Xocavənd
Xocavənd – Azərbaycanda rayon. İnzibati mərkəzi – Xocavənd 2 Oktyabr 1992-ci il
tarixdən etibarən ermənistan respublikasının işğalı altındadır.
Tarixi
Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa
əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu
yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 km², əhalisi 41.725 (o cümlədən azərbaycanlılar –
10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar
və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu
Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.
1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Xocavənd rayonu 145 şəhid (onların
13 nəfəri qadın, 13 nəfəri uşaqdır) vermişdir. 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Xocavənd rayonunun kəndlərinin
işğal tarixləri:
Kənd adı
İşğal tarixi
Tuğ 30.10.1991-ci il
Salakətin
30.10.1991-ci il
Xocavənd 19.11.1991-ci il
Axullu
09.01.1992-ci il
Qaradağlı
17.02.1992-ci il
Muğanlı
02.10.1992-ci il
Əmiralılar 02.10.1992-ci il
Kuropatkino 02.10.1992-ci il
Günəşli
23.07.1993-cü il
Xətai 20.08.1993-cü il
Coğrafi mövqeyi
Ərazisi alçaq dağlıq və şərqdə maili duzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi
sahəsi 145647 hektardır. Əsasən, Yura, Tabaşir, Antropogen cokuntulərindən ibarətdir.
Mərmər yatağı var.İqlimi cox yerdə yayı quraq kecən mulayim istidir. Orta temperatur
yanvarda -2°C-dən -l°C- yədək, iyulda 24-26°C-dir. llik yağıntı 400-500 mm-dir. Cayları
(Kondələncay, Qozlucay, Qurucay və s.) Araz hovzəsinə aiddir. Şabalıdı və qəhvəyi dağ-meşə
torpaqları yayılmışdır. Bitki ortuyundə yarımsəhra və quru col bitkiləri ustundur. Kolluqlar və
enliyarpaqlı meşələr var. Meşələrdə tulku, caqqal, dov an, colsicanı və s. kimi heyvanlar,
kəklik, goyərcin və s. quşlar yaşayır.
Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir.
Relyefi əsasən dağlıqdir. Hündürlüyü təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı)
qədərdir.
Qəsəbələr / Kəndlər
Rayon 1 şəhər, 2 şəhər tipli qəsəbə və 81 kənddən ibarətdir: Qaradağlı, Xocavənd, Əmiranlar,
Muğanlı, Kuropatkino, Haxulu, Salakətin, Günəşli, Xətai, məşhur Tuğ kəndi və s.
Tarixi abidələr
Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə – tikinti
materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Ekologiya
və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Xocavənd rayonunun Qırmızıbazar
qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq
çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a
düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik
azat ağacları da mühafizə edilirdi. Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid "Alban" kilsəsi",
Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid "Alban" kilsələri, I-V əsrlərə aid "Alban"
qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən "Dəmrov" ocağı, "Dağdağan" ocağı,
Xocavənd kəndi ərazisində yerləşən "Cicim" ocağı, Qaradağlı kəndi ərazisində qədim "Alban"
qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən "Bəhmənli" piri, Muğanlı kəndində yerləşən
"Seyid Rza" kumbəzi, Qaradağlı kəndi ərazisində "Yel" piri erməni işğalcıları tərəfindən
vəhşicəsinə dağıdılmışdır.
Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz
səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları
oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx
kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda,
dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları
oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə
malikdir. Xocavənd ərazisində istifadəyə yararlı yeraltı su ehtiyatlarını qiymətləndirmək
məqsədilə bir vaxtlar kompleks hidrogeoloji tədqiqatlar aparılıb. Nəticədə 9 perspektiv sahə
seçilib və həmin sahələr üzrə IV dövr, Təbaşir və Yura sulu komplekslərinin 83 min
kubmetr/gün həcmində yeraltı su ehtiyatları aşkarlanıb. Bundan başqa bulaq axımı moduluna
əsasən 7,34 min kubmetr/gün həcmdə yeraltı su ehtiyatları hesablanıb. Beləliklə, rayonun
ərazisində istifadəyə yararlı yeraltı sular 90,34 min kubmetr/gün təşkil edir.
İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx
mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi
25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında
bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən
yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da
kəsilib.
İqtisadi xarakteristikası
Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məşhur
olan rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq
və tərəvəzçilikdir. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-
tərəvəz bitkiləri yetişdirilir. Rayon ərazisində Bağırxan, Qırmızı Bazar, Mədə Bulağı, Baba
Bulağı, Ballı Bulaq və s. onlarla istirahət zonaları var.
Görkəmli şəxslər
Hacıyeva Əcəb Məhərrəm qızı – Sosialist Əməyi Qəhrəmanı, Əmək veteranı.
Cahangirov Zülfiqar Məhəmməd oğlu – iqtisad elmləri doktoru, professor.
Həsənov Əli Pənah oğlu – iqtisad elmləri doktoru, professor.
Cavad Bəy oğlu Məlik – Yeqanov – Azərbaycan Demokratik Cümhuriyyətinin (1918-1920-ci
illər) parlamentinin üzvü, Lənkəran Qəzasının general – qubernatoru olmuşdur.
Xudadat Bəy Məlik – Aslanov – Azərbaycan Demokratik Cümhuriyyətinin Dəmir Yolları
naziri, texnika elmləri doktoru, professor.
Mir Mehdi Xəzani – məşhur "Qarabağnamə"lərdən birinin müəllifi, tarixçi, şair.
Hüseynov İbad Mahmud oğlu – Azərbaycan Bayrağı ordenli, müharibə veteranı.
Kazımova Roza Mənsur qızı – III dərəcəli Əmək Şöhrəti ordenli, əmək veteranı.
Hüseynov Fehruz Mahmud oğlu – Qırmızı Əmək Bayrağı ordenli.