1
UĠLYAM FOLKNER
ROMAN VƏ HEKAYƏLƏR
Tərtib və tərcümə edəni: Tehran Vəliyev
Redaktoru:
2
UILYAM FOLKNER VƏ ONUN YOKNAPATOFA SAQASI
Uilyam Folkner (1897-1962) nəinki XX əsr Amerika ədəbiyyatının, eləcə də dünya
ədəbiyyatının ən nəhəng, ən parlaq simalarından biridir. Onun bir çox cəhətdən zəngin, son
dərəcə orijinal yaradıcılığı artıq bəĢəriyyətin bədii söz sənəti xəzinəsinin ən qiymətli incilərindən
birinə çevrilmiĢdir. Bu böyük nəsr ustasının əksər dillərə çevrilən (təəssüf ki, Azərbaycan dili
onların arasına daxil deyil) roman və hekayələri bu gün də dünyanın hər yerində böyük maraqla
oxunur, çoxlarını heyrətə gətirir.
Folknerin yaradıcılığı bütövlükdə həcmcə nəhəng, məzmunca bitkin əsər təsiri
bağıĢlayır. Çünki bu əsərlərin mövzusu, qəhrəmanları, onlarda təsvir edilən hadisələr bir-birilə
sıx surətdə bağlıdır və bir məkandan – yazıçının qeyri-adi dərəcədə dərin, geniĢ təxəyyülü və
SÖZÜ sayəsində YOXDAN VAR OLAN, sahəsi 2 400 kvadrat milə, əhalisi 15 611 nəfərə
bərabər Yoknapatofa qraflığının həyatından qaynaqlanır və zaman anlamında təxminən 200 illik
dövrü əhatə edir. Onun yaratdığı personajlar sosial iyerarxiyanın qullardan tutmuĢ
plantasiyaçılara qədər bütün səviyyələrini təmsil edirlər. Onların sırasına zəngin torpaq sahibləri,
kasıb icarədar fermerlər, qubernatorlardan tutmuĢ xırda məmurlara qədər müxtəlif yerli
hakimiyyət nümayəndələri, həmçinin vəkillər, müəllimlər, ruhanilər, həkimlər və nəhayət,
məhkumlar – təsadüfən həbsxanaya düĢənlər, eləcə də qatı cinayətkarlar daxildir.
Yoknapatofanın əhalisi həm də bütün milli çalarları özündə əks etdirir. Burada ingilis, Ģotland,
fransız və s. əsilli məskunlar, yerli hindular və ağ əhalidən sayca xeyli çox olan zəncilər yaĢayır.
Öz əli ilə çəkdiyi xəritələrdən birinin üstünə yazdığı kimi, “yeganə sahibi və hökmdarı”
Uilyam Folkner olan bu qraflıq, Amerikanın cənubunda Missisipi Ģtatının Ģimalında, alçaqboylu
Ģamlar bitirən qumluq təpələrlə çay vadisinin münbit torpaq sahələri arasında yerləĢir. Bu
diyarda az miqdarda meĢə materialı və Memfis bazarı üçün pambıq istehsal edilir. Burada
əhalinin çox az bir qismi keçmiĢdən qalma geniĢ plantator malikanələrinə, bəziləri isə ağacdan
tikilmiĢ evlərə malik olsa da, onun əksər hissəsini təĢkil edən sadə muzdlu iĢçilər vətəndaĢ
müharibəsindən əvvəl zəngin plantasiyalarda yaĢayan kölələrdən də pis dolanırlar.
Bu məkan və zaman daxilində baĢ verə bilən bütün mümkün ailədaxili, ictimai, siyasi
və irqi münaqiĢələr Folknerin iti qələmi sayəsində son dərəcə kəskinləĢərək dərin, ümumbəĢəri
məzmun kəsb edir. Əslində, Yoknaptofa Folknerin öz doğma yurdunun – Missisipi Ģtatındakı
Oksford əyalətinin simvolik rəmzidir. Yazıçı bütün bəĢəri ideyalarını məhz öz yaĢadığı kiçik bir
əyalətin həyatı fonunda əks etdirməyə çalıĢıb. Folkner özü deyir: “Sartoris”dən baĢlayaraq, dərk
etdim ki, xəritədə poçt markası boyda xımxırda görünən doğma yurdumdan yazmağa dəyər, o
buna layiqdir və bu mövzunu axıracan yazıb qurtarmağa bütün ömrüm bəs eləməz”.
3
Və dahi yazıçının nəhayətsiz təxəyyülü hesabına uydurulan, əslində isə spesifik tarixə,
özünəməxsus qayda-qanunlara, mürəkkəb sosial və irqi münasibətlərə malik olan Amerika
cənubunun bütün səciyyəvi xüsusiyyətlərini özünə hopduran və Yoknaptofa qraflığı adlandırılan
bu mikrodünya haqda roman və hekayələr silsiləsi – Yoknaptofa saqası Folknerin məhz
bəĢəriyyətin bütün dərdlərini, arzularını, gələcəyə, ULU YARADANIN bəxĢ etdiyi sınaqdan
ĠNSAN OĞLUNUN əzəl-axır üzüağ çıxacağına əminliyini ən xırda məkan çərçivəsində belə
ifadə edə bilməyin mümkünlüyünə olan inancından yaranmıĢdır.
Bu inancı isə bir çox səbəblər – yazıçının yaĢadığı mühit, ailə keçmiĢi, Ģəxsi yaĢantıları,
insanın kimliyi barədə fəlsəfi fikirləri və orijinal düĢüncə tərzi ĢərtləndirmiĢdir.
Uilyam Folkner 1897-ci il sentyabrın 25-də Missisipi Ģtatının Nyu Olbani Ģəhərində
anadan olmuĢ, ömrünün böyük bir qismini həmin Ģəhərdən 30 mil aralıda yerləĢən Oksford
Ģəhərində keçirmiĢ və 1962-ci il iyulun 6-da burada da vəfat etmiĢdir.
Folknerlərin Amerikaya köçənədək olan nəsil Ģəcərəsi ilə bağlı bir çox rəvayətlər
mövcuddur. Onlardan birinə görə, Folknerin ulu əcdadı Ģahin baxıcısı olmuĢ, Britaniya kralının
Ģahinlərinə baxmıĢdır. Ġngiliscə “falconer” (Ģahinlərə baxan) sözünün təhrif edilmiĢ forması olan
Folkner soyadı da elə buradan gəlir. BaĢqa bir rəvayətə görə, Folknerlər mənĢəcə Ġrlandiyadan,
Olster Ģəhərindəndirlər. Ailə rəvayətlərində isə onların fransız – əvvəlcə Ġngiltərəyə, daha
sonralar isə Amerikaya qaçan quqenot əcdadlarından bəhs edilir. Lakin bunların arasında ən
ağlabatan versiya yazıçının Ģotland əsilli olmasıdır. Folkner özü mənĢə etibarı ilə Ģotland
olduğunu söyləyib. Eyni zamanda, bu barədə öz fikrini belə ümumiləĢdirib: “Bizim hamımızın
nəsil Ģəcərəmiz Londonun cinayət məhkəməsindəki məhkum kürsüsündən baĢlayır”. Həqiqətən
də Amerikada məskunlaĢan avropalıların ilkin dəstələrinin böyük bir hissəsini öz iradələrinin
əksinə olaraq sürgün edilənlər – onsuz da ağzınacan dolu olan London həbsxanalarındakı
vəziyyəti daha da ağırlaĢdırmamaq və buradakıların hamısını ucdantutma dar ağacından
asmamaq naminə bu qitəyə köçürülən məhbuslar təĢkil edib. Kolonistlərin digər hissəsi isə
tamam baĢqa kateqoriyaya mənsub insanlardan – Yeni Dünyaya öz mülklərini geniĢləndirmək
üçün gələn zəngin və məĢhur ailələrin nümayəndələrindən ibarət olub. Müstəqillik uğrunda
müharibədən və müstəmləkə sisteminin qəti Ģəkildə dağılmasından sonra zəngin torpaq
sahiblərinin əksəriyyəti ya Ġngiltərəyə qayıtdıqlarına, ya da yeni hakimiyyəti tanımaq
istəmədiklərinə görə buradakı mülklərini itiriblər. Bu səbəbdən onların torpaqları bir çox
hallarda, əl-qollarından zəncir və qandal izi hələ silinməmiĢ sabiq cinayətkarların ixtiyarına
keçib. Beləliklə, əsilzadələrdən və tör-töküntülərdən ibarət qəribə cənub qarıĢığı əmələ gəlib. Bu
qarıĢıq xarakter cənubluları Ģimallılardan – əsasən də ideya və dini motivlərə görə, arzuladıqları
cənnət guĢəsini burada tapmaq, yeni dünya qurmaq ümidilə sonralar Amerika qitəsinə köçən
mömin zəvvarlardan, puritanlardan xeyli fərqləndirirdi. ġimalda iĢgüzar burjua etikası təĢəkkül