ölkələrdə müxtəlif kommersiya adı altında istehsal olunan
virusəleyhinə bu preparatın qısa xarakteristikasını göstəririk.
Ribavirin (RV) geniş spektrli antivirus aktivliyinə malik
quanozinin (quanin nukleozidi) struktur analoqudur. Hələ 20 il öncə
sübut olunmuşdur ki, r-İFN preparatlarının inyeksiyalarını
ribavirinin peroral qəbulu ilə kombinə edərək additiv təzahürlü
effekt almaq olar və onun hesabına xəstəliyin residivlərinin tezliyini
azaltmaq olar. Nəticədə, XCH-li xəstələrin müalicə effektivliyi
nəzərə çarpacaq dərəcədə yüksəlir.
Eyni zamanda RV-nin yalnız peroral qəbulu HCV-nin
reproduksiyasının azalmasına gətirir və RV kurs qəbulundan sonra
2-3 ay müddətində virus yükünün azalması davam edə bilir. Lakin,
RV-nin hətta uzunmüddətli qəbulu HCV-nin eliminasiyasına gətirib
çıxartmır.
Peroral qəbul zamanı RV tez sorulur və biomənimsənilməsi
50%-ə yaxın təşkil edir. O plazmada (1-1,5 saat ərzində RV-nin
konsentrasiyası maksimuma çatır), tənəffüs yollarının selikli
qişasının sekretində və eritrositlərdə (sonuncuda RV yeridilmədən
bir neçə həftə sonra da aşkar edilir) paylanır.
Orqanizmdən zəif sürətlə xaric olunur. 200 mq dozada birdəfəlik
qəbuldan sonra yarımxaricolma müddəti plazmadan 1-2 saat,
eritrositlərdən 40 gün, kursun başlanmasından sonra isə 300 saat
təşkil edir.
XCH-li XƏSTƏLƏRƏ r-İFN PREPARATLARININ
TƏYİNİNƏ GÖSTƏRİŞLƏR
VƏT-ın təcili aparılmasına (o cümlədən r-İFN preparatları ilə)
bilavasitə göstəriş - xəstənin qanında hepatit C virusunun RNT-nin
mövcud olmasıdır; lakin bu zaman xəstənin qanında qaraciyər
fermetlərindən: alaninaminotransferazanın (AlAT) və xüsusən də
qamma-qlütamiltranspeptidazanın (QQT) aktivliyinin yüksəlməsi
(və ya periodik yüksəlməsi) şərtdir. Bu zaman xəstədə xroniki
hepatitin klinik sindromunun varlığı mütləq deyil, çünki XCH bir
çox hallarda subklinik keçir, klinik manifest formaları isə dalğavari
gedişat ilə fərqlənir.
Xəstəliyin
“yumşaq”
xoşxassəli
gedişatı
və
qaraciyər
fermentlərinin aktivliyinin cüzi yüksəlməsi ilə müşayət olunan
XCH-li xəstələrdə VƏT-in aparılmasına göstəriş ayrıca qeyd
edilməlidir. Belə xəstələrdə VƏT başlanması məsələsi həll
olunduqda xəstədə qaraciyərin proqressivləşən fibrozunun bilavasitə
(morfoloji) və ya dolayı (elastoqrafiya) əlamətlərin varlığı diqqətə
alınmalıdır. Belə əlamətləri olan xəstələrə dərhal VƏT başlanmalıdır
ki, aparılacaq bu müalicə QS prosesinin formalaşmasının qarşısını
ala və ya ən azından ləngidə bilər.
Nəhayət, yoluxmuş insanların 20%-ni təşkil edən, bütün
qaraciyər fermentlərinin aktivliyi daim normal olan xəstələrdə VƏT-
in aparılmasına göstəriş məsələsinin də xüsusi müzakirəyə ehtiyacı
var. Belə şəxslərə formal olaraq “sağlam” virusdaşıyıcıları kimi
baxılır (əsl HCV daşıyıcılığının mövcudluğu qəbul edilmir!).
Hesab edilir ki, bu xəstələrdə qaraciyərin zədələnməsinin
minimal əlamətləri və periferik qanın biokimyəvi göstəricilərinin
kompensəolunmuş dəyişiklikləri ilə müşayət olunan torpid gedişatlı
hepatit var. Ədəbiyyatlarda qeyd edildiyi kimi, xüsusən aşağı
səviyyəli viremiya zamanı belə xəstələrin bir qismində uzun illərdən
sonra belə qaraciyər toxumasının fibrozlaşması əlamətləri aşkar
olunmur.
Bununla belə, bu xəstələrdə prosesin proqressivləşməsini və QS-
in inkişafını istisna etmək olmaz. Lakin, qaraciyər fibrozunun inkişaf
edəcəyi xəstələri qabaqcadan müəyyən etmək praktik olaraq
mümkün olmadığından, HCV-infeksiyasının belə formalarında
mütəmadi aparılan laborator-instrumental
monitorinq böyük
əhəmiyyət kəsb edir, çünki vaxtında xəstələrdə qaraciyər fibrozunun
proqressivləşməsi əlamətlərini müəyyən etməyə imkan verir.
XCH-li xəstələrin müalicəsi sahəsində müasir mütəxəssislərin
əksəriyyətinin mövqeyinə əsasən bu cür monitorinq üç göstəricini
nəzarətdə saxlamalıdır:
1) qanda qaraciyər fermentlərinin aktivlik göstəricilərinin
stabilliyi; çünki, tədrici yüksəliş faktının aşkarlanması belə (hətta
normal diapazon sərhədində oynamalar) fibrozlaşma prosesinin
proqressivləşməsi riskini yüksəldir;
2) qan zərdabında virus yükünün stabilliyi; çünki virus yükü ilə
qaraciyərin iltihabi zədələnməsinin arasında düz mütənasiblik
olmamasına baxmayaraq, 1 mln ME/ml-dən çox konsentrasiyada
HCV-RNT-nin varlığı fibrozun proqressivləşmə riskini yüksəldir;
3) qaraciyər fibrozunun dərəcəsi; elastoqrafiya ilə və ya
qaraciyərin punksion bioptatının morfoloji tədqiqatının nəticələrinə
əsasən təyin olunur və 0-dan 4-ə qədər mərhələlərlə ifadə olunur.
Müasir baxışlara görə, müşahidə müddətində qaraciyər
fermentlərinin aktivliyinin yüksəlməsi qeyd olunmayan və/və ya
virus yükünün hətta 10 dəfə (yəni 1 onluq loqarifm) yüksəlməsi
qeyd olunan, qaraciyər fibrozunun dərəcəsi isə F0 və ya F1
mərhələsini ötməyən xəstələrdə VƏT-nın təcili aparılmasına ehtiyac
olmadığı hesab olunur. Belə xəstələr həkimin dinamik müşahidəsi
altında olmalı, vaxtaşırı olaraq yuxarıda göstərilən monitorinqə
məruz qalmalı və yalnız yuxarıda göstərilən əlamətlərin yaranması
halında müalicə olunmalıdırlar.
Yuxarıda sadalanan göstərişlərin olmamasına baxmayaraq VƏT-
in aparılmasının təkid edən xəstələr bu qaydadan istisna edilə bilər.
Eyni zamanda əgər xəstədə F2 və daha yüksək mərhələyə aid
olan qaraciyər fibrozu müəyyən edilmişdirsə, o zaman ona qaraciyər
fermentlərin aktivliyindən və virus yükü səviyyəsindən asılı
olmayaraq təxirəsalınmaz VƏT təyin olunmalıdır.
VİRUSƏLEYHİNƏ PREPARATLARIN ƏLAVƏ
TƏSİRLƏRİNİN TƏZAHÜRLƏRİ
r-İFN preparatların təyini zamanı aşağıdakıları nəzərə alımaq
lazımdır.
Birincisi, uzunmüddətli yeridilmə zamanı bu preparatlar
hemopoezin qırmızı və meqakariositar artımlarının azalmasına
gətirən
mielosupressiv
təsir
göstərərək
anemiya
və
trombositopeniyanın inkişafına gətirib çıxara bilir.
İkincisi, preparatların uzunmüddətli yeridilməsi qanyaranmanın
ağ artımlarının da depressiyasını yarada bilir və leykositopeniyaya, o
cümlədən neytropeniyaya gətirib çıxara bilir.
Üçüncüsü, bu preparatlar anadangəlmə (antigen-asılı olmayan)
immunitet amillərini stimulə etməklə, qazanılmış (antigen-asılı)
immunitet amillərinə, xüsusən də bakterial infeksiyalara qarşı
rezistentliyi təmin edən amillərə cüzi depressiv təsir göstərə bilir.
Dördüncüsü,
bu
preparatlar
əsas
toxuma
uyğunluğu
kompleksinin
antigenlərinin
ekspressiyasını
stimulə
edərək,
autoimmun reaksiyaları aktivləşdirə və orqanizmdə gedən
Dostları ilə paylaş: |