Sədərəyin Seyidlər ocağı
1
Hacı Mirfazil
SƏDƏRƏYİN
SEYİDLƏR OCAĞI
“Elm-təhsil“
Bakı-2016
Hacı Mirfazil
2
Redaktor: Kəmaləddin Qədim
Hacı Mirfazil. Sədərəyin Seyidlər ocağı
Bakı, «Elm və təhsil», 2016, 144 səh.
Bu kitabda Naxçıvan Muxtar Respublikasının Sədərək
rayonunda yaşamış müqəddəs seyidlər nəslinin ulu babası
olan Qara Seyidin və onun övladlarının, nəvə-nəticələrinin
həyatından, kəramətlərindən bəhs olunur.
Kitab olduqca səmimi, real, gözəl dildə qələmə alın dı-
ğından geniş oxucu kütləsinin dərin marağına səbəb olacağına
inanırıq.
İSBN 978-9952-8176-9-0
©H.Mirfazil, 2016
© «Elm və təhsil», 2016
Sədərəyin Seyidlər ocağı
3
SƏDƏRƏYIN SEYIDLƏR OCAĞININ
ƏFSANƏVI HƏQIQƏTLƏRI
S
S
əmimi deyim ki, lap gənclik il lə rimdən
yazı-pozu ilə məşğul olsam da, otuza
yaxın kitabım çap olunsa da, nəşriyyat direktoru
kimi yüzdən artıq kitabın redaktoru olsam da bu
kitab məni möhkəm tutdu və onun müəllifinin
çox dəyərli bir mövzuya əl atdığına qəlbən
sevindim.
Bu sevincimin bir neçə səbəbləri var idi.
Əvvəla ona görə ki, kitabda doğulub boya-başa
çatdığım, mənim üçün həmişə müqəddəs olan
Sədərək kəndinin ən müqəddəs insanlarının
“Seyidlər” nəslinin tarixindən, o nəsildə olmuş bir
çox mü qəddəslərin tərcümeyi-halının əfsanəyə
bənzər həqiqətlərindən - kəramətlərindən bəhs
olunur. Kitabın ən üstün cəhətlərindən biri
də odur ki, müəllif yeri gəldikcə çox ibrətamiz
hədislərdən, dini kəlamlardan, müqəddəs
Qurani-Kərimin ayələrindən istifadə etməklə,
oxucunu daha dərindən düşünməyə və qeyd
olunan əhvalatlardan nəticə çıxarmağa, ibrət
dərsi almağa səsləyir.
Kitab ilk oxucu kimi, mənim üçün bir də ona
görə çox maraqlı oldu ki, həmin müqəddəslər
sırasında adı çəkilən insanların bir çoxunu vaxtilə
görüb, tanıyıb, onlarla ünsiyyətdə olmuşdum
və bu kitabda yazılan əhvalatların bir çoxunu
Hacı Mirfazil
4
da ayrı- ayrı insanlardan, ağsaqqallardan
eşitmişdim. Kitab
da oxucuların rast gələcəyi
17 dəfə Kərbəla ziyarətində olmuş Kərbəlayi
Miryaqub ağanın yoldan dönüb ziyarət barədə
kağız (sənəd) alıb qayıtması əhvalatını 90
ilə yaxın ömür sürmüş və kəndin tarixinə
dərindən bələd olan atam Cəfər Kərbəlayi
Məmməd oğlunun da dilindən eşitmişdim.
Müəllifin kitabda qeyd etdiyi Kərbəlayi
Miryaqub ağanın həyat yoldaşı, müəllifin
təbirincə desək “kəndin ağır tayfalarından
sayılan Bəyməmməd nəslindən olan” Səkinə
nənə atamın ana babası olan Hacı Həsənin
bacısı (kənddəki yaşlı insanların xatırladığı
Hacı Həsən oğlu Həsənqulunun bibisi) olub.
Buna görə də Kərbəlayi Miryaqub ağanın
böyük oğlu rəhmətlik Müzəffər ağa ömrünün
sonuna qədər mənim mənsub olduğum
Bəyməmməd nəslindən olan kişilərin hamısına
(o cümlədən mənim özümə də) “dayıoğlu”,
“dayınəvəsi” sözləri ilə müraciət edər, hamısı
ilə çox səmimi və mehriban şəkildə hal-əhval
tutardı. Bu ənənəni onun qardaşları - mənə orta
məktəbdə dərs deyən, sonralar uzun müddət
eyni kollektivdə pedaqoji fəaliyyətlə məşğul
olduğumuz Mirabbas müəllim də, Səttar ağa da,
Calal ağa da həyatlarının sonuna qədər davam
etdirdilər. Bu ehtiramın nəticəsi idi ki, atamın
1941-1945-ci illər müharibəsində kəndimizdəki
Sədərəyin Seyidlər ocağı
5
müqəddəs seyidlər nəslinə nəzir-niyaz deyib
dəfələrlə od-alov içərisindən qurtarması barədə
xatirələrini, Calal ağa cavan yaşında dünyasını
dəyişəndə atamın öz evimizdə “Calal ağa ölməli
oğul deyildi” deyib hönkür-hönkür ağlamasını,
günün-gecənin hansı saatındasa evimizdə xəstə
olanda “qaçın, Səttar ağanı gətirin” deməsini və
digər əhvalatları üstündən uzun illər keçməsinə
baxmayaraq bu gün də xatırlayıram.
Hacı Mirfazilin çox böyük zəhməti və gərgin
axtarışları hesabına ərsəyə gələn bu kitabın geniş
oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına
şübhə etmirəm.
Kitabda haqqında bəhs olunan müqəddəslərin
ruhuna bir daha Allahdan rəhmət diləyir, kitab
müəllifıni isə keçmiş müəllimi, bugünkü ilk
oxucusu kimi ürəkdən təbrik edirəm.
Vaqif MƏMMƏDOV,
Tarix elmləri namizədi, Azərbaycan
Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,
Əməkdar mədəniyyət işçisi
01.11.2010-cu il
Hacı Mirfazil
6
Dini xurafatdan və
fanatizmdən uzaq
S
S
öz hər şeydən yuxarıdı, təkcə Tanrıdan
aşağıdı. Təsadüfi deyil ki, bizim mü-
qəddəs kitabımız olan Qurani-Kərim də bizlərə
məhz söz şəklində gəlib çatıb. Biz onu söz kimi
oxumuşuq və qəbul eləmişik. Ulu Yaradanın
bir kəlmə “Ol” sözündən bu cümlə-cahan
pərvəriş tapıb.
Nə vaxt ki, dərgahdan qovuldu şeytan,
Qurtara bilmirik suçdan, günahdan.
Beş kəlmə söz qalıb Xətai Şahdan,
Qalan nə qalıbsa sözdən aşağı…
Bəli, o boyda Şah İsmayıl Xətainin tax-
tından-tacından, xanədanlığından bu gün bizə
miras kimi heç nəyi qalmayıb. Amma gözəl
sözləri, əsərləri qalıb ki, bu gün də sevilə-sevilə
oxunur və yad olunur.
Qurani-Kərimdə “Qələm” adlı bir surə var.
Ulu Tanrı bir neçə şeyə and içir ki, onlardan
biri də qələmdi. Buna görə də qələm müqəddəs
sayılır. Qələmə xəyanət eləməksə ən böyük
günah hesab olunur. Qələm yalnız doğrunu,
düzgünü, həqiqəti yazmalıdır.
Niyə bu yazıma sözdən və qələmdən
başladım? Çünki bu gün ortada çox halal bir söz
Dostları ilə paylaş: |