Xəbər bülleteni №10


Maliyyə naziri parlamentdə gələn ilin büdcəsini təqdim edib



Yüklə 467,76 Kb.
səhifə7/23
tarix11.03.2018
ölçüsü467,76 Kb.
#31246
1   2   3   4   5   6   7   8   9   10   ...   23

Maliyyə naziri parlamentdə gələn ilin büdcəsini təqdim edib


02.10.2015

samir sherifov 1
Oktyabrın 2-də Milli Məclisin iqtisadi siyasət, aqrar siyasət, təbii ehtiyatlar və energetika, sosial siyasət, təhlükəsizlik və müdafiə komitələrinin birgə iclasında 2016-cı ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub. APA-Economics-in məlumatına görə, layihəni təqdim edən maliyyə naziri Samir Şərifov deyib ki, 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürülüb: “Dövlət büdcəsinin gəlirləri 14,566 milyard manat nəzərdə tutulub, bu da 2015-ci ilin göstəricisindən 25,1% azdır. Gəlirlərin 46,5%-i və ya 6,773 milyard manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək.

Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə 6,602 milyard manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 7,2% azdır. Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla 1 milyard 590 milyon manat nəzərdə tutulur”.

Nazirin sözlərinə görə, 2016-cı il dövlət büdcəsinin xərcləri 16,264 milyard manat proqnozlaşdırılır, bu da 2015-ci illə müqayisədə 22,9% azdır.

Samir Şərifov bildirib ki, Neft Fondundan dövlət büdcəsinə 6 milyard manat transfert nəzərdə tutulur. Bu, 2015-ci illə müqayisədə 42,2% az deməkdir.


18 agentlik və sayt, 11 qəzet və 1 internet televiziyası ödənişli təşviqat kampaniyasına qoşulub


02.10.2015

1 noyabr parlament seçkisinin ödənişli təşviqat kampaniyasına qoşulan media quruluşlarının sayı artıb. Transparency.az bildirir ki, oktyabrın 2-dək 18 agentlik və sayt, 11 qəzet və 1 internet televiziyası Mərkəzi Seçki Komissiyasına ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumat təqdim edib (Ödənişli təşviqata qoşulan KİV-lər).

Təşviqat oktyabrın 9-dan 31-dək aparılacaq. Teleradio verilişləri təşkilatı və dövri nəşrin redaksiyası seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları açıqlamalıdır.

Nazir Xüsusi Rejimli Vergi Xidməti Departamentini ləğv etdi


02.10.2015

fazil memmedov
Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb. Rəsmi məlumatda deyilir ki, vergilər nazirinin 1 oktyabr 2015-ci il əmri ilə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilib. Həmin qurum Bakı Vergilər Departamentinə birləşdirilib, departamentin tərkibində Xüsusi Rejimli Vergi Xidməti İdarəsi yaradılıb.

Qərarın vergi nəzarəti funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi, vergilərin yığılmasında təşkilati işlərin gücləndirilməsi, əhalidə vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi daşıdığı bəyan olunub.


Manatın məzənnəsini dəyişmək planı varmı?


02.10.2015

xeqani abdullayevMərkəzi Bank manatın məzənnəsini dəyişməyi planlaşdırmır. APA-Economics-in məlumatına görə, bunu bankın sədr müavini Xəqani Abdullayev deyib. Onun sözlərinə görə, hələlik manatın məzənnəsinin dəyişməsi üçün fundamental əsas yoxdur: “Bizim tədiyyə balansı hələ ki, tarazlı vəziyyətdədir. Bu baxımdan manatın məzənnəsinin kəskin oynaması üçün bir əsas olduğunu düşünmürük. Valyuta bazarında tam tarazlıq var, tələbat stabilləşib, təklif kanallarında da stabilləşmə var”.

Bu ilin fevralınadək 1 ABŞ dolları təxminən 78 qəpik olub. Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 manat səviyyəsində müəyyən edilib.


1 mandata təqribən 7 nəfər iddia edir


02.10.2015

mezahir penahov
1 noyabr seçkisinə qatılan 882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının 2 oktyabr iclasında sədr Məzahir Pənahov deyib.

Deputatlığa namizədliyi qeydə alınan 14 siyasi partiya, 1 siyasi partiyalar bloku, 2 təşəbbüs qrupu var. Böyük əksəriyyət namizədliyini özü irəli sürüb.

Milli Məclis 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə seçilirlər.

Prezident “Xəyal Adası”ndakı işlərlə tanış olub


05.10.2015

prezident
Oktyabrın 4-də prezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsinə aid “SABIS Sun” beynəlxalq məktəb kompleksinin və qolf klubunun açılışında iştirak ediblər.

Dövlət başçısına məlumat verilib ki, məktəb kompleksində uşaq bağçası, “SABIS Sun” beynəlxalq məktəbi və inzibati bina inşa olunub. Qeyd olunub ki, “SABIS” təhsil sistemi təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Dünyanın 16 ölkəsində 60 məktəbi fəaliyyət göstərən “SABIS” sistemi üzrə 65 min şagird təhsil alır.

Qolf klubunda isə oyunçuların hazırlaşması, istirahət etməsi, komanda ilə birlikdə əylənməsi üçün bütün şərait yaradılıb. Sahəsi 5 min kvadratmetr olan qolf klubunda müasir səviyyədə yaradılan kafe və restoranlar da qonaqların ixtiyarına veriləcək.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 330 hektardır. Reallaşmasına 2013-cü ildən start verilən layihənin yüksək səviyyədə yerinə yetirilməsi və qısa zamanda tamamlanması üçün bütün qüvvələr səfərbər olunub.

“Xəyal Adası”nda “ASAN xidmət” mərkəzi də yaradılacaq. Ən yüksək ekoloji standartlara uyğun olaraq inşa edilən “Xəyal Adası”nda gələcəkdə müasir səhiyyə komplekslərinin yaradılması nəzərdə tutulub. Layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır. Burada 1 milyon kvadratmetrdən çox yaşıllıq sahəsi var. Ondan artıq süni göllə əhatə olunmuş ərazidə xüsusi ekosistem mövcuddur.

Prezident İlham Əliyev layihə çərçivəsində inşa edilən villada yaradılan şəraitlə də maraqlanıb. Məlumat verilib ki, “Xəyal Adası”nda 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. Buradakı villaların bir hissəsi artıq hazırdır, digərlərinin inşası davam edir. Yaşayış binalarında isə inşaat işləri gələn ilin ortalarında bitəcək.



Yüklə 467,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə