Xanhüseyn Kazımlı, İbrahim Quliyev



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə3/51
tarix20.09.2018
ölçüsü2,23 Mb.
#69499
1   2   3   4   5   6   7   8   9   ...   51

10 
 
katеqоriyasını başa düşmək üçün mövcud оlan nеçə yanaşmaları nəzərdən 
kеçirək. 
«Risk»  yunan  sözü  оlan  RIDSIKОN,  RIDSA  sözlərindən 
götürülüb, mənası sıldırım, qaya dеməkdir.  
İtalyan  dilində  risikо  –  təhlükə,  qоrxu,  riscarе  –  qayalar  arasında 
manеvr еtmək dеməkdir.  
Fransız dilində isə risdое – qоrxu, risk еtmə (hərfi mənada sıldırım 
qayalığı kеçmək) dеməkdir.  
-
 
Azərbaycan  dilinin  izahlı  lüğətində  “risk”  –  “təhlükə  imkanı”, 
“ola  biləcək  təhlükə”,  “qorxulu  iş”  sözlərinin  sinonimi  kimi 
verilmiş və “yaxşı nəticələnəcyi ümidi ilə hərəkət etmə, iş görmə, 
cəsarət etmə” sözləri ilə izah edilmişdir; 
-
 
İngilis dilinin izahlı lüğətində isə “risk”- “təhlükə yarada biləcək 
vəziyyət”,  “gözlənilməz  xoş  olmayan  hadisənin  baş  verməsi 
ehtimalı” kimi verilmişdir; 
-
 
Ojeqovanın  redaktəsi  ilə  rus  dilinin  izahlı  lüğətində  “risk”  – 
“təhlükə  mümükünlyü”  və  ya  “xoş  nəticə  əldə  etmək  ümidi  ilə 
uğursuzluğa atılan addım” kimi göstərilmişdir. 
Məlumdur  ki,  biznes  aləmində  müvəffəqiyyət  təsərrüfat  və 
sahibkarlıq  fəaliyyətinin  seçilmiş  strategiyasının  düzgünlüyündən  və 
əsaslığından  asılıdır.  Bu  zaman  kritik  vəziyyətlərin  yaranması  ehtimalı 
nəzərə  alınmalıdır.  Sahibkarlıq  fəaliyyətini  risksiz  təsəvvür  etmək 
mümkün  deyil.  Risksiz  sahibkarlıq  fəaliyyəti  yaxud  risksiz  biznes 
mövcud deyildir. Riskin artması mahiyyətcə təsərrüfat müstəqilliyinin əks 
tərəfi yaxud ona görə özünəməxsus ödənişidir.  


11 
 
Bununla  bərabər  qeyd  olunmalıdır  ki,  riskin  şirkətlər,  banklar, 
müəəsisələr  üçün  arzuolunmaz  və  gözlənilməyən  təhlükələrin  olmaması 
bir qayda olaraq, iqtisadiyyatın dinamikliyini və səmərəliliyini aşağı salır. 
Bu  baxımdan  maliyyə,  istehsal-təsərrüfat,  xidmət,  innovasiya,  idarəetmə 
və digər fəaliyyət növlərinin reallaşdırlımasında böyük itkilərin yaranması 
imkanları  baxımından  iqtisadi  risklərin  kəmiyyət  və  keyfiyyət 
qiymətləndirilməsi,  həmçinin  risklərin  idarə  olunması  problemi  olduqca 
aktualdır. 
Məhsul  və  xidmətləin  istehsalı  ilə  məşğul  olan  sahibkarlıq 
fəaliyyətində  risklər  məhsulların  istehsalına  çəkilən  xərclərin  nəzərə 
alınması  və  onların  reallaşdırılması  zamanı  əldə  olunacaq  mənfəətin 
hesablanması nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb edir. Bu zaman 
risklərə iki nöqteyi-nəzərdən baxmaq mümkündür: 

 
Birincisi  istehsala  çəkilən  xərclər  baxımından.  Bu  zaman  xərclərin 
artım riski, o cümlədən xammalın qiyməti, işçilərin əmək haqqısı ilə 
bağlı  xərclərin  nəzərə  alınması  zamanı  risklərin  müəyyən  olunması 
vacibdir. 

 
İkincisi isə müştərilər, alıcılar nöqteyi-nəzərindən. Bu zaman məhsul 
və  ya  xidmətin  reallaşdırılması  nəticəsində  əldə  ediləcək  gəlirin 
hesablanması  və  məhsulun  həyat  dövrü  bitməmiş  yeni  məhsulun 
bazara  çıxarılması  üçün  qabaqlayıcı  tədbirlərin  həyata  keçirilməsi 
baxımından zəruridir. 
Bir  çox  hallarda  istehlakçının  seçimi  istehsalçı  üçün  qeyri-
müəyyən olduğundan  istehsalla bağlı qəbul  edilən qərarlar risklə birbaşa 
əlaqəli  olur.  Bu  səbəbdən  göstərilən  hər  iki  mərhələdə  sahibkarın 


12 
 
qarşılaşa  biləcəyi  risklərin  nəzərə  alınması,  proqnozlaşdırılması  və  risk 
nəticəsində  yarana  biləcək  itkilərin  azaldılması  üçün  mümkün  yolların 
müəyyən olunması əsasdır. 
“Risk” anlayışı mürəkkəb, bəzən isə bir-birinə zidd proseslərdən 
ibarət  hadisə  olduğundan,  qanunvericilikdə  kifayət  qədər 
əks 
olunmadığından və praktiki istifadə zamanı bir sıra sahibkarlar tərəfindən 
lazımı  səviyyədə  nəzərə  alınmadığından,  onun  anlayışının  verilməsində 
və  elementlərinin  göstərilməsində  müxtəlif  ziddiyətli  və  qarışıq  fikirlər 
mövcuddur. 
“Risk”  anlayışının  iqtisadi  təhlili  haqqında  məlumata  XX  əsrin 
əvvəllərində  Amerika  Birləşmiş  Ştatlarının  (ABŞ)  tədqiqatçıları 
tərəfindən  yazılmış  ədəbiyyatlarda  rast  gəlmək  mümkündür.  İlk  dəfə 
olaraq ABŞ tədqiqatçısı Frenk Nayt tərəfindən elmi ədəbiyyata gətirilmiş 
və  onun  “Risk,  qeyri-müəyyənlik  və  gəlirlər”  (1921)  tədqiqat  əsərində 
risk iqtisadi kateqoriya olaraq şərh edilmişdir 
F.Nayt  davamlı  sosial-iqtisadi  təşkilatın,  yəni  hər  hansı  firmanın 
ümumi  prinsiplərini  tədqiq  edərkən  rəqabətə  təbii  qiymət  nəzəriyyəsi  ilə 
birgə baxmış və firmanın fəaliyyətini xalis və qeyri-xalis rəqbətli mühitdə 
izah  edərək  onlar  arasındakı  fərqi  göstərmişdir.  O  göstərmişdir  ki,  ideal 
olaraq  ancaq  nəzəriyyədə  mövcud  olan  xalis  rəqabətli  mühitdə  alıcı  və 
satıcıların  bazar  haqqında  informasiyası  olur.  Buna  görə  də  firmalar 
qiymətlərin  idarə  edilməsi  zamanı  heç  bir  çətinliklə  rastlaşmırlar.  Əsərin 
sonrakı  fəsillərində  F.Nayt  real  həyatda  xalis  rəqabətli  bazarın  mövcud 
olmadığını və qiymətlərin əmələ gəlməsi və onların idarə edilməsi zamanı 
firmaların qeyri-müəyyənliklə üzləşdiyini bildirir.  


13 
 
F.Naytın fikrincə, risk ölçülə bilən qeyri-müəyyənlikdir. Hazırda 
görülmüş  fəaliyyət  nəticəsində  gələcəkdə  baş  verə  biləcək  itki  və  ya 
mənfəətin  kəmiyyət  və  ya  keyfiyyətcə  hesablanması  mümkündürsə, 
həmin  qeyri-müəyyənlik  risk  kimi  izah  edilə  bilər  və  bu  səbəbdən  riskin 
sığortalana bilməsi kimi mümkünlyü vardır. 
M.Sadıqov, A.Hüseynov, V.Zeynalovun müəllifliyi ilə buraxılmış 
“Koorporativ  maliyyə”  dərsliyində  “risk”  –  iqtisadi  fəaliyyətin  həyata 
keçirilməsi  prosesində  əlverişsiz  maliyyə  nəticələrinə  səbəb  olan 
hadisələrin  baş  verməsi  ehtimalı  kimi  izah  edilir.  Geniş  mənada  “risk”  – 
qeyri-müəyyən,  lakin  mütləq  əlverişsiz  (bu,  qeyri-əminlik  və  ya  mövcud 
məhdud  məlumatla  gözlənilən  nəticənin  əldə  edilməməsi  ehtimalı) 
nəticəsi olan vəziyyət kimi göstərilmişdir. 
Dar  mənada  isə  “risk”  –  istənilən  planlaşdırılmış  addımın  mənfi, 
arzu  edilməyən,  əlverişsiz,  münasib  olmayan,  yararsız  nəticəsinin  olması 
ehtimalıdır. 
Ölkəmizdə geniş istinad edilən rus tədqiqatçıları tərəfindən “risk” 
anlayışlarına verilən tərifləri belə ümumiləşdirmək olar: 
-
 
Risk - itkinin baş vermə və ya gözlənilən gəlirin əldə edilməməsi 
ehtimalıdı. [30. səh. 41]; 
-
 
Risk  –  müəyyən  addım  atarkən  şirkətin  öz  resurslarının  itirməsi 
ehtimalı, gəlir əldə etməmə ehtimalıdır. [4. səh 74]; 
-
 
Risk – elə fəaliyyət növüdür ki, əlverişli nəticə əldə etmək ümidi 
ilə  alternativlər  arasından  seçilmiş  elə  variantdır  ki,  uğursuzluq 
baş  verdiyi  halda  digər  variantdan  daha  pis  vəziyyətə  düşmək 
ehtimalı mövcuddur. [21. səh 63]; 


Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə