_____________
Milli Kitabxana________________
3
UŞAQ
ƏDƏBİYYATININ
ÜMUMİ
MƏSƏLƏLƏRİ
_____________
Milli Kitabxana________________
4
UŞAQ ƏDƏBİYYATİMİZİN TƏDQİQİ HAQQİNDA
Həqiqi uşaq ədəbiyyatı öz dövrünün real imkanları
daxilində zəmanəsinin irəli sürdüyü estetik tərbiyə problemlərinə
cavab verir.
Zəmanə təkcə uşaq ədəbiyyatının
bədii məhsulunu
yaradanların deyil, onu tədqiq edənlərin də qarşısında xüsusi
vəzifələr qoyur. Bu sənətin elmi nəzəri konsepsiyası
hazırlanmadan, onun keçdiyi yolun həqiqi qiyməti verilmədən söz
sənətinin yaradıcılarından təzə bir şey ummağa da haqqımız
yoxdur.
Müharibəyə qədərki tədqiqatlar sonrakıların qarşısında çox
cüzi görünür. Bu cəhət başqa xalqların ədəbiyyatşünaslığında da
nəzərə çarpır. Frankfurtdakı uşaq ədəbiyyatının tədqiqi institutunun
professoru Klaus Dodorer müharibədən sonra uşaq ədəbiyyatında
yaranan ciddi münasibətin səbəbini müharibənin gətirdiyi
fəlakətlərdə görür.
Azərbaycanda isə uşaq ədəbiyyatına diqqət müharibənin son
illərindən başlandı. S. Vurğunun proqram xarakterli: “Balalarımız
üçün gözəl əsərlər yaradaq” məqaləsi çap olundu. Bu məqalə sübut
edirdi ki, uşaq ədəbiyyatı özünün vəzifəsini bütün ciddiliyi ilə başa
düşməli və yeni, parlaq əsərlər yaratmalıdır.
Müharibədən sonra planetimizin bir sıra
nöqtələrində belə
bir həqiqət dərk olunmağa başladı ki, bəşəriyyət qarşılıqlı anlaşma
şəraitində yaşamaq istəyirsə, öz nailiyyətlərini qoruyub mühafizə
etmək, daha böyük möcuzələr yaratmaq niyyətindədirsə yeni nəslin
tərbiyəsi ilə ciddi məşğul olmalıdır. Sabah dünyanın sahibi olacaq
uşağın bu gün alacağı tərbiyədən çox şey asılıdır. Uşaqların
tərbiyəsi ilə məşğul olan böyük və mürəkkəb estetik tərbiyə
mexanizminin ən mühüm hissəsi, ən təsirli vasitələrindən biri
ədəbiyyatdır.
_____________
Milli Kitabxana________________
5
Xalq uşaq ədəbiyyatının qayğısına
qalmaqla cəmiyyətin
tərbiyə prosesində fəal iştirak etmək imkanı qazanır.
Uşaq ədəbiyyatının kökləri və mənşəyinin folklora bağlılığı,
bu ədəbiyyatın keçdiyi yol, hətta bəzi sənətkarlıq problemləri
çoxdan bəri estetik fikrimizin əsas mövzusu olaraq qalır. Onun
müxtəlif problemlərini Abdulla Şaiq, Mehdi Hüseyn, Rəsul Rza,
Səməd Vurğun, İlyas Əfəndiyev, Mikayıl Rzaquluzadə, Mirvarid
Dilbazi,
Teymur Elçin, Maqsud İbrahimbəyov, Əkrəm Əylisli,
Fikrət Sadıq kimi yazıçılarla yanaşı, Məmməd Cəfər, Bəkir
Nəbiyev, Əflatun Məmmədov, Xeyrulla Məmmədov, Musa Adilov,
Fərhad Fərhadov, Camal Əhmədov, Qara Namazov, İnayət
Bəkdaşi,
Vaqif Mərdanov, Aydın Hacıyev, Bilal Muradov, Əbdül
Əzizov, Ramazan Qafarov, Hacı İsmayılov, Yaqub Babayev,
Təyyar Cavadov və başqaları aparmış, bu ədəbiyyatın tarixi inkişaf
qanunauyğunluqları haqqında ayrı – ayrı faktları, görkəmli
nümayəndələri barədə fikirlər söyləmişlər.
Uşaq ədəbiyyatımızın inkişaf tarixini müəyyənləşdirmək
baxımından bu əsərlərin rolu şübhəsizdir. Lakin uşaq ədəbiyyatının
tərbiyəvi rolunun onun sənətkarlıq cəhətlərindən çox zaman ayrıca
tədqiqi bu sahədəki estetik fikrin əsas qüsurlarındadır. Çox zaman
Azərbaycan estetik fikri bu ədəbiyyatın
nailiyyətlərini milli
çərçivədə qiymətləndirir, onun obrazlı təfəkkürün məhsulu olması
haqqı danılır. Beləliklə, sənət nümunələrinin həqiqi qiyməti əvəzinə
tədqiqatlarda daha çox bu ədəbiyyatın pedaqoji cəhətləri araşdırılır.
Ümumittifaq mətbuatında çap olunan məqalələrlə milli
dilimizdəki tədqiqatlar arasında kəskin fərq nəzərə çarpır. Rus
tənqidçiləri və həmin dildə məqalələri çap olunan Azərbaycan
yazıçıları və alimləri uşaq ədəbiyyatı problemlərinə Ümumittifaq
kontekstində yanaşdıqları halda, Azərbaycan dilində dissertasiya
yazanlarımızın çoxu həmin məqalələrə bağışlanılmaz bir laqeydlik
göstərirlər.
Uşaq ədəbiyyatı sahəsində müasir nəzəri fikir elə bir
səviyyəyə gəlib çatmışdır ki, Azərbaycan ədəbiyyatşünaslığındakı
tədqiqatlarla heç cürə kifayətlənmək olmur.
_____________
Milli Kitabxana________________
6
Müasir nəzəri estetik fikir uşaq ədəbiyyatı problemlərinin
şərhində sənətkarlıq axtarışlarını, fikrin ifadə ustalığını,
bədii əsərin
forma və məzmun məsələlərini ön plana çəkir. Uşaq
ədəbiyyatımızın nailiyyətlərini məhdud milli və məhəlli hadisə kimi
yox, vahid dünya uşaq ədəbiyyatının problemləri ilə birgə
öyrənmək zərurəti onun yeni bir nəzərlə tədqiq etmək ehtiyacını
doğurur.
Bu günün tədqiqatları uşaq ədəbiyyatımızın mənşəyi olan
kiçik folklor janrlarının xarakterik cəhətlərini nəzərdən keçirmək,
bu cəhətlərin uşaq ədəbiyyatımızın formalaşmasında oynadığı rolu
aydınlaşdırmaq, folklorun fantastik keyfiyyətlərinin, optimizminin,
lakonizminin uşaq ədəbiyyatına keçməsini araşdırmaq; bu
ədəbiyyatın inkişafında mühüm rol oynayan amilləri
müəyyənləşdirmək olmalıdır.
XİX əsrin əvvəllərində Azərbaycanda
yeni tipli məktəblərin
meydana gəlməsi, yeni istiqamətli dərsliklərin, uşaq mətbuat
orqanlarının yaranması, maarifçilik hərəkatının genişlənməsi, rus
və Avropa klassiklərinin əsərlərinin dilimizə çevrilməsi uşaq
ədəbiyyatının yaranması üçün mühüm zəmin olduğunu göstərmək,
ilk nümunələrin ideya–bədii xüsusiyyətlərini nəzərdən keçirmək
müasir tədqiqatların vəzifəsi olmalıdır.
Azərbaycan uşaq ədəbiyyatının sənətkarlıq cəhətcə
inkişafında klassik şərq poeziyasının, rus və dünya ədəbiyyatının
təsiri problemləri də yaddan çıxmamalıdır.
Yaranan əsərlərin
ənənəyə sadiq qalan nümunələri ilə birlikdə novator
keyfiyyətlərinin araşdırılması da nəzərə alınmır.
Tədqiqatların əsas məqsədi Azərbaycan uşaq ədəbiyyatının
köklərini, mənşəyini araşdırmaq, ilk yaranış çağlarında onun hansı
keyfiyyətlərinin sonrakı inkişafına təsir etdiyini nəzərdən keçirmək,
bu ədəbiyyatın söz sənətinin müstəqil bir sahəsinə çevrilməsində
tarixi-ictimai hadisələrin rolunu göstərmək və sonrakı inkişafında
sənətkarlıq axtarışlarının, müvəffəqiyyət və nöqsanlardakı
xarakterik cəhətləri müəyyənləşdirmək olmalıdır. Uşaq
ədəbiyyatının keçdiyi yolun həqiqi qiymətini vermək, beləliklə