Xanhüseyn Kazımlı, İbrahim Quliyev



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə11/51
tarix20.09.2018
ölçüsü2,23 Mb.
#69499
1   ...   7   8   9   10   11   12   13   14   ...   51

43 
 
rentabelliyinin,  xüsusi  və  investisiyalaşdırılmış  kapitalın  gəlirliliyinin, 
müəssisənin fəaliyyətinin maliyyələşdirilməsi dəyərinin dəyişməsi aiddir. 
Müəssisədə  qeyri-müəyyənliyin  endоgen  amilləri  kapitalın 
rentabelliyi  və  gəlirliliyi  səviyyəsini  müəyyən  edən  göstəricilərin 
dəyişməsi  ilə  əlaqədardır  və  müəssisənin  istehsal  təsərrüfat  fəaliyyətinin 
maliyyələşdirilməsi sahəsində bir sıra risklər yaradırlar. 
Riskin  endоgen  amilləri  müəssisənin  fəaliyyətinin  mikrоmühitini 
fоrmalaşdırır. 
Məlumdur  ki,  bazar  subyektlərini  sahibkarlıqla  məşğul  olmağa 
sövq  edən  ən  əsas  amil  gəlirdir.  Gəlir  isə  istehsal  amillər  xərcləri  və 
onların dəyəri arasındakı fərqdir. Bura renta (yəni faizə görə gəlir), maaş 
və  riskə  görə  mükafat  daxildir.  Riskə  görə  mükafat  dedikdə,  sahibkarın 
risk  şəraitində  qəbul  etdiyi  qərarın  əvəzi  olaraq,  onun  əldə  etməyə 
çalışdığı əlavə mənfəətdir. 
Beləliklə,  aydın  olur  ki,  tam  məlumatlı  mühitdə  bazar  dinamik 
deyil,  statik  olur  və  fərdlərin  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmağa 
stimulu  qalmır.  Çünki  insanları  bizneslə  məşğul  olmağa  sövq  edən  əsas 
amil gəlir, dolayısı ilə riskdir.  
Amerikan  professoru  C.B.Klark  gəliri  belə  izah  edir:  “...  gəlir 
insanların  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olması  üçün  tələ  yemidir. 
Bunun  daha  yaxşı  forması  isə  maaşa  olan  əlavələrdir.  İnkişafın  baş 
verməsi üçün bu yem o qədər böyük olmalıdır ki, insan maneələri aşmağa 
və riskə getməyə hazır olsun. 
Gündəlik  həyatda  insan  fəaliyyəti  nəticəsində  baş  verən 
dəyişikliklərin  bəzilərini  əvvəlcədən  bilmək  olur,  bəzilərini  isə  yox. 


44 
 
Həmin dəyişikliklər nəticəsində itkinin baş verəcəyini yaxud əlavə gəlirin 
əldə  ediləcəyini  də  ancaq  ehtimal  etmək  mümkündür.  Gəlirlə  dəyişiklik 
arasında  dolayı  əlaqə  mövcuddur  ki,  buna  da  müxtəlif  amillər  təsir 
göstərir. 
Dəyişikliyin  baş  verməsi,  gəlirin  yaranması  üçün  əsasdır.  Əgər 
həyatda hər şey olduğu kimi davam etsəydi, yaxud gələcəkdə baş verəcək 
hadisələr  bu  gündən  bilinsəydi,  bu  zaman  xalis  rəqabət  bazarda  hər  şeyi 
ideal hala gətirər və beləliklə, məhsulun qiyməti onun istehsalına çəkilən 
xərclərlə  bərabərləşər  və  sahibkarların  fəaliyyət  göstərməsinə  heç  bir 
marağı qalmazdı.  
Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  xalis  rəqabət  ancaq 
müəyyənlik  şəraitində  mövcuddur.  Reallıqda  isə  insanların  gələcək 
haqqında  tam  məlumatı  olmadığı  üçün  xalis  rəqabət  mühiti  də  mövcud 
deyildir.  Məhz  bu  amil  sahibkarlarda  onların  bazardakı  gələcək 
fəaliyyətinə  dair  qeyri-müəyyənlik  yaradır  ki,  bu  da  onların  faəliyyətini 
situmullaşdırır və gəlir əldə etməyə, inkişaf etməyə sövq edir. 
Qeyri-müəyyənliyin 
yaranmasına 
digər 
səbəb 
zamanla 
əlaqədardır. Çünki iqtisadi vəziyyətin dəyişməsi ilə gəlir arasında dolayısı 
əlaqə  mövcuddur.  Belə  ki,  gəlir  o  zaman  yaranır  ki,  sahibkarın  məhsul 
istehsal  etdiyi  zamanla  məhsul  satışı  arasındakı  zamanı  fərqlənir.  Bu 
zaman  istehsal  xərcləri  üçün  bir  qiymət,  satış  üçün  isə  ayrı  qiymət 
qoyulur  ki,  bu  da  dəyişiklik  yaradır.  Dəyişiklik  olmasaydı,  rəqabətin 
sayəsində istehsala çəkilmiş xərclərlə məhsulun satış qiyməti eyniləşərdi. 
Reallıqda  bu  mümkün  olmadığından,  gələcəkdəki  dəyişiklik,  əsasən  də 


45 
 
dəyişikliyin  nəticəsinə  dair  məlumatımız  olmadığından  qiymətlər  ancaq 
proqnoz əsasında formalaşır ki, bu da sahibkar üçün stimul yaradır.  
Biz  daim  dəyişən,  qeyri-müəyyəniklərlə  dolu  bir  dünyada 
yaşayırıq,  gələcəyə  dair  dəqiq  məlumatımız  çox  azdır.  Həyatdakı 
problemlərin  yaranmasına  da  çox  zaman  bizim  məlumatsızlığımız  səbəb 
olur. Bunu həm biznesə, həm də digər sahələrdə görmək mümkündür. 
Qeyri-müəyyənlik  iqtisadi  kateqoriya  kimi  müxtəlif  tədqiqatçılar 
tərəfindən  tədqiq  olunmağına  baxmayaraq,  onun  izahı  zamanı  fikir 
ayrılığı hələ də mövcuddur. Bəzi müəlliflər “qeyri-müəyyənlik” anlayışını 
məlumatın  azlığı  və  ya  etibarsızlığı  olduğu  şərait  kimi  göstərirlər. 
Digərləri  isə  qeyri-müəyyənliyin  belə  bir  tərifi  ilə  razılaşmayıb, 
idarəetmənin  effektivliyi  üçün  məlumatın  müəyyənliyini  əsas  şərt  hesab 
etmirlər.  İnformasiyanın  iqtisadi  sistemin  fəaliyyəti,  iqtisadi  hadisələrin 
baş  verməsi  üçün  əsas  amil  olmasına  baxmayaraq,  hər  hansı  firmanın 
fəaliyyətinin  davamlılığı  digər  amillərdən  -  onun  ödəməqabiliyətliliyi, 
təşkilatı  quruluşu,  idarəetmə  sistemi  və  digər  amillərdən  asılı  olduğunu 
iddia edirlər. 
Lakin  o  da  danılmaz  faktdır  ki,  firmanın  düzgün  idarə  edilməsi 
üçün  onun  haqqında  dolğun  informasiyaya  sahib  olmaq  gələcəkdə 
risklərin  müəyən  edilməsinə  və  onların  azaldılması  üçün  müvafiq 
tədbirlərin  görülməsinə  imkan  yaradır.    Bu  səbəbdən  inkişaf  etmiş 
ölkələrdə  iri  şirkətlər  müntəzəm  olaraq,  informasiyanın  toplanılması  ilə 
bərabər  marketinq  və  anti-böhranlı  siyasətin  həyata  keçirilməsi  üçün 
tədbirlər görürlər. 


46 
 
İdarəetmənin  əsas  məqsədi  obyektlərin  effektiv  idarə  edilməsi 
üçün  qeyri-müəyyənlik  şəraitində  müxtəlif  yollarla  müəyyənliyin  əldə 
edilməsidir. Bunun üçün qərar qəbulunda optimal variantlarının tapılması 
üçün baş vermiş təsadüfi hadisələrin uçota alınması zəruridir.  
Qeyri-müəyyənlik  bazar  iqtisadiyyatının  əsas  xüsusiyyətidir. 
İnzibati-amirlik sisteminindən fərqli olaraq, bazar iqtisadiyyatında hər şey 
məlum  olmur  və  müxtəlif  nəticələrin  baş  verməsi  mümkündür.  Bu  bir 
tərəfdən  yaxşıdır  ki,  bazar  subyektləri  arasında  fəaliyyət  üçün  stimul 
yaradır,  digər  tərəfdən  isə  gələcəyi  proqnozlaşdırmaq  çətinlik  yaradır  və 
nəticələrin mənfi olması ehtimalı mövcud olur. 
Qeyri-müəyyənliyin  özünəməxsus  xüsusiyyətləri  də  mövcuddur. 
Bu,  iqtisadi  sistemlə,  təsərrüfat  sisteminin  fəaliyyəti,  qoyulmuş 
məqsədlərin  müxtəlifliyi,  iqtisadi  parametrlərin  ziddiyyətliliyi  ilə 
əlaqədardır. Bütün bunlar bir tərəfdən müxtəlif situasiyalar yaradır, digər 
tərəfdən  isə  qeyri-müəyyənliyin  müxtəlif  tiplərinin  yaranmasına  səbəb 
olur. 
Qeyri-müəyyənliyin 
səviyyəsinin 
azaldılması 
fəaliyyətin 
təşkilatlanması  və  əlaqələndirilməsi  ilə  mümkündür.  Çünki  məhz 
fəaliyyətin 
təşkilatlandırılması 
sayəsində  qeyri-müəyyən  proses 
müəyyənləşir.  Bundan  sonra  isə  tənzimləmə  vasitəsilə  çatışmazlıqlar 
müəyyən  olunur.  Bütün  bunlar  qeyri-müəyyən  faktorların,  təsadüfi 
hadisələrin müəyyənləşməsinə şərait yaradır. Burada əsas məqsəd eyni və 
ya 
müxtəlif 
xarakterli 
hadisələrin 
qeyri-müəyyənliyinin 
minimallaşdırılması üçün müvafiq modellərin yaradılmasıdır. 


Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə