XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
371
elmi cəhətdən sistemləşdirərək, onların hesablanması üçün üsullar təklif
etmişdir. Burada mexanizm bəndlərinin təcillərinin hesablanması
məsələlərinə də toxunulmuşdur.
Maşınlar üzrə elmin inkişafında Peterburq universitetinin professoru
Çebışev yeni mərhələ açmışdır [2.67]. O, ilk dəfə olaraq maşınlar
nəzəriyyəsində riyaziyyatdan istifadə edərək, onu riyazi yolla hesablana
bilən bir elmə çevirir. Onun işlərinin əsas istiqaməti kinematika
sahəsində bənd zənciri nəzəriyyəsinin yaradılması idi (şəkil 2.91). Bu
nəzəriyyə maşın mexanizmləri nəzəriyyəsinin yaranmasında əsas rol
oynamışdır. Çebışevin həll etdiyi bir çox məsələlər (məsələn, buxarın
paylanması, presləmə, hesablama maşınları, tərəzilər və s.) nəzəri
əhəmiyyətə malik olması ilə bərabər, həm də praktikada geniş tətbiq
olunmuşdur. Onun işlədiyi tənzimləyici bir çox dünya sərgilərində
(Vyana-1873, Filadelfiya-1876, Paris-1878) qızıl medala layiq
görülmüşdür. Çebışevin şagirdlərindən P.Somov, N.Delone, V.Liqin və
C.Qohman maşınların kinematikasının inkişaf etdirilməsində önəmli
işlər görmüşlər.
Şəkil 2.91. Çebışevin düzxətli hərəkətli mexanizmi
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
372
XIX əsrin 60
−
70-ci illərində praktiki maşınqayırma, nəqliyyat
maşınlarının layihələndirilməsində dinamika məsələləri ilə məşğul olan
rus alimi Vişneqradski bu sahələri daha da inkişaf etdirir. Bundan əlavə
o, avtomatik idarəetmə nəzəriyyəsinin əsaslarını işləyir.
XIX əsrin sonunda əsas elmi işlər
−
buxar maşınları və çarxqolu-
sürgüqolu mexanizmi ilə əlaqədə olan maşınların dinamikası üzrə
aparılır. Bu dövrdə avstriyalı alim J.Radinqerin “Yüksək sürətli buxar
maşınları” kitabı çap olunur. Alman professoru M.Rüllmann dörd cilddə
tərtib etdiyi “Ümumi maşınşünaslıq” adlı ensiklopedik əsərində bu
sahədə mövcud olan bilikləri ümumiləşdirərək, müxtəlif təyinatlı
maşınların layihələndirilməsi üzrə təcrübi bilikləri təsvir edir.
XX əsrin əvvəlində rus alimləri ilə bərabər alman alimləri də
maşınqayırma elminin inkişafında böyük rol oynayırlar. Rölo tərəfindən
1900-cü ildə çap olunmuş “Nəzəri kinematika” kitabının ikinci cildi
maşınların mexanikası sahəsi üzrə aparılan işlər üçün katalizator rolunu
oynayır. Bu istiqamətdə R.Müller, K.Mor və Burmester maraqlı işlər
görürlər. F.Vittenbauer maşın mexanizmlərinin dinamiki analizi üçün
qrafiki üsul işləyib hazırlayır. Onun “Qrafiki dinamika” kitabı toplu bir
əsər olub, çoxlu sayda məlum təcrübi biliklər əsasında maşınların
kinematikasının statik və dinamik hesablanması üsullarını verir. Bundan
əlavə, kitabda bu sahədə mövcud olan bir çox problem məsələlər də
müzakirə olunur.
Bu ərəfədə Rusiyanın sənaye cəhətdən inkişaf etmiş ölkələrdən geri
qalmasına baxmayaraq, Rusiya maşınların layihələndirilməsi üzrə çox
güclü elmi bazası olan məktəblərə malik idi. Bir çox rus alimləri texniki
ali məktəblərdə çalışırdılar.
Nəqliyyat, yük, dağ-mədən və kənd təsərrüfatı maşınlarının
mexanikası, layihələndirilməsi ilə məşğul olan alimlər sırasına
N.Jukovski, N.Merzalov, P. Xudyakov, A. Sidorov, V.Qoryatçkin, L.
Assur, V.Qrineveçki və D.Sernov daxil idilər. Jukovski maşın və
mexanizmlər nəzəriyyəsi ilə məşğul idi. Onun məşhur əsərlərindən
“Qayka və vintin yivində təzyiqin paylanması”, “Qayış ötürməsində sü-
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
373
rüşmə” “Maşınlarda yeyilmə” uzun müddət həm nəzəri, həm də praktiki
cəhətdən böyük əhəmiyyət kəsb etmişdir.
Jukovskinin
şagirdi
Assur
mexanizmlərin
strukturu
və
sinifləşdirilməsinin klassik nəzəriyyəsinin yaradıcısı sayılır. Alman
alimi Bax ilə yanaşı rus alimi Sidorov da maşın hissələri və
düyümlərinin layihələndirilməsi üzrə maraqlı kitab yazır. Bundan əvvəl
onun texnikanın tarixinə aid yazdığı kitab da önəmli idi.
Maşın hissələrinin yeyilmə problemləri və effektiv yağlama
üsullarının işlənməsi ilə məşğul olan professor N.Petrov hidrodinamik
yeyilmə nəzəriyyəsinin banilərindən sayılır. O, ilk dəfə olaraq yeyilmə
prosesinin riyazi təsvirini verir, yeyilmənin ölçülməsi və idarə olunması
üçün üsullar təklif edir, maşınqayırmada məlum olmayan sürtünmə
ədədlərini daxil edir və maşın hissələri üçün yağlayıcı maddələrin
hazırlanması qaydalarını təklif edir.
XX əsin əvvəlində əldə edilən texniki nailiyyətlər
374
2.6.3. Dəzgahqayırmanın inkişafı
Ə
srin sonunda texnikanın ümumi inkişafı ilə əlaqədar olaraq
dəzgahqayırma da öz inkişafından qalmır. 80-ci illərdə Amerika
dəzgahlarının bütün Avropanı bürüdüyü halda, on il sonra vəziyyət artıq
Avropada fəaliyyət göstərən müəssisələrin xeyrinə dəyişməyə başlayır.
Bu ərəfədə Almaniya dəzgahqayırma sənayesi güclənərək dünyada
aparıcı rol oynayır. 1893-cü ildə Almaniya dəzgahları böyük çeşiddə
Çikaqoda keçirilən sərgidə nümayiş etdirilərək ən çox mükafat qazanır.
Sərgidə iştirak edən 70 firma öz məhsulları ilə güclü amerikalı
rəqiblərinə qarşı çıxış edirdilər. Amerika dəzgahları öz əvvəlki adlarını
qorusalar da, alman dəzgahları öz texniki hazırlıqları ilə sərgidə
nümayiş etdirilən bütün dəzgahları ötüb keçmişdilər.
Bu dəzgahların arasında əsasən, universal alətitiləyən pardaq, sonsuz
vint və silindrik frezlə işləyən frez dəzgahları böyük diqqət qazanmışdı
(şəkil 2.92). Dəqiq hərəkət
etdirilə
bilən
eninə
supporta
malik
torna
dəzgahları da fərqlənirdilər.
Ancaq onu da qeyd etmək
lazımdır ki, alman burğu
dəzgahlarında hələ Ameri-
kada olduğu kimi, sürətli
boş gediş mexanizmi yox
idi. Alman dəzgahlarına
olan maraq ona gətirib
çıxarmışdır ki, Çikaqodan
3 il sonra, yəni 1896-cı ildə
Berlində daha bir sərgi
təşkil olunur. Bu sərgidə
əsasən metal emal edən
dəzgahlar nümayiş etdirilir.
Şəkil 2.92. Sonsuz vint frez dəzgahı,
Rayneker firması.
Dostları ilə paylaş: |