15
Yaqub Məğrur
Vətən naminə
dımlayarkən, AYB-nin giriş qapısına bir az qalmış.
nəğməkar şairimiz Nüsrət Kəsəmənli təsadüfən
qarşıma çıxdı. Mən ona salam verdim. O isə əl verib
görüşdükdən sonra, “biz tanışıq?”-deyə soruşdu. Mən
gülümsünüb dedim:
- Siz məni tanımasanız da, mən sizi, vurğunu
olduğum lirik şeir və poemalarınızdan tanıyıram.
Özüm də ki, “az-az uydururam, yeri gələndə”.
Hörmətli şairimiz “bura mənim şəxsi ofisimdir”-
deyə məni qarşısında dayandığı binanın daxilinə
dəvət etdi. Biz pilləkənlə ikinci mərtəbəyə qalxaraq,
bir kabinetə daxil olub əyləşdik. O, “qonağımız var,
çay gətir!”- deyə katibə - xanıma göstəriş verdi. Sonra
isə kimliyimlə maraqlandı. Çadır həyatından söhbət
etdikcə kövrəldi. Mən gərginliyi aradan qaldırmaq
üçün pencəyimin cibindən çıxardığım on iki vərəqlik
şagird dəftərini ona tərəf uzadıb dedim:
- Nüsrət müəllim, o qaçhaqaçlı günlərdə canlı
şahidi olduğum real hadisələr əsasında yazdığım
“ANA SEVGİSİ” poemasıdır. Yazıçılar Birliyinə də, bu
poemanı mötəbər şairlərimizdən birinə göstərmək
üçün gedirdim. Qismətdən qarşıma ilk çıxan siz
oldunuz. Ona görə də xahiş edirəm ki, poemanı ox-
uyub münasibətinizi bildirəsiniz.
Şair dəftəri alıb vərəqlədikdən sonra dedi:
- Sən bütün dəftəri doldurmusan ki, onu oxumağa
vaxt lazımdır. Ona görə də, mənə iki gün möhlət ver!
Boş vaxtlarımda oxuyub, münasibət bildirərəm .
Sonra o, əlaqə telefonunu kiçik bir kağız par -
çasına yazıb, mənə verərək dedi:
- İki gündən sonra gəlib dəftərini də götürərsən,
rəyini də!
Razılaşdığımız gün onun ofisinə getməmişdən
əvvəl əlaqə telefonuna zəng etdim. Kimliyimi bilən
kimi “hə.., şair, poemanı oxudum, ofisə gəl,
danışaq!”- dedi.
Mən dərhal sözügedən ünvana yollandım. Nüsrət
müəllim məni gülər üzlə qarşılayıb dedi:
- Yaqub müəllim, poemada cərəyan edən dəhşətli
hadisələr obrazlı şəkildə çox gözəl təsvir olunub.
Ancaq bir neçə yerdə bəzi sözlərin təkrarına yol
vermisən. Bir də ki, bəzi qafiyələrin yenidən
işlənməsinə ehtiyac var. Çalış, sözləri şəkilçisi ilə
deyil, köküylə qafiyələndir! Bax onda bu poema
Qarabağ müharibəsi mövzusunda yazılmış ən gözəl
əsərlərdən biri olacaq.
Mən dəftəri qatlayıb cibimə qoya-qoya dedim:
- Nüsrət müəllim, sizə əziyyət verdiyim üçün üzr
istəyirəm, dediyiniz düzəlişləri edəndən sonra poe-
maya yenidən nəzər salmağa vaxtınız olacaqmı?
- Əlbəttə, hazır olan kimi gətir, baxım!
Sonra o, məni yola salanda gülümsünüb təkrar
dedi:
- Bax gözləyəcəm ha.., əsər məni çox
təsirləndirib, yenidən işləyib qurtaran kimi gətir!
-Yaxşı, Nüsrət müəllim, çox sağ olun!
Bir həftədən sonra sözügedən poemanın yenidən
işlənmiş variantını hörmətli şairimizə apardım. O,
daha məni gözlətmədi. Poemanı elə dərhal -
birnəfəsə oxudu. Bir - iki yerdə düzəliş etdi. Sonra
əlini şəstlə mənə uzadıb “təbrik edirəm, artıq əsər
çapa tam hazır vəziyyətdədir!”- dedi. Bununla da
Nüsrət müəllim mənim ədəbi mühitə daxil olmağıma
ilk zəmanət vermiş oldu.
16
Yaqub Məğrur
Vətən naminə
17
Yaqub Məğrur
Vətən naminə
1998-2003-cü illərdə “İSTİNTAQ”, “RADİKAL”, və
“VAXT” kimi mətbuat orqanlarında şöbə müdiri və
redaktor, 2001-2008-ci illərdə “ŞƏHİDLƏR” qəzetində
baş redaktor vəzifələrində çalışdım. Bu və digər
mətbuat orqanlarında araşdırmaçı məqalələrimdən
əlavə, kifayət qədər şeirlərim və publisistik yazılarım
da dərc olundu.
2003-cü ildə isə mətbuatda topladığım təcrübə
əsasında “TƏHQİQAT ”adlı ictimai - siyasi, hüquqi
qəzet təsis etdim. Qarşımda yazıb-yaratmaq üçün
daha geniş meydan açıldı. Biləsuvar rayonundan
köçüb gələndən bəri donmuş vəziyyətdə qalmış
“XUDAFƏRİN NƏĞMƏLƏRİ” Ədəbi Birliyinin
fəaliyyətini də bərpa etdim. Sözügedən qəzetin və
ədəbi birliyin çapı hazırda da davam etməkdədir.
2005-ci ilin sonlarına doğru yaradıcılığım öz axarı
ilə inkişaf edirdi. Artıq hər biri 96 səhifəlik iki ümumi
dəftər həcmində şeirlərim var idi. Hər dəfə qəzetimiz
çapdan çıxanda həmin şeirlərin bəzi seçmələrini
poeziya guşəsində dərc edirdim. Növbəti dəfə
seçmələr apararkən, qəzetimizin məsul katibi Həqiqət
xanım etiraz edib, ciddi şəkildə dedi:
- Ay Yaqub müəllim, nə vaxta qədər şeirlərini
yalnız qəzetdə çap etməklə kifayətlənəcəksən? Axı
bu şeirlər sənin mənəvi övladlarındır. Onları seyfdə
saxlamaqla, sanki quşu qəfəsə salırsan. Artıq bu
şeirlərin kitab halında çap olunmasının vaxtıdır.
Gülümsünüb soruşdum:
- Bu hardan ağlına gəldi?
- Düz deyir də.., Yaqub müəllim, şeiriyyatdan başı
çıxmayanların kitabları çıxdığı halda, niyə sizin bu
gözəl şeirləriniz kitab halında çap olunmamalıdır?-
deyə digər əməkdaşımız Ellada xanım da onun
təklifini dəstəklədi.
- Hələlik mənim belə bir fikrim yoxdur!-deyə cavab
verdim.
Bu məsələ ilə əlaqədar əməkdaşlarımız mənimlə
mübahisə etməyə başladılar. Bu anda qonşu otaqda
yerləşən “DÜNYAYA PƏNCƏRƏ” qəzetinin təsisçisi
və baş redaktoru, ağsaqqal yazıçı-publisist Qalib
Qadir redaksiyamıza daxil olaraq, mübahisənin
səbəbini soruşdu. Xanım əməkdaşlarımız ona izah
etdilər. Qalib müəllim mənim şeir dəftərlərimi götürüb
nəzərdən keçirdikdən sonra dilləndi:
- Yaqub müəllim, indiyə qədər nəsr əsərlərindən
ibarət on kitabım çapdan çıxıb. Ancaq poeziyanı da
yaxşı bilirəm. Xanımların dediklərində bir həqiqət var
ki, söz yığnağından ibarət şeir yazan bəzi adamlar
hər ayda bir kitab çıxarırlar. Razı olsan, sənin
şeirlərini aparıb oxuyaram. Xoşuma gəlsə, kitabının
redaktoru olaram.
- Qalib müəllim, dəftərdəki şeirlər müxtəlif vaxt-
larda
yazdığım
cızma-qaralardan
ibarətdir.
Düzəlişlərə ehtiyac var. Hər dəfə bir neçə şeiri seçib
düzəltdikdən sonra qəzetdə dərc etdirirəm.
- Təvazökarlığa ehtiyac yoxdur, Yaqub müəllim,
mən dəftərləri aparıram. Ancaq bu qədər şeiri ox-
uyub fikir bildirmək üçün mənə dörd gün vaxt lazım
olacaq.
- Nə deyirəm ki, Qalib müəllim, atalar sözü var ki,
“azlıq çoxluğa tabedir”. Səs çoxluğu ilə siz qalib
gəldiniz. Ancaq xahiş edirəm, dəftərləri qoruyun ki,
cırılıb eləməsin!
- Yaxşı, narahat olma, dörd gündən sonra
18
Yaqub Məğrur
Vətən naminə
Dostları ilə paylaş: |