7
bilməz, bu fövqəladə bir itdir, bunda mütləq fantastik, sehrli
bir cəhət olmalıdır. Bu bəlkə də it sifətində zahir olmuş
Mefistofeldir, onun taleyi naməlum, sirli yollarla sahibinin
taleyi ilə bağlıdır. Ona baxanda siz dərhal deyəcəksiniz ki,
yəqin bu it iyirmi ildir ki, ağzına bir şey almamışdır. O elə
arıq idi ki, deyirdin skeletdir, yaxud skeletdən heç də yaxşı
olmayan ağası kimi arıq idi. Onun tükü tökülmüşdü, ancaq
ora-burasında bir az qalmışdı, tüksüz quyruğu ağac kimi
sallanırdı, həmişə də bərk-bərk arxasına qısılmış olurdu.
Uzun qulaqlı başı dərdli-dərdli aşağı sallanırdı. Mən heç
ömrümdə belə murdar it görməmişdim. Onlar – sahibi
qabaqca, it də onun dalınca, küçə ilə gedəndə, itin burnu
sahibinin ətəyinə dəyirdi, elə bil ki, onun burnu sahibinin
ətəyinə yapışdırılmışdı. Bu zaman onların yerişi də,
görünüşü də, az qala hər addımda deyirdi: “Biz qocayıq,
ilahi, biz çox qocayıq!”
Yadımdadır, bir gün ağlıma belə bir şey gəldi: yəqin bu
qoca ilə it Qofmanın Qavarni tərəfindən illüstrə edilmiş
kitabının səhifəsindən birtəhər sürünə-sürünə çıxıb, bu
nəşrin canlı bir afişası kimi, yer üzündə gəzir... Küçənin o
downloaded from KitabYurdu.org
8
biri tərəfinə keçib, qocanın ardınca qənnadı dükanına
girdim.
Əvvəllər də burada qocanın çox qəribə bir adam
olduğunu bilirdilər, Miller son vaxtlarda piştaxtanın
arxasında duraraq, bu xoşa gəlməyən adamın içəri girdiyini
görüb, narazı halda üz-gözünü turşudurdu. Bu qəribə qonaq
heç bir şey almazdı. Həmişə gələndə birbaşa küncə, sobanın
yanına gedər, orada stulda oturardı. Sobanın yanındakı yer
tutulmuş olsa, qoca mənasızlıq ifadə olunan heyrət və
tərəddüdlə, onun yerini tutan adamın qarşısında bir qədər
dayanar, sonra da çətinə düşmüş kimi, o biri bucağa,
pəncərənin qabağına gedərdi. Orada özünə bir stul seçib
ağır-ağır oturardı, şlyapasını çıxarıb yerə qoyar, əl ağacını
da şlyapasının yanına uzadardı, sonra da stulun arxasına
söykənər, heç tərpənmədən, üç-dörd saat bu vəziyyətdə
qalardı. O heç əlinə qəzet almazdı, bircə kəlmə söz
söyləməzdi, heç səsini də çıxarmazdı, ancaq oturub mənasız,
cansız nəzərlərlə öz önünə baxardı, lap mərc gəlmək olardı
ki, o heç bir şey görmür, heç bir şey eşitmirdi. İt də, iki-üç
dəfə öz yerində hərləndikdən sonra, sahibinin ayağı altında
downloaded from KitabYurdu.org
9
qəmgin-qəmgin uzanar, dərindən nəfəs alıb burnunu onun
çəkmələri arasına soxardı, o da sahibi kimi heç tərpənməzdi,
elə zənn etmək olardı ki, ölmüşdür. Adama elə gəlirdi ki, bu
iki məxluq bütün günü haradasa ölüb qalır, gün batan kimi
birdən dirilir, özü də ancaq ona görə dirilir ki, Millerin
qənnadı dükanına gəlsinlər, bununla da heç kəsə məlum
olmayan sirli bir vəzifəni yerinə yetirsinlər. Qoca üç-dörd
saat oturduqdan sonra yerindən qalxar, şlyapasını götürüb
evinə gedərdi. O ayağa qalxanda it də yerindən qalxar, yenə
də quyruğunu arxasına qısar, başını aşağı əyib, əvvəlki kimi
ağır-ağır onun ardınca gedərdi. Dükana gələnlər mümkün
qədər ondan uzaq olmağa çalışardılar, hətta onun yanında
oturmazdılar, sanki ondan ikrah edirdilər. Lakin qoca bu
şeyləri duymurdu.
Qənnadı dükanına gələnlərin çoxu alman idi. Onlar
bura Voznesenski küçəsindən gəlib toplaşırdılar. Hamısı
müxtəlif emalatxana sahibi idi: kimisi dülgər, kimisi
şlyapaçı, kimisi də sərrac idi, hamısı da alman qaydasınca
patriarxal adamlar idi. Ümumiyyətlə, Millerin dükanında
patriarxallıq əlaqələri nəzərə çarpırdı. Çox vaxt o, tanış
downloaded from KitabYurdu.org
10
adamların oturduğu stola yanaşır, onların yanında oturub
xeyli punş içirdi. Onun itləri, xırda uşaqları da bəzən
müştərilərin yanına gəlirdi, müştərilər də bu itlərə, uşaqlara
mehribanlıq göstərirdi. Onlar hamısı bir-birilə tanış idi, bir-
birinə hörmət edirdi. Müştərilər alman qəzetləri oxumağa
başlayanda, qapı dalından, Millerin mənzilindən avqustin
1
mahnısının çatırtılı səsi eşidilərdi, onu Millerin ağ siçana
oxşayan sarışın saçlı, burma hörüklü böyük qızı pozuq səsli
fortepianoda çalardı. Valsa məmnuniyyətlə qulaq asardılar.
Mən rus jurnallarını oxumaq üçün hər ayın ilk günlərində
Millerin dükanına gedərdim, bu jurnalları o alırdı.
Dükana girəndə gördüm ki, qoca pəncərənin qabağında
oturmuş, it də əvvəlki kimi, onun ayaqları altında
uzanmışdır. Mən dinməz-söyləməz küncdə oturub, fikrimdə
öz-özümə belə bir sual verdim: “Mən bura niyə gəldim,
mənim ki burada heç bir işim yoxdur, mən axı xəstəyəm,
mən gərək tez evə gedəydim, çay içib yatağımda
uzanaydım!” Öz-özümə acığım tutdu. Qocanı küçədə
1
О zaman аlmanmeşşanları arasında çoxyayılmış оlаn“Меinlibеr Аuistеn” (“mənim
sevimliАvqustinim” ) mahnısı.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |