daşıyır. Burda prioritetlər artıq müəyyən olunur. Əldə edilmiş güc nə qədər çoxdursa bir o
qədər də çox sui-istifadə halları var. Beləliklə burada daha vacibi olanı qarşılıqlı
məhdudlaşdırmanın aparılmasıdır.
Əlbətdə, bu müzakirələrdə biz demokratik cəmiyyətlərə müraciət edirik. Demokratik olmayan
cəmiyyətlərdə məhdudlaşdırma da yoxdur. Bundan başqa təmsilçiliklə olan demokratik
dövlətlərdə liderlər qismən də olsa ləyaqətinə görə seçilirlər. Ən azından bilmək lazımdır ki,
biz əvvəlki nəaliyyətlərinə görə belə liderlərə etibar etsək də, onların etibarlı olmasını yoxlaya
bilmirik.
Bu həmçinin bizim niyə özünü idarə etməyə bel bağlaya bilməmizi buna institutların özləri
nəzarət etməsilə izah edir. Buna nə qədər misal gətirilsə də özünü idarə müntəzəm olaraq
uğursuzluğa düşür. Bunun əsas səbəbi budur ki, institutlar öz səhvlərini bizim kimi aydın
şəkildə və ya bir xəta kimi anlamırlar. Bir sözlə onların liderlərinə etibar etmək olmaz.
Buna görə də biz müstəqil və yoxlanılması mümkün olan və özü-özünü və öz əxlaqlarını idarə
edə bilən bir sistemə malik olmalıyıq.
Yekun izah kimi bizim sistem haqqında bunu demək olar ki, məhdudlaşdırma və balanslar
təkcə reaktiv deyil, həmçinin prezentiv də olmalıdır. Yenidən baş qaldıran hədə-qorxular
getdikcə genişlənməkdədir və biz buna hazır olmalıyıq. Yeni təhlükə mənbələrini müqavimətlə
dəf etmək olar.
İnstitutlara nəzər salsaq onda gərək birinci onların liderlərindən başlayaq. Burda faktiki olaraq
hər zaman mümkün olan müqavimət və balanslar sisteminin əsas ideyasını sarsıdan daha
dərin məsələlər meydana çıxır. Sosial müqavimət dəyər verməkdən başlayır və bu ilk olaraq
mövcud təşkilatlar tərəfindən edilməlidir. O təşkilatlar öz-özlüyündə institutlardır, bizim
məhdudlaşdırma və balanslar sistemimiz də həqiqətən başqa institutlara nəzarət edən bir
institut sistemidir. Bu institutların hamısı var-dövlətdən, hakimiyyətdən və verilmiş
imtiyazlardan həzz alan liderlərə güvənirlər. Bu səbəbdən də onların maraq dairələrində olan
imtiyazlarını müdafiə etmək də mahiyyətcə qeyri-demokratikdir.
Digər sözlə demokratiya üçün məhdudiyyət özləri imtiyazlı və güclü adamlar tərəfindən həyata
keçirilməklə imtiyazları və hakimiyyəti məhdudlaşdırmaqdan ötrü tərtib olunub. Buna görə də
onlar öz cavabdehliklərini yerinə yetirərkən nə qədər təcəvüzkar olacaqları hələ dəqiq bəlli
deyil. Müqavimət yaxşı ola bilər, lakin bunu məğbul hesab etməyən insanlarda ola bilər ki,
onlar da korrupsiyalaşmış olurlar və bunun nəticəsində də sistem çökür
Bu faktı nəzərə alsaq liderləri məsuliyətli hesab etmək çox çətindir. Hər şeydən əvvəl, onlar
mediada öz müttəfiqlərilə birlikdə əllərindən gələni etməklə məsuliyyətli olduqlarını bildirmək
istəyirlər, lakin əslində bu belə deyil. İkinicisi, əgər günahları danılmazdırsa onlar tabeçiliyində
olan birini günahkar görürlər. Çox nadir hallarda fərdlər var ki, onlar liderlik etdiyi zaman baş
vermiş nəticələrin məsuliyyətini tam olaraq öz üzərinə götürür.
Problemlərdən müdafiə olunmaq üçün əlavə məhdudiyyətlər mövcuddur ki, onlarla liderlərə
qarşı müqavimət göstərmək olar, lakin əgər planetdə bu millət işləyirsə onda bu da mübahisəli
-29-
ola bilər. Misal üçün bu məhudlaşdırmalardan biri mümkün qanuni müddət və bu zaman ona
qoyulan məhdudiyyətidir. Seçilmiş rəsmilər müəyyən müddətdə vəzifəsinin məsuliyyətinə
uyğun olaraq xidmət edirlər və onlar ancaq normal, iki il müddətində çalışırlar. Daha sonra isə
əgər seçicilər onun gördüyü birinci işlərini uğurlu qiymətləndirərlərsə, onda ikinci dəfə də onu
buna layiq görə bilərlər.
Bunun ardınca işdən azad etmə və ittiham halları başlayır, bu hal hüquq müdafiəsinə görə
demokratiyanı devirmək cəhdlərinə, həmçinin nepotizm, korrupsiya və andı pozma aktları
zamanı baş verə bilər. Bunlar hamısı olduqca qorxuncdur və bəlkə də birisi bütün bu olanları
nəzərə alaraq işləmək arzusuna düşə bilər, lakin faktiki olaraq liderlər müntəzəm olaraq
qətillərdən qaçırlar. Hökümətdə isə korrupsiya təsəvvür olunmayacaq dərəcədə artsa da,
sübut olunur ki, bu olanları onlar etməyiblər.
Buna səbəb liderlərin var-dövlətləri hesabına əsas imtiyazlarının indiyəcən qoruyub
saxlamasıdır. Nəqər ki, var-dölətin məhdudlaşdırılması sistemi həyata keçirilməyib (bura
iqtisadi hakimiyyətin varislik prinsipləri də aiddir) digər məhdudlaşdırma vasitələri ilə bunun
normal funksiyasını təmin etmək mümkün deyil.
Əsas problemləri üzə çıxarmaq üçün yeganə yol: lider psixologiyasıdır. Əksər liderlər üçün
cəmiyyətin nə dediyinin heç bir fərqi yoxdur, onlar gizlində belə bərabərliyi rədd edirlər. Onlar
fikirləşirlər ki, digər insanlardan daha yaxşıdırlar və onlar özlərindəki o artıq gücə arxalanırlar.
Əlbətdə, vaxtın qısa olması səbəbindən belə vəziyyət müvəqqəti xarakter daşıyır (siyasi
liderlər üçün). Onlar dərindən inanırlar ki, daha yaxşıdırlar, çünki onların pulu daha çoxdur və
ən pis halda onların pulları buna tab gətirə biləcək.
Məhdudlaşdırmanın son etapına cəmiyyət institutlarının müxtəlif tipləri və həmçinin daxili
strukturlar arasındakı münasibətlər aiddir. Daha sonra hakimiyyətin demokratik dövlətlərdə
təbii olaraq üç şöbəli struktura bölünməsi barəsində gələcək Hüquq Normaları dərslərində söz
açılacaq. İnstitutlar arasında kilsə və dövlətin bölünməsini də teokratiya müzakirəsində biz
artıq gözdən keçirmişik. Belə institutların hamısı real olaraq ayrı olmaq istəyirlər. Bura
kommersiya (və ya koorparasiyalar) və dövlət; kommersiya və kilsə; və ticarət və dövlət aid
eilir. Burda əlavə məhdudiyyət təhsil institutları olmaqla onları da dövlət, din və
koorparasiyaların mənfi təsirindən müdafiə olunması tələb olunur. Nəhayət, dövlət daxilində
özünün gücü çatan digər məhdudiyyətlər də var, onlar - hərb və polislərdir.
İnstitutlarla bağlı son fikir bundan ibarətdir ki, onlar hal-hazırda qloballaşmaya adaptasiya
prosesindədirlər və bu prosesə beynəlxalq sazişlərin yeni modelləri də daxildir. Beynəlxalq
təhlükələr beynəlxalq məhdudiyyət göstərilməsini tələb edir. Lakin hazırkı sistem belə
tapşırığın həndəvərində belə deyil ki, onu yerinə yetirə bilsin.
Cəmiyyətdə axırıncı məhdudiyyət elə insanlar özləridir. Böyük cəmiyyət müxtəlif üsullarla -
səs verməklə, kominikasiya imkanları (internet), bir-birlərinə məlumat ötürmək, protest,
boykot və ən nəhayət bunların heç biri alınmasa devrilişlə müqavimət göstərirlər.
-30-