Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Cinayət Hüququ Proqramı praktik hüquqşünaslar üçün “İnsan alveri” mövzusunda təlim təşkil edəcək.
Təlim 18 Fevral 2011-ci il tarixdə saat 10:00-dan 17:00-dək ABA CEELİ-nin Bakı ofisində keçiriləcək. (ünvan: Bakı şəhəri, 28 may küçəsi 5, giriş Rəşid Behbudov küçəsi 15-dən)
Tədbiri “Təmiz Dünya” İctimai Birliyin sədri Mehriban Zeynalova və “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyin sədri Əlövsət Əliyev aparacaqlar.
Təlimdə 25-30 hüquqşünasın iştirakı nəzərdə tutulub. Kursu uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunacaq.
Təlimdə iştirak üçün əlavə olunmuş faylda ərizə formasını doldurub 16 Fevral 2011-ci il tarixədək elektron poçtla (əlaqə; Vəfa Rövşənova, e-mail: vafa.rovshanova@aba-az.org) ABA CEELİ-nin Bakı ofisinə göndərə bilərsiniz.
Təlimə seçilən iştirakçıların siyahısı fevralın 17-də e-mail vasitəsilə açıqlanacaq.
Ətraflı məlumat almaq üçün ABA CEELİ-nin Bakı ofisi ilə əlaqə saxlaya bilərsiniz:
(Tel: 447 38 18; 497 87 69)
Əlaqələndirici şəxs:
Vəfa Rövşənova
Dostları ilə paylaş: |