“Koroğlu”nun şeir dili
3
“KOROĞLU”NUN TƏDQİQİNDƏ
YENİ MƏRHƏLƏ
Azərbaycan xalqının yaratdığı möhtəşəm abidələ-
rindən biri də “Koroğlu” dastanıdır. Bu dastanla bağlı
düşüncələrimizi bölüşməzdən öncə bir məsələni vurğu-
layaq ki, Şərq və türk xalqları arasında “Koroğlu” qədər
yayılmış ikinci bir dastan nümunəsi tapmaq çətindir.
Yadımdadır, kəndimizdə yaşlı adamlar uzun qış axşam-
larında bir evə yığılardılar. “Koroğlu” dastanını bir nəfər
ucadan oxuyar, qalanları isə diqqətlə qulaq asardı. İndi
həmin vaxtdan uzaq illər keçir.
Bir xatirə kimi həmişə onu
xatırlayıram. Səhv etmirəmsə, bu dastanın 1949-cu il nəşri
idi. Kənddə ancaq bir nəfərdə vardı və o kitab ev-ev bütün
kəndi gəzirdi. İndi düşünürəm ki, bu yaşlı, cavan, uşaq
və s. böyük bir obanı öz ətrafına toplayan hansı hiss idi?
Hansı sehrli qüvvə idi ki, dastana bu qədər maraq
yaratmışdı. Müxtəlif yaş dövrlərində “Koroğlu”ya müra-
ciət etdim və hər dəfə də dastanın özünü sehrlə, möcüzə ilə
dolu gördüm. Və dərk etdim ki, bu dastanın
müqəddəsliyi,
sehri, xalqın ruhunu ifadəsi ilə bağlıdır. Əsas olan da
budur. Dastanlar, dastan düşüncəsi bütünlükdə türkün
ruhunun, varlığının daşındığı başlıca bədii məkandır.
Onun qədər iç aləmini ifadə edən və gələcəyə daşıyan
tərəf, demək olar, çox azdır. “Yaradılış”, “Şu”, “Ərqə-
nəkon”, “Bozqurd”, “Köç”, “Oğuz Kağan”, “Manas”,
Язизхан Танрыверди
4
“Alpamış”, “Corabatır”, “Edige”, “Uralbatır”, “Boqlan-
dıbatır” və s. Bu siyahını daha çox uzatmaq da olardı.
Ancaq əvəzsizliyi ilə dünya dastan təcrübəsinin nadir
incisi, dünya bədii düşüncəsinin şah əsərlərindən hesab
edilən “Kitabi-Dədə Qrqud” özünün mətn potensiyası ilə
bizə imkan verir ki, bu möhtəşəm abidə ilə digər dastan
nümunələri arasında ciddi tipoloji təhlillər aparaq və
bununla türk bədii düşüncəsinin geneologiyasını müəy-
yənləşdirək.
Bütün müşahidə və təhlillərimin əsasında dilçi,
qorqudşünas alimimiz Əzizxan Tanrıverdinin yaradıcılığı
durur. Buraya son illər kəlməsini də artırmaq istədim və
yadıma
düşdü ki, bu ifadə onun fəaliyyətində böyük bir
hissəyə kölgə salamaq təsəvvürünü işarələyir. Çünki onun
“Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı yazdığı kitablar
(on iki kitab) etiraf edək ki, Azərbaycan ədəbi-nəzəri
fikrinin uğurlarıdır. Problemin aktuallığı, gərəkliliyi bir
kitab, iki kitab yazmağa gətirib çıxarar. Bu qədər
monoqrafik tədqiqatları ortaya qoymaq ancaq sonsuz
sevginin, qeyri-adi gücün nəticəsidir. Özü də bu mono-
qrafiyalardakı hər bir problem tamamilə bir-birindən fərqli
istiqamətləri özündə ehtiva edir. Ə.Tanrıverdi bu kitabları
ilə bir istiqamətdə milli kökə bağlılığı ortaya qoyursa,
digər istiqamətdə bu möhtəşəm abidədə hələ araşdırılmalı
olan çox istiqamətlərin olduğunu vurğulayır. Elmin
istiqamətini bura yönəltməyə çalışır.
Deyəcəklərim dilçi,
folklorşünas, qorqudşünas alimimiz Ə.Tanrıverdinin
“Koroğlu”nun şeir dili” ilə bağlıdır. Və bütün müşahidə-
lərimin əsasında da “Koroğlu” dastanı ilə bağlı apardığı
təhlillər dayanır. Ancaq məsələnin mahiyyətinə varmaq
üçün istedadlı alimimizin yaradıcılığının müəyyən
“Koroğlu”nun şeir dili
5
tərəflərinə diqqət yetirmək lazım gəlir. Düşünürəm, o, bu
böyük və müqəddəs işə necə gəlib çıxmışdır? Əlbəttə,
bütün müstəvilərdə bu ağır, həm də gərəkli işin başlan-
ğıcında genetik yaddaşdan gələn dəyər və düşüncə daya-
nır. Ə.Tanrıverdi sadəcə olaraq onu ilahi bir gücün təsiri
ilə hərəkətə gətirmişdir. Məsələnin ikinci tərəfində isə dilçi
alimimizin həyat və yaradıcılıq yolu dayanır. Müəllifin
içindəki
nikbin ruh, öyrənmək və öyrətmək sevgisi ona
istiqamət vermişdir. Böyük Azərbaycan şairi S.Vurğun
“qüdrətini sizdən aldı mənim sazım, sözüm, dağlar”
deyirdi. Ə.Tanrıverdi də qüdrətini türkün ruhundan, qəhrə-
manlıq tarixindən, dünya nizamını yaratmaq və gələcəyə
daşımaq istəyindən almışdır. Yazdığı kitablar: “Türk
mənşəli Azərbaycan antroponimləri” (1996), “Kitabi-Dədə
Qorqud”da şəxs adları” (1999), “XVI əsr qıpçaq (poloves)
dilinin qrammatikası” (2000), “Kitabi-Dədə Qorqud” və
Qərb ləhcəsi” (2002), “Kitabi-Dədə Qorqud”un obrazlı
dili” (2006), “Kitabi-Dədə Qorqud”un söz dünyası”
(2007), “Dədə-Qorqud kitabı”nın dil möcüzəsi” (2008),
“Dilimiz, mədəniyyətimiz” (2008), “Poeziyanın dili, dilin
poeziyası” (2008), “Qədim türk mənbələrində yaşayan
şəxs adları” (2009), “Azərbaycan dilinin tarixi qram-
matikası” (2010), “Dədə Qorqud kitabı”nda at kultu”
(2012), “Dəli Kür” romanının poetik dili” (2012), “Dədə
Qorqud kitabı”nda dağ kultu” (2013), məqalə və kon-
franslardakı çıxışları bizə məsələnin mahiyyətinə daha
diqqətli yanaşmağı diktə edir. Buraya pedaqoji fəaliy-
yətini, öyrəndiklərini tələbələrə mənimsətmək istəyini də
əlavə etdikdə məsələnin mahiyyəti daha da genişlənir.
Fikrimizcə, xalqın milli-mənəvi
mədəniyyətindən böyük
sərvəti yoxdur. Bütün sərvətlərin, tikililərin, qalaların,
Язизхан Танрыверди
6
abidələrin hamısının bir sonu olur. Aşınmalarla, itkilərlə
üzləşir. Ancaq milli dəyərlərə, milli yaddaşa, etnos varlı-
ğına hesablanan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” kimi
abidələr ölümsüzdür. Ə.Tanrıverdi türkün dil tarixini
öyrəndikdən sonra bu kitablara gəlmişdir. Türk dilinin dil
möcüzəsində sehrlənməklə onun dərinliklərinə baş vurma-
ğa yönəlmişdir. Onu da əlavə edək ki, türkün dünyanın ən
qədim xalqlarından olmasının göstəricisi məhz türk dilidir.
Yuxarıda sıraladığımız
dastanlar, digər folklor örnəkləri,
inam və etiqadlar bir tərəf olaraq bunun təsdiqidir.
“Koroğlu” dastanı özlüyündə yaddaş hadisəsidir və
hansısa dövrün hadisəsi olmaqdan çox türkün bütünlükdə
qəhrəmanlığı və mövcudluğunun nümunəsidir.
“Koroğlu”nun şeir dili” monoqrafiyası hansısa bir
ovqatın, təsadüfün, təsadüfi hissin hadisəsi deyildir.
Ə.Tanrıverdinin yaradıcılığına təsadüfilik yaddır. Onun
həyat kredosunda, bütün fəaliyyətində hər şey möhkəm
nizama, dərin kökləri olan məqsədə hesablanır. “Koroğlu”
eposu ilə bağlı monoqrafiyası da bu prinsipə hesablan-
mışdır. Monoqrafiyanın mahiyyətinin açılışına keçməzdən
öncə dilçi alimlə bağlı bir məsələni, özü də ciddi olanı
açıqlayım. Bu onun mövzunu sevməsi,
tədqiq edəcəyi
problemlə yaşamasıdır. Böyük və ciddi məsələdir. “Kor-
oğlu”nun şeir dili” monoqrafiyasını da belə yazmışdır.
“Kitabi-Dədə Qorqud”dan “Koroğlu”ya çalın-çarpaz yol-
lar gəlir. Görkəmli yazıçımız İ.Şıxlının “Dəli Kür” romanı
da bu yolun möhtəşəm abidəsidir. Etiraf edək ki, dünya
roman arenasında duracaq roman nümunəmizdir. Ə.Tanrı-
verdi “Dədə Qorqud”dan, “Dəli Kür”dən “Koroğlu”ya
gəlib çıxmışdır.