəni 114 min ailə ünvanlı sosial yardım alır. Prezident 9 ayda ölkədə 87 min yeni iş yerinin açıldığını, bunun da 67 mininin daimi olduğunu deyib.

Ordu quruculuğu ilə bağlı mühüm işlərin görüldüyünü, bu sahənin gələn il də prioritet olacağını, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin görüləcəyini vurğulayan prezident təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını, ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, onların ağır itkilər verdiyini bildirib.

Yekun nitqində İlham Əliyev deyib ki, qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu ölkəni 40-cı yerdə qərarlaşdırıb, bununla da Azərbaycan MDB-də birinci yerdədir: “Beynəlxalq reytinq agentlikləri də ölkəmizin reytinqlərini yüksəldib”.

Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən dövlət başçısı bildirib ki, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir: “Sahibkarlar isə vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır”.

Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Dövlət başçısı deyib ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.


Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə