YAQUBUN MƏ KTUBU
G R Ş
«Yaqubun Mə ktubu»
«millətlər arasına səpələnmiş on iki qəbiləyə»
ünvanlanıb. Bu məktubda təcrübi təlimatlar və öyüd-nəsihətlər var. Müəllif
məsihçi münasibətlərini və davranışını öyrətmək üçün məcazi mənada bir
çox ifadələr işlədir. Yaqub məsihçi nöqteyi-nəzərindən bir çox mövzulara
toxunur. O öz məktubunda var-dövlət, yoxsulluq, sınaqlar, yaxşı davranış,
iman və əməllər, dilimizdəki sözlər, müdriklik, münaqişələr, qürur və
itaətkarlıq, başqalarını mühakimə etmək, öyünmək, səbir və digər vacib
mövzulardan yazır. Yaqubun məktubu məsihçilərə imanla bərabər əməlləri
də tətbiq etməyi vurğulayır.
Kitabın mə zmunu:
1:1-18 Sınaqlara dözmək
1:19-27 Eşitmək və icra etmək haqqında
2:1-13 Var-dövlət və yoxsulluq
2:14-26 man və əməllər
3:1-12 Dil haqqında
3:13-18 Həqiqi müdriklik
4:1-17 Allaha tabe olmaq haqqında
5:1-6 Varlılara xəbərdarlıq
5:7-20 Səbir haqqında
1
1 *
Allahın və Rəbb sa Məsihin qulu mən Yaqubdan millətlər arasına
səpələnmiş on iki qəbiləyə
a
salam!
Sınaqlara dözmə k
2
Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc
hesab edin.
3
Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm
yaradır.
4
Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar
olasınız, heç bir çatışmazlığınız olmasın.
5
Ə
gər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və
məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.
6
Amma qoy
*
1:1
Mat. 13:55; Mark 6:3; Həv. 15:13; Qal. 1:19
a
1:1 On iki qəbiləyə
– yəni imanlılara.
heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin
qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir.
7
Qoy belə adam
düşünməsin ki, Rəbdən bir şey alacaq.
8
O qərarsızdır, heç bir yolunda sabit
deyil.
9 *
Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin,
10
varlı qardaşsa öz həqirliyi ilə
fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək.
11
Günəş çıxır,
bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi
itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq.
12
Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra
Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq.
13
Sınağa düşəndə qoy
heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa
çəkilmir və Özü də heç kimi sınağa çəkmir.
14
Lakin hər kəs öz ehtirası ilə
aparılıb yoldan çıxarılaraq sınağa çəkilir.
15
Sonra ehtiras boylu qalıb günah
doğurur. Günah da yetişəndə ölüm törədir.
16
Ey sevimli qardaşlarım, aldanmayın:
17
hər yaxşı bəxşiş və hər kamil
hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan
nurlar Atasından
b
gəlir.
18
O Öz iradəsinə görə həqiqət kəlamı ilə
doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.
Eşitmək və icra etmək
19
Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz
söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.
20
Çünki insanın
qəzəbi Allahın salehliyini hasil etmir.
21
Buna görə də hər cür murdarlığı və
dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə
qadir olan kəlamı həlimliklə qəbul edin.
22
Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın.
23
Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün
cizgilərinə baxan adama bənzəyir:
24
O öz-özünə baxır, kənara çəkilir və
dərhal necə olduğunu unudur.
25
Lakin kamil qanuna, azadlıq qanununa
diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır;
belə adam öz işində nə bəxtiyardır!
26
Ə
gər sizdən biri özünün mömin olduğunu düşünür, amma ürəyini
aldadıb öz dilini yüyənləmirsə, onun möminliyi puçdur.
27
Ata Allahın
hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların
ə
ziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq.
*
1:9-11
Yeş. 40:6-7
b
1:17 Nurlar Atasından
– yəni nur Olan və səma cisimlərini yaradan Ata
Allahdan. Bax: Yar. 1:14-19; 1Yəh. 1:5.
2
1
Qardaşlarım, izzətli Rəbbimiz sa Məsihə iman edənlər olaraq insanlar
arasında tərəfkeşlik etməyin.
2
Məsələn, toplandığınız yerə qızıl üzüklü,
gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da
gələrsə,
3
gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin»,
kasıba da «sən orada dur» və yaxud «yerdə otur» deyərsinizsə,
4
öz aranızda
ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı?
5
Ey sevimli
qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və
Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?
6
Sizsə
kasıbı hörmətdən saldınız. Məgər sizi sıxışdıran varlılar deyilmi? Sizi
məhkəmələrə çəkən onlar deyilmi?
7
Sizin məxsus olduğunuz Şəxsin şərəfli
adına küfr edən onlar deyilmi?
8 *
Ə
gər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə
Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz.
9
Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz
və Qanuna əsasən onu pozanlar kimi məhkum olunursunuz.
10
Çünki kim
Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı
təqsirkar olur.
11 *
Çünki «zina etmə» deyən, «qətl etmə» də demişdir. Əgər
zina etməyib qətl edirsənsə, sən Qanunu pozmuş olursan.
12
Azadlıq qanunu
ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın.
13
Çünki
mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət
mühakiməyə qalib gəlir.
man və əməllər
14
Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının
olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi?
15
Ə
gər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa
16
və
sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı
üçün lazım olanları vermirsə, nə faydası var?
17
man da elədir, əgər yaxşı
ə
məlləri yoxdursa, özü-özlüyündə ölüdür.
18
Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim».
Sən imanını mənə əməlsiz göstər, mən də sənə imanımı əməllərimlə
göstərəcəyəm.
19
Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər
də buna inanır və əsirlər!
20
Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna
sübut istəyirsənmi?
21 *
Atamız brahim öz oğlu shaqı qurbangahda Allaha
*
2:8
Lev. 19:18
*
2:11
Çıx. 20:13-14; Qanun. 5:17-18
*
2:21
Yar. 22:1-14
təqdim edəndə əməllərlə saleh sayılmadımı?
22
Görürsən, iman onun əməlləri
ilə birgə fəaliyyətdə idi və iman əməllərlə tamamlanmışdır.
23 *
Beləliklə,
« brahim Allaha iman etdi və bu ona salehlik sayıldı» deyən Müqəddəs Yazı
belə yerinə yetdi və brahim Allahın dostu adlandırıldı.
24
Görürsünüz ki,
insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır.
25 *
Eyni tərzdə məgər
fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz
ə
məlləri ilə saleh sayılmadımı?
26
Çünki ruhsuz bədən ölü olduğu kimi
ə
məlsiz iman da ölüdür.
3
Dil haqqında
1
Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən
keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın.
2
Çünki hamımız
çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə
bilən kamil bir insandır.
3
Bizə itaət etsinlər deyə atların ağzına yüyən
taxırıq, beləcə bütün bədənlərini döndəririk.
4
Bax gəmilər də böyük
olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü
haraya istəyirsə, kiçicik bir sükanla oraya dönür.
5
Dil də elədir, bədənin
kiçik üzvüdür, amma çox öyünür.
Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır!
6
Dil də oddur. Dil
bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi
ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da
odlandırır.
7
Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin,
istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhliləşdirilir və
ə
hliləşdirilmişdir.
8
Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil
qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur.
9 *
Dilimizlə Rəbb Ataya
alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik.
10
Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır.
11
Bir
bulağın eyni gözündən şirin və acı su çıxarmı?
12
Qardaşlarım, əncir ağacı
zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin
su
c
gələ bilməz.
Hə qiqi müdriklik
*
2:23
Yar. 15:6; 2Saln. 20:7; Yeş. 41:8; Rom. 4:3,9; Qal. 3:6
*
2:25
Yeşua 2:1-21
*
3:9
Yar. 1:26
c
3:12 Ş or bulaqdan ş irin su
– bəzi əlyazmalarda heç bir bulaqdan həm şor,
hə m də ş irin su.
13
Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə,
müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin.
14
Amma
ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar
etməyin.
15
Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq
dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir.
16
Çünki harada qısqanclıq
və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır.
17
Amma
yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir,
mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir,
riyasızdır.
18
Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi
yetişir.
4
Allaha tabe olun
1
Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin
üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi?
2
Nə isə arzu edib əldə
etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail
olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz.
3
Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis
niyyətlə diləyirsiniz.
4
Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı
düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq
istəyən özünü Allaha düşmən edər.
5
Bəlkə güman edirsiniz ki, Müqəddəs
Yazı əbəs yerə
«Allahın daxilimizə verdiyi
d
ruh qısqanclıqla həsrət çəkər»
deyir?
6 *
Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir:
«Allah məğrurlara qarşıdır,
taətkarlara isə lütf göstərər».
7
Buna görə də Allaha tabe olun. blisə qarşı durun və o sizdən qaçacaq.
8
Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi
paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!
9
Kədərlənin, yas
tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün!
10
Rəbbin
önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq.
11
Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını
mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən
Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən.
12
Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan
Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən?
d
4:5 Allahın daxilimizə verdiyi
– bəzi əlyazmalarda Daxilimizdə qalan.
*
4:6
Sül. 3:34
13 *
ndi siz belə deyirsiniz: «Bu gün yaxud sabah biz filan şəhərə gedib
orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq».
14
Ə
slində
isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir
müddətə görünüb sonra da yox olan buxardır.
15
Bunun əvəzinə «əgər Rəbb
istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz.
16
ndi isə siz
öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir.
17
Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah
edir.
5
Varlılara xə bə rdarlıq
1
ndi isə, ey varlılar, başınıza gələcək kədərli hadisələrə görə fəryad edib
ağlayın!
2 *
Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib.
3
Qızıl-
gümüşünüz paslanıb. Onların pası sizə qarşı şahidlik edəcək və ətinizi od
kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlət yığmısınız.
4 *
Bax
zəmilərinizi biçən işçilərdən hiyləgərcəsinə gizlətdiyiniz əmək haqqı sizə
qarşı haray çəkir. Biçinçilərin fəryadı Ordular Rəbbinin qulaqlarına çatıb!
5
Siz yer üzündə firavan yaşayıb kef çəkmisiniz. Boğazlanma günündə də
özünüzü kökəldirsiniz!
6
Sizə müqavimət göstərməyən salehi məhkum edib
öldürdünüz.
Sə birli olun
7
Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi
birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu
gözləyir.
8
Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır.
9
Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin.
Budur, Hakim qapı arxasında durur!
10
Qardaşlar, Rəbbin adı ilə danışmış
peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün.
11 *
Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun dözümü
barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb
çox rəhmli və mərhəmətlidir.
12 *
Lakin hər şeydən əvvəl, qardaşlarım, nə göyə, nə yerə, nə də başqa bir
ş
eyə and için. Qoy sizdə «bəli»niz bəli, «xeyr»iniz xeyr olsun ki,
*
4:13-14
Sül. 27:1
*
5:2-3
Mat. 6:19
*
5:4
Qanun. 24:14-15
*
5:11 Ə
yy. 1:20-22; 2:10; Zəb. 103:8
*
5:12
Mat. 5:34-37
mühakiməyə düşməyəsiniz.
13
Aranızda əzab çəkən varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi
oxusun.
14 *
Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin
ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək
dua etsinlər.
15
manla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa
qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq.
16
Beləliklə,
günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki,
sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.
17 *
lyas təbiətcə
bizim kimi bir adam idi və o səylə dua etdi ki, yağış olmasın. Üç il altı ay
torpağa yağış yağmadı.
18 *
O yenə də dua etdi və göy yağış yağdırdı, torpaq
da barını verdi.
19 *
Qardaşlarım, əgər aranızdan biri haqq yolundan azar və kimsə onu
doğru yola qaytararsa,
20
qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran
onun canını ölümdən xilas edər və bir çox günahın üstünü örtər.
*
5:14
Mark 6:13
*
5:17
1Pad. 17:1; 18:1
*
5:18
1Pad. 18:41-45
*
5:19-20
Sül. 10:12; 1Pet. 4:8
Dostları ilə paylaş: |