Creation Date
:
28/01/2009
PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING
Print Date
:
31/03/14
AJ0041-EA01CW
Page 1 of 16
FƏRDİ QƏZA (BƏDBƏXT HADİSƏLƏRDƏN) SIĞORTASI
QAYDALARI
FƏSİL 1 - ÜMUMİ MÜDDƏALAR
Bundan sonra mətn üzrə “Qaydalar” adlanacaq “A-Qroup” Sığorta Şirkətinin hazırkı Fərdi Qəza (Bədbəxt
hadisələrdən) Sığorta Qaydaları “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa, Mülki
Məcəlləsinə və digər normativ aktlarına müvafiq olaraq hazırlanmışdır və bundan sonra mətndə “müqavilə”
yaxud “sığorta müqaviləsi” adlanacaq “A-Qroup” Sığorta Şirkətinin bağladığı Fərdi Qəza sığorta
müqavilələrin (şəhadətnamələrin) əsaslandığı ümumi qayda və şərtləri müəyyən edir.
Maddə 1. Sığorta müqaviləsinin predmeti.
Bu Qaydalar əsasında bağlanan sığorta müqaviləsinə əsasən, Sığortalı tərəfindən ödənilən sığorta haqqı
müqabilində Sığortaçı Sığortalının (Sığorta olunanın) sığorta müddəti ərzində məruz qalacağı bədbəxt
hadisələr nəticəsində ölümü və ya sağlamlığına zərər vurulması halında müqavilədə müəyyən edilmiş şərtlər
daxilində sığorta ödənişi verir.
Müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi Birinci və İkinci dərəcəli əlil olan şəxslərə
münasibətdə bağlanılmır.
FƏSİL 2. SIĞORTA TƏMINATI
Maddə 2 – Sığortanın ərazisi
Bu Qaydalar əsasında verilən sığorta təminatı sığorta müqaviləsində göstərilmiş ərazi hüdudlarında baş verən
bədbəxt hadisələri (fərdi qəzaları) əhatə edir.
Sığorta, sığorta müqaviləsində (şəhadətnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan
Respublikası ərazisində qüvvədədir.
Maddə 3 – Sığorta hadisələri
Sığorta hadisəsi dedikdə, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən bədbəxt hadisənin
nəticəsi olan Sığortalının ölümü və ya sağlamlığına zərər vurulması ilə əlaqədar Sığortalıya (Sığorta olunana)
sığorta ödənişinin verilməsinə əsas olan hadisə başa düşülür.
3.1. Bu sığorta növündə bədbəxt hadisə dedikdə, Sığortalının (Sığorta olunanın) iradəsindən asılı olmayan
onun həyatına və sağlamlığına zərər vuran və ya onun ölümü ilə nəticələnən qəfil, öncədən
gözlənilməyən, təsadüfi və xarici təsirli hadisə başa düşülür.
3.2. Aşağıdakı hallar da bədbəxt hadisə hesab edilir:
3.2.1. Qəflətən və gözlənilmədən otağa dolan qazların tənəffüsündən baş verən ölüm hadisəsi;
3.2.2. Yanıqlardan və ani bir hərəkət nəticəsində əzələ və sinir sisteminin zədələnməsi, burxulması və
qopması;
3.2.3. İlan və ya həşəratların çalması nəticəsində zəhərlənmələr;
3.2.4. Quduzlaşmış heyvanın sığortalını dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya
bədən xəsarəti.
3.3. Bədbəxt hadisə hesab edilməyən hallar:
3.3.1. Bütün növ xəstəliklər və onların nəticələri;
3.3.2. Sığorta təminatına daxil olmayan bədbəxt hadisə nəticəsində baş verən günəş vurması;
3.3.3. Hər hansı düşüncə və ruhi vəziyyətdən asılı olmayaraq intihar və intihara cəhd;
Creation Date
:
28/01/2009
PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING
Print Date
:
31/03/14
AJ0041-EA01CW
Page 2 of 16
3.3.4. Spirtli içki qəbulu nəticəsində ölüm və ya sağlamlığına zərər vurulması, sığorta təminatına daxil
olan bədbəxt hadisənin fəsadlarının və nəticəsinin aradan qaldırılmasının tələb edilmədiyi təqdirdə
narkotik maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu;
3.3.5. Sığorta təminatına daxil olan hadisənin fəsadlarının və nəticəsinin aradan qaldırılmasının tələb
edilmədiyi təqdirdə, aparılan cərrahiyyə əməliyyatları və müxtəlif növ şüaların qəbulu.
Maddə 4 – Sığorta təminatından istisnalar
Sığorta müqaviləsində (şəhadətnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, Sığorta təminatı aşağıdakı hallar
nəticəsində baş verən bədbəxt hadisələri əhatə etmir:
4.1. Elan olunub-olunmamasından asılı olmayaraq müharibə və ya müharibə əməliyyatları, manevrlər və
digər hərbi əməliyyatlar;
4.2. Vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, tətillər;
4.3. Sığortalının (sığorta olunanın) cinayət törətməsi və ya buna cəhd etməsi zamanı ölməsi və ya bədən
xəsarəti alması;
4.4. Sığortalının (sığorta olunanın) təhlükədə olan insan xilas etmək halları istisna olmaqla, özünü bilərəkdən
təhlükəyə atması;
4.5. Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə;
4.6. Həbsxanada cəza çəkmə;
4.7. QİÇS va ya QİÇS-lə bağlı xəstəliklər.
4.8. Müqavilə bağlandıqdan əvvəl mövcud olan əlillik və (və ya) xəstəliklər, həmçinin onların nəticəsində
yaranan fəsadlar.
Maddə 5 – Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilə biləcək hallar
Əlavə Sığorta haqqı müqabilində aşağıdakı hallar nəticəsində baş verən bədbəxt hadisələr Sığorta təminatına
daxil edilə bilər və bu haqda sığorta müqaviləsində (şəhadətnaməsində) xüsusi qeyd edilməlidir:
5.1. Motosiklet və motorlu velosiped sürmək və onlara minmək;
5.2. Açıq dənizdə balıqçılıq, istənilən növ ovçuluq, o cümlədən su hövzələrində, quruda, dağ və meşə
massivlərində ovçuluq;
5.3. Alpinizm, speleologiya, sualtı idman növləri, kəşfiyyat işləri və sualtı əyləncələr, qar və ya buz üzərində
idman növləri (xizək idmanı, xokkey və bobsley kimi), maneəli cıdır yarışları, polo, reqbi, qılınc
oynatma, təkbətək döyüş, boks və yelkənli qayıq yarışları, ağırlıqqaldırma, peşəkar idman növləri,
həmçinin həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan hər hansı digər fəaliyyətdə iştirak;
5.4. Bütün növ idman yarışları, suda, quruda, havada hərəkət edən bütün növ nəqliyyat vasitələrində sürət
yarışları;
5.5. Sərnişin kimi uçmaq halı istisna olmaqla, havada bütün növ uçuşlar və həmçinin təlim uçuşları;
5.6. Azərbaycan Respublikası sərhədlərindən kənarda baş verən bədbəxt hadisələr.
5.7. Zəlzələ, sel, vulkan püskürməsi və torpaq sürüşməsi.
5.8. Terrorizm.
Maddə 6 - Sığorta təminatının növləri və sığorta ödənişlərin həcmi
6.1. Bədbəxt hadisə nəticəsində Ölüm;
Əgər Sığortalı (sığorta olunan), bu sığortanın təminatına daxil olan bədbəxt hadisəsinin baş verməsi
nəticəsində dərhal və ya hadisə baş verən tarixdən etibarən bir il ərzində həmin hadisədən aldığı zədənin
birbaşa nəticəsindən vəfat edərsə, müqavilədə (şəhadətnamədə) şərtləşdirilmiş sığorta məbləğinin 100%-i
sığorta şəhadətnaməsində göstərilən faydalanan şəxsə, faydalanan şəxs yoxdursa, sığortalının qanuni