11
molyar kütlənin artması deyil, həm də benzin və qazoylların kimyəvi tərkibinin bir-
birindən kəskin surətdə fərqli olmasıdır. Yüksək çıxımla məqsədli məhsulun
alınmasına və etilen qurğularının istismar şəraitinin yaxşılaşdırılmasını təmin edən
qazoylların hazırlanmasının perspektiv üsullarından biri katalitik hidrozənginləşdirmə
hesab
olunur.
Xammalın
qiymətləndirilməsində
ə
sas
kriteriyalardan
biri
avadanlıqlarda koksəmələgəlmə
surətinə təsir göstərən,
200
°
C-dən yuxarı
temperaturda qaynayan maye piroliz məhsullarının çıxımıdır. Təcrübi dəlillər göstərir
ki, bu qiymət 15%-dən artıq olmamalıdır. Atmosfer və vakuum qazoyllarının
tərkibində olan parafin və naftenlərin pirolizi zamanı yüksək temperaturda qaynayan
maye məhsulların çıxımı xammala görə hesablandıqda müvafiq olaraq 6,5 və 12%
olur. Bununla əlaqədar olaraq göstərilən karbohidrogenlər piroliz xammalınln
tərkibində əlverişli komponentlər hesab olunur, ona görə də onun tərkibində parafin və
naftenlərin məhdudlaşdırılması məqsədəuyğun deyildir. İnden və tetralinlər piroliz
göstəricilərini pisləşdirir. Atmosfer və vakuum qazoyllarının tərkibində olan bu
karbohidrogenlərin pirolizi zamanı maye məhsulların yüksək temperaturda qaynayan
fraksiyalarının çıxımı xammala görə hesablandıqda 30-40% təşkil edir. Ağır piroliz
qətranlarının çıxımı yol verilən qiymətdən artıq olduğu üçün xammalın qabaqcadan
hazırlanması mərhələsində, əsasən də atmosfer qazoylunun tərkibində olan inden və
tetralinlər tamamilə təmizlənməlidir. Vakuum qazoylunun tərkibində fenantren və
alkilnaftalin birləşmələrinin miqdarı da minimum olmalıdır. Piroliz prosesində
xammal kimi istifadə olunan atmosfer və vakuum qazoyllarının tərkibinə qoyulan
tələbat cədvəl 1.1-də göstərilmişdir.
12
Cədvəl 1.1
Atmosfer və vakuum qazoyllarının tərkibinə qoyulan tələbat
Tərkibi , % ilə
Atmosfer qazoylu Vakuum qazoylu
Parafinlər
Məhdudlaşdırılmır.
Məhdudlaşdırılmır.
Naftenlər
Məhdudlaşdırılmır.
Məhdudlaşdırılmır.
Alkilbenzollar
Məhdudlaşdırılmır.
Məhdudlaşdırılmır.
İ
ndanlar, tetralinlər
<
8,5
<
36,0
Dinaftenbenzollar
-
-
Naftalinlər , naftennaftalinlər
-
4,6
fenantrenlər, naftenfenantrenlər -
<
2,4
kükürdlu birləşmələr
<
0,8
<
1,7
Belə tərkibə malik agır neft xammallarının alınması üçün ən münasib üsul
selektiv hidrokatalitik dearomatlaşma hesab olunur. Bu proses atmosfer qazoylunun
tərkibində olan tetralinlərin, bitsiklik aromatik və kükürdlü birləşmələrin, vakuum
qazoylundan isə ilk növbədə bi- və politsiklik aromatik, naftenoaromatik, həmçinin də
kükürdlü birləşmələrin təmizlənməsi üçün məqbul sayılır. Atmosfer və vakuum
qazoyllarının hidrodearomatlaşdırılması yüksək temperaturda qaynayan maye piroliz
məhsullarının əmələ gəlməsini əhəmiyyətli dərəcədə azaldır ki, bu da soba blokunun
və qurğunun digər texnoloji avadanlıqlarının istismar şəraitini xeyli yaxşılaşdırır.
Vakuum qazoylunun tərkibində politsiklik karbohidrogenlər və kükürdlü birləşmələrin
miqdarı çox olduğuna görə onun hidrozənginləşdirilməsi atmosfer qazoyluna nəzərən
daha dərin aparılır. HMQ -90 katalizatorunun iştirakilə, 15 MPa təzyiqdə, 370
°
C-də və
0,6 san həcmi surətində vakuum qazoylunun tərkibində olan politsiklik
karbohidrogenlərin dərin hidrogenləşdirilməsi prosesi nəticəsində cəmi hidrogenizatın
tərkibində aromatik karbohidrogenlərin miqdarı 56%-dən 4-6%-ə qədər, politsiklik
karbohidrogenlərin miqdarı isə 36,5-dən 2%-ə qədər azalmışdır. Eyni zamanda
naftenlərin və parafinlərin qatılıgı isə artmışdır. Müəyyən olunmuşdur ki, pirolizin
optimal rejimində (820
°
C, kontakt müddəti 0,56 san., su buxarı: xammal=0,6) 15 MPa
təzyiq altında dərin hidrogenləşmə hirdogenizatının 340
°
C-dən yuxarı temperaturda
13
qaynayan fraksiyasının pirolizi zamanı etilenin və benzolun çıxımı daha çox olur.
Beləliklə,
atmosfer
və
vakuum
qazoyllarının
piroliz
proseslərinin
intensivləşdirilməsinin mühüm istiqamətlərindən biri onların qabaqcadan katalitik
hazırlanmasından ibarətdir. Onda xammalın olefin potensialı artar və etilen
istehsalının istismar şəraitinin yaxşılaşmasına imkan yaranar.
1.2. Mazutun yüksək temperaturlu pirolizi
Ağır neft xammallarının qazşəkilli istidaşıyıcıların iştirakı ilə pirolizi ən
perspektiv piroliz üsullarından hesab olunur. Qazşəkilli istidaşıyıcı kimi əsasən su
buxarı, hidrogen, karbon 2-oksid istifadə olunur. Bu istidaşıyıcıların köməyi ilə
piroliz prosesi yüksək temperaturda, kiçik qabaritli aparatlarda və 1-5 san. kontakt
muddətində həyata keçirilə bilər. Qazşəkilli istidaşıyıcılarla işləyən piroliz reaktorları
adi qarışdırıcı aparat olub, ölçüləri və forması, habelə axınların sürəti onun içərisində
optimal kontakt müddətini təmin edir. İşlənib hazırlanan piroliz proseslərində
istidaşıyıcıların alınması və qızdırılması üçün əsasən aşagıdakı üsullarından istifadə
olunur: hidrogenin oksigen mühitində yandırılması; qaz şəkilli və ya maye yanacağın
oksigen mühitində yandırılması; istidaşıyıcıların kürə şəkilli doldurmalı regenerativ
istidəyişdiricilərdə və ya elektrik qövslü qızdırıcılarda qızdırılması. Hər üsulun
özünün üstünlükləri və çatışmayan cəhətləri vardır, odur ki, piroliz üsulu konkret
olefin istehsalı üçün iqtisadi cəhətdən əlverişlilik baxımından təyin olunmalıdır. Lakin
hər hansı halda istidaşıyıcı kimi su buxarından istifadə edərkən çoxlu miqdarda çirkab
suları yaranır ki, bu da çox bahalı təmizləmə üsulu tələb edir. Şəkil 1.1-də mazutun
yüksəktemperaturlu piroliz prosesinin təcrubi qurgusunun texnoloji sxemi verilmişdir.
Bu qurğuda istiyədavamlı poladdan və odadavamlı saxsıdan hazırlanmış müxtəlif
konstruksiyalı reaksiya aparatları sınaqdan keçirilmişdir. Müxtəlif növ xammalların o
cümlədən neft, birbaşa qovma benzini, atmosfer və vakuum qazoyllarının, həmçinin
də mazutun və poliqudronun pirolizinə aid tədqiqat işləri aparılmışdır. Oksigen
mühitində hidrogeni qızdırmaqla 1 soba qızdırıcısında alınan, istidaşıyıcı-su buxarının
Dostları ilə paylaş: |