68) Çənbər bağırsaq xərçənginin endofit formasına aşağıdakılardan hansı
aiddir?
A) Çoxdüyünlü
B) Xovlu – papilyar
C) Diffuz – infiltrativ
D) Düyünlü
E) Polipəbənzər
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с.
69) Çənbər bağırsaq xərçənginin daha çox təsadüf edilən histoloji növü
hansıdır?
A) Yastı hüceyrəli
B) Adenokarsinoma
C) Üzükvarihüceyrəli
D) Solid xərçəng
E) Vəzli – yastıhüceyrəli
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с.
70) Çənbər bağırsaq xərçəngi zamanı daha çox təsadüf edilən sindrom hansıdır?
A) Müxtəlif intensivliklə ağrı sindromu
B) Funksional dəyişikliklər
C) Hepatolienal sindrom
D) Çənbər bağırsağın motor – evakuator fəaliyyətinin pozulması
E) Bağırsaq diskomfortu sindromu
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с.
71) Hansı klinik formalar çənbər bağırsaq xərçənginə xasdır ?
A) Kalkulyoz
B) Qastritik
C) Xroniki
D) Total
E) Enterokolitik
Ədəbiyyat: Ганичкин А.М. Рак толстой кишки. Л.: Медицина, 1970, 398с.
72) Çənbər bağırsaq xərçəngi zamanı hansı lokalizasiyada toksikoanemik
sindrom daha çox təsadüf edilir?
A) Çənbər bağırsağın sağ yarısı
B) Köndələn – çənbər bağırsaq
C) S-vari bağırsaq
D) Çənbər bağırsağın sol yarısı
E) Çənbər bağırsaqın dalaq əyriliyi
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
73) Toksiko – anemik sindromun kliniki simptomatikası nə ilə əlaqədardır ?
A) Hemoliz
B) Qidalanmanın pozulması
C) Yanaşı xəstəliklərlə
D) Şişin toksiki effekti
E) Qanaxma
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
74) Çənbər bağırsağın sağ yarısının xərçəngi olan hallarda hansı fizioloji proses
pozulur ?
A) Lipidlərin sorulması
B) Suyun sorulması
C) Zülalların sorulması
D) Öd piqmentlərinin sorulması
E) Karbohidratların sorulması
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
75) Çənbər bağırsaq xərçənginin enterokolitik forması nə ilə xarakterizə olunur
?
A) Kəmərvari ağrılar
B) Disfagiya
C) Hemopoezin pozulması
D) Qanaxma
E) Bağırsaq fəaliyyətinin pozulması
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
76) Çənbər bağırsaq xərçənginin şiş forması nə ilə xarakterizə olunur ?
A) Mədə - bağırsaq traktının motorikasının pozulması
B) Ümumi zəiflik
C) Qaraciyər – böyrək çatışmazlığı
D) Şişin palpator təyin olunması
E) Qanaxma
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
77) Çənbər bağırsaq xərçənginin psevdoiltihabi formasının əhəmiyyətli əlaməti
nədir?
A) Xroniki intoksikasiya
B) “Qaraciyər kütlüyünün” təyin edilməməsi
C) Bağırsaq keçməməzliyi
D) Şişin absesləşməsi
E) Qaraciyər – böyrək çatışmazlığı
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
78) Çənbər bağırsaq xərçənginin hansı klinik formasında şişin absesləşməsinə
daha çox təsadüf edilir?
A) Psevdoiltihabi
B) Obturasion
C) Dispeptik
D) Şiş
E) Enterokolitik
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
79) Çənbər bağırsaq xərçənginin psevdoiltihabi formasının ən xarakterik
simptomu hansıdır?
A) Disfagiya
B) Kəmərvari ağrılar
C) Qaraciyər – böyrək çatışmamazlığı sindromu
D) Hipertermiya
E) Müsbət Pasternatski simptomu
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
80) Çənbər bağırsaq xərçənginin psevdoiltihabi formasında ağrıların xarakteri
necə olur?
A) Kəmərvari ağrılar
B) Daimi, küt, artan
C) Qida qəbulundan sonra əmələ gələn
D) Ağrıların olmaması
E) Tutma şəklində
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
81) Çənbər bağırsaq xərçənginin psevdoiltihabi forması zamanı patoloji
ifrazatların xarakteri necə olur?
A) Selikli
B) İfrazatlar olmur
C) Al qan
D) Selikli-irinli
E) Selikli-hemorragik
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
82) Çənbər bağırsaq xərçənginin psevdoiltihabi formasında periferik qanda
hansı dəyişikliklər müşahidə olunur?
A) Leykositoz
B) Normal EÇS
C) Dəyişiklər olmur
D) Eozinofiliya
E) Trombositopeniya
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
83) Çənbər bağırsaq xərçənginin obturasion növü nə ilə müşahidə olunur ?
A) Artan xroniki intoksikasiya
B) Qaraciyər çatışmazlığı
C) Eritropoezin pozulması
D) Ümumi somatik dəyişikliklər
E) Bağırsaq keçməməzliyi
Ədəbiyyat: Д.А.Алиев, А.А.Абдуллаев. «Злокачественные опухоли ободочной
кишки», 8, 126с.
Dostları ilə paylaş: |