41
Korporativ investorlar fəaliyyətlərini müvafiq müəssisə və ya firma adından
onların xüsusi kapitalını və borc vəsaitlərini cəlb etməklə həyata keçirirlər.
Korporativ investorların böyük əksəriyyəti maddi (birbaşa) investisiyalarla məşğul
olurlar, qiymətli kağızlara investisiya qoyuluşu onlar üçün tamamlayıcı fəaliyyət
növüdür.
İnstitutsional investorlar isə öz kapitallarını müştərilərin və ya əmanətçilərin
vəsaitləri hesabına formalaşdırır və onları əsasən qiymətli kağızlara investisiya edir-
lər. Onlar üçün maddi investisiya qoyuluşları tamamlayıcı fəaliyyət hesab olunur.
Bazar iqtisadi münasibətləri formalaşdıqca investorların sayı artmaqda və
investisiya fəaliyyəti genişlənməkdə davam edir. Onların içərisində mühüm yeri
Dövlət idarəetmə orqanları
Yerli idarəetmə orqanları
Banklar və kredit təşkilatları
İnvestisiya fondları və şirkətləri
Pensiya fondları
Sığorta şirkətləri
Trast şirkətləri
Beynəlxalq kredit institutları
Kommersiya təşkilatları
Vətəndaşlar
Xarici hüquqi və fiziki şikrətlər
M
al
iyy
ə
-
kr
edi
t
ins
ti
tut
la
rı
İnvestorlar
İnvestisiya
Yığım
Yığım
Yığım
42
qeyri-dövlət (özəl) investorları tutur ki, onlar da əsasən öz xüsusi və borc kapitallarını
iqtisadiyyatın bu və ya digər sferalarına yönəldir və eləcə də müxtəlif maliyyə bazar-
larında ayrı-ayrı əməliyyatlar aparırlar.
İnvestisiya fəaliyyətinin xüsusi formaları:
Lizinq;
Françayzinq.
Lizinq anlayışı altında bir təşkilatın (istifadəçinin – lizinq alanın) dicərinə
(lizinq şirkətinə) zruri avadanlıqların alınması və onun istifadəsinə verilməsi üçün
müraciəti başa düşülür.
Lizinq – sahibkarlıq fəaliyyətinin bir növü olub, lizinq müqaviləsi əsasında
icarəyə verənin (lizinq verənin) müəyyən olunmuş avadanlığı hər hansı bir satıcıdan
əldə edərək, onu sahibkarlıq fəaliyyəti məqsədilə müvəqqəti istifadə etmək üçün
ödənişli əsaslarla icarədara (lizinq alana) təqdim edilməsi prosesindən ibarətdir.
Əsas vəsaitlərin qüvvədə olan təsnifatına aid edilən istənilən daşınar və da-
şınmaz əmlak (torpaq sahələrindən, sair təbii obyektlərdən, eləcə də bazarda sərbəst
dövriyyəsi qadağan olunmuş obyektlərdən başqa) lizinqin obyekti ola bilər.
Lizinq müqaviləsinin fəaliyyət müddəti ərzində lizinqə təqdim olunan əmlak
(büdcə vəsaitləri hesabına əldə olunan əmlak istisna olmaqla) lizinqə verənin (yəni
lizinq şirkətinin) mülkiyyəti hesab olunur.
Lizinq əmlakının lizinqə verənin və ya alanın balansına daxil edilməsi şərtləri
iki tərəf arasında bağlanmış lizinq müqaviləsi ilə müəyyən olunur.
Lizinq müqaviləsində əmlakın müddət bitəndən sonra və bitənədək lizinqə verən
tərəfindən geri satın alınmasına baxıla bilər. Əgər müqavilədə başqa şərtlər nəzərdə
tutulmayıbsa, lizinqə verə nonu girov şəklində istifadə etmək hüququna malikdir.
Yəni lizinq şirkəti bankdan kredit aldıqda və ya girovla müşayət olunan hər hansı
əməliyyat apardıqda lizinqə verdiyi əmlakı girov kimi təqdim etmək hüququna
malikdir.
Lizinqə verən satıcını xəbərdar etməlidir ki, ondan alınan əmlak müəyyən şəxsə
icarəyə təqdim edilmək üçün nəzərdə tutulub.
43
Lizinq üçün nəzərdə tutulan əmlak lizinq alana təchiz olunduğu andan ona
satıcıya qarşı əmlakın keyfiyyətinə, onun tamlığına, təchizat müddətinə və onlar
arasında bağlanmış alqı-satqı müqaviləsinin yerinə yetirilmədiyi digr hallara görə
iddia qaldırmaq hüququ da keçir.
Əgər müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, lizinqə verən, lizinqə
götürənlə satıcı arasında alqı-satqı müqaviləsindən yaranan öhdəliklərə görə
məsuliyyət daşımır. Əgər müqavilədə hər hansı bir şərt nəzərdə tutulubsa, lizinq
alanın satıcı qarşısında olduğu kimi lizinq verən qarşısında da alqı-satqı müqavilə-
sindən yaranan iddia qaldırmaq hüququna malikdir.
Lizinq alan icarəyə götürdüyü əmlakı lizinqə verənin göstərdiyi sığorta
şirkətində sığortalaması məcburidir. Yenə də əgər lizinq müqaviləsində başqa şərtlər
nəzərdə tutulmayıbsa, lizinq əmlakı lizinq alana ötürüldüyü andan həmin əmlakın
korlanması və məhvi ilə bağlı risk halları lizinq alana keçir.
Lizinq iştirakçılarının yerinə yetirdiyi şərtlərdən asılı olaraq onun müxtəlif
növlərini ayırırlar. Amma onların arasında dəqiq sərhəd ayırmaq çətindir, çünki bu
və ya başqa növün xüsusiyyətləri tərəflərin istəyindən asılı olaraq uyğun gələ bilər.
Lizinqin əsas formaları aşağıdakılardır:
Maliyyə lizinqi (finance leasing)
Operator lizinq (
operative leasing )
Lizinq müqaviləsinin müddəti bitdikdən
sonra lizinq alan avadanlığı öz mül-
kiyyətinə ala bilər və ya başqa güzəştli
şərtlərlə lizinq müqaviləsini təzələyə
bilər. Texniki xidmət, təmir, sığortalama
lizinq alanın məsuliyyətindədir.
Lizinq müqaviləsinin müddəti bitdikdən
sonra avadanlıq onun başqa lizinq alanın
istismarına təqdim edilmək üçün lizinq
şirkətinə qayıdır. Texniki xidmət, təmir,
sığortalama və s. lizinq verənin
məsuliyyətindədir.
Operativ lizinq avadanlığın əldə edilməsinin maliyyələşdirilməsi vasitəsi hesab
olunur. Bununla icarədar lizinq şirkətinin avadanlıqlarından (məs. avtomobilin
icarəsi) qısamüddətli istifadə hüququ qazanır. Kapital xərclər bir qayda olaraq