Fərid Nəsibzadə
Etiraf Günü
1
ETİRAF GÜNÜ
Zaman bəzən hər şeyə məlhəm olmur…
Bu gün özünə yer tapa bilmirdi. Neçə günlük gərgin iş onu məhv etmişdi. Səhərdən axşamacan görüşlər,
təkliflər, qiymətlərin analizi, neçə günlük yad ölkədə ezamiyyət və hesabatlar onu məhv etmişdi. Neçə
gündür vaxtın necə getdiyini anlamırdı, səhər yeməyindən dərhal sonra vaxt bu cür bölünürdü: gecədən
internet vasitəsilə tapılıb əlaqə saxlanılmış təchizatçılarla görüşlər, daha sonra axşam 7-dən sonra 1
saatlıq tıxacda otelə qayıdış, soyuq duş, gecə yeməyi, kofe, hesabatlar və növbəti günə təchizatçıların
axtarışı, daha sonra 5 saatlıq yuxu, daha doğrusu yuxusuzluq... Amma bu gün bitdiyini, boğulduğunu hiss
edirdi. Arxada qoyduğu “keçmiş” dediyi məvhum idimi onu narahat edən. “Keçmiş”inə arxa çevirib
imperiya qurmaq xəyallarıyla gələcəyə yorulmadan addımlayırdı. Bu yolda çox əngəlləri aşmışdı, hələ nə
çətinliklər görəcəkdi. Döyüşçü ruhunu sazlayaraq bir əlində qılıncı, bir əlində qalxanı ölüm-dirim savaşına
girmişdi. Amma bu gün çox yorulduğunu hiss etdi. Nə isə çatışmırdı sanki... İndi noutbukun arxasında
gözünü monitordakı boşluğa dikmişdi.
Külqabıda isə siqaret tüstüləyirdi...
“Böyük layihəni üzərimə tək götürməklə yalnış iş görmədim. Bu layihə növbəti döyüşümdür. Beynəlxalq
idxal əməliyyatlarıma bu ölkə də əlavə olacaq. Guya o birilərini kimlə etmişəm ki?! Tək... Sadəcə bura
istehsal və sənaye ölkəsidir.Təchizatçılar çoxdur. İnternetdə olmayanları var. Zatən işin 80 faizi görülüb
3-4 günüm qalıb burda... Bir azca da güc verim” deyə düşünərək bayaqdan yazdığı yekunlaşmağına az
qalmış hesabata davam etdi.
“Son 10 dəqiqə...”
Barmaqlar sanki pianoda ifadə edirmiş kimi klaviaturanın üzərində gəzirdi. Qaralama kağızdakı son bir
neçə müddəa qalırdı. Elektron poçtunu açıb girdi. Daha sonra, hesabatı yekunlaşdıraraq elektron poçtla
göndərdi. Noutbuku örtərək saatına baxdı. Axşam saat 10 tamam idi. Bu gün daha tez bitmişdi işi.
Təchizatçılar da sabaha hazır idi. Görüşlərinin planını da həll etmişdi. Uşaq kimi sevindi. Vaxtı qalırdı. Bu
gün bir az küçədə gəzmək, hava almaq, dükanlara baxmaq və sərbəstcə nəfəs almağa nəhayət ki vaxtı
tapıldı. Vanna otağına keçib əl-üzünü yudu. Güzgüyə baxdı.”Özümü qaydaya salmalıyam.” Əynini dəyişdi.
Saçını daradı. Parlament tərzli tünd göy “üçlük” kostyum,ağ köynək, tünd göy qalstuk. Masanın
üzərindən saatını və ətirini götürdü.
Onun ən sevdiyi ətir...
Heç dəyişməmişdi ki bu ətri... Bitdiyində yenisini alırdı. Bu gün arxasını çevirdiyi “keçmiş”ini xatırladı.Bu
ətri niyə, kimin sevdiyi üçün sevdiyini, niyə heç dəyişmədiyini xatırladı..Boğulmasının səbəbini anladı.
Cəld özünü küçəyə atdı. Bir neçə dükana girib baxdı. Sonra qərar tuta bilmədi gedib qəhvə içmək istədi.
Qəhvənin də bir “keçmiş”i vardı. “Allah bəlamı versin, bu zülm bitməyəcəkmi?!Niyə xatırladım ki?!” deyə
Fərid Nəsibzadə
Etiraf Günü
2
qəfildən içində bir nalə qopdu. Dərin bir nəfəs alıb otelinə doğru yeridi. Hava çox gözəl idi. Nə isti idi nə
soyuq. Pencəyini çıxarıb çiynindən aşırdı. Cibində telefonunun cikkildədiyini eşitdi. Telefonu çıxarıb
baxdı. Dostu idi. Can bir qəlbi, neçə illik “dava” yoldaşı, sirrdaşı, qardaşı, onun özü idi yazan...
“-Neynirsən?
-Heç, gəzirəm. Qəşəng hava var. Sən?
-Heç... Bir buna bax...”
Ekranda şəkil yükləndi. Dostu telefonunun ekranını çəkmişdi. Lənət olsun bu o idi. O yazmışdı. Sosial
şəbəkədi hesabında paylaşım etmişdi:
“Bu gün əvvələ qayıtdım... Peşmanlıqlarla “kaş ki”lərlə, “bəlkə” və “məncə”lərlə, yaşanmışlarla dolu
sənli həyatımı xatırladım. Bu gün canım səni xatırlamaq istədi. Sənlə heç bir əlaqəm olmadığını bilə-
bilə səninçün darıxmaq istədim. Bəlkə də çoxdandır gözümdən heç cür axmaq bilməyən yaşlarım axsın
istədim. Dedim axı, bu gün məni yenə sevməyini istədim. Səndən sonra yeni bir başlanğıc etdiyimi
unudaraq, ya da sənin məni heç bir zaman adam kimi sevməyəcəyini bilə-bilə yenə......Amma yenə də
sev istədim...İlk dəfə idi ki, həyatımda məğlub oldum. Bu qədər zamandır, qəlbimdəki sevgini
öldürmək istədim. Bacarmadım... İndi qalx və alqışla özünü. Sonra nə vaxtsa, bir zaman çıx qarşıma.
Üzündəki acını, çarəsizliyi görmək üçün..
Bir gün mütləq görüşəcəyik səninlə... Mən baxacam yaxın qədər uzaqdan, sən danışacaqsan... Mən
susacam.. Bu susqunluğum yandıracaq, ağladacaq səni... Qəmli olacaq sükutumuz. Sən isə hey
danışmağa, nəsə anlatmağa çalışacaqsan.
Bu qəmli sükut səndə bir neçə anlıq məndə ömürlük olacaq... Sadəcə sən danışacaqsan, mənsə
suscağam... Unutma sevgilim...”
Oxuduqca, yer ayağının altından qaçırdı. Ayın tarixinə baxdı. Bu gün o gün idi....Bu qədər gərgin işin
içində ayın tarixini belə mexaniki bilirdi. Zorla özünü otelə çatdırdı. Telefonu cikkildəyirdi durmadan.
Birtəhər liftə dürtüldü. Mərtəbəsinə çatıb çıxdı. Qalstukunu boşaldıb, köynəyin yaxa düyməsini açdı.
Otağı açıb özünü çarpayıya atdı. Telefon yenə dalbadal cikkildədi. Halsız-halsız açıb baxdı. Dostu idi 26
oxunmamış ismarıc...
“...
-Nigaranam cavab yaz...
-Nə yazım ay Teymur, nə yazım?!...
-Elə pis oldum Ayxan..
-Ehh...
-Biz elə bil, bu həyata əzab üçün gəlmişik...
Fərid Nəsibzadə
Etiraf Günü
3
-Teymur, mən bu gün bütün günü boğulmuşam. Elə axmaq hiss olub ki, əslində çox gərgin olan gün boyu
içimdə. Elə bil qolumu, ya da ayağımı kəsiblər...Əslində səbəb başqaymış... Bu gün o gündür...
-Hansı gün, anlamadım?!
-Ona etiraf etdiyim gün... Ona sevdiyimi dediyim gün...
-Yəqin ona görə paylaşıb... Demək neçə ildir unutmayıb...Elə pis oldum oxuyanda. Əvvəl bilmədim, sənə
göndərim ya yox... Ancaq son anda, nə bilim... Elə hesab etdim ki, bunu sən görməlisən. Bilmirəm düzmü
etdim, ya yox?!
-Eh Teymur, ehh.. Artıq nəyin düz, nəyin səhv olduğunu mən də bilmirəm. İçim darmadağındır. Yalandan
özümü işə vermişəm.
-Ayxan, necə olacaq? O orda belə, sən burda bu cür vəziyyətlərdə...
-Nə bilim ay Teymur, bir çıxmazdır düşmüşəm.. Həyatımda ilk dəfə prinsiplərimə zidd getdim. O neçə
illərdir arzuladığım biridir, ancaq nə fayda?! Artıq başqasınındir Teymur, anlayırsan.. Kor bir dalana
dirənmişəm. İlk dəfədir ki, nə cür edəcəyimi bilmirəm..
-Səni də anlayıram qardaşım...
-Teymur, çox pisəm... Sağollaşaq gəl..
-Sənə qurban olaram, amandır özündən muğayat ol, Ayxan. Yıxılmamağa çalış....”
Yıxılmamağa çalış...
Özünü ayaqda duran kimi göstərməklə deyil ki, əslində sevdiyindən ayrıldığı gün yıxılmışdı. Çarpayıdan
ayağa duraraq otelin ən yuxarı mərtəbəsində olan otağından şəhərə baxdı. İşıqlar bərq vurur, küçədə
maşınlar şütüyür, insanlar nöqtə kimi görünür... Arxa çevirdiyi “keçmişi” bu gün onu özünə tərəf çevirib
gözlərinin içinə baxırdı. Bir zaman “zəif”lik göstərib etdiyi etirafınmı altını çəkirdi?! Amma nə etsin? Nə
edəydi? Həyat mübarizələri zamanı soyuqlarda tutacağı isti əllərə ehtiyac durmuşdu. Sığınacaq lazım idi
ona, həyatın bombardmanında...Nə edəydi axı, ona çox ehtiyac duymuşdu. Daha sonra özü öz nəfəsini
kəsmişdi. Özü ayrılmışdı ondan. Onun aid olacağı yer var idi axı. Doğru, insanın ürəyi aid olmalıdır...
Ancaq stereotip və prinsiplər qədər aşılmaz bir maneə yoxdur. Ayxan o qədər güclü deyildi. Bunları aşa
bilmirdi. Ən son ayrıldıqlarında “...sən həyatına davam et, qayıt həyatına sevgilim... Mən isə
cəhənnəmimə qayıdım...Hər kəs aid olduğu yerə getsin. Mənsə həyat adlanan cəhənnəmimin hisslərim
olan zəbanilərin əzablarına dözmək məcburiyyətindəyəm.. Cəzamı layiqiylə çəkəcəm... Xoşbəxt ol
sevdiyim”.
Siqareti pəncərənin önündəki külqabında söndürdü. Bir anlıq hər şeyi atıb, cəld yığışıb vətənə, sevdiyinin
yanına, onun yaşadığı küçəyə getmək istədi. Eyvanının altında durmaq istədi.. Yox, olmazdı.
Zəncir çeynəsə belə, olmazdı...
Fərid Nəsibzadə
Etiraf Günü
4
Saatına baxdı. Gecə saat 2-dir. Vətəndə isə 10... Yerinə uzanıb gözlərini yumdu. Gözünün önündən film
kimi keçdi, görüşləri, onunla ilk birlikdə olduğu gecə...O harama əl atmışdı. Sevgisimi haram idi, yoxsa
əməlləri?! Gözlərini açdı. Ürəyi bulanır, beyninin içi döyünürdü. Vicdanı onu kaş öncə xirtdəkləyəydi, heç
etiraf etməyəydi, susaydı...Yox, artıq bu oteldə, bu şəhərdə, bu ölkədə qərar tuta bilməyəcəkdi...
Əşyalarını cəld topladı. Otel nömrəsinin telefonundan resepşna zəng etdi çıxacağını və hava limanına
taksi çağırmalarını və ən yaxın onun şəhərinə olan reysə bilet bron etdirməyi tapşırdı. Daha sonra
gözləməyə səbri çatmadı, aşağı enib otellə hesablaşdı. Resepşnda onun tapşırıqlarının 20 dəqiqə sonra
yerinə yetirəcəklərinə söz verdilər və əyləşib gözləməyini xahiş etdilər. O, 20 dəqiqə sadəcə ürək
çırpıntılarını dinlədi... Az qalmışdı... Lap az...Daha sonra taksi gəldi, o hava limanına üz tutdu...
Təyyarə 9 saat sonra vətəndə olacaqdı. 9 uzun saat... Layihəsinə ordan da davam edə bilərdi, zatən
bitmək üzərəydi. Hər şeyi yerinə qoya bilərdi. Sadəcə sevdiyiylə eyni şəhərdə yaşamaq, onun nəfəs aldığı
havayla nəfəs almağa ehtiyacı duydu. Qalan hər şeyi düzəltməyə onun gücü var idi...
Təyyarə onu sevdiyinin yanına, onun şəhərinə aparacaqdı. Düz 9 saat sonra maşınını hava limanından
sürərək düz sevdiyinin yaşadığı küçəyə aparacaqdı.. Ayxanın sevdiyinin varlığını bilməyinə hava və su
kimi ehtiyacı var idi... Yalnız bu, onun bu həsrətini dindirəcəkdi... Sadəcə sevdiyinin yaşadığı şəhərdə
olmaq...
SON
Hanju, ÇİN. 19 dekabr 2016
Dostları ilə paylaş: |