9
Sovet-bolĢevik rejimi Çar Rusiyasının ənənəvi siyasətinin davamı olaraq
erməniləri daim himayə və müdafiə etdi. Ermənistan Sovet Sosialist
Respublikasının yaradıldığı Qərbi Azərbaycan torpaqlarında bu torpaqların əsl
sahibləri olan azərbaycanlılara qarĢı növbəti təqiblər və zorakılıqlar dövrü baĢlandı.
Nəhayət, öz torpaqlarında ermənilərə yer vermiĢ azərbaycanlıların kütləvi surətdə
doğma yurdlarından deportasiyası həyata keçirildi. Ermənilər Qərbi Azərbaycan
torpaqlarında daha da möhkəmləndilər. Sovet dövründə Azərbaycan torpaqları
hesabına daim yeni-yeni ərazilər ələ keçirən ermənilər Türkiyə Cümhuriyyətinə
qarĢı da ərazi iddialarını davam etdirdilər. Xarici ölkələrdə fəaliyyət göstərən türk
diplomatlarına qarĢı terror aktları həyata keçirildi. Dünya sosializm birliyinin və
Sovet Ġttifaqının dağılması ərəfəsində qarĢılarına Azərbaycandan yeni ərazilər, o
cümlədən Dağlıq Qarabağı qoparmaq məqsədini qoymuĢ erməni-daĢnak
millətçiləri və terrorçuları yenidən fəallaĢdılar.
Ermənilərin çirkin məqsədlərinə xidmət edən M.Qorbaçov Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyevi Sovet Ġttifaqının ali rəhbərliyindən - Siyasi
Bürodan uzaqlaĢdırdı.
Azərbaycan xalqının qatili M.Qorbaçovu ələ alan erməni millətçilərinin
təhriki ilə 1918-20-ci illərdə olduğu kimi, Dağlıq Qarabağda sifariĢlə separatçı-
erməni terrorçularının qiyamı təĢkil edildi. Eyni zamanda, Qərbi Azərbaycanın
yerli sakinləri olan azərbaycanlıların tarixi vətənlərindən deportasiyası da baĢa
10
çatdırıldı. XIX yüzilliyin əvvəlində əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkü
olan indiki Ermənistan Respublikasının ərazisində hazırda bir nəfər də olsun
azərbaycanlı qalmamıĢdır. Azərbaycanlılara məxsus olan bütün tarixi abidələr
məhv edilmiĢ, yer adları dəyiĢdirilmiĢdir. Bütün bunlar müasir dünyanın gözləri
qarĢısında baĢ vermiĢdir!
Qorbaçovu və Kreml rejimini öz əllərində oyuncağa çevirmiĢ ermənilər
bütün Sovet imperiyasında Azadlıq hərəkatının önündə gedən Bakıya iri qoĢun
kontingentinin yeridilməsinə və 20 Yanvar 1990-cı il qırğınının həyata
keçirilməsinə nail oldular. 20 Yanvar qırğınında Kreml rejiminin qəsdən
azərbaycanlılara divan tutmaq məqsədilə ġimali Qafqazdan səfərbərliyə aldıqları
ehtiyatda olan erməni əsgər və zabitləri xüsusi “fəallıq” göstərdilər. Erməni
millətçiləri və terrorçuları 1990-93-cü illərdə Azərbaycanda baĢ alıb gedən hərc-
mərclikdən və hakimiyyət çəkiĢmələrindən istifadə etdilər. Azərbaycanın
beynəlxalq birlik tərəfindən tanınmıĢ sərhədlərini pozaraq, ölkəyə müdaxilə etmiĢ
Ermənistan silahlı birləĢmələri Rusiya hərbi qüvvələrinin bilavasitə yaxından
köməyilə Dağlıq Qarabağı və ətraf rayonları, respublika ərazisinin 20 faizini iĢğal
etdilər. Bir milyondan çox Azərbaycan vətəndaĢı doğma yurd-yuvasından didərgin
salındı, öz Vətənində qaçqına və məcburi köçkünə çevrildi. 1992-cı ilin 26
fevralında - 20-ci yüzilliyin sonuna yaxın bütün dünyanın gözləri qarĢısında
qəddarlığı ilə misli görünməmiĢ Xocalı soyqırımını törətdilər. ĠĢğal aktını
pərdələmək üçün Dağlıq Qarabağda oyuncaq “respublika” yaradıldı. Dağlıq
Qarabağ separatçı-terrorçu qruplarının rəhbərləri (R.Köçəryan və b.) Ermənistanda
da hakimiyyəti ələ keçirdilər.
Ġkili standartlar və “xristian həmrəyliyi”nin beynəlxalq münasibətlərdə
mühüm rol oynadığı müasir dövrdə, beynəlxalq hüquq normalarına açıq-aĢkar zidd
olaraq Azərbaycan torpağı olan Dağlıq Qarabağ erməni separatçı-terrorçularının
əlində qalmaqdadır.
Erməni millətçiləri isə Türkiyə və Azərbaycana qarĢı yeni ərazi iddiaları
irəli sürməkdə davam edirlər. Ġkili standartlar dünyasında erməni terrorçularının
Azərbaycan və Türkiyə ərazisində 200 ildən artıq bir müddət ərzində törətdikləri
soyqırımları, deportasiyalar, vəhĢiliklər, tarixi abidələrin, yaĢayıĢ məskənlərinin
yerlə-yeksan olunması faktları qulaqardına vurulur. “Xristian həmrəyliyi” nümayiĢ
etdirilərək erməni yalanları, saxtakarlıqları, həqiqət kimi qəbul olunur. Elə bunun
nəticəsidir ki, xarici qüvvələr tərəfindən müdafiə olunan erməni separatçı-
terrorçuları və beynəlxalq terroru dəstəkləyən Ermənistan Respublikası Cənubi
Qafqazda təhlükəli gərginlik ocağına çevrilmiĢdir.
Beynəlxalq terrorun ən yaĢlı və ən “təcrübəli” dəstələri olan erməni terror
təĢkilatları himayə olunduqca, “Böyük Ermənistan” “doktrinası” ilə zəhərlənən
erməni-daĢnak terror qrupları və təĢkilatları Beynəlxalq antiterror alyansının
diqqətindən kənarda qaldıqca, regionda və dünyada gərginlik də aradan
qalxmayacaq, bəĢəriyyət terror təhlükəsindən qurtulmayacaqdır.
11
Müasir dünyanın görkəmli dövlət xadimi, Azərbaycan Prezidenti Ġlham
Əliyev özünün bütün yüksək səviyyəli görüĢlərində, nitq və çıxıĢlarında
ermənilərin Cənubi Qafqaza gəlmə əhali olduğunu, onların bu ərazidə
məskunlaĢmasından sonra regionda gərginliyin artdığını, müasir Ermənistan
Respublikasının və nəzarətdən kənarda qalmıĢ oyuncaq Dağlıq Qarabağ rejiminin
terror yuvalarına çevrildiyini xüsusi olaraq vurğulayır. Zəngin tarixi biliyə malik olan
Azərbaycan Prezidenti indiki Ermənistan Respublikasının tarixi Azərbaycan
torpağında - keçmiĢ Ġrəvan xanlığının ərazisində yarandığını bütün dünyaya bəyan
edir. Ölkə baĢçısı bütün müvafiq strukturları erməni saxtakarlarına qarĢı
informasiya müharibəsində hücuma keçməyə çağırır. Erməni faĢizmi üzərində
qələbə çalmaq, doğma torpaqlarımızı azad etmək üçün öncə informasiya
müharibəsində qalib gəlmək gərəkdir. Bütün xalqımız ölkə baĢçısının çağırıĢına
cavab verməli, iqtisadi və hərbi cəhətdən qüdrətli Azərbaycan dövləti yaratmaq
üçün onun ətrafında sıx birləĢməlidir.
Tarixi həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla informasiya
müharibəsində qələbə və hərbi-iqtisadi cəhətdən qüdrətli Azərbaycan dövləti
yaratmaq! – Terror, soyqırımları və zorla özgə torpaqlarına yiyələnməyə çalıĢan
erməni faĢizmini diz çökdürmək üçün yeganə düzgün yol məhz bu yoldur. BaĢqa
yol yoxdur!
* * *
“Böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən və yalançı “erməni
soyqırımı”nı sübuta yetirməyə çalıĢan erməni millətçiləri müasir qloballaĢan
dünyada xalqların və ölkələrin yaxınlaĢması yolunda ciddi əngələ çevrilmiĢlər.
Dünyanın hər yerinə səpələnmiĢ çoxsaylı erməni təĢkilatlarının geniĢ maliyyə
imkanları, Qriqorian kilsəsinin istiqamətverici və təĢkilatçılıq rolu, ayrı-ayrı
ölkələrin, o cümlədən böyük dövlətlərin müxtəlif strukturlarında mühüm mövqelər
ələ keçirmiĢ ermənilərin dünya siyasətinə təsir göstərməsi sülh və əmin-amanlıq
üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneəyə çevrilmiĢdir.
200 ildən artıq bir müddət ərzində Azərbaycan və Türkiyə torpaqlarında
qanlı terror əməlləri, soyqırımları həyata keçirmiĢ ermənilərin hazırda dünyada
onlarla iri terrorçu təĢkilatları və çoxsaylı terror qrupları fəaliyyət göstərir.
Özgə torpaqlarını iĢğal etmək üçün terroru, soyqırımlarını özlərinə peĢə
seçmiĢ erməni millətçiləri bu bəd niyyətlərini guya vaxtı ilə Aralıq dənizi-Qara
dəniz-Xəzər dənizi arasındakı geniĢ torpaqları əhatə etmiĢ uydurma “Böyük
Ermənistan” dövlətini dirçəltmək pərdəsi altında həyata keçirmək xülyasındadırlar.
Müasir mərhələdə Dağlıq Qarabağla bağlı iĢğalçılıq niyyətlərini həyata
keçirməyə çalıĢan ermənilər, Prezident Ġlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi,
Azərbaycana qarĢı total hücuma keçmiĢlər.
Erməni millətçiləri tarixi saxtalaĢdırmaqda da yeni mərhələyə qədəm
qoymuĢ, Azərbaycan tarix elminə hücumlarını daha da geniĢləndirmiĢlər. Təbriz və
Ərdəbil də daxil olmaqla tarixi Azərbaycanın cənub torpaqlarını uydurma
Dostları ilə paylaş: |