25
Dövriyyə vəsaiti – istehsal dövriyyə fondlarının və tədavül fondlarının pula
ifadəsidir. İstehsal dövriyyə fondlarına əmək predmetləri: xammal, material, bit-
məmiş istehsal, köməkçi materaillar, az qiymətli və tez köhnələn predmetlər aiddir.
Bunlar bir istehsal tsikli ərzində öz dəyərini tamamilə hazır məhsulun üzərinə keçirir
və əvvəlki formasını itirir.
Tədavül fondları – istehsal prosesində iştirak etməsə də istehsal və satış arasında
əlaqəni təşkil edir, istehsal və tədavülün vahidliyini təmin edir. Bunlara daxildir:
onlardakı hazır məhsul, yüklənmiş mallar, müəssisənin kassasındakı və banklardakı
hesablarında olan pul vəsaiti, debitor borcları, hesablaşmalardakı vəsaitləri və s.
Müəssisənin dövriyyə vəsaitinin təşkili mənbələri ondan ibarətdir ki, ilk dəfə
yaranarkən nizamnamə kapitalı hesabına yaradılır və təsərrüfat fəaliyyəti nəticəsində
müəssisənin mənfəəti hesabına, daimi minimal kreditor borcları, bank kreditləri və
kommersiya krediti hesabına yaradılır.
Bank krediti – banklardan kredit müqaviləsi əsasında alınır. Kommersiya krediti
alıcı və satıcı arasındakı sövdələşmə əsasında veksel vasitəsilə alınan kreditidir.
Burada mal satan alıcı təşkilata malı müəyyən müddətə möhlətlə satır.
Müəssisənin dövriyyə vəsaitinin təşkilində vekselin rolu da böyükdür. Bazar iq-
tisadiyyatı şəraitində bazar münasibətləri inkişaf etdikcə əmtəələrin və xidmətlərin
alqı-satqısında alıcı və satıcı arasındakı ödəmələrdə veksellərdən geniş istifadə
edilir.
Müəssisənin pul vəsaitlərinin daimi hərəkətini aşağıdakı sxemdə ifadə etmək
olar.
Fəaliyyət göstərən müəssisələrdə pul dövriyyəsinin başlanğıc və osn nöqtəsini
müəyyən etmək bir qədər çətindir. Müəssisənin bölüşdürdüyü pul vəsaitlərinin
həcmi zamana görə dəyişilir və istehsal prosesinin xarakterindən, satış həcmindən,
debitor borclarının ödənilməsindən və s. asılı olur. Pul dövriyyəsinin idarə olunması
prosesi pul vəsaitlərinin hərəkətinin uzunmüddətli perspektiv proqnozlaşdırılma-
sından və onun müəssisənin maliyyə vəziyyətinə təsirinin qiymətləndirilməsindən
ibarətdir. Burada maliyyə xidməti öz funksiyalarını yerinə yetirərək maliyyə
strategiyası və taktikası hazırlayıb həyata keçirir. Bunun başlıca mexanizmi mənfəət
26
Bitməmiş istehsal
Hazır məhsul ehtiyatı
Əmək ödənişi
xərcləri
Amortizasiya
Kommersiya və
inzibati xərclər
Əmək haqqı
hesablamaları
və başqa
ödənişlər
Əsas
vəsaitlərin
qalıq dəyəri
Xammal və
materiallar
Kreditə
satış
Əmək haqqı
ödənişləri və
s. xərclər
Aktivlərin
alınması
Aktivlərin
satılması
Debitor
borcu
Şübhəli
borclar
üzrə itki
Kommersiya
krediti üzrə
olan borc
Nağd
pula
satış
İnkassasiya
olunan pul
vəsaitləri
Pul vəsaitləri
Tədarük ödənişləri
İnvestisiyalar
Ssudanın ödənişi
Ssuda
Dividendlərin ödənilməsi və
səhmlərin alınması
Səhmdar kapitalı
Borc kapitalı
27
əldə etmək və ondan səmərəli istifadə etməklə müəssisənin likvidliyini və tədiyə
qabiliyyətini artırmaqdan ibarətdir.
Müəssisələrdə maliyyə xidməti daima təkmilləşməkdə və yeniləşməkdədir.
Hətta bəzi müəssisələrdə onların maliyyə işinin təşkilinin özünəməxsus prinsipləri,
yalnız onlarda aparılan üsulları da mövcuddur.
28
FƏSİL 2. MÜƏSSİSƏNİN TƏSƏRRÜFAT-MALİYYƏ FƏALİYYƏTİNİN
TƏŞKİLİ İSTİQAMƏTLƏRİ
2.1. Müəssisənin əsas və dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi
xüsusiyyətləri
Müəssisənin istehsal (xidmət) sferasında bir ildən çox iştirak edən, dəyəri nor-
mativ sənədlərlə tənzimlənən, köhnəldikcə öz dəyərini qanunvericiliklə müəyyən
edilmiş normalarla hissə-hissə məhsulun (xidmətin) dəyərinə keçirən, istehsal (xid-
mət) prosesində öz natural formasını saxlayan əmək vasitələri əsas vəsaitlər
adlandırılır. Binalar, qurğular, ötürücü qurğular, iş-güc maşınları (avadanlıqları),
ölçü-tənzimləyici cihazlar (qurğular), hesablama texnikası, nəqliyyat vasitələri,
alətlər, istehsalat-təsərrüfat inventarları (ləvazimatları), işçi-məhsuldar heyvanlar,
çoxillik əkmələr, daxili təsərrüfat yolları, öz mülkiyyəti olan torpaq sahələri, torpaq-
ların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s.), həmçinin başqa
işlərə (məqsədlərə) qoyulan kapital qoyuluşları və başqa vəsaitlər (əmək vasitələri)
əsas vəsaitlərə aid edilir. İcarəyə verilmiş binalar, qurbular, avadanlıqlar və digər
əsas vəsaitlər üzrə başa çatdırılmış əsaslı məsrəflər icarəyə götürən tərəfindən faktiki
xərclər məbləğində özünün əsas vəsaitlərinə daxil edilir (icarə müqaviləsində başqa
şərtlər nəzərdə tutulmadıqda). Müəssisənin öz mülkiyyətində olan torpaq sahələri
mühasibat uçotu və hesabatında onların alınmasına çəkilən faktiki xərclər üzrə əks
etdirilir.
Müəssisənin əsas vəsaitləri mühasibat uçotu və hesabatında ilkin dəyrəi ilə, yəni
onların alınmasına, quraşdırılmasına çəkilən faktiki xərclər məbləğində əks etdirilir.
Öz mülkiyyətində olan torpaq sahələrindən başqa əsas vəsaitlərin ilkin dəyəri onlar
yenidən qiymətləndirdikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri apa-
rıldıqda, onlara yeni avadanlıqlar quraşdırıldıqda və onların müvafiq obyektləri
qismən ləğv edildikdə dəyəişdirilə bilər.
Öz mülkiyyətində olan torpaq sahələrindən başqa müəssisənin əsas vəsaitlərinin
dəyərinə istismar müddəti ərzində qanunvericilkilə müəyyən edilmiş normalarla